9 "C" sinif şagirdi Hamlet Cəfərin uğuru“Mücrü” nəşriyyatının təşkil etdiyi Gənclər arasında keçirilən hekayə müsabiqəsinin yekun nəticələri açıqlandı.
Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edib. Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumatı görə Münsiflər Heyəti müsabiqəyə buraxılmış 214 hekayə arasından seçim etmişlər. Qeyd edək ki, mövzu məhdudiyyəti olmayan müsabiqəyə əsərlər Azərbaycan və rus dillərindən qəbul edilmişdir və qiymətləndirmə mümkün 15 bal üzərindən olmaqla nəzərə alınmışdır.Məktəbimızın 9 sinif şagirdi Hamlet Cəfər bu müsabiqədə iştirak etmişdi.
“Uğurlu iştirakına görə” diplomu ilə təltif olunmuşdur.
Balaca gimnastımızın növbəti uğuru5-ci sinif şagirdimiz Mirzəzadə Nərmin Qara Qaplan va Baku Maks İdman məktəbinin "Bədii gimnastika" üzrə uşaqlar arasında təşkil etdiyi açıq birincilikdə l yerə layiq görülüb. Qalib şagird diplom və medalla mükafatlandırılıb. Mirzəzadə Nərmin təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
Təbrik edirik !!
8”A” sinif şagirdi Əhmədli Ayxanın uğuru.24 sentyabr 2023-cü il tarixində Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin 8”A” sinif şagirdi Əhmədli Ayxan “Cəsur” Taekvondo klubunun təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında klublar arası döyüşlərdə 45 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür.