Kiçik Akademiya

Ü.Hacıbəyovun 136-cı ildönümü münasibəti ilə “Milli musiqimizin beşiyi- Şuşa” adlı konfrans keçirilmişdir.Sentyabr ayının 17-də Ü.Hacıbəyovun 136-cı ildönümü münasibəti ilə “Milli musiqimizin beşiyi- Şuşa” adlı konfrans keçirilmişdir. Konfransda A.Aksana, Z. Qalibə və 8d sinif şagirdləri iştirak etmişlər.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir.08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

“N.Gəncəvi -880”2021-ci il N.Gəncəvi ili çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq aprel ayının 30-da Mc TEAMS platformasında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aksana Ağazadənin təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə birgə “N. Gəncəvinin oğlu Məhəmmədə nəsihətləri” mövzusunda debat-müzakirə keçirilmişdir. Debatda məktəb rəhbərliyi, 40-a yaxın şagird və məktəbin ədəbiyyat müəllimləri iştirak etmişlər. Müzakirələrdə məktəblilər nəsihətlərdən hissələr səsləndirmiş, müasir dövrlə əlaqələndirmişlər.

Ətraflı

Zərifə Əliyeva -98Aprel ayının 28-i görkəmli oftalmoloq Zərifə Əliyevanın anım günüdür. Bu münasibətlə həmin tarixdə Sabunçu Regional “Kiçik Akademiya”sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömləri VMA-nın birgə təşkilatçılığı ilə Mc Teams platforması üzərindən “Zərifə Əliyeva -oftalmalogiya elminin inkişafında müstəsna xidmətləri” adlı elmi -praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Konfransın təşkilatçılarından olan S.Şahverdiyev konfransın gündəliyindəki məsələlər haqqında iştirakçılara məlumat verdi. Daha sonra Z.Əliyevanın həyat yolunu əks etdirən videoçarx nümayiş etdirildi. Müəllim və şagirdlərin təqdimatları dinlənildi. Konfransda 69 nömrəli tam orta məktəbin KA rəhbəri A.Ağazadə, biologiya müəllimi V.Həsənquliyeva və X sinif şagirdləri B.Aytac, M.Zinyət iştirak etmişlər.

Ətraflı

"Nizami Gəncəvi-dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Keçirilmiş konfransda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Vahid və 10c sinif şagird Balayeva Aytac dinləyici qismində iştirak etmişlər.

Ətraflı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi