“N.Gəncəvi -880”
2021-ci il N.Gəncəvi ili çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq aprel ayının 30-da Mc TEAMS platformasında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aksana Ağazadənin təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə birgə “N. Gəncəvinin oğlu Məhəmmədə nəsihətləri” mövzusunda debat-müzakirə keçirilmişdir. Debatda məktəb rəhbərliyi, 40-a yaxın şagird və məktəbin ədəbiyyat müəllimləri iştirak etmişlər.
Müzakirələrdə məktəblilər nəsihətlərdən hissələr səsləndirmiş, müasir dövrlə əlaqələndirmişlər.