Nailiyyətlərimiz

"20 YANVAR"şəhidlərinin xatirəsinə həsr olunmuş volleybol turnirində I yer17.01.2022- ci il tarixdə 80 nömrəli tam orta məktəbin idman zalında "20 YANVAR"şəhidlərinin xatirəsinə həsr olunmuş 2005-2007-ci il təvəllüdlü qızlar arasında volleybol turniri keçirilmişdir.Turnirdə 80 nömrəli məktəb I yeri,311 nömrəli məktəb II yeri,90 nömrəli məktəb III yeri tutmuşdur.

“ Çempionumuz “ sosial idman layihəsiSabunçu rayonu, N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə 13.01.2022-ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsi,Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Azərbaycan Məktəb İdmanları Federasiyası,Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Azərbaycan İdmançıları İctimai Birliyi tərəfindən“ Çempionumuz “ sosial idman layihəsi çərçivəsində tədbir keçirildi.Layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və fiziki inkişafın təbliğ edilməsi,nailiyyətlər əldə etmiş rayon idmançılarını cəmiyyətə tanıtmaq,idmançıların öz həyatı və uğura gedən yolda keçdiyi çətinliklər haqqında şagirdlərə məlumat vermək,ölkəmizin idman sahəsində böyük uğurlar qazanaraq yüksək nəticələr əldə etmiş gənclərini daha yaxından tanımaları və onlarla canlı ünsiyyət şəraitinin yaradılmasından ibarətdir.Tədbirdə məktəbimizn məzunu ,Yüngül Atletika üzrə Avropa çempionu, IV İslam Həmrəyliyi oyunlarının qalibi,Yeniyetmə Yay Olimpiya oyunlarının bürünc medalçısı Nazim Babayev çıxış etdi.Tədbirin sonunda onun uğurlu idman həyatından bəhs edilən qısa video-çarx nümayiş olundu.İdmançımıza məktəbimiz adından uğurlar arzulayırıq.Daim irəli!

İnşa yazı müsabiqəsinin mükafatlandırılma mərasimiSabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 14.01.2022-ci il tarixdə 20 Yanvar faciəsinin XXXII ildönümünə həsr olunmuş "20 Yanvar Faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir! " mövzusunda Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırılması mərasimi keçirildi.Müsabiqənin qalibi məktəbimizin M. İbrahimov adına XIç sinfinin şagirdi Nurlan Cəbrayılzadə medal və diplomla təltif olundu. Şagirdimizi təbrik edir, gələcək həyatında bol müvəffəqiyyətlər arzu edirik.

HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncam...

BİZİM FƏXRLƏRİMİZ

Xanım Camalova Mirkərim

Məryam Abdullayeva Elnur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi