V Qrant müsabiqəsində şagirdimiz Nurlan Cəbrayılzadə I yerAzərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olmuş layihələrdən biri də İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin "Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" konfransının keçirilməsi layihəsidir.
Layihdə iştirak etmək üçün 446 şagird onlayn qeydiyyatdan keçmişdi. Onlarla təlimçi və ekspertlərin bir neçə dəfə görüşü keçirildi.
200 nəfərədək şagird hazırladıqları məqalələrini bizə göndərdilər və bu məqalələr ekspertlər tərəfindən qiymətləndirildi, 40 nəfər şagird yekun tura buaraxıldı, onlayn təqdimatlar keçirildi və 4 meyar üzrə yekun qiymətləndirmə aparıldı.
Nəticələrə görə Sabunçu rayonu, 80 nömrəli tam orta məktəbin, M. İbrahimov adına XIç sinfinin şagirdi Nurlan Cəbrayılzadə I yerə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, Gələcək həyatında bol müvəffəqiyyətlər arzu edirik.
Karate idman növü üzrə I yer."Təhsil" Respublika İdman Mərkəzinin təşkil etdiyi, Zəfər gününə həsr edilmiş respublika birinciliyində məktəbimizin şagirdi Məhərrəmli Sahil karate idman növü üzrə I yerə layiq görülmüşdür.
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu80 nömrəli tam orta məktəbimizin XI sinif şagirdləri - Cəbrayılzadə Nurlan (moderator-aparıcı), Binnətli Səadət (iştirakçı) və VIII sinif şagirdi - Əhmədova Ayan (iştirakçı, VII qrup rəhbəri) Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak etmişlər.