Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Dekabrın 27-də tarix müəllimi Xatirə Cəfərovanın təşkilatçılığı və 8 b sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycançılıq məfkurəsinin təbliği, tariximizin şanlı səhifələri haqqında şagirdlərin maarifləndirilməsi, şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaq, milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək olub.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Dövlət himni səsləndikdən sonra Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik gününə, Azərbaycana, həsr olunmuş şerlər söylədilər. Məktəbin direktoru Şəfəq ibişova çıxış edərək Həmrəylik gününün əhəmiyyəti haqqında məlumat verdi, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi