"AZƏRBAYCAN RESPUBİLKASININ SİLAHLI QÜVVƏLƏRİNƏ DƏSTƏK" MÖVZUSUNDA DƏYİRİMİ MASA KEÇİRİLDİ

27.04.2016-cı il tarixdə məktəbimizin rəhbərliyi və hərbi rəhbərliyinin təşəbbüsü ilə “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinə dəstək ”mövzusunda dəyirmi massa keçirildi.Dəyirmi massa arxasında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətinin Bakı Şəhəri Suraxanı rayon şöbəsinin əməktaşı mayor Cəfərov,Azərbaycan Respubilkasının Müharibə,Əmək və Silahlı Qüvvələr Suraxanı rayon təşkilatının sədri Eldar Rüstəmov,məktəbin direktor müavini Nəriman İsmayılov məktəbin müəllimləri və 10-11-ci sinif şagirdləri iştirak edirdilər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan müstəqilliyi,ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dövlət himni səsləndirildi.Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli addımı, uzaq görən siyasəti nəticəsində son günlər cəbhəboyu ərazilərdə SQ-in əldə etdiyi uğurlar bir daha göstərdi ki,Azərbaycanın vahid güclü ordusu var.Aprelin əvvəllərində Qarabağda gedən 4 günlük hərbi əməliyyatlar zamanı hamımıza daha aydın oldu ki,xalqımızda çox yüksək səviyyədə vətənpərvərlik döyüş ruhu mövcutdur.Bu ruhu bu məktəbdə də müşahidə edirik.Məktəbimizdə bu əhval ruhiyyəni gördükdən sonra bir daha əmin olduq ki,məktəbimizdə vətənpərvərlik tərbiyyəsi yüksək səviyyədə qurulub.Şagirdlərimizin döyüş əhval ruhiyyəsi çox yüksək səviyyədədir.Müəllimlər həmişə şagirdləri vətənpərvərlik ruhunda tərbiyyə etməyi onlarda millət,dövlət sevgisi aşılamağı qarşılarına məqsəd qoyurlar.Son hadisələr zamanı məktəbimizdə “ermənilər bizim düşmənimizdir” “AZ- SQ-nə dəstək ”şüarı altında böyük bir aksiyya keçirildi.Bütün məktəb bu aksiyada iştirak etdi.Bundan başqa məktəbimizin “Şahinlər ”komandası rayon birinciliyi uğrunda yarışda II yerə layiq görüldü.Bütün bunlar onu göstərir ki,ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hazırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi