Məktəbimizin X sinif şagirdi Aram Pərviz Rusiya Federasiyasında keçirilən boks idman növü üzrə turnirdə qalib gəlmişdirMəktəbimizin X sinif şagirdi Aram Pərviz Rusiya Federasiyasında keçirilən boks idman növü üzrə turnirdə qalib gəlmişdir. Şagirdimizi təbrik edir, bol müvəffəqiyyətlər arzu edirik.
Təhsil naziri Emin Əmrullayevin Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçıları ilə görüşüTəhsil naziri Emin Əmrullayev Uşaq Forumunun iştirakçıları ilə görüşüb.
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq mərhələsində uşaqların rəsmilərlə görüşü davam edir.
15 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin Forum iştirakçılarının bir qrupu ilə görüşü keçirilib.
Görüş zamanı nazir hər bir uşağın təhsil almasının vacib olduğunu və uşaqların əsas hüququ olduğunu diqqətə çatdırıb. Cəmiyyətin inkişafında təhsilin önəmini vurğulayan E. Əmrullayev gələcəyimiz olan uşaqların dünyagörüşlərinin daim inkişaf etdirmələrinin vacibliyini qeyd edib və respublikamızda təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri haqqında məlumat verib.
O, eyni zamanda uşaq iştirakçılığının inkişafı istiqamətində forumun keçirilməsini yüksək qiymətləndirib, bu kimi tədbirlərin uşaqların ictimai fəallığının, öz hüquqlarını bilməsi haqqında məlumatlılığının artırılmasına mühüm töhfə verdiyini bildirib.
Görüş çərçivəsində nazir uşaqları maraqlandıran sualları cavablandırıb və iştirakçılara uğurlar arzu edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak imkanı qazanan məktəblilərlə görüşAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak imkanı qazanan məktəblilərlə görüşdük.
Onlarla dəyərlər, peşə seçimi, uğur qazanmağın yolları və digər mövzularda maraqlı diskussiya apardıq.