"Bir il, bir yol, bir başlanğıc" adlı tədbir.

3 iyun 2025-ci il tarixində 1ç sinif müəllimi Allahverdiyeva Aygülün təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik" ili çərçivəsində və "1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi " günü ilə bağlı "Bir il , bir yol , bir başlanğıc" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin təhsilə aid kəlamı ilə davam etdi . Vətənə, anaya, müəllimə aid şeirlər səsləndirildi . Tədbirdə 1ç sinif şagirdləri müxtəlif çıxışlarla öz bacarıqlarını nümayiş etdirdilər. Şagirdlər "Rənglərin söhbəti" , "Heyvanların dostları" adlı səhnəciklər nümayiş etdirdilər . Maraqlı və rəngarəng rəqslərlə tədbiri canlandırdılar.
Şagirdlər vals və müxtəlif flashmoblar nümayiş etdirdilər.
Şagirdlər vətənə olan sevgilərini ifadə edən şeirlər söylədilər , mahnı oxudular və bayraqlarla hərbi yürüş etdilər .
Sonda isə uşaqların ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təltif mərasimi keçirildi. Şagirdlərə diplom və hədiyyələr təqdim olundu.
Tədbirin sonunda məktəbin direktoru Faiq Məmmədov və direktor müavinləri öz ürək sözlərini deyərək şagirdləri və valideynləri təbrik etdilər.