Reproduktiv sağlamlıq mövzusunda valideyn iclası
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə VIII sinif şagirdlərinin valideynləri ilə 28 noyabr 2024-cü il tarixində görüş keçirildi.İclasda valideynlərə yetkinlik yaş dövrünün xüsusiyyətləri,valideynlər və onların övladları, yeniyetməlik dövrü böhranını necə qarşılamalıdır?, bu böhran zamanı münasibətləri qarşılıqlı anlaşmanı inamı necə qorumaq lazımdır?, yeniyetmələrlə reproduktiv sağlamlıq,dostluq barədə necə danışmaq lazımdır?, sualı ətrafında müzakirə aparıldı. Dərs ili ərzində övladları ilə “mən və mənim əhatəm”, “gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”, “zərərli vərdişlər”, “siqaret çəkmək, akoqolizm və narkomaniya”, “erkən nigahın fəsadları” mövzusunda məşğələlər keçiriləcəyi bildirildi.