"Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"

  Məktəbin tədbirlər planına uyğun olaraq, 2025-ci ilin " Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar 7 may 2025-ci il tarixində məktəbin UBTR-i Salmanova Pərvanə 5 B sinfində" Ümumilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir" adlı dəyirmi masa keçirdi.

  Müstəqil və suveren dövlətə sahib olmaq milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm və ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Xalqımız, nəhayət, XX əsrin sonunda müstəqillik əldə etmiş Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmasından sonra öz arzusuna çatdı.

  Dəyirmi masada şagirdlər konstitusiyanın yaranmasında Ümumilli Lider Heydər Əliyevin rolu , dövlət quruculuğunda əsas xidmətləri  Azərbaycanın suveren hüquqları və müstəqilliyinin qorunması istiqamətində atılan addımlar barədə məlumatlarını bölüşdülər .

  Tədbirin keçirilməsində əsas məqsəd Ümumilli Lider Heydər Əliyevin həyat yoluna nəzər salmaq, şagirdlərdə hüquqi bilikləri artırmaq, onlarda vətənpərvərlik ruhunu gücləndirmək, dövlətçilik şüurunu inkişaf etdirmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi