"Gənc istedadlar" breyn-rinq bilik yarışının Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş final mərhələsi onlayn keçirilidi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə iyunun 15-də 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının zoom proqramı ilə Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş final mərhələsi keçirilid. “Müasir dövrdə məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması məqsədilə yarışın final mərhələsində şagirdlər ədəbiyyat, musiqi və ümumi dünyagörüşü üzrə bilik və bacarıqlarını sınadılar. Bütün mərhələlərin nəticəsində bu ilin qalibi 76 nömrəli tam orta məktəbin komandası oldu. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti illərdə də sözügedən məktəblərdə müxtəlif mövzulrada yarışların davam etdirilməsi nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi