III siniflərdə monitorinq keçirildi
15.05.2024-cü il tarixində məktəbdə BŞTİ-nin təlimatına uyğun olaraq III siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənlərindən monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının yoxlanılması idi. Monitorinqlərin şəffaf şəkildə keçirilməsinə məktəbin direktoru Faiq Məmmədov və təlim-tərbiyə işləri üzrə direktor müavini Aida Əliyeva nəzarət etmişdilər. III siniflər üzrə 121 şagirddən 115-i iştirak etmiş, 6-ı isə üzrlü səbəbdən iştirak etməmişdir.