Ələddin Müseyib oğlu Məmmədov 1972- ci il mayın 14-də Bakı şəhəri Hövsan Qəsəbəsində anadan olub.
1979-cu ildə 196 nömrəli tam orta məktəbin I sinfinə daxil olaraq.1989-cu ildə həmin məktəbi bitirib. Məktəbdə təhsil aldığı dövürlərdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib.
Orta məktəbi bitirdikdən sonra Dəmiryol Texnikumunu oxumuş, operator kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illdə Moskvada hərbi xidmətdə olub.
Ələddin Məmmədov 1994-cü ildə könüllü olaraq Milli Orduya yazılıb.Onun amalı Azərbaycanımızı müstəqil,səmamızı aydın, torpaqlarımızı bölünməz görmək idi. Vətən torpaqlarının erməni təcavüzünə məruz qaldığı Ələddinə ağır gəlirdi.
O, Tərtər bölgəsində döyüşdə iştirak edib. Həmin ilin 17- aprelində Murovdağının düşməndən geri alınması zamanı sinəsindən ağır yaralanaraq şəhid olub. Amansız ölüm arzularının çiçək açmasına imkan vermədi. Şəhidlər xiyabanında dəfn edilib.
Ələddin Məmmədov subay idi.
Anası Şövkət xanım subay oğluna toy etmək fikri ilə yaşayırdı. Ancaq düşmənlər ananın arzusunu puç etdilər. Ələddin cəbhəyə getməmişdən əvvəl məktub yazıb gəlinlərinə vermişdi.Tapşırmışdı ki, məktubu mən gedəndən sonra anama verərsən.
Ələddinin məktubundan:
“ Mənim əziz anam ! Ana,məni bağışla. Bilirəm, Anaların anasısan . Hamıdan dözümlü anamsan hərşey yaxşı olacaq”
Onun vaxtı ilə yaşadığı Hövsan qəsəbəsində yerləşən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 76 nömrəli tam orta məktəb Ələddin Məmmədovun adını daşıyır. İş yerində onun adına Xatirə Lövhəsi açılıb.