“Kiçik Akademiya” nın görüşü keçirildi

13.04.2019-cu il tarixində məktəbin rus bölməsinin şagirdləri ilə “Kiçik Akademiya” nın görüşü keçirildi və uşaqlarla söhbət aparıldı. Tövsiyə olundu ki, onlar Google Play-TRİZBox saytından istifadə etsinlər. Sonra isə uşaqlara təqdimatın mövzusu təqdim olundu. Mövzu “Düşüncənin-ağlın düzgün istiqamətləndirmə metodu” idi. Həmin təqdimatdan olan əsas bəndlərin qısa icmalının yazılması tövsiyə edildi ki, gələcək ixtiralarında, qarşıya çıxacaq məsələlərin onlara köməketsin. Ətraf mühitə aid düşündürücü slaydlar göstərilib, şagirdlərə araşdırma aparılması və təqdimat hazırlamaları üçün tapşırıqlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi