"COP29" və "Yaşıl Dünya naminə Həmrəylik" ili çərçivəsində 1A sinfində "Qızıl Payız" mövzusunda Təşkilat saatı keçirildi.

4 noyabr tarixində məktəbin 1A sinfində Əliyeva Pərvanə şagirdlərə ilin fəsilləri,hər fəsildə təbiətdə, canlıların həyatında baş verən dəyişikliklər haqqında məlumat verdi. Sonra Payız fəslinə aid videogörüntü nümayiş olundu. Payızda təbiətdə, canlıların həyatında baş verən dəyişikliklər şagirdlərin nəzərinə çatdırıldı. Payız fəslinin məhsulları - meyvə və tərəvəzləri barədə məlumat verildi.  Meyvə və tərəvəzlərin  insan orqanizminə olan faydası barədə şagirdlər məlumatlandırılırdı. Şagirdlər meyvələrlə əyani tanış oldular.

 Daha sonra şagirdlərin yaş səviyyəsinə uyğun olaraq COP29 və Yaşıl Dünya naminə Həmrəylik mövzusunda məlumat verildi. Şagirdlərin nəzərinə çatdırıldı ki, təbiəti, canlılar aləmini qorumaq hər birimizin borcudur, eyni zamanda sağlamlığımız və gələcəyimiz üçün önəmlidir. Şagirdlər dünyada baş verən ekoloji problemlər barədə də qısaca məlumatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi