Suveren dövlətin təbii dəyərləri

5 iyun 2025-ci il tarixində məktəbin biologiya müəllimi Maxsudlu Maxsudun təşkilatçılığı ilə “Suveren dövlətin təbii dəyərləri” adlı dəyirmi masa keçirildi. Tədbirdə məktəbin VIII-IX sinif şagirdləri hazırladıqları təqdimatları təqdim etdilər. Tədbirdə əsasən suverenliyimizin bərpasının nə qədər əhəmiyyətli olduğu vurğulandı. Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən dövlət qoruq, yasaqlıq və milli parkların ermənilərin işğalı altında olan zaman dəyən zərərləri videoçarx çəklində şagirlərə nümayiş etdirildi. Məqsəd şagirdlərə təbii dəyərlərimizə sahib çixmağı aşılamaqdır.