9-cu sinif şagirdi Məmmədov Məhəmmədin 2017-ci ildə Qazandığı Uğurlar1. 31.03.2017-ci il tarixlərində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi tərəfindən keçirilən "Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək" adlı layihədə məktəb komandası ilə iştirak etmiş Məhəmməd, layihədə digər yoldaşlarından daha fəal iştirak etmiş və Diplomla təltif olunmuşdur.
2. 10.05.2017-ci il tarixlərində Sabunçu rayon Gənclər İdarəsi tərəfindən keçirilən Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Videoçarx" müsabiqəsində 1-ci yerə layiq görülmüşdür və Diplomla təltif olunmuşdur.
3. 15.05.2017-Azərbaycan Respublikasın İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman tərəfindən keçirilən "Uşaq Hüquqlarının Pilləli Tədrisi" Kursunu Müvəffəqiyyətlə bitirərək Sertifikiatla təltif olunmuşdur.
4. 15.05.2017- Üzvü olduğu Kontakt Karate Federasiyasının keçirdiyi Kəmər İmtahanından uğurla keçərək VIII KYU (sarı kəmər) dərəcəsinə yüksəlmişdir.
5. 06.06.2017-ci il tarixlərində bütün bu uğurları nəzərə alan məktəb rəhbərliyi Məmmədov Məhəmmədi Fəxri Fərmanla təltif etmişdir.
6. 15.09.2017-ci il tarixlərində "Bakı Torpaq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən müsabiqədə "ƏN İDEAL ESKİZ LAYİHƏ" nominasiyası üzrə 1-ci yerə layiq görülmüşdür və Diplomla təltif edilmişdir.
7. 04.11.2017- ci il tarixlərində məktəblərdə TARİX-COĞRAFİYA aylığını nəzərə alan məktəb rəhbərliyi Tarix üzrə Breyrinqi keçirmişdir. Məmmədov Məhəmmədin Rəhbəri olduğu "QIZILBAŞLAR GROUP" müəyyən səbəblərdən 4-cü yerə layiq görülmüşdür və Məhəmməd Diplomla təltif olunmuşdur.
8. 23.12.2017- ci il tarixlərində Bakı Karate-Do akademiyasın tərəfindən keçirilən "İLİN YEKUNLARI 2017" adlı tədbirdə Məhəmmədin İllik fəaliyyətini və uğurlarını nəzərə alaraq Sertifikatla təltif olunmuşdur.
9. 05.02.2018-ci il tarixlərində Məhəmməd tərəfindən icad olunan "Adi Dam Örtüyündən Fərqi Olmayan Günəş Paneli" - "Azerbaijan" Residence layihəsi "AV GROUP LAYİHƏ VƏ DİZAYN Mərkəzi tərəfindən dinlənilmiş və Məhəmməd "SERTİFİKATLA" təltif olunmuşdur.
10. 05.02.2018-ci il tarixlərində Məhəmməd tərəfindən icad olunan "Adi Dam Örtüyündən Fərqi Olmayan Günəş Paneli" - "Azerbaijan" Residence layihəsi "Bakı Torpaq" MMC tərəfindən dinlənilmiş və Məhəmməd "SERTİFİKATLA" təltif olunmuşdur.
11. 14.02.2018-ci il tarixlərində "Sabahın Alimləri" Respublika müsabiqəsində iştirak edərək "SERTİFİKATLA" təltif olunmuşdur.
12. Ümumilli Lider Heydər Əliyevin 95 illik xatirəsinə həsr olunmuş "Ən Yaxşı Təqdimat" müsabiqəsinin Məktəb turunun qalib olaraq Rayon turuna yüksəlmişdir.
Rayon turunuda uğurlar keçən Məhəmməd Şəhər turuna yüksəlmişdir.
Sabunçu rayonunda “Futbol"idman növü üzrə rayon turniri keçirilmişdir və yekun oyunda 80 №-li tam orta məktəbin komandası qalib gələrək I yerə layiq görülmüşdür.07 aprel 2015-ci il tarixdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 80 saylı orta məktəbin futbol meydançasında Sabunçu rayonu məktəblərinin komandaları arasında "Məktəbli Kuboku" uğrunda "Futbol" idman növü üzrə rayon turniri keçirilmişdir. Rayon turnirində 16 məktəb iştirak edərək gərgin mübarizə aparmışlar. Yekun oyunda 80 №-li tam orta məktəbin komandası qalib gələrək I yerə layiq görülmüşdür.
Məktəbimizin uğuruRespublika Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəb iştirak etmiş və 2010 - cu ildə qalib olmuşdur.