Milli Musiqi Günü

Məktəbimizdə Milli Musiqi Günü ilə bağlı tədbir keçirildi. Tədbir məktəbin musiqi müəllimi Elnurə Rzayeva və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir. Milli Musiqi Gününə həsr edilmiş tədbirdə şagirdlərimiz Üzeyir Hacıbəyliyə məxsus olan musiqili komediyalardan səhnəciklər göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi