FƏXRİMİZ

Son illərdə məktəbdə bir çox maraqlı, yadda qalan və əlamətdar günlərə həsr olunmuş tədbirlər, tanınmış insanlarla görüşlər, respublika və rayon miqyasında keçirilən mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında, müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə məktəbin şagirdləri fəal iştirak etmişdir. Bütün bunlar da onların dünya görüşlərinin formalaşmasında mühüm rol oynamışdır. Məktəbin bir neçə yuxarı sinif şagirdləri rayon üzrə müxtəlif mövzularda keçirilmiş şeir müsabiqələrində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar.    

   

24 noyabr 2018-ci il tarixində Sabunçu Gənclər evinin təşkilatçılığı ilə “İntellekt zirvələri fəth edir” adı altında keçirilmiş “Zirvə” intellektual yarışmasının “Bazardüzü” turunda 69 nömrəli tam orta məktəbin şagirdləri iştirak edərək 2-ci yerə layiq görülmüşlər.

Sabunçu rayon orta ümumtəhsil məktəblərinin arasında keçirilmiş “Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda rəsm müsabiqəsində iştirak edən 69 nömrəli tam orta məktəbin VIIç sinif şagirdi Əliyeva Nuray Namiq qızı III yeri tutduğuna görə diplomla təltif edildi.

Uşaq Hüquqları konvensiyasının Azərbaycan Respublikasında ratifikasiya edilmənin 25 illiyi münasibəti ilə Sabunçu rayon İcra Hakimiyyəti 74 nömrəli tam orta məktəbdə məktəblilərin rəsm sərgisini təşkil etmişdir. 3 noyabr 2017-ci il tarixdə təşkil olunan sərgidə məktəbimizin VIII a sinif şagirdi Həsənova Firəngiz Zahid qızı öz rəsm əsəri ilə məktəbimizi təmsil etmişdir. Firəngiz Həsənovanın əl işi sərgidə iştirak edən İcra hakimiyyətinin məsul işçilərinin və sərgiyə dəvət olunmuş qonaqların marağına səbəb oldu. Şagirdin rəsm əsəri Azərbaycanın xalq rəssamı Arif Hüseynovun diqqətindən də yayınmadı. O, rəsm haqqında dəyərli fikirlər söyləyərək, gənc rəssamın dəstixəttinin onun gələcəkdə yaxşı rəssam olacağından xəbər verdiyini bildirmişdi.

02.11.2017-ci il tarixində Sabunçu rayonu 142 nömrəli məktəbdə Sabunçu rayonu "Gənclər və İdman İdarəsi" tərəfindən 9 Noyabr Azərbaycan Dövlət Bayraq bayramı münasibəti ilə Sabunçu rayon məktəblər arası "Mənim bayrağım" adlı VIII bayraq müsabiqəsi keçirilmişdir. 69 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Vəliyeva Aysun Rasim qızı həmin şeir müsabiqəsində III yerə layiq görülərək şəhər turuna vəsiqə qazanmışdır.

Şagirdimiz-Mövsümov Nurlan Mübariz oğlu Lənkəran şəhərində 49 məktəb arasında Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirtdtiyi "Nə? Harada? Nə zaman? Breyn-rinq intellektual oyununda iştirak edərək 1-ci yerə layiq görülmüş və medalla mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirdiyi hüquq olimpiadasında fərqləndiyinə görə Məmmədli Elmir Əlizadə oğlu diplom və hədiyyələrlə təltif edildi.

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” ictimai birliyinin, 15 fevral 2018-ci il tarixində Sabunçu rayonundakı orta məktəblərdə təhsil alan şagirdlərlə gənc nəslin milli-vətənpərvərlik tərbiyəsi istiqamətində keçirdiyi  tədbirdə fəal iştirak etdiyinə görə şagirdimiz Xa sinif şagirdi Məhərrəmli Fatimə Ceyhun qızı Fəxri Fərmanla təltif olundu.

Məktəblilərin fənn müsabiqəsində şagirdimiz Babayev Rasim Rahim oğlu yer tutmuşdur.

 Məktəb şagirdlərinin idman nailiyyətləri həmişə yüksək olmuşdur.

  1. 8c sinif şagirdimiz-Mehdiyev Məmmədəli Türkiyə kingboksinq üzrə yarışmada 2-ci yerə layiq görülmüşdür
  2. Digər şagirdimiz Aslanov Aslan Mehdixan oğlu “Bakı birinciliyi” yarışmasında Kingboksinq üzrə 1-ci yerə çıxmışdır.
  3. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qobustan rayon Gənclər və İdman İdarəsinin Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş 2004-2006, 2007-2008 və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə UGİM-nin açıq birinciliyində “30” kq çəki dərəcəsində birinci yer tutduğuna görə 4D sinif şagirdimiz İsayev Nemət Murad oğlu diplomla təltif olunub.
  4. Valeybol üzrə Bakı 1-cisi Verdizadə Mais Malik oğlu bizim şagirdimizdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi