Valideynlərlə direktoryanı görüş keçirildi.

5 sentyabr 2025-ci il tarixində məktəbdə 10-cu sinfə qəbul olunmuş şagirdlərin valideynləri ilə direktoryanı görüş keçirildi. Məqsəd, 2025-2026-cı tədris ilində şagirdlərin dərsə davamiyyəti, məktəbli formasından istifadə və s. bu kimi məsələlərlə bağlı valideynlərlə maarifləndirici söhbətin aparılması idi. Məktəbin direktoru Faiq Məmmədov valideynləri yeni tədris ili münasibəti ilə təbrik edərək xoş arzularını çatdırdı.