Valideynlərlə direktoryanı görüş.

13 may 2025-ci il tarixində “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, məktəbin IX sinif şagirlərinin valideynləri ilə direktoryanı görüş keçirildi. Məqsəd, valideynlərin şikayət və təkliflərini dinləmək, problemləri müzakirə etmək, bir neçə məsələ ilə bağlı maarifləndirici söhbət aparmaq, növbəti tədris ilində siniflərin təşkili və s. nüansları diqqətə çatdırmaqdır.
Müzakirə edilən əsas mövzulardan biri Peşə təhsili idi. Elmi bilikləri zəif olan şagirdlərin təhsillərini peşə məktəblərində davam etdirmək tövsiyyə olundu.
Məktəbin direktoru Faiq Məmmədov valideynlərin müzakirə edilən mövzularla bağlı suallarını cavablandırdı.