BSQ-1-ə start verildi.
13 yanvar 2025-ci il tarixində məktəb pedaqoji şurasının müvafiq qərarına əsasən I yarımilin yekun qiymətləndirilməsinə BSQ-1-ə start verildi. IV, IX, XI siniflərdə bütün fənlərdən, digər siniflərdə isə azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən BSQ-1-in keçirilməsi nəzərdə tutulmuşdur. Qiymətləndirmə qeyri ixtisas fənn müəllimlərinin müşahidəsi altında keçirilir və qiymətləndirilmənin şəffaf şəkildə keçirilməsinə məktəb rəhbərliyi nəzarət edir.