İntiharın profilaktikası

7 may 2025-ci il tarixində yeniyetməlik yaş dövrünə aid olan şagirdlərlə “İntiharın profilaktikası” mövzusunda maarifləndirici görüş keçirildi.Məktəbin psixoloqu Könül İbrahimova və UBTR-i Pərvanə Salmanova tərəfindən şagirdlərə yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri,yeniyetməlik böhranı,intiharın səbəbləri,intihar riski zamanı qoruyucu təsirlər və onun qarşısının alınması yolları haqqında ətraflı məlumat verildi.Mövzu ilə əlaqədar şagirdlərə slayd təqdim olundu.