GƏNCLƏR GÜNÜ

76 № li tam orta məktəbdə 2-fevral gənclər günü keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər 11-ci sinif şagirdləri iştirak etdilər.Tədbirin aparıcıları ilk öncə giriş sözü üçün məktəbin direktoru T.Tağıyevaya söz verdilər. Məktəbin rəhbərliyi gənclər günü haqqında tədbir iştirakçılarına məlumat verdi və bildirildi ki, 2 fevral - Gənclər gününün elan olunması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin I forumu keçirildi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başladı.Daha sonra İdman Gənclər İdarəsinin Suraxanı Rayon bölməsinin rəis müavini Ataşikizadə Elşən müəllim çıxış etdi. Sonra çıxış üçün məktəbimizin təlim- tərbiyə işlər üzrə direktor müavini Zeynalov Şahin müəllimə verildi. Məktəbimizin 11- ci sinif şagirdlərinin hazırladığı səhnəciklər,mahnılar,rəqslər çox böyük alqışlara səbəb oldu.Görün bizim nə istedadlı gənclərimiz var. 11B sinif şagirdi Belyayeva Kristinanın ifasında “Zibeydə “mahnısı,11A sinif şagirdi Həsənova Esmira və Mediyeva Arzunun ifasında “Azərbaycan” mahnısı ifa edildi.2-fevral gənclər günü ilə əlaqədar keçirdiyimiz tədbirə görə məktəbimizin müəllimələrinə,sinif rəhbərlərinə xüsusilədə məktəbimizin direktoru Tağıyeva Tehranə xanıma öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi