“Son Zəng-2025”

14 iyun 2025-ci il tarixində məktəbdə XI siniflərin təntənəli “Son zəng” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin anılması ilə başlandı. Məktəbin direktoru Faiq Məmmədov rəsmi hissənin açılışında çıxış edərək, məktəbin uğurlarından danışdı. Daha sonra “Son zəng” münasibəti ilə məzunları təbrik edərək, onlara gələcək həyatlarında yeni-yeni uğurlar arzuladı. Direktor müavinləri, müəllimlər və valideynlər də məzunları təbrik etdilər. Tədbir təlimata uyğun olaraq məktəbin həyətyanı sahəsində saat 10-00-da başlandı və 12-00-da başa çatdı.