Valideynlərlə növbəti görüş keçirildi.

11 sentyabr 2025-ci il tarixində 2025-2026-cı tədris ilində IX sinflərdə təhsil alacaq şagirdlərin valideynləri ilə direktoryanı müşavirə keçirildi. Məqsəd, şagirdlərin etik davranış qaydaları, məktəbdaxili təhlükəsizlik qaydaları, məktəbli forması, şagirdlərin dərsə davamiyyəti və s. bu kimi məsələləri valideynlərin nəzərinə çatdırmaq və onlarla maarifləndirici söhbət aparmaq idi.
İclası açıq elan edən məktəbin direktoru Faiq Məmmədov valideynləri və müəllimləri salamlayaraq onları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi və gündəliyə qoyulan məsələlər müzakirə edildi. İclasın gedişində bəhs edilən problemlərlə bağlı valideynlərin və müəllimlərin fikirləri dinlənildi.