"Təbiətimizi qoruyaq"

18.05.2019 tarixində Kiçik Akademiyamızın üzvləri Eko Aləm İctimai Birliyin təşkilatçılığı ilə Abşeron Milli Parkına səfər etmişlər. Məqsəd şagirdlərə canlı təbiətlə necə təmas qurmağı aşılamaq, onları ölkəmizin zəngin flora və faunası ilə tanış etmək, təbiətimizi qorumağın, onu tullantılardan təmizləməyin nə qədər önəmli olmasını öyrətməkdir. Parkın rəhbərliyi, Etibar müəllim şagirdləri yüksək səviyyədə qarşıladı və məlumatlandırdı, onlara maraqlı olan sualları cavablandırdı. Ölkəmizdə “qartalın dimdiyi” kimi tanınan Şahdili 1800m məsafəni şagirdlər piyada qət edərək təbiətimizin gözəlliklərinin canlı şahidi oldular. Azərbaycanımızın ən ucqar şərq nöqtəsi olan Şahdili uşaqlarda xüsusi sevgi və maraq oyatdı. Dənizkənarı tullantıları təmizləməklə az da olsa təbiətə öz qatqımızı etdik. Məktəbimiz adından şagirdlərimizə belə sevgi və qayğı ilə yanaşdığı üçün Eko Aləm İctimai Birliyinin sədri Sevil xanıma xüsusi minnətdarlığımızı bildiririk
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi