HAQQIMIZDA

Məktəb 1907-ci ildə inşa edilmişdir. Görkəmli satirik şair Mirzə Ələkbər Sabir bu məktəbdə dərs demişdir. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən bu məktəbin fəaliyyəti 1935-ci ildən genişlənmişdir. Məktəb 450 yerlik və üç mərtəbəlidir. Məktəbdə 81 nəfər müəllim və 3 nəfər rəhbərlik çalışır. Onlardan 67 nəfəri ali, 14 nəfəri isə orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 56 sinfində 1318 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 24 nəfərdir. Məktəb üzrə müəllimlərin orta dərs yükü 24 saatdır və bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb altı günlük iş rejimində, 2 növbədə işləyir. Sinif komplektlərinin sayı 56 olmaqla birinci növbədə 36, ikinci növbədə 20 sinif yerləşdirilmişdir. Məktəbin binası 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi