Kitab sərgisi

Oktyabr ayının 5-də məktəbin şagirdləri Bakı Beynəlxalq kitab sərgisində iştirak etmişlər.Onlar kitab sərgisində müasir yazarların kitablarının təqdimatını dinləmişlər. Məktəbin psixoloqu Könül İbrahimova, Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərovanın iştirakı ilə şagirdlər əsərlər barədə öz rəylərini bildirmişlər və müxtəlif mövzuda kitabla təltif olunmuşlar.