Heydər Əliyev və Qüdrətli Azərbaycan

     Mart ayının 18-də 259 nömrəli tam orta məktəbdə 69 nömrəli tam orta məktəbin direktoru Şahbazov Taleh Nəsirulla oğlunun və 74 nömrəli tam orta məktəbin direktoru Zeynalov Murad Fəxrəddin oğlunun  təşkilatçılığı ilə “Heydər Əliyev və Qüdrətli Azərbaycan “adlı  tədbir keçirildi.

 Sabunçu Rayon İcra hakimiyyətinin nümayəndəsi- Ədalət Teymurov, din xadimi Ramin Dadaşov, Balaxanı qəsəbə ictimaiyyətinin nümayəndələri, kənd Ağsaqqalları, müəssisə rəhbərləri, qəsəbədə yerləşən  3 məktəbin müəllimləri və yuxarı sinif şagirdləri tədbirdə iştirak etmişdilər.

   Tədbirdə Ulu Öndərin siyasi fəaliyyəti, respublikaya 1-ci rəhbərlik dövrü, respublikaya 2-ci rəhbərlik dövrü, dövlətçiliyi möhkəmləndirmək üçün tədbirləri, gənclər siyasəti, "Heydər  Əliyev və Şuşa" məsələlərinə toxunuldu.

 “Heydər  Əliyev və Şuşa” mövzusunda 9-cu sinif şagirdlərinin  maraqlı təqdimatları, digər siniflərdən olan şagirdlər isə gözəl şeir çələngləri ilə çıxış etdilər, eyni zamanda uşaq xoru və şagirlərin musiqi ifaları (tar,kaman) tədbirə gələn qonaqlar tərəfindən xüsusi maraqla qarşılandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi