,,Qurd invaziyası” mövzusunda maarifləndirici söhbətlər aparıldı

"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" çərçivəsində qurd invaziyasına görə uşaqları ambulator müayinəyə və müalicəyə cəlb etmək məqsədilə vaxtaşırı maarifləndirmə işi aparılır. Bu məqsədlə məktəbin psixoloqu və tibb bacıları II-VI siniflərdə “Qurd xəstəlikləri və ondan qorunmağın yolları”na həsr olunmuş maarifləndirici iş təşkil etdi.

Əvvəlcə bu yaşda uşaqlarda daha geniş yayılmış qurd xəstəliklərindən danışaraq qeyd olundu ki, parazitlər qan azlığının əmələ gəlməsi ilə insan orqanizminə həm intoksikasiya nəticəsində, həm də bağırsaq divarlarındakı reseptorlardan sinir-reflektor yolları ilə təsir edir. Sonda tibb bacısı uşaqlara qurd xəstəliklərinə yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına əməl etməyi, istifadə etməzdən əvvəl bütün meyvə-tərəvəz məhsullarını yaxşıca yumağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi