Uşaq hüquqları
"Məktəbin illik fəaliyyət planı"-na əsasən "Uşaq Hüquqları Konvensiyası" çərçivəsində oktyabrın 25-də məktəbin ibtidai sinif müəllimi Madərova Rühəngiz 3D sinif şagirdləri ilə "Uşaq hüquqları aylığı" adlı maarifləndirici söhbət apardı. Söhbətin əsas məqsədi uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsinə və təbliğinə nail olmaqdır.