“7-dən 17-ə vətənpərvər” layihəsi çərçivəsində Balaxanı Qum hamamına ekskursiya

  Məktəbin 4a sinfi və sinif rəhbəri Mətanət müəllimənin rəhbərliyi ilə “7-dən 17-ə vətənpərvər” layihəsi çərçivəsində Balaxanıda yerləşən Qum hamamına maraqlı və maarifləndirici ekskursiya təşkil olundu.

  Ekskursiya zamanı şagirdlər tarixi memarlıq abidəsi olan Qum hamamı ilə yaxından tanış oldular. Onlara bu tikilinin tarixi, memarlıq xüsusiyyətləri və keçmişdə insanların gündəlik həyatında oynadığı rol haqqında məlumat verildi. Şagirdlər həm öyrəndilər, həm də tarixi irsimizlə qürur duydular.

Belə səfərlər uşaqlarda vətənə sevgi, milli-mədəni irsə hörmət kimi dəyərləri aşılayır və onların dünyagörüşünü genişləndirir.

Ekskursiya uşaqlar üçün həm əyləncəli, həm də öyrədici oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi