Metodiki şuranın iclası keçirilib

Sentyabrın 9-da Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova və Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təşkilatçılığı ilə metodiki şuranın iclası keçirilib.
Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.
İclasda 2025/2026-cı təsris ilində qarşıda duran vəzifələr, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib.