Ailəm və məktəbim

Məktəbimizdə "Ailəm və Məktəbim" layihəsi çərçivəsində şagirdlər, valideynlər və müəllimlərin iştirakı ilə yaddaqalan bir tədbir keçirildi. Tədbirin təşkilatçılığı Uşaq Birliyi Təşkilatının rəhbəri Aynur Piriyeva tərəfindən həyata keçirilib. Tədbir zamanı valideynlər övladları ilə birlikdə salatlar düzəltdilər, maraqlı rəsmlər çəkdilər, müxtəlif şirniyyatlar hazırladılar və əl işləri ilə yaradıcılıqlarını nümayiş etdirdilər. Bu fəaliyyətlər uşaqlar üçün əyləncəli və öyrədici olduğu qədər, valideynlər üçün də övladları ilə keyfiyyətli vaxt keçirmək baxımından önəmli oldu. Tədbir müəllimlər üçün də maraqlı keçdi. Onlar şagirdlərin və valideynlərin əməkdaşlıqla ortaya çıxardığı işləri maraqla izlədilər və bu cür tədbirlərin təlim-tərbiyə prosesinə müsbət təsir göstərdiyini qeyd etdilər. Sonda məktəbin direktoru tədbirdə fəallıq göstərən şagirdləri tərifnamələrlə mükafatlandırdı. Bu təşəbbüs məktəb və ailə arasında qarşılıqlı inam və əməkdaşlığın gücləndirilməsinə xidmət etdi. "Ailəm və Məktəbim" layihəsi çərçivəsində keçirilən bu kimi tədbirlərin davamlı olması məktəb mühitində pozitiv və birgə dəyərlərin formalaşmasına zəmin yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi