
- Nəsimi Quliyev Frond
- Vəzifə: Direktor
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 10.12.1981
- İlk fəaliyyət ili: 15.09.2005
- E-mail: [email protected]
Quliyev Nəsimi Frond oğlu 10 dekabr 1981-ci ildə Şuşa rayonunun Quşçular kəndində anadan olub. 1988-ci ildə Şuşa rayonu Quşçular kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin birinci kursuna qəbul olmuş, 2003-cü ildə isə Azərbaycan dili və ədəbiyyat ixtisası alaraq ali təhsilini başa vurub. 2003-2004-cü illərdə ordu sıralarında xidmət etmişdi. Pedaqoji fəaliyyətə 2004-cü ilin sentyabr ayından başlamışdır. İxtisasına uyğun olaraq əvvəlcə Bakı şəhəri 305 nömrəli tam orta məktəbdə, daha sonar isə Şuşa rayonunun 8 nömrəli əsas məktəbində müəllim işləmişdir. 2012-ci ildən isə Şuşa rayonu Quşçular kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2011-ci ildə Şuşa RİH tərəfindən “Şuşa rayon Təhsilindəki səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə” və 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06.09.2012- ci il tarixli T- 432 nömrəli qərarı ilə “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedoqoji fəaliyyətinə görə” Fəxri Fərmanlarla təltif edilmişdir. 2012-ci ildə kurikulum kurslarında iştirak etmiş və birinci dərəcəli sertifikat almışdır. Bir neçə ixtisasartırma kurs və seminarlarda iştirak etmişdir. 2007-ci il .Aprel. Bakı “Beynəlxalq Hümanitar Hüquq” 2009-cu il. May. Bakı. ”Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri” 2012-ci il. Avqust. Bakı. Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikumların tətbiqi 2015 -ci il. Aprel. Bakı. ”İnkluziv təhsil” Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Qafqaz Universitetinin 01.02.2015-31.05.2015-ci il tarixləri arasında birgə təşkil etdiyi “Məktəb Direktorları Hazırlıq Kursu” adlı təlim kursunu müvəffəqiyyətlə tamamlayaraq “Uğur” sertifikatı almışdır. 2016-cı ildə “Open World” Təhsil İdareetmə proqramı çərçivəsində ABŞ-da intensiv təhsil idarəetmə proqramında iştirak edib. 2015-ci ildə dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində iştirak edərək Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin sentyabr ayından isə Bakı şəhəri 76 nömrəli tam orta məktəbinə direktor təyin olunmuşdur.
Əlaqəli xəbərlər
MƏKTƏBİMİZDƏ "BİLİK YARIŞMASININ" NÖVBƏTİ TURU KEÇİRİLDİ
MƏKTƏBİMİZİN MÜƏLLİM VƏ ŞAGİRD KOLLEKTİVİ QUBA SOYQIRIMINI ZIYARƏT ETDİLƏR