1-ci sinif şagirdlərinin psixoloji diaqnostikası
Psixoloqun fəaliyyət planına əsasən 1-ci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədi ilə məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova "Kern-İrosek", "Metropolitan" testlərini tətbiq etmişdir. 1-ci sinif şagirdlərinin sosial inkişaf, psixi inkişaf səviyyəsi, ətraf aləm haqqında təsəvvürləri, yardacı təfəkkür və intelekti yoxlanıldı. Eyni zamanda eyniləşdirmə, fərqləndirmə bacarığı, kiçik motorikası və rəsm bacarıqları da öyrənildi.