Kiçik Akademiya

“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilibDekabrın 28-də “Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilib. Məktəbin 11b sinif şagirdi Məmmədzadə Əli Araz oğlu konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Ətraflı

“Kiçik Akademiya”nın üzvlərinin hazırladıqları maraqlı təqdimatAzərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun 14 avqust 2018 – ci il tarixli F550 nömrəli Ümumi təhsil sahəsində 2018-2019- cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmrinin icrasını təmin etmək və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi,şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin Ə. Məmmədov adına 76 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin müxtəlif araşdırmalara söykənən təqdimatlarıdır. Belə araşdırmalardan biri də məktəbimizin Kiçik Akademiya üzvləri 6”F” sinif şagirdləri, P.Katrin və K.Kseniya tərəfindən "Təbiyət zonaları şagirdin gözü ilə" mövzusunda təqdimat hazırlayıb və təqdim etdilər.

Ətraflı

"Gənc istedadlar" breyn-rinq bilik yarışının Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş final mərhələsi onlayn keçirilidiAzərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə iyunun 15-də 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının zoom proqramı ilə Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş final mərhələsi keçirilid. “Müasir dövrdə məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması məqsədilə yarışın final mərhələsində şagirdlər ədəbiyyat, musiqi və ümumi dünyagörüşü üzrə bilik və bacarıqlarını sınadılar. Bütün mərhələlərin nəticəsində bu ilin qalibi 76 nömrəli tam orta məktəbin komandası oldu. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti illərdə də sözügedən məktəblərdə müxtəlif mövzulrada yarışların davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı

"Gənc istedadlar" breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilidiAzərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə dekabrın 27-də 76 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının ikinci mərhələsi keçirilid. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılması məqsədilə yarışın bu mərhələsi bu gün öz gözəlliyi, qədim tarixi və müasirliyi ilə ölkəmizə gələn hər bir qonağı özünə heyran qoyan, günü gündən inkişaf edən gözəl Bakımıza həsr olunmuşdur. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti aylarda sözügedən məktəblərdə müxtəlif mövzulrada yarışların davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı

"Qarabağ Azərbaycandır!" devizi altında "Gənc istedadlar" breyn-rinq bilik yarışı keçirilidiAzərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə noyabrın 28-də 36 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Qarabağ Azərbaycandır!" devizi altında "Gənc istedadlar" breyn-rinq bilik yarışının birinci mərhələsi keçirilid. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılması məqsədilə yarışın bu mərhələsi vətənimizin ayrılmaz parçası olan Qarabağa həsr olunmuşdur. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti aylarda sözügedən məktəblərdə müxtəlif mövzulrada yarışların davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı

Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın 80 illik yibileyinə həsr olunmuş şagird elmi-praktik konfransı keçirilmişdirAzərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun 14 avqust 2018 – ci il tarixli F550 nömrəli Ümumi təhsil sahəsində 2018-2019- cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmrinin icrasını təmin etmək və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə ötən tədris ilindən "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmış və məktəblərdə bir-sıra fəaliyyətlər icra olunmuşdur. Bunlardan biri də məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin müxtəlif araşdırmalara söykənən təqdimatlarıdır. Belə araşdırmalardan biri də görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunmuşdur. Araşdırma nəticəsində toplanmış işlər məktəbdaxili təqdimatlarda dinlənilmiş və konfrans üçün hər məktəbdən bir qalib iş seçilmişdir. Aida İmanquliyevanın 80 illik yibileyinə həsr olunmuş şagird elm-praktik konfransının yekun tədbiri 16 oktyabr 2019- cu il tarixində 113 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə məktəb direktorları və şagirdləri ilə yanaşı BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva, sektorun əməkdaşı Sevinc Əzimova və şərqşünas Vüsal Hətəmov iştirak edirdilər.

Ətraflı

“Kiçik Akademiya”nın üzvləri ilə müzakirələr aparılırAprelin 2-də məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə “Kiçik Akademiya”nın üzvləri ilə müzakirələr aparılıb .

Ətraflı

“Kiçik Akademiya”nın üzvləri maraqlı təqdimatlarla çıxış etdilərOktyabrın 29-da məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə “Kiçik Akademiya”nın üzvlərinin növbəti iclası oldu. Həmişə olduğu kimi yenə də şagirdlər maraqlı təqdimatlarla çıxış etdilər.

Ətraflı

“Kiçik Akademiya”nın üzvləri maraqlı təqdimatlarla çıxış etdilərMayın 14-də məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə “Kiçik Akademiya”nın üzvlərinin növbti iclası oldu. Həmişə olduğu kimi yenə də şagirdlər maraqlı təqdimatlarla çıxış etdilər.

Ətraflı

“Kiçik Akademiya”nın loqotipi seçildi23.04.2019-cu il tarixdə “Kiçik Akademiya”nın ŞMC-nin yeni görüşü keçirildi. ŞMC-nin üzvləri 8“Ç”sinif şagirdlərinin təqdimatı ilə tanış oldular. 8“Ç”sinif şagirdi Sadıqov Alim Kompyuter proqramı mövzusunda təqdimatını görüş işdirakçılarının nəzərinə çatdırdı. Təqdimatın hazırlanmasında Məmmədov Osman və Bağırov Heydər Alimə kömək etmişdilər. Məktəbimizdə “Kiçik Akademiya”nın yaradılması ilə əlaqədar ŞMC-nin üzvləri ilə birlikdə loqotiplər seçdik. 8”B” sinif şagirdlərinin hazırladığı maket formalı loqotipi seçməyi məqsədəuyğun hesab etdik. Həmin loqotipi “Kiçik Akademiya”nın simvolu kimi qəbul etdik və sonda xatirə şəkli çəkdirdik.

Ətraflı

“Kiçik Akademiya” nın görüşü keçirildi13.04.2019-cu il tarixində məktəbin rus bölməsinin şagirdləri ilə “Kiçik Akademiya” nın görüşü keçirildi və uşaqlarla söhbət aparıldı. Tövsiyə olundu ki, onlar Google Play-TRİZBox saytından istifadə etsinlər. Sonra isə uşaqlara təqdimatın mövzusu təqdim olundu. Mövzu “Düşüncənin-ağlın düzgün istiqamətləndirmə metodu” idi. Həmin təqdimatdan olan əsas bəndlərin qısa icmalının yazılması tövsiyə edildi ki, gələcək ixtiralarında, qarşıya çıxacaq məsələlərin onlara köməketsin. Ətraf mühitə aid düşündürücü slaydlar göstərilib, şagirdlərə araşdırma aparılması və təqdimat hazırlamaları üçün tapşırıqlar verildi.

Ətraflı

“KİÇİK AKADEMİYA” NIN ŞAGİRD ELMİ CƏMİYYƏTİNİN YARANMASIƏ. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya ” 2019-cu il tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyl olan istedadlı şagirdlərin aşkar edilməsindən ibarət olacaq. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə çıxış etmək ,referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqda əsas məqsədimizdir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində təbiyət, fizika – riyaziyyat, texniki bölmələr fəaliyyətə başlayacaq. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” yaradılmaqdadır. Belə ki, “Kiçik Akademiya” nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib.Yanvar – fevral ayları ərzində VIII və IX sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla ”Kiçik Akademiya” nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. Hal hazırda məktəbdə VIII sinif şagirdləri tərəfindən texniki bölmə üzrə layihə hazır edilib. Təqdimatı və nümayişi gözlənilir.“Kor üçün electron stick” cihazıyla 10b Şagirdi Məmmədzadə Xumar təqdimata hazırlaşır.Məqsədimizdən biri də 5 - 7 sinif şagirdləri arasında bir peşə axtarmağa maraq göstərmək, məlumatı axtarma, toplama, düşüncə, yazı və təqdimat yazmaq qabiliyyəti aşılamaqdır. Məktəbdə “Kiçik Akademiya” nın tərkibi aşağıdakı kimidir. 1.Məmmədzadə Xumar (10b) 2.Babayev Kərim (9b) 3.Kərimli Fatimə (9b) 4.Məmmədov Abbas (9a) 5.Sadıqov Alim (8ç) 6.Bağırov Heydər (8ç) 7.Məmmədov Orxan (8ç) 8.Osmanov Rüstəm (5d) 9.Sokolov Andrey (7d) 10.Mulina Zarema (7b) 11.Məşədizadə Qorxmaz (8b) 12.Rasifzadə Elmar (8b)

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəb Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsində yerləşir. 76 nömrə...

BİZİM FƏXRLƏRİMİZ

Sahib Abdullayev Kamran

İslam İslamzadə Fateh

HAQQIMIZDA

Bakı şəhəri Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəb Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsində yerləşir. 76 nömrə...

BİZİM FƏXRLƏRİMİZ

Sahib Abdullayev Kamran

İslam İslamzadə Fateh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi