Milli Musiqi Günü qeyd olundu.

8 Sentyabr - dahi bəstəka, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin 140- cı doğum günü, eyni zamanda Milli Musiqi Günüdür.
Bu məqsədlə məktəbimizin musiqi müəllimi Qasımova Leyla 8 c sinfində dərsini dahi bəstəkarın həyat və fəaliyyətinə həsr etdi.
Bildirdi ki, Üzeyir Hacıbəyli Azərbaycan Musiqi mədəniyyətində yeni bir məktəbin əsasını qoyaraq , milli musiqimizi dünyaya tanıtmışdır. Onun " Leyli və Məcnun" operası Şərqdə ilk opera kimi tarixə düşmüş, sonrakı illərdə yazdığı opera, operetta, romans və simfonik əsərlər isə musiqi xəzinəmizin ayrılmaz parçasına çevrilmişdir. Eyni zamanda şagirdlər dərs prosesində dahi bəstəkarın əsərlərini özündə əks etdirən videoslaydlara tamaşa etmiş, məktəbdə təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Milli Musiqi Gününün qeyd olunmasında məqsəd şagirdlərə Azərbaycan musiqisinin zənginliyni çatdırmaq, onu gələcək nəsillərə ötürməkdən ibarətdir.