“Bilik günü”

  15 sentyabr 2025-ci il tarixində məktəbdə “Bilik günü” təntənəli şəkildə qeyd olundu. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Səsləndikdən sonra vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Tədbiri açıq elan edən məktəbin direktoru Faiq Məmmədov şagirdləri, valideynləri və müəllimləri 2025-2026-cı  tədris ilinin başlanması münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı. Məktəbin direktor müavinləri və müəllimlər də həmçinin şagirdləri yeni tədris ili münasibəti ilə təbrik etdilər. Məktəbə yeni qədəm qoyan 1-ci sinif şagirdləri öz şer tövhələri ilə çıxış etdilər. Daha sonra şagirdlər növbə ilə sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi