MƏKTƏBİMİZİN MÜƏLLİM VƏ ŞAGİRD KOLLEKTİVİ QUBA SOYQIRIMINI ZIYARƏT ETDİLƏR
31 Mart 2016-cı il tarixdə məktəbin direktoru T. Tağıyevanın təşkilatçılığı ilə müəllim və şagird kollektivi ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət olundu. “Quba Soyqırımı Memorial Kompleksini” ziyarət edib soyqırım qurbanlarının xatirəsini yad edildi.31 mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri düzülüb.Sonra 1918-ci ildə bolşevik-daşnak birləşmələrinə qarşı Salyanda döyüşərək şəhid olmuş türk zabiti Ömər paşanın və naməlum türk əsgərlərinin məzarları ziyarət edilib,məzarlar üzərinə gullər düzülərək onların xatirəsini dərin ehtiramla yad edilib. Ziyarət zamanı Kompleksin mütəxəssisləri tərəfindən iştirakçılara 1918-ci ildə baş verənlər barədə ətraflı məlumat verilib, sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb.Məktəbi direktoru T.Tağıyeva kompleksdə yerləşən xatirə kitabına xalqımızın başına gətirilən faciə haqda öz fikirlərini qeyd etdi. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart – Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart -Azərbaycanlıların Soyqırım günü elan edilmişdir və bu tarix azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirib.2007-ci il aprelin 1-də Quba ərazində torpaq işləri görülərkən soyqırım məzarlığı aşkar edilmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən Quba rayonunda “Soyqırım Memorial Kompleksi”nin yaradılmasına başlanılmış və 2013-cü il tarixində Kompleksin açılışı olub.Qeyd edək ki, abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya-giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidə bütövlükdə brutto-betondan hazırlanmış, faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilmişdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğundan xəbər verir. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.