Məktəbdə “Açıq həftə” günləri

12,13,14,15 may tarixlərində məktəbdə “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, “Açıq həftə” günləri adlı silsilə tədbirlər keçirildi. Məqsəd, valideynləri təlim-tədris prosesi, məktəbin infrastukturu və pedaqoji heyətlə yaxından tanış etmək idi. Dərs prosesinə cəlb edilən valideynlər “Açıq həftə” günlərində arzu etdikləri dərsləri dinlədilər və rəy vərəqlərində keçirilən dərslərə münasibətlərini bildirdilər. Ümumi rəylərdən belə məlum oldu ki, valideynlər onlar üçün yaradılmış bu şəraitdən çox məmnun olublar.