Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü

 7may 2025-ci il tarixində məktəbin Məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı Yeganə İsmayılovanın təşkilatçılığı ilə Ümummilli  Lider Heydər Əliyevin 102-ci  ildönümü münasibətilə 8a, 8b, 8ç və 5d sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Tədbirdə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" xüsusi vurğulandı. 

  Məqsəd, Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti, azadlıq və müstəqillik duyğuları, azərbaycanlı olması ilə ömür boyu fəxr etməsi, xalqımızın min illər arzusunda olduğu müstəqil və suveren dövlət missiyası, Vətənə qayıdışı, "Sönməz Günəş" tək daim işıq saçmasını şagirdlərə çatdırmaq idi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur, minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı--Milli Qurtuluş Günü kimi qeyd edir. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.  Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi