"Meyvə" mövzusunda açıq dərs
Sabunçu rayonu 69 nömrəli tam orta məktəbdə 6d sinfinin Biologiya fənnindən MEYVƏ mövzusunda açıq dərsi keçirildi. Uşaqlar Alma, Albalı, Şaftalı, Heyva, Nar, Çiyələk olmaqla 6 qrupa bölünmüşdülər. Hər bir qrup meyvələrin əhəmiyyəti haqqında məlumat verdi. Yalançı meyvənin əmələ gəlməsi və maraqlı meyvələr haqqında slaydlar göstərildi. Uşaqlar quru və şirəli, birtoxumlu və çoxtoxumlu meyvələr haqqında məlumat aldılar. Dərsdə "Qubanın ağ alması" mahnısıda səsləndirildi.