“Kiçik şahmatçılarımızın qələbəsi”Sabunçu rayonu N.İsmayılov adına 80 № -li tam orta məktəbin komandası Məktəblər arası Respublika Çempionatının rayon daxili mərhələsində şahmat idman növü üzrə I yer tutub,II təsnifat mərhələsinə vəsiqə qazanmışdır. Abbaslı Mehin Seymur qızı və Əbdurrəhimli Nihat Respublika Çempionatının I mərhələsinə keçən uşaqlardır. Abbaslı Mehin yarış ərzində 7 oyunda max xal 7 balı toplayan tək şagirddir.
Şagirdimizin növbəti uğuruSentyabrın 29-da Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyasının və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turnirinin iştirakçısı məktəbimizin 5-ci sinif şagirdi Məhərəmmli Dəniz olmuşdu.Bu turnirdə 3-cü yerin qalibi mükafatını qazanmışdı
Şagirdimizin növbəti uğuruBakı şəhəri, Sabunçu Rayonu, 80№-li tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədov Məhəmməd Qurban oğlu Sabunçu Rayon Gənclər evinin 13 sentyabr tarixində keçirdiyi "Dincəlməyin Zəkası" adlı esse müsabiqəsində 8 müxtəlif məktəbdən olan gənclər arasında 2-ci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir və gələcək həyatında müvəffəqiyyətlər arzulayırıq!