İbtidai sinifdə “Буква Я” mövzusunda nümunəvi dərs keçirilib
İbtidai siniflər aylığı çərçivəsində dekabrın 27-də Əminə Nazarlının təşkilatçılığı ilə 1 e sinfində rus dili fənni üzrə “Буква Я” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Nümunəvi dərsdə fəal təlim üsullarından, slaydlardan istifadə olunub. Rollu oyunlardan istifadə edilməklə mövzuya aid səhnəcik nümayiş etdirilib. Fənn müəllimi müxtəlif imkanlarından istifadə edərək, mövzunun dərindən mənimsənilməsinə nail olub. Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Daha sonra şagirdlər qruplara ayrılaraq onlara verilən tapşırıqları yerinə yetiriblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.