"Dəyirmi masa"
Yanvar ayının 19-da 3-cü sinif müəllimlərinin təşəbbüsü və rəhbərliyi ilə "Dəyirmi masa" ətrafında toplandı. Məqsəd 20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində Azadlıq fədailəri şəhidlərimizin əziz xatirəsini anmaq, xalqımızın azadlıq mübarizəsini əks etdirən tariximizin şanlı səhifələrinə nəzər salmaqdır. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəb rəhbərliyinin də iştirak etdiyi maraqlı söhbətdə direktor Faiq Məmmədov həmin günlərə istinadən tarixi faktlar səsləndirdi. "Dəyirmi masa" şagirdlərin şeirləri ilə yekunlaşdı.