“Zirə Gülçülük” Kompleksinə ekskursiya
5 noyabr tarixində “YAŞIL DÜNYA NAMİNƏ” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Əliyevava Tahirənin təşkilatçılığı ilə 3a sinif şagirdləri ilə “Zirə Gülçülük” Kompleksinə ekskursiya edilib. Ekskursiyanın əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın qorunmasından ibarət olub.
“Zirə Gülçülük” Kompleksində şagirdlər yerli və xarici güllərlə tanış olub, güllərin əkilməsi, onlara qulluq, gübrələnməsi haqqında yeni məlumatlar əldə ediblər