Kiçik Akademiya

Füzuli dünyası    XVI əsrin möcüzəsi Məhəmməd Füzuli Orta əsrlər zülmət və azadlığa can atan doğma xalqının ümid və arzularından yaranmışdı. Füzulisiz Azərbaycan xalqını, onun dil və mədəniyyət tarixini, əxlaq, fəlsəfə, sənət və bədiiyatını düşünmək mümkün deyil.     Bu gün - aprelin 22-də məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə birgə dahi şair M. Füzulinin 530 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığı, sənətkarlığı haqqında məlumat verilib. M. Füzuli həyatına dair sənədli filmlər, "Leyli və Məcnun" filmindən bəzi epizodlar nümayiş etdirilib.  Şairin əsərləri ideya cəhətdən müzakirə edilib.      Azərbaycanın dahi şairi M. Füzuli yaradıcılığı, zəngin irsi ilə bağlı xoş dəqiqələr, gözəl anlar yaşanıb.

Ətraflı

Abidələr və Tarixi Yerlər    18 aprel tarixində - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə məktəbimizin şagird,  müəllim və valideyn kollektivi iştirak edib. Şagirdlər Ramana qalasına edilmiş ekskursiyada qala ilə tanış olub, onun tarixi haqqında məlumatlara yiyələniblər.

Ətraflı

Dəyirmi masa "Təhlükəsizlik tədbirləri"    BTŞİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində normal  iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, təhsil müəssisələrində təhlükəsizlik mühitinin yaradılması barədə həyata keçirilən tədbirlər planının təhlili və müzakirəsi məqsədi ilə məktəb rəhbərliyi "Dəyirmi masa" keçirib. İclasda çıxış edən məktəbin direktoru müəllimlərə təhlükəsizlik tədbirləri, onların həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib. 

Ətraflı

Unudulmaz lider    Bu gün Bakı Gənclər Mərkəzininin foyesində Unudulmaz lider layihəsi çərçivəsində Ulu öndər Heydər Əliyevin və ailə üzvlərinin xalça üzərində şəkillərindən ibarət sərgisi təşkil olunub. Sərgidə məktəbin Kiçik Akademiya rəhbəri, psixoloqu və müəllimləri iştirak edib. Sərgi iştirakçıları Heydər Əliyevin və ailə üzvlərinin xalça üzərində şəkillərinə baxış keçiriblər.

Ətraflı

Zəfər tarixi monitorinq    Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş lahiyələrin icrasına "Zəfər tarixi" kursunun təşkilinə nəzarətin gücləndirilməsi, eyni zamanda "Zəfər tarixi" fənninin tədrisi çərçivəsində şagirdlərimizin vətənpərvər ruhda tərbiyə edilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək "Şəhidlik" zirvəsinə ucalmış qəhrəmanlarımızın təhsilalanlar arasında tanıdılması məqsədilə 9-cu siniflərdə (Azərbaycan və rus bölməsi üzrə) məktəb rəhbərliyi tərəfindən 03.04.2024-cü il tarixində monitorinqlər təşkil edilib.

Ətraflı

Konfrans    04.04.2024-cü il tarixdə Sabunçu rayon Gənclər evində "Heydər Əliyev və Azərbaycan tarixi" movzusunda orta məktəb şagirdləri arasında referat müsabiqəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda məktəbimizi 9 "A" sinif şagirdi Aysun Cəlilova təmsil edib.

Ətraflı

Aprel döyüşləri04.04.2024-cü il tarixdə 9 "A" sinifində sinif rəhbəri Cavadlı Kərimova Ülkər tərəfindən "Aprel döyüşləri"nin 8 illiyinə həsr olunmuş xüsusi dərs keçirilib. Dərsdə təqdimat və videoçarx nümayiş olunub. Şagirdlərin təqdimatları dinlənilib. Müəllim tərəfindən aprel döyüşlərində milli ordumuzun göstərdiyi igidliklərdən, qəhrəmanlıq nümunələrindən danışılıb. Şəhidlərimizin xatirəsi yad olunub. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib.

Ətraflı

31 Mart soyqırımı    31 mart - "Azərbaycanlıların Soyqırımı Günü" tariximizin unudulmaz səhifəsidir. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil bəşər tarixində də ən qanlı faciələrdən biridir, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə məktəbimizdə "Unudulmaz Qan Yaddaşımız" adlı "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəb rəhbərliyi, 8 və 9-cu sinif şagirdləri istirak edib.

Ətraflı

Dərsliklərin yoxlanılmasıKitabxana  müdiri Almaz Cəfərova və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə təhsil müəssisəsinin fəaliyyət planına uyğun olaraq şagirdlərlə birgə məktəb üzrə dərsliklərin təmiz və səliqəli saxlanılması  ilə  əlaqədar  monitorinq keçirilib. Məqsəd dərslik fondunun yaxşı saxlanılmasına nəzarətin gücləndirilməsi üçün sinif rəhbərləri və şagirdləri maarifləndirmək olub.

Ətraflı

Steam ekskursiyaBu gün məktəbin steam fənni müəllimləri Gülər Mustafayeva, Gülnarə Bağırova, Esmira Eyubova və 5-8 ci sinif şagirdləri Bakı Avropa liseyinin Steam mərkəzində təşkil olunan ekskursiyada iştirak ediblər. Ekskursiyada şagirdlər steam dərslərində hazırlanan əl işləri, layihələrlə tanış olublar.

Ətraflı

Şəhid ailələrinə ziyarətMəktəb kollektivi Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Ətraflı

Sinif rəhbərləri ilə iclas    04.03.2024-cü il tarixində məktəb rəhbərliyin təşkilatçılığı ilə sinif rəhbərlərinin iclası təşkil olunub. İclasda şağıdakı gündəlikdə duran məsələlər müzakirə edilib: 1.Müəllimlərin etik davranış qaydaları. 2.Məktəbin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması,sağlam işgüzar mühütin təmin olunması. 3.Şagirdlərini nizam-intizamı, dərsə davamiyyəti və məktəbli geyimi. 4.Monitorinqlərin məzmun təhlilləri     Gündəlikdə duran məsələlər ilə əlaqədar məktəbin direktoru Məmmədova Nazəni çıxış edərək bildirdi ki, müəllimlərin etik davranış qaydalarına riayət etməsində əsas məqsəd təhsil müəssisəsində sağlam işgüzar durumun bərqərar olunması, müəllimə etimadının artırılması, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsidir.

Ətraflı

"Alkoqolizm və narkomaniya" ilə mübarizə    "Reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə tədbirləri çərçivəsində biologiya müəllimi və məktəb psixoloqunun təşkilatçılığı ilə VIII sinif şagirdləri ilə "Alkoqolizm və narkomaniya" mövzusunda maarifləndirici seminar keçirilib. Şagirdlərə əsrin bəlası sayılan narkomaniyanın insan həyatına ölümcül təsirləri haqqında məlumat verilib. Belə profilaktik tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğidir. Sonda şagirdlərin sualları cavablandırılıb və mövzunu əhatə edən videoçarx nümayiş etdirilib.

Ətraflı

Metodbirləşmə iclasıMəktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın təşkilatçılığı ilə fənn aylığı çərçivəsində xarici dil fənn müəllimləri ilə görüş təşkil edilib. Görüşdə bu ay üzrə keçiriləcək nümunəvi dərslərin qrafikləri, yarışmalar, viktorinalar, qarışılıqlı dərs dinləmələrin təşkil edilməsi və cari məsələlər müzakirə olunub .Metodbirləşmə rəhbəri İbrahimova Təranə və fənn müəllimləri də iclasda iştirak ediblər.

Ətraflı

Şən startlar5 Mart Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş Şən startlar yarışı keçirilib. Yarışda 6-cı sinif şagirdləri iştirak edib.

Ətraflı

Şahmat yarışı5 Mart Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş siniflər arası şahmat yarışı keçirilib. Yarışda 5, 6, 7, 8, və 9-cu siniflərin şagirdləri iştirak edib. Yarışa məktəb rəhbərliyi də baxış keçirib.

Ətraflı

Şagird davranış qaydalarıMəktəbimizdə "şagird davranış qaydaları"nın həyata keçirilməsi və prosesə nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi və sağlamlığı həmçinin psixoloji dəstək işinin gücləndirilməsi məqsədilə 5-9-cu sinif şagirdlərinə VII qrant layihəsi çərçivəsində qalib olmuş "şagird davranış qaydaları"üzrə maarifləndirici animasiya filmləri nümayiş etdirilib.Şagird davranış qaydalarını əhatə edən lahiyə çərçivəsində hazırlanmış videolara baxdıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva,psixoloq Günay Həşimova və UBTR Aynur Piriyeva şagirdlərlə bu mövzu istiqamətində müzakirələr aparıb və onları onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıblar .

Ətraflı

İdmançıların yarışa hazırlığının psixoloji yanaşmasıMartın 1-i 2024-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini müvəqqəti icra edən Aynur Piriyevanın rəhbərliyilə ümumtəhsil müəssisələrində "İdman həftəsi"nin I günü ilə əlaqədar olaraq məktəbin psixoloqu Günay Həşimova, fiziki tərbiyə müəllimi Aqil Paşayev 8"B"sinfində "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici seminar təşkil ediblər. #BədənTərbiyəsivəİdmanGünü

Ətraflı

İdman növləri haqqındaİdman həftəsi ilə əlaqədar idman müəllimləri Həcər Nəsibova, Yasin Abdullayev və Aqil Paşayev tərəfindən "İdman növləri haqqında" şagirdlərlə söhbət aparıb.

Ətraflı

Mülki Müdafiə GünüBu gün məktəbdə Sabunçu rayonu üzrə FH və MM şöbəsi ilə razılaşdırılmış plan əsasında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müəllim heyəti və şagirdlər iştirak ediblər. Hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Səfxan Bayramov “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nün yaranma tarixi, Azərbaycanın bu təşkilata üzvlüyü, Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verib. Daha sonra şagirdlərlə Mülki müdafiənin vəzifələri barədə sual-cavab formasında dialoq keçirilib. Videofilm nümayiş etdirilib. Tədbirin sonunda şagirdlərə insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlatlar çatdırılıb və onların sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

İdman həftəsi5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil Nazirinin müvafiq əmri ilə məktəbdə idman həftəsi keçirilir. 1 mart 2024-cü il tarixində məktəbin həyətində layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər edildi. Gündəlik gimnastik hərəkətlər məktəbin fiziki tərbiyə müəllimi Yasin Abdullayev və Həcər Nəsibovanın nəzarəti ilə keçirilib. #BədənTərbiyəsivəİdmanGünü

Ətraflı

Siqaret və onun zərərləri"Reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə tədbirləri çərçivəsində məktəb psixoloqu, biologiya müəllimi və UBT rəhbərinin təşkilatçılığı ilə VIII sinif şagirdləri ilə "Zərərli vərdişlər" mövzusunda maarifləndirici seminar keçirilib. Şagirdlərə siqaret çəkməyin insanın həm öz sağlamlığına, həm də çevrəsindəki insanların sağlamlığına zərərləri haqqında məlumat verilib. Şagirdlərlə siqaretin lehinə və əleyhinə olan məlumatlar müzakirə olunub. Sonda şagirdlərin sualları cavablandırılıb.

Ətraflı

Xocalı soyqırımı : xalqa qarşı zorakılıq"Əsrin faciəsi - Xocalı" mövzusunda 7 "A" sinfində nümunəvi dərs keçirilib. Şagirdlər qrup tapşırığı əsasında faciəni əks etdirən videoçarx, təqdimat, tarixi rəsmlər, şeirlər hazırlayıb, nümayiş etdirərək faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıblar.

Ətraflı

Xocalı şəhidləri yad edilibXocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutub. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan olunması ilə nəticələnib.

Ətraflı

Kim bioloq olmaq istəyir22.02.2024-cü il tarixində fənn aylığı çərçivəsində biologiya müəllimi Eyubova Esmira tərəfindən 7,8 -ci siniflərdə "Kim bioloq olmaq istəyir" adlı intellektual yarış təşkil olunub. Yarışda 3 komanda : Botaniklər, Şahinlər və Ulduzlar komandaları mübarizə aparıblar. Yarışma "zehnin məşqi", 5 əsas və final mərhələsindən təşkil olunub. Hər mərhələdə şagirdlərə tənqidi düşünmə və problemi həlletmə qabiliyyətinin inkişaf etdirilməsi üçün suallar təqdim olunub. Sonda yüksək nəticə əldə edərək "Botaniklər" komandası 1-ci yerə layiq görülüb. Qaliblərə rəhbərlik tərəfindən diplomlar təqdim olunub. Yarışmada məktəb rəhbərliyi və fənn müəllimləri münsiflər heyəti kimi iştirak ediblər.

Ətraflı

Valideyn iclası23.02.2024-cü il tarixində valideyn-məktəb münasibətlərinin güclənməsi məqsədilə 6-cı siniflərdə valideyn iclası təşkil edilib. İclasda məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərləri və fənn müəllimləri iştirak ediblər. Gündəlikdə duran əsas məsələlər müzakirə edilib. 1.Birinci yarım ilin yekunları. 2.Valideyn məsuliyyətinin artırılması, valideyn-şagird-məktəb üçbucağının tənzimlənməsi 3.Birinci yarım il üzrə keçirilmiş monitorinqlərin nəticələri . 4.İkinci yarım il üzrə nəzərdə tutulan hədəflər və digər cari məsələlər.

Ətraflı

Xocalı inşa müsabiqəsiXocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması olub.

Ətraflı

Xocalı soyqırımı : xalqa qarşı zorakılıq"Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə məktəbdə tərtib olunmuş tədbirlər planına uyğun olaraq siniflərdə təşkilat saatları silsilə olaraq davam etdirilir. Şagirdlərə soyqırım haqqında məlumat verilib, soyqırımdan bəhs edən film nümayiş etdirilib.

Ətraflı

Xocalı soyqırımı20.02.2024-cü il tarixində ibtidai siniflərdə sinif rəhbərlərinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı sinif təşkilat saatları keçirilib. Təşkilat saatının keçirilməsində əsas məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatlar vermək, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliği olub. Şagirdlər Xocalıya aid şeirlər, şəhidlər haqqında laylalar və şəkillər nümayiş etdiriblər. 

Ətraflı

BullinqMəktəb psixoloqu və UBT rəhbərinin təşkilatçılığı ilə VI siniflərdə "Bullinqə son!" mövzusunda seminar keçirilib. Şagirdlərə yaş xüsusiyyətləri nəzərə alınaraq zorakılıq, onun növləri və insan həyatında buraxdığı psixoloji və fizioloji izləri haqqında məlumatlar verilib, müzakirələr edilib. Bu cür maarifləndirici seminarların keçirilməsində məqsəd şagirdləri neqativ hallar haqqında məlumatlandırmaq və onlara sağlam emosional mühiti aşılamaqdır. Sonda şagirdlərə maarifləndirici videoçarx nümayiş etdirilib.

Ətraflı

Beynəlxalq Ana Dili GünüMəktəbimizin Azərbaycan dili müəllimi Gülzar İsmayılova tərəfindən 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş Dəyirmi masa təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Dəyirmi masada ana dilimizin əsrlərin sınağından keçməsi, özünəməxsusluğu ilə bu günümüzlə səsləşməsi haqqında söhbətlər olunub. Ulu öndər Heydər Əliyevin ana dilimizi Dövlət dili səviyyəsinə yüksəltməsi xüsusi vurğulanıb. Şagirdlər tərəfindən müxtəlif təqdimatlar ,ana dilimizə həsr edilmiş şeirlər səsləndirilib. Dəyirmi masa məktəb rəhbərliyinin ana dilimiz haqqındakı çıxışı ilə yekunlaşıb.

Ətraflı

Reproduktiv sağlamlıqMəktəb psixoloqu, UBT rəhbəri və biologiya müəlliminin təşkilatçılığı ilə IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir?" mövzusunda profilaktik məşğələ keçirilib. İlk öncə şagirdlərə reproduktiv sağlamlıq məfhumu, insan orqanizminin xüsusiyyətləri izah olunub və sağlamlığı qorumaq vasitələri təqdim olunub. Sonda şagirdlərə mövzu ilə bağlı anket sorğu təqdim olunub və sualları cavablandırılıb.

Ətraflı

Vitaminlərin insan həyatında roluMəktəbin biologiya müəllimi Mustafayeva Gülər tərəfindən 19.02.2024-cü il tarixində 8"A" sinfində "Vitaminlərin insan həyatında rolu" mövzusunda nümunəvi dərs keçirilib. Bu məzmunda dərsin keçirilməsində məqsəd şagirdlərin sağlamlığının qorunması üçün sağlam qidalanma qaydalarını şagirdlərə çatdırmaq və izah etməkdir. Fənn aylığı üçün nəzərdə tutulan nümunəvi dərs 5 E modelinə uyğun keçirilib. Dərsdə məktəb müdiriyyəti və bir neçə müəllim heyəti də iştirak edib. Dərs olduqca maraqlı və maarifləndirici əhəmiyyət daşıyırdı. Dərsdən sonra dərsin müzakirəsi aparılıb. Güclü və inkişafa ehtiyac olan tərəfləri müzakirə edilib.

Ətraflı

Valideyn iclası8 a sinfində sinif rəhbəri Xatirə İbrahimova tərəfindən valideyn iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər haqqında məlumat verilib. Məktəbdə şagirdlərin təhlükəsizliyinin təminatı, təhsil müəssisələrində valideynlərin birgə əməkdaşlığının artırılması, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri kimi məsələlər müzakirə edilib. Şagirdlərin dərsə davamiyyəti, monitorinq nəticələri haqqında valideynlərə məlumat verilib. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə övladlarının yaş xüsusiyyətləri, emosional-psixi durumu, maraq dairəsi ilə bağlı tövsiyələrini və şagirdlər arasında risk qrupunun müəyyənləşdirilməsi ilə bağlı məlumatlar verib. İclasda məktəb rəhbərliyi iştirak edib.

Ətraflı

8-ci siniflərdə testYeniyetməlik yaş dövründə olan şagirdlərin psixi durumu nun müəyyənləşdirilməsi məqsədilə VIII siniflərdə "Psixi vəziyyətin qiymətləndirilməsi" testi keçirilib. Nəticələrə əsasən şagirdlər profilaktik söhbətə cəlb olunacaq.

Ətraflı

Təhlükəsizlik qaydalarıSirr deyil ki, daim uşaqların yanında olmaq, onları qorumaq mümkün deyil. Bu səbəbdən onlara özünü müdafiə etməyi, qorumağı, çətinlikdən çıxmağı öyrətmək önəmlidir. Bu məqsədlə UBT rəhbəri Piriyeva Aynur və məktəb psixoloqu Həşimova Günay şagirdlərin təhlükəsizlik qaydaları haqqında söhbətlər aparıb.

Ətraflı

Sosiometrik sorğu12.02.2024 tarixdə məktəb psixoloqu tərəfindən VII b sinif şagirdləri ilə "Sosiometrik sorğu" keçirilib. Sorğunun keçirilməsində məqsəd şagirdləri sinifdaxili münasibətlərdə narahat edən problemləri öyrənmək və aradan qaldırılmasında köməklik göstərməkdir. Daha sonra sorğunun nəticələri şagirdlərlə təhlil olunaraq, onlarla profilaktik söhbət aparılıb.

Ətraflı

Psixoemosional vəziyyətMəktəb psixoloqu Günay Həşimova VI sinif şagirdləri ilə "Hislərin sehirli aləmi" metodikasını keçirib. Testin keçirilməsində məqsəd yeniyetməlik dövrünün ilkin pillələrində olan şagirdlərin psixoemosional vəziyyətini öyrənib, bu yöndə maarifləndirmə tədbirləri aparmaqdır.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib31.01.2024-cü il tarixində Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova, təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və məktəb kollektivi iştirak edib. Pedaqoji şurada aşağıdakı məsələlər müzakirə edilib: - 2023-2024-cü tədris ilinin hesabatlarının dinlənilməsi - I yarım il ərzində keçirilmiş monitorinqlərin müqayisəli təhlili - müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi; - ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması; - sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması; - görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və sosial şəbəkələrdə işıqlandırılması; - müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili; -Pedaqoji şurada qəbul edilmiş qərarların icrası ilə bağlı hesabatların təmin edilməsi

Ətraflı

Valideynlərlə görüş29.01.2024-cü il tarixində məktəb rəhbərliyinin təşkilatçılığı ilə sinif rəhbərləri və valideyn komitə icmalarının iştirakı ilə iclas təşkil edilib. İclasda təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva, UBT rəhbəri Aynur Piriyeva, psixoloq Günay Həşimova da iştirak edib. İclasda əsasən valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, məktəbdə yol verilməz davranışlar, nizam-intizam qaydaları və digər məsələlər müzakirə edilib. İclasın əsas məqsədi məktəb-valideyn münasibətlərinin tənzimlənməsi, valideyn-məktəb-şagird üçbucağının təmin edilməsi və ən əsası valideynlərin məktəblə sıx əməkdaşlığının təmin edilməsindən ibarətdir.

Ətraflı

Risk qrupu    Məktəb psixoloqu Günay Həşimova tərəfindən risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi məqsədilə VII siniflərdə diaqnostik sorğu keçirilib. Sorğuda 28 şagirdlər iştirak edib. Alınan nəticələrə əsasən şagirdlərlə profilaktik, maarifləndirici iş aparılması nəzərdə tutulub.

Ətraflı

BSQ-lərə start verilib16 Yanvar tarixindən Bsq-lərə start verilib.

Ətraflı

20 Yanvar "Ümumxalq Hüzn Günü"UBT rəhbəri Aynur Piriyevanın təşkil etdiyi sinif divar qazetlərin növbəti buraxılışı "20 Yanvar" faciəsinin 34 cü il dönümünə həsr olundu. Şagirdlər o, qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər elə bu məqsədlə “Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak etdilər. Məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqilliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır. 

Ətraflı

20 Yanvar20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34 cü ildönümünə aid tədbir keçirildi. Tədbirdə iştirak edən müəllim və şagird kollektivi “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbiri izlədilər. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Tədbir aparıcıların yanvar faciəsi haqqında verdiyi məlumatla açıq elan olundu. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Çıxış üçün söz məktəbin tarix müəllimi Lalə Babayevaya verildi. O da öz növbəsində Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.

Ətraflı

Reproduktiv sağlamlıq. Gəncliyin ilk baharıMəktəbin psixoloqu və biologiya müəlliminin təşkilatçılığı ilə IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" sahəsində maarifləndirmə tədbirləri çərçivəsində "Gəncliyin ilk baharı" mövzusunda söhbət aparılıb. Müəllim Gülər Mustafayeva şagirdlərə yetişkənlik dövrünün əsas əlamətlərini sadalayıb, yeniyetməlik dövründə psixoemosional sahədə baş verən dəyişiklikləri izah edib. Sonda isə məktəb psixoloqu şagirdlərə mövzu ilə bağlı slayd təqdim edib.

Ətraflı

Sağlamlıq və gigiyena qaydalarıŞagirdlər arasında sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah və qohumlar arası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə məktəb psixoloqu, biologiya müəllimi və sinif rəhbərinin təşkilatçılığı ilə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda profilaktik məşğələ keçirilib. Məşğələdə şagirdlər şəxsi gigiyena və sağlamlıq haqqında məlumat əldə edib, öz təqdimatlarını göstəriblər. Sonda şagirdlərə mövzu ilə bağlı video slaydlar nümayiş etdirilib.

Ətraflı

Olimpiada nəticələri24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır. Qeyd edək ki, RFO-nun respublika mərhələsinin yarımfinal turuna məktəbin 11 "B" sinif şagirdi İbrahimli Salman haqq qazanıb. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Yaşıl layihə    "Yaşıl layihə" üzrə 7 "A" sinfində həyat bilgisi fənnindən "Yaşıllıqların mühafizəsi" mövzusunda açıq havada dərs keçirilib. Fənni tədris edən biologiya müəllimi Gülər Mustafayeva şagirdlərə qış ayında ağaclara, güllərə neçə qulluq edilməli tövsiyyələrini verib. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva  Azərbaycanda salınmış qoruqlar barəsində məlumatlar verib. Sonra şagirdlər Azərbaycanda bitən və adı "Qırmızı kitab"a düşən bitkiləri araşdırıb, onlar barədə təqdimatlar hazırlayıblar.

Ətraflı

Yol hərəkəti qaydaları5 "b" sinif şagirdləri ilə " Yol hərəkəti qaydaları və biz" adlı təşkilat saatı keçirildi. Sinif rəhbəri Esmira Eyubova yol hərəkəti qaydaları və nişanları haqqında ətraflı məlumat verdi. Hər bir piyadanın yol hərəkəti qaydalarına riayət etməsini vacib olduğunu bildirdi. Şagirdlər yol nişanları və işıqfor haqqında maraqlı məlumat verdilər və çəkdikləri rəsmləri nümayiş etdiriblər. Təşkilat saatında UBT rəhbəri Aynur Piriyeva da iştirak edib.

Ətraflı

Riyaziyyat fənnindən nümunəvi dərs     14.12.2023-cü il tarixində fənn aylığı çərçivəsində riyaziyyatdan fənn müəllimi Məhərrəmova Abahət tərəfindən 6-cı sinifdə "Gündəlik həyatımızda Faiz" mövzusunda intellektual yarışma təşkil olunub. Yarışmanın  əsas məqsədi faizin bütün növlərini izah etmək,məsələ həllinə tətbiq etmək və gündəlik həyatımızda rolunu izah etməkdən ibarət olub.Yarışmada 4 komanda mübarizə aparıblar.Onlar təqdim edilmiş sualları müəyyən vaxt çərçivəsində cavablandırıblar və münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.Nəticələrə əsasən komandalar aşağıdakı yerlərə layiq görülüblər: I yer - Üçbucaq komandası II yer - Düzbucaqlı III yer - Kvadrat IV yer - Romb       Yarışmada məktəbin direktoru Məmmədova Nazəni, direktor müavini Mirzəliyeva Şəbnəm, MB sədri və fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Ümummilli lider Heydər Əliyev    Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu öndərin işığında gələcəyə doğru" movzusunda "Dəyirmi masa" keçirilib. Tədbiri məktəbin tarix müəllimi açıq elan edərək bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş tarixi şəxsiyyətdir. Sonra şagirdlər mövzu ətrafında çıxış edib, şeirlər söyləyiblər. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Reproduktiv sağlamlıq 2Məktəb psixoloqu və hərbi rəhbərin təşkilatçılığı reproduktiv sağlamlıq sahəsində maarifləndirmə tədbirləri çərçivəsində IX sinif şagirdləri ilə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda seminar keçirilib. Məktəbin hərbi rəhbəri şagirdlərə yeniyetməlik dövründə cinsi yetişkənliyin inkişaf xüsusiyyətləri barədə məlumat verib. Seminarın keçirilməsində məqsəd bu dövrün əsas əlamətlərini, psixi emosional sahədə baş verən dəyişiklikləri şagirdlərin diqqətinə çatdırmaqdır. Sonda şagirdlərə mövzu ilə əlaqəli slaydlar nümayiş olunub.

Ətraflı

Yaşıl layihə: "Təbiəti qoruyanlar"    Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi davam edir. UBT rəhbəri Aynur Piriyevanın təşkil etdiyi "Təbiəti qoruyaq, "Heyvanlar da təbiətin bir hissəsidir. Hər bir heyvanın az da olsa təbiətə xeyri var. Hər bir heyvan yararlıdır" mövzusunda şagirdlərlə birgə "Təbiətin, o cümlədən heyvanların qorunmasında bərabər işlər görülür. Məktəblilərin öhdəsinə böyük işlər düşür.      Hər bir uşaq gərək təbiət qarşısında vəzifəsini bilsin, onu sevsin, qorusun və mühafizə etsin. Şagirdlərə verilən tapşırıqlar böyük həvəslə yerinə yetirildi.

Ətraflı

Heydər Əliyev - dahi şəxsiyyət08.12.2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100-cü il dönümü ilə əlaqədar Yasin Abdullayevin rəhbərliyi və 6 B sinifi şagirdlərinin iştirakı ilə “Heydər Əliyev – dahi şəxsiyyət” mövzusunda təşkilat saatı keçirilib. Məktəblilər Ulu Öndər Heydər Əliyevin xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və milli dövlətçilik quruculuğundakı əvəzolunmaz xidmətləri barədə çıxışlar edib, Ümummili liderə həsr olunan şeirlər səsləndiriblər və rəsmlər çəkiblər. Tədbirdə UBT rəhbəri Aynur Piriyeva və məktəb psixoloqu Günay Həşimova da iştirak edib.

Ətraflı

Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşüDekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilib. Konfrasın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz Məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olunub.

Ətraflı

Fəxrimiz - Hüsüzadə Elmir05.11.2023-cü il tarixdə Bakı şəhəri Əhmədli rayonunun Nokaut idman klubunun açıq birinciliyi üzrə yarışda və 26.11.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin Azərbaycan Kikboksinq Federasiyası Legioner idman klubu üzrə keçirilən klublararası açıq turnirdə 9 yaşlı 24 kq çəki dərəcəsində Hüsüzadə Elmir Emin oğluna hər iki yarışda da 1-ci yer tutduğuna görə klubların direktorları tərəfindən diplom, medal və kubok verilib. Hüsüzadə Elmir qazandığı diplom və medallarını 44 günlük müharibə iştirakçısı olan şəhidimiz İbrahimli Məhəmmədəli Mütəllim oğlu adına bağışlayıb. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Növbəti monitorinqlər keçirilibMəktəbin fəaliyyət planına uyğun olaraq 27.11.2023- 30.11.2023-cü il tarixlərində Azərbaycan və rus bölməsi üzrə tədris dili, riyaziyyat, ingilis dili fənnlərindən 7 və 9-cu siniflərdə məktəbdaxili monitorinqlər təşkil edilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinqlərin düzgün və şəffaf keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

İclas30.11.2023-cü tarixində məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın təşkilatçılığı ilə 20.11.2023-cü il tarixində keçirilmiş Pedaqoji şurada seçilmiş dərs müşahidə qrupunun üzvləri olan müəllimlər ilə iclas təşkil edilib. İclasda müşahidə qrupunun üzvləri ilə dərs müşahidələrinin alətləri, tezliyi, növləri, digər istiqamətləri və eyni zamanda müşahidə edilən dərslərin güclü və inkişafa ehtiyaca olan tərəfləri ətraflı şəkildə müzakirə edilib. Müşahidə qrupu ilə bu cür iclaslar mütəmadi olaraq keçiriləcək.

Ətraflı

Zoologiya muzeyinə ekskursiya28.11.2023-cü il tarixdə məktəbin biologiya müəllimi Eyubova Esmira və Kiçik Akademiya rəhbəri Nigar Abasovanın təşkilatçılığı ilə Zoologiya muzeyinə dərs-ekskursiyası təşkil olunub. Ekskursiyada 5-9-cu sinif şagirdləri iştirak ediblər. Muzeydə "Balıqların müxtəlifliyi", "Quşlar sinfi", "Quşların ekoloji qrupları", "Məməlilərin ekoloji qrupları" mövzularında şagirdlərə ətraflı məlumat verilib, onların suallarını cavablandırılıb. Şagirdlərlə muzeyə səfərin məqsədi onlarda heyvanlar aləminə marağı artırmaq və heyvanların ekoloji qrupları ilə daha yaxından tanış etmək olub.

Ətraflı

Zərərli vərdişlər. NarkomaniyaYeniyetmələr arasında narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində VII b sinif şagirdləri ilə "Zərərli vərdişlər və narkomaniya əsrin bəlası" mövzusunda sinif təşkilat saatı keçirilib. Təşkilat saatında iştirak edən məktəbin psixoloqu, UBT rəhbəri və sinif rəhbəri şagirdlərə əsrin bəlası sayılan "ağ ölümlə" mübarizə yollarından danışıb. Şagirdlər mövzu ilə əlaqəli çəkdikləri rəsmləri, hazırladıqları materialları bölüşüb. Sonda narkotikin insan sağlamlığına və cəmiyyətimizə vurduğu zərəri haqqında maarifləndirici slayd nümayiş olunub.

Ətraflı

Ulu öndər Heydər ƏliyevBu gün məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova və informatika müəllimi Xatirə İbrahimovanın təşkilatçılığı ilə Kiçik Akademiya üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq "Ulu öndər Heydər Əliyev" adlı təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin həyatı, siyasəti, təhsilə və uşaqlara verdiyi önəm haqqında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Müsabiqədə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Sağlam həyat tərziMəktəbin biologiya müəllimi və məktəb psixoloqunun təşkilatçılığı ilə VII siniflərdə "Sağlam həyat tərzi" mövzusunda profilaktik söhbət aparılıb. Söhbətin aparılmasında məqsəd məqsəd sağlam həyat tərzinin formalaşması üçün vacib olan faktorları şagirdlərin diqqətinə çatdırmaqdır. Sonda şagirdlərə mövzu ilə bağlı anket sorğu təqdim olunub və fikirləri dinlənilib.

Ətraflı

Ana dilimizi sevəkUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Ana  dilimizi  sevək  və  inkişaf  etdirək” mövzusunda məktəb kitabxanasında "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəbin kitabxana müdiri Almaz Cəfərova, məktəb psixoloqu Günay Həşimova və fəal oxucu şagirdlər iştirak ediblər. Aynur Piriyeva ulu öndərin sözləri ilə “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı  nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” demiş. Sonra Kitabxana müdiri Almaz Cəfərova çıxışında öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd edib. Şagirdlər Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin "Mənim ana dilim" şeirini söyləyiblər.

Ətraflı

Heydər Əliyev İli"Heydər Əliyev İli” çərçivəsində məktəb kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Dəyirmi masa" keçirilib. Məktəbin kitabxana müdiri Almaz Cəfərova Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, yetişməkdə olan nəsil Ulu Öndərin mirasını dərindən öyrənməli, ondan dövlət və dövlətçilik təcrübəsini əks etməlidir. UBT rəhbəri Aynur Piriyeva qeyd edərək bildirdi ki, əsasən də məktəb uşaqları gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını örnək almalıdır. Məktəbin psixoloqu Günay Həşimova da Heydər Əliyevlə bağlı fikirlərini söyləyib. Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib.

Ətraflı

Ekoloji tarazlığın qorunması və bərpası8a sinifində Şəbnəm Mirzəliyeva tərəfindən həyat bilgisi fənnindən "Ekoloji tarazlığın qorunması və bərpası" mövzusunda layihə dərsi təşkil edilib. Dərsin əsas məqsədi şagirdlərin "Ekoloji tarazlığın qorunması və bərpası"na dair layihələrin hazırlanması və təqdim edilməsidir. Şagirdlər dərsdə aşağıdakı mövzular üzrə layihələr təqdim ediblər: 1. Zibilliklərin azaldılması 2. Yaşıllıqların artırılması 3. Atmosfer havasının çirklənməsinin qarşısının alınması 4. Yaşadığı ərazisinin təmizliyi 5. Su hövzələrinin təmiz saxlanılması Dərsdə məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova, psixoloqu Günay Həşimova, UBT rəhbəri Aynur Piriyeva və fənn müəllimləri iştirak ediblər.

Ətraflı

Narkomaniyaya yox!!!Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə IX,X,XI sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək” mövzusunda söhbət aparılıb. İlk öncə məktəbin psixoloqu Günay Həşimova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirib. Məktəbin biologiya müəllimi Gülər Mustafayeva belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıb.Görüşün sonunda mövzuya aid suallar cavablandırılıb. Sonda UBT rəhbəri Aynur Piriyevanın narkomaniya haqqında hazırladığı videoçarx nümayiş olunub.

Ətraflı

"Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşü“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib. BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib, "Kiçik Akademiya"ların üzvlərinə fəaliyyətlərində uğurlar arzu edib. Tədbirdə məktəbin “Kiçik Akademiya” üzvlərindən Fidan Haşımovanın da çıxışı dinlənilib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib2022-2023-cü tədris ili üzrə məktəbin direktoru Nazəni Məmmədovanın başçılığı ilə Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda aşağıdakı gündəlikdə duran məsələlər müzakirə edilib : 1. Respublika Fənn Olimpiadalarının məktəb turunun nəticələrinin təhlili 2. Keçirilən monitorinqlərin nəticələrinin təhlili 3. Dərs müşahidə qrupunun yaradılması 4. Pedaqoji sənədlərin vəziyyəti və aşkarlanan nöqsanlar 5. Şagirdlərin dərsə davamiyyəti 6. Cari məsələlər Gündəlikdə duran məsələlər barədə məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva çıxış ediblər. Sonda müəllimlərə öz fəaliyyətlərində uğurlar arzu edilib və daha diqqətli, məsuliyyətli olmaqları tapşırılıb.

Ətraflı

Peşə sorğusuPeşə koordinatorunun təşkilatçılığı ilə şagirdlərdə peşə marağının müəyyənləşdirilməsi məqsədilə IX-XI sinif şagirdləri ilə anket sorğu keçirilib. Sorgunun nəticələrinə əsasən şagirdlərin cox hissəsi müasir dövrün tələblərinə cavan verən peşələrə üstünlük veriblər. Sonda şagirdlərə peşələrin insan həyatındakı rolu haqqında məlumat verilib.

Ətraflı

Yaşıl layihəYaşıl layihə: "Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir. 5 a sinfinin rəhbəri Təranə Hüseynova "Təbiəti qoruyaq" mövzusunda sinif təşkilat saatı keçirib. Sinif təşkilat saatında məktəbin UBT rəhbəri Aynur Piriyeva və məktəb psixoloqu Günay Həşimova da iştirak edib. Sinif rəhbəri Təranə Hüseynova şagirdlərə məlumat verərək bildirib ki, təbiət bizim hamımızın anasıdır. Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticədə insanların sağlamlığına təhlükə yaradır. Bu səbəblərə görə təbiəti qorumaq bizim borcumuzdur. Ağacları qırmaq, heyvan və bitkilərə qulluq etməmək təbiətin məhv olmasına səbəb olur. Hər bir uşaq gərək təbiət qarşısında vəzifəsini bilsin, onu sevsin, qorusun və mühafizə etsin. Sonra şagirdlər sinif otağındakı bitkilərə öz balaca əlləri ilə qulluq edib, diblərini yumşaldıb ,qurumuş budaqları təmizləyiblər.

Ətraflı

Kitab sərgisi8-9 sinif şagirdləri Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Beynəlxalq Kitab Sərgisində iştirak etdilər. Şagirdlərimiz burada bir çox kitablarla tanış oldular. Maraq göstərdikləri kitabları aldılar. Sərgi çox maraqlı keçdi. Şagirdlərimizi kitablara marağının artırılması üçün belə sərgilərə cəlb edən UBT rəhbəri Aynurə Piriyeva və psixoloq Günay Həşimova təşəkkürümüzü bildiririk.

Ətraflı

Əsrin qələbəsiZəfər Günü münasibətilə "Əsrin qələbəsi" adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra tədbir iştirakçıları tərəfindən torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizin ruhu yad edilib. Məktəbin hərbi rəhbəri Sərxan Bayramov şagird və müəllim kollektivini bayram münasibətilə təbrik edib. Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə şagirdlər zəfər təntənəsi ilə bağlı mətnlər və şeirlər səsləndiriblər, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa ediblər.

Ətraflı

"Şanlı Zəfərimiz" adlı divar qəzetləri8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.  “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” -  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Hər il olduğu kimi bu il də Zəfər Günü ilə əlaqədar məktəbin V-XI sinif şagirdləri divar qəzetləri hazırlayaraq məktəbin foyesində nümayiş üçün təqdim etdilər.

Ətraflı

Zəfər GünüMəktəbimizin 1"A" sinif rəhbəri Salatın Vəliyevanın təşkilatçılığı ilə Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub. Ziyarətdə məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda Vətənə, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, tariximizi və onu yaşadanları tanıtmaq olub. Şagirdlər parkı qürur hissi ilə ziyarət edib, tarixi müşahidə edərək öyrəniblər.

Ətraflı

Nümunəvi dərs - Ağciyərlər6 "B" sinfində Gülnarə Bağırova tərəfindən "Ağciyərlərdə qazlar mübadiləsi necə baş verir?" mövzusunda nümunəvi dərs keçirilib. Müəllim şagirdlərə “Ağciyərlər necə işləyir?” mövzusunda öyrəndiklərini xatırladaraq nəfəsalma və nəfəsvermə zamanı baş verən prosesləri izah edib. Bildirib ki, ağciyərlərin əsas hissəsini qovuqcuqlar – alveollar təşkil edir. Sonra lövhədə alveol və üzərini örtən kapilyarın şəklini çəkərək ağciyərlərdə qazlar mübadiləsini izah edib. Sonda ağciyərlərdə qazlar mübadiləsini əks etdirən videomaterial göstərilib. Dərsdə Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Zəfər dastanıUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə VIII-IX sinif şagirdləri arasında " Zəfər Günü"nə həsr edilmiş "Zəfər Dastanı" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasından ibarətdir.

Ətraflı

Olimpiada04.11.2023-cü il tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan Respublika Fənn Olimpiadalarının (RFO), Məktəblilərarası Respublika Fənn Müsabiqələrinin və Riyaziyyat-Məntiq Olimpiadasının məktəb turu keçirildi. Olimpiadaların məktəb turu Azərbaycan dili, Riyaziyyat, Tarix, Kimya, Biologiya, Fizika, Təbiət fənnlərindən və məntiqdən 5-11 sinif şagirdləri arasında təşkil olunub. Olimpiada məktəb rəhbərliyi tərəfindən keçirilib.

Ətraflı

Uşaq hüquqları təşkilat saatı7b sinfində "Uşaq hüquqlarına" həsr olunmuş sinif təşkilat saatı keçirilib. Təşkilat saatında məktəb psixoloqu və UBT rəhbəri də iştirak edib. Təşkilat saatında sinif rəhbəri Həcər Rüstəmova şagirdlərə öz hüquq və vəzifələri haqqında məlumat verib. Daha sonra şagirdlər mövzu ilə əlaqəli çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Ətraflı

Ürək. Ürəyin quruluşu. Ürək necə işləyir?Məktəbin təbiət kafedrasının müəllimi Səadət Ağayeva tərəfindən 6 "A" sinfində "Ürək. Ürəyin quruluşu. Ürək necə işləyir?" mövzusunda ümumiləşdirici dərs təşkil olunub. Dərsin əsas məqsədi ürəyin quruluşunu və fəaliyyətini şərh etmək olub. Dərsdə şagirdlər fəal iştirak edərək əyani vasitələrlə ürəyin fəaliyyətini və ürəkdə qan dövranı sistemini nümayiş etdiriblər. Mövzuyla əlaqədar təqdimatlar hazırlayıblar. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Mirzəliyeva Şəbnəm və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

STEAM "Ağıllı qaraj"Bu gün məktəbin müəllimləri Bağırova Gülnarə və Eyubova Esmira tərəfindən 7 "B" sinfində STEAM "Ağıllı qaraj" mövzusunda dərs keçirilib. Dərs iki hissədən ibarətdir olub. Kodlaşdırma və mexaniki hissə. Birinci mərhələdə şagirdlər proqramlaşdırma blokları ilə tanış olublar və proqramlaşdırma ilə məşğul olublar. İkinci mərhələdə şagirdlər elektromexaniki qapı və mikro: bit lövhəsindən ibarət mexaniki hissə düzəldiblər. Dərsdə Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Uşaq hüquqları aylığı20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu aylıq çərçivəsində bizim məktəbimizdə də uşaq hüquqlarının qorunması mövzusunda bir sıra maarifləndirici tədbirlər hazırlandı. Şagirdlərimizin təşkil etdiyi divar qəzetləri və rəsmlər hazırlandı. Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində məktəbimizin bir çox siniflərində qrup halında müzakirələr və mütəaliələr keçirilmiş, sinif rəhbərləri tərəfindən sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparılmışdır.

Ətraflı

Bullinqə qarşı mübarizəSon zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir. Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar? Bu məqsədlə məktəbin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva VIb sinif şagirdləri ilə diskusiya keçiriblər.

Ətraflı

Pedoqoji şuranın növbəti iclası keçirilib    28.10.2023 -cü il tarixində məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın başçılığı ilə Pedoqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəb sənədləri ilə düzgün işləmək qaydaları, aşkarlanan nöqsanların aradan qaldırılması yolları, şagirdlərin dərsə davamiyyəti, davranış qaydaları, növbətçilik cədvəli və cari məsələlər müzakirə olunub. Məktəb rəhbərliyi hər bir müəllimin öz işinə məsuliyyətlə yanaşmağı tapşırıb, işlərində uğurlar arzulayıb.

Ətraflı

Uşaq hüquqları təşkilat saatı    Məktəbin 4 "b" sinif müəllimi Nailə Şərifzyanova 27 oktyabr tarixində sinif təşkilat saatını 20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsinə həsr edib. Təşkilat saatında UBT rəhbəri Aynur Piriyeva da iştirak edib. Təşkilat saatında şagirdlərə uşaq hüquqları haqqında məlumat verilib." Uşaq hüquqları" mövzusunda hazırladıqları təqdimatları nümayiş etdiriblər.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib28.10.2023 -cü il tarixində məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın başçılığı ilə Pedoqoji Şuranın növbəti iclası keçirilib .İclasda məktəb sənədləri ilə düzgün işləmək qaydaları,aşkarlanan nöqsanların aradan qaldırılması yolları ,şagirdlərin dərsə davamiyyəti ,davranış qaydaları ,növbətçilik cədvəli və cari məsələlər müzakirə olunub .Məktəb rəhbərliyi hər bir müəllimin öz işinə məsuliyyətlə yanaşmağı tapşırıb ,işlərində uğurlar arzulayıb .

Ətraflı

İnkişafetdirici məşğələ    Məktəb psixoloqu Günay Həşimova tərəfindən  məktəbin 3-cü siniflərdə diqqətin korreksiyası üçün məşğələlər keçirilib.

Ətraflı

"Müxtəlif irqlər, dinlər, xalqlar" mövzusunda nümunəvi dərs keçirilib    Bu gün fənn aylığı çərçivəsində "Müxtəlif irqlər, dinlər, xalqlar" mövzusunda nümunəvi dərs keçirilib. Şagirdlərin qrup və cütlərlə işləyərək insanların materiklər və qitələr üzrə irq, din, xalq müxtəlifliyini fərqləndirmək və qruplaşdırmaq bacarığı formalaşıb. Mövzu üzrə təlim nəticələrinə və məqsədə tam nail olunub. Dərs dinləmədə təlim tədris işləri üzrə direktor müavini, metodbirləşmə rəhbəri və digər fənn müəllimləri iştirak ediblər. 

Ətraflı

9-cu siniflərdə monitorinq    24.10.2023-cü il tarixində 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnlərindən monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd buraxılış fənləri üzrə tədrisin vəziyyətinin ölçülməsi, şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və tədrisin keyfiyyətinin daha da artırılmasına  nail olmasından ibarətdir. Monitorinqlərin keçirilməsinə məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib .

Ətraflı

Azərbaycan dili fənnindən monitorinq keçirilibAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir. Bu məqsədlə 23 oktyabr 2023-cü il tarixində məktəbin həm Azərbaycan, həm də rus bölmələrinin 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi olub. Monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb. Monitorinqlərə məktəb rəhbərliyi nəzarət edib.

Ətraflı

Şəhidlər unudulmurUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Şəhidlər unudulmur" şüarı altında 1-ci Vətən müharibəsinin şəhidi Abbasov İmran Məhərrəm oğlunun bulağı ziyarət edilib. Abbasov İmran Məhərrəm oğlu 1975-ci il may ayının 2-də Qərbi Azərbaycanın Kirovakan şəhərində anadan olub. Vətəninin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına mübarizə aparıb. Abbasov İmran Məhərrəm oğlu 1994-cü il Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.

Ətraflı

Məşhur səyyahlarBu gün fənn aylığı çərçivəsində 6a sinifində coğrafiya kafedrasının müəllimi Ülkər Cavadlı Kərimova tərəfindən "Məşhur səyyahlar" adlı layihə dərsi keçirilib. Dərsin məqsədi səyahətçilərin nailiyyətlərinin cəmiyyət üçün əhəmiyyətini izah etməkdir. Dərsdə direktor müavini Şəbnəm Mirzəliyeva, metodbirləşmə sədri və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Düşünən şagird19.10.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən 8-11-ci sinif şagirdləri arasında "Düşünən şagird" müsabiqəsinin məktəb turu keçirilib. Müsabiqədə münsiflər heyəti kimi təlim -tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva, ana dili və ədəbiyyat müəllimləri iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsidir.

Ətraflı

Müstəqilliyin Bərpası GünüBu gün Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur. Bu münasibətlə məktəbin coğrafiya müəllimi Ülkər Cavadlı və UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə ,,Müstəqilliyimiz əbədidir,, adlı məktəb foyesində toplantı təşkil edilib. Müəllim Müstəqilliyimizin yaranma tarixindən, xalqımızın bu yolda mübarizəsindən, dönməzliyindən söhbət açıb. Dəyərli fikirləri ilə şagirdləri məlumatlandırıb. Məktəb rəhbərliyinin iştirak ilə keçirilən toplantıda müstəqilliyimizə həsr olunmuş, vətənpərvər şeirlər, mahnılar səsləndirilib. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü bizə bəxş edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Müstəqilliyimiz dönməzdir, əbədidir! Yaşasın müstəqil Azərbaycan xalqı!

Ətraflı

Valideyn iclasları   Məktəbimizdə valideyn-məktəb münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirici işin təşkili, təhsil prosesində valideynlərin cəlb edilməsi məqsədilə rəhbərliyin təşkilatçılığı V-XI siniflərdə ilə valideyn iclasları keçirilib. İclaslarda məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva, psixoloq Günay Həşimova, UTB rəhbəri  Aynur Piriyeva və sinif rəhbərləri iştirak ediblər.      İclaslarda şagirdlərin dərsə davamiyyəti, vahid məktəbli forması, diaqnostik qiymətləndirmələrin nəticələri və s.kimi məsələlər müzakirə edilib və sonda valideynlərin sualları cavablandırılıb.

Ətraflı

Dəyirmi masa - "Füzuli azadsan!"    Bu gün - 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunmasına həsr olunmuş "Füzuli azadsan!" mövzusunda "Dəyirmi masa" keçirilib. Tarix müəllimi Lalə Babayeva geniş məruzə etdikdən sonra məktəb direktoru Nazəni Məmmədova I Qarabağ müharibəsi dönəmində cərəyan etmiş hadisələrə öz münasibətini bildirərək, bu gün Azərbaycanın tarixi qələbəsinin şəhidlərimizin qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıb. Sonra şagirdlər mövzu ətrafında çıxışlar edərək şeirlər söyləyiblər.     Tədbirdə direktor müavini Şəbnəm Mirzəliyeva, UTB rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak ediblər.

Ətraflı

Metodbirləşmə iclası    Bu gün məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın təşkilatçılığı ilə Metodbirləşmənin növbəti iclası təşkil edilib. İclasda aşağıdakı gündəlikdə duran əsas məsələlər müzakirə edilib :  1.Proqram materialların planlaşdırılmasına əsasən qarşılıqlı dərsdinləmələrin təşkili. 2.Nümunəvi dərslərin və yeni dərsdinləmə meyarlarına əsasən qarşılıqlı dərsdinləmələrin təşkili. 3.Olimpiadaların hazırlanması və keçirilməsi . 4.Fənnin tədrisi və şagirdlərin bilik və bacarıq vərdişlərinin üzərində nəzarətin təşkili . 5.İlkin diaqnostik qiymətləndirmələrə əsasən fənnlərin siniflər üzrə faizlə müqayisəli təhlili.     İclasda Metodbirləşmə sədrləri iştirak ediblər.

Ətraflı

Zərərli vərdişlər17.01.2023-cü il tarixdə məktəb psixoloqu tərəfindən VIII siniflərdə "Zərərli vərdişlər" mövzusunda seminar keçirilib. Məktəb psixoloqu şagirdlərə zərərli vərdişlərin fəsadları, insan sağlamlığına vurduğu ziyanı haqqında geniş məlumat verib. Daha sonra şagirdlərlə fikir mübadiləsi aparılıb və sualları cavablandırılıb. Seminarda UBT rəhbəri, direktor müavini və fənn müəllimi də çıxış edib və fikirlərini bölüşüb.

Ətraflı

Uşaq hüquqları aylığı20 oktyabr–20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində 13.10.2023-cu il tarixində UTB rəhbəri və sinif rəhbəri Elnurə Rzayevanın təşkilatçılığı ilə 6 A sinifində söhbət aparılıb. Qeyd edək ki, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Ətraflı

Reproduktiv sağlamlıq valideyn iclası 9-cu sinif"Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, tibb bacısı və müəllimlər də iştirak edib. Görüşdə çıxış edən məktəb psixoloqu valideynlərə cinsi yetişkənlik dövrü keçən övladlarının vacib problemləri və reproduktiv sağlamlıq haqqında məlumat verib. Sonda valideynlərin fikri dinlənilib və sualları cavablandırılıb.

Ətraflı

6-cı siniflərdə monitorinq    Məktəbin VI siniflərdə tədris dili üzrə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və təhsildə keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindəm ibarətdir. Monitorinqlərin gedişatına direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib.

Ətraflı

Reproduktiv sağlamlıq valideyn iclası"Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində məktəb psixoloqu VIII sinif şagirdlərinin valideynləri ilə iclas keçirib. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə şagirdlərin labüd problemləri, valideyn-övlad münasibətləri barədə məlumat verib, valideynlərin suallarını cavablandırıb. İclasda məktəb rəhbərliyi də iştirak edib. Sonda valideynlərlə fikir mübadiləsi aparılıb.

Ətraflı

Metodbirləşmə iclasıBu gün tarix müəllimi Lalə Babayevanın rəhbərliyi ilə tarix və coğrafiya fənn metodbirləşməsinin iclası keçirilib. İclasda direktor müavini Şəbnəm Mirzəliyeva və fənn müəllimləri iştirak ediblər. Tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təşkilatı-pedaqoji tədbirlərin keçirilməsi, oktyabr ayında keçiriləcək nümunəvi dərslərin qrafiki, qabaqcıl təcrübənin təbliği və tətbiqinə aid məsələlər və.s müzakirə olunaraq, fikir mübadiləsi aparılıb.

Ətraflı

Uşaq hüquqlarıMəktəbin UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 4 a sinif şagirdləri ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici söhbət aparılıb. Sonda şagirdlər çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Ətraflı

Valideyn iclasıMəktəbin 9-cu siniflərində sinif rəhbərləri Cavadlı-Kərimova Ülkər, Abışova Validə və məktəb rəhbərliyi tərəfindən valideyn iclası keçirilib. Məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva, UTB rəhbəri Aynur Piriyeva və məktəb psixoloqu Günay Həşimova da iclasda iştirak edib. İclasda gündəlikdə duran əsas məsələlər müzakirə edilib. 1.Valideyn-şagird-məktəb üçbucağı 2.Şagird davranış qaydaları 3.Diaqnostik qiymətləndirmələr, nəticələrinin təhlili, tədris ili ərzində keçiriləcək monitorinqlərin təqvimi, şagirdlərin buraxılış imtahanlarına psixoloji və akademik hazırlıqlarının təmin edilməsi. 4.Cari məsələlər İclasda həmçinin fənn müəllimləri də iştirak edib, valideynləri maraqlandıran sualları cavablandırıb və fikir mübadiləsi aparılıblar.

Ətraflı

Anım Günü - inşa yazı müsabiqəsiUTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilmiş VIII-IX siniflər arasında inşa-yazı müsabiqəsi keçirilib. İnşa-yazı müsabiqəsində 12 nəfər yuxarı sinif şagirdləri iştirak edib. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şanlı Qələbəmizin canlı şahidi olan gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.

Ətraflı

Reproduktiv sağlamlıq"Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində məktəb psixoloqu VIII sinif şagirdləri ilə "Mənim və mənim əhatəm" mövzusunda seminar keçirib. Seminarın keçirilməsində məqsəd yeniyetmə oğlan və qızlar arasında dostluq münasibətlərinin mahiyyəti, dostluğa verilən tələb və dostluğun onlar üçün əhəmiyyətini öyrənmək və müzakirə etməkdir. Seminarda UTB rəhbəri, tibb bacısı və biologiya müəllimi də iştirak edib. Sonda şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran sualları cavablandırılıb.

Ətraflı

Ahıllar GünüBu gün Kiçik Akademiya rəhbəri Nigar Abasova UTB rəhbəri Aynur Piriyevanın rəhbərliyi ilə akademiyanın üzvləri arasında "Ahıllar Günü"nə həsr olunmuş görüş keçirilib. Şagirdlər yaşlı, müdrik insanlara aid müxtəlif şeirlər, atalar sözləri və hikmətli kəlamlar söyləyiblər. Bu mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlərin fikirlərində babalarımızdan, nənələrimizdən bizə miras qalmış böyüyə hörmət, mənəvi əxlaqi dəyərlər öz əksini tapıb. Sonda müəllimlər şagirdlərə öz tövsiyələrini söyləyiblər.

Ətraflı

Birincilər ilə işI sinif şagirdlərinin adaptasiya xüsusiyyətlərinin yoxlanılması və məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə məktəb psixoloqu tərəfindən test keçirilib.

Ətraflı

27 sentyabr "Dəyirmi masa"27 sentyabr "Anım Günü" ilə bağlı məktəbin 8 "A" sinfində Gülzar İsmayılovanın və şagirdlərinin təşkil etdiyi "Dəyirmi masa" keçirilib. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Şəhidlərimizin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib. Şagirdlər həmin günün təəssüratını, həyəcanını paylaşıblar. Həmin tarixin Azərbaycan üçün yeni bir başlanğıc, ərazi bütövlüyümüzün bərpası olduğu vurğulanıb. 27sentyabr günü 30 illik həsrətə, ürəyimizdə dağ olan Qarabağ həsrətinə son qoyulmasına atılan ilk addımın günüdür. Sonunda zəfər dayanan bir günün başlanğıcı idi. Bu günü tariximizin yaddaşına qanları, canları ilə həkk edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Ətraflı

Vətən şəhidləri anılıb44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimiz şagirdlərimiz tərəfindən hörmət və ehtiramla anılıb. "Anım Günü" ilə əlaqədar siniflərdə silsilə tədbirlər keçirilib.

Ətraflı

27 sentyabr - "Anım Günü"27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova tədbir iştirakçılarına "Anım Günü" haqqında məlumat verib. Hərbi rəhbər Səfxan Bayramov və tarix müəllimi Lalə Babayeva məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Sonda məktəb şagirdləri Şəhidlər Ölməz!, Vətən Var Olsun!, Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!, Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır! , Sənə can qurban, Azərbaycan! şüarları altında şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.

Ətraflı

Birincilərlə söhbətI sinif şagirdlərinin məktəbə adaptasiyası prosesinin yoxlanılması məqsədilə məktəb psixoloqu Günay Həşimova tərəfindən I siniflər arasında maarifləndirici söhbət aparılıb.

Ətraflı

"Bilik Günü" tədbiriMəktəbdə ənənəvi "Bilik Günü" tədbiri qeyd olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himnin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Nazəni Məmmədova müəllimləri, şagirdləri və valideynləri salamlayıb, onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Şagirdlərə uğurlar və müvəffəqiyyətlər arzulayıb. Sonda şagirdlər ilk zəngin sədaları altında siniflərə daxil olublar.

Ətraflı

İlk dərs "Heydər Əliyev"Məktəbdə 2023 - 2024-cü tədris ilinin ilk dərsləri "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub. Eyni zamanda ilk dərslərdə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə verdiyi tövsiyələr, mili - mənəvi dəyərlərimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması kimi məsələlər şagirdlərin diqqətinə çatdırılıb. Dərslərin keçirilməsinə məktəbin direktoru Nazəni Məmmədova və direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib13.09.2023-cü ildə məktəbimizdə yeni tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Nazəni Məmmədova iclası açıq elan edərək yeni tədris ili münasibətilə pedaqoji kollektivi təbrik edib. İclasda 2022-2023-cü tədris ilinin yekunları, 9-11-cu siniflərin buraxılış və qəbul imtahanlarının nəticələri, yeni tədris ilində məktəbin hədəfləri, məktəbin iş rejimi, müəllimlərin dərs bölgüsü və digər məsələlər müzakirə edilib.

Ətraflı

Ali təhsil müəssisələrinə qəbul nəticəsi2022-2023-cü tədris ilində məktəbimizi bitirən 38 nəfər məzundan 29 nəfəri ali məktəblərə qəbul olmuş, qəbul faizi 76% təşkil etmişdir. Tələbə adını qazanan məzunlarımızı, onların valideynləri və məktəbimizin kollektivini bu uğur münasibətilə təbrik edir, valideynlərə və əməyi keçən müəllimlərə təşəkkür edirik.

Ətraflı

Məktəbli formalarıMəktəbdə 2023-2024-cü tədris ilində aşağıdakı geyim forması istifadə olunacaqdır. Qeyd edək ki, məktəbin Pedaqoji şura iclasında valideynlərlə aparılmış sorğu ilə formalar barədə Nazirlər kabinetinin qərarı müzakirə edilib və şəkildəki forma seçilərək təsdiq edilib. Xahiş edirik ki, bu ildən məktəbli formalarının məcburi olacağını nəzərə alasınız.

Ətraflı

Fərqlənmə attestatı9-cu sinif şagirdlərindən Kərimova Aysun "Fərqlənmə" attestatı alıb. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Sertifikasiya imtahanının nəticələriMəktəbin ana dili və ədəbiyyat müəllimləri sertifikasiya imtahanında yüksək nəticə əldə ediblər. Müəllimlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. Zeynalova Günel - 54 bal İsmayılova Gülzar - 51 bal

Ətraflı

"Son zəng" tədbiriBu gün “Son zəng” günüdür. Bu əlamətdar gün münasibətilə məktəbimizdə də "Son zəng" tədbiri keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nazəni Məmmədova açıb. Nazəni müəllimə rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Şəhidlərimizin ruhunu 1 dəqiqlik sükutla yad edilib. Sonra on birincilər hazırladıqları kompozisiyalar ilə çıxış ediblər. Sonda "Son zəng"çalınıb.

Ətraflı

Narkomaniyaya yox!!!07.06.2023-cü il tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2019-2024)" nın icrası istiqamətində "Sağlam gələcək naminə narkomaniyaya yox deyək" mövzusunda yeniyetmə və gənclərin maarifləndirilməsi ilə bağlı görüş keçirilmişdir.

Ətraflı

Yol hərəkəti qaydaları şagirdlərin gözü iləUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 2 a sinif rəhbəri Zenfira Quliyeva və şagirdlərinin "Yol hərəkəti qaydaları" adlı hazırladıqları tədbir keçirilib. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi. Məktəbin təşkilatçı rəhbəri Asiman Paşayev şagirdlərə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair məlumatlar verib. Şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün həm müəllimlərin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Ətraflı

Kitab sərgisiMəktəbin 8-ci və 7-ci sinif şagirdləri İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən kitab sərgisində iştirak ediblər. Bununla biz ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. Şagirdləri kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır.

Ətraflı

1 İyunUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Şagirdlər şeir söyləyiblər, rəqslər ediblər.

Ətraflı

TİMSS 2023 sorğu    TİMSS 2023 tədqiqatında iştirak edən IV sinif şagirdlərinin valideynlərinə Elm və Təhsil Nazirliyi tərəfindən sorğu göndərilib. Məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən məlumatlandırılan valideynlər göndərilən sorğunu cavablandırıb.

Ətraflı

“Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıbHeydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə məktəbin 11 "A" sinif şagirdi Sadıxova Fatimə də iştirak edib. Tədbirin qonaqları şagirdlərin rəsmlərinə baxış keçiriblər. Sonda şagirdlər diplomlarla mükafatlandırılıb.

Ətraflı

"Kiçik Akademiya"ların yekun hesabat konfransıMayın 25-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat xarakterli məlumatlar verib. Yekun konfrans 4 hissədən ibarət təşkil olunub. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işlərini təqdim ediblər. Fasilələr zamanı "Qarabağ can Qarabağ", "Anadır arzulara hər zaman Qarabağ", "Xalq Heydər söyləyəcək" adlı mahnılar şagirdlərin ifasında səsləndirilib. Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab etmiş, gənc tədqiqatçılara uğurlar və müvəffəqiyyətlər arzulayıb. Hər bir məktəbin gördüyü işlərin qiymətləndirilməsi, stimullaşdırılması məqsədilə şagirdlər "Fəxri Fərman" ilə təltif olunublar. Konfransda məktəbin KA rəhbərləri Nigar Abasova, UTB rəhbəri Aynur Piriyeva və şagirdlərimiz Bəsdi Cəlilova, Nigar Abdullazadə iştirak ediblər.

Ətraflı

Valideynlərlə görüş23.05.2023-cü il tarixdə məktəb rəhbərliyi və peşə koordinatorunun təşkilatçılığı IX sinif şagirdlərinin valideynləri ilə peşə yönümü və şagirdlərin buraxılış imtahanlarının nəticələri haqqında iclas keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova və direktor müavinləri şagirdlərin dərsə davamiyyəti və buraxılış imtahanlarının nəticələri haqqında valideynlərə məlumat veriblər. Nəticələri zəif olan şagirdlərin peşə liseylərinə qəbulları istiqamətində təkliflər irəli sürülüblər. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə yeniyetməlik yaş qrupunda olan şagirdlərin yaş xüsusiyyətləri, psixi vəziyyəti və peşə seçimində maraq və qabiliyyətlərinin düzgün istiqamətlənməsi haqqında məlumat verib. İclasa Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin əməkdaşları dəvət olunub. İclasda çıxış edən mütəxəssislər valideynlərə peşə məktəblərindəki ixtisaslar, qəbul qaydaları haqqında geniş məlumat veriblər. Sonda valideynlərin sualları cavablandırılıb.

Ətraflı

İon mübadiləsi mövzusunda praktiki dərsMəktəbimizin kimya kafedrasının müəllimi Mirzəliyeva Şəbnəm 8a sinfində "İon mübadiləsi" mövzusunda praktik dərs təşkil edib. Dərsin əsas məqsədi ion mübadilə reaksiya tənlikərini tərtib etmək və bu reaksiyalara aid müşahidə və təcrübələr aparmaq, nəticələrinə münasibət bildirmək olub. Dərsdə şagirdlər çöküntü və qaz halında maddələrin alınmasına dair kimyəvi maddələrlə müxtəlif təcrübələr apararaq nəticələri müşahidə ediblər və bu istiqamətdə müzakirələr aparıblar. Dərsdə Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Zəfər tarixi monitorinqAzərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Bu məqsədlə məktəbimizdə 9-cu sinif şagirdlərinin zəfər tarixi bilgilərini möhkəmləndirmək və onların əldə etdikləri bilikləri yoxlamaq məqsədilə monitorinq keçirilib.

Ətraflı

Açıq qapı günüPeşə koordinatoru Günay Həşimova, Kiçik Akademiya rəhbəri Nigar Abasova və məktəbin VIII-IX sinif şagirdləri Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində təşkil olunan "Açıq qapı" günündə iştirak ediblər. Tədbirdə şagirdlərə məktəbdəki peşə sinifləri və qəbul qaydaları haqqında geniş məlumat verilib. Şagirdlərə düzgün peşə seçimi, uğurlu karyera barədə geniş məlumatlar verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

3-cü siniflərdə monitorinqBu gün III siniflərdə BŞTİ tərəfindən göndərilmiş monitorinq təşkil edilib. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görməkdir. Monitorinq prosesinin gedişatına məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

Növbəti metodbirləşmə iclasıMəktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın başçılığı ilə Metodbirləşmənin növbəti iclası təşkil edilib. İclasda Metodbirləşmə sədrləri iştirak ediblər. İclasda BSQ-2 2 testlərinin tərtibatı və standartlara uyğunluğu müzakirə edilib . Eyni zamanda siniflərdə fənlərin tədrisinin vəziyyəti və buraxılış imtahanlarının nəticələri müzakirə olunub.

Ətraflı

IV siniflərdə ana dili və riyaziyyatdan monitorinqlər keçirilibMəktəb rəhbərliyi tərəfindən IV siniflərdə növbəti monitorinqlər təşkil edilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd öyrənmə və öyrətmənin keyfiyyətinin artırılması,şagirdlərin cavab kartlarında işləmək bacarıqlarının təkmilləşdirilməsidir. Monitorinqlərin gedişatına direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib.

Ətraflı

Hərbi Bilik YarışmasıBakı Şəhəri Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində Sabunçu rayon ümumtəhsil məktəblərinin X sinif komandaları arasında "Hərbi Bilik Yarışması" keçirilib. Yarışmada iştirak edən komandamız 3-cü yerə layiq görülüb.

Ətraflı

İngilis dili olimpiadası09.05.2023-cü il tarixində ADA Universitetində V ingilis dili Olimpiadası keçirilib. Olimpiadada məktəbimizin IX b sinif şagirdlərimiz iştirak ediblər.

Ətraflı

TİMSS 2023TİMSS 2023 tədqiqatında iştirak edəcək IV və VIII sinif şagirdlərimizə Elm və Təhsil Nazirliyinin təyin etdiyi təlimçi tərəfindən təlimlər keçirilib. Təlimdə şagirdlərə həmin tədqiqatda düşəcək sual nümunələri izah edilib.

Ətraflı

Bilik yarışı - Heydər ƏliyevBu gün Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Kiçik Akademiya rəhbəri Nigar Abasova tərəfindən akademiya üzvləri arasında bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlər arasında bilik və bacarıqların artırılması, sağlam rəqabətin formalaşması olub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nazəni Məmmədova açaraq, şagirdlərə Ulu öndərin ölkəmizdə əvəzsiz fəaliyyətlərindən bəhs edib və yarışda onlara uğurlar arzulayıb. Məktəb rəhbərliyi və müəllimlərdən ibarət münsiflər heyəti yarış zamanı komandaların cavablarını dəyərləndirib. Sonra qalib komandalar mükafatlandırılıb. 1-ci yer - Kainat komandası 2-ci yer - Vətən komandası 3-cü yer - Öndər komandası 4-cü yer - Dahi komandası

Ətraflı

Divar qəzetləriUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə məktəbimizində bütün siniflərində "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi"nə həsr olunmuş divar qəzetlərinin müsabiqəsi keçirilib. Siniflər müxtəlif formatda divar qəzetləri hazırlayıblar, qəzetlər məktəbin foyesində nümayiş olunub. Ən yaxşı divar qəzeti I-II-III yerə layiq görülüb.

Ətraflı

Ulu öndərBu gün məktəbimizin ingilis dili müəllimi Təranə İbrahimovanın rəhbərliyi altında 9b sinif şagirdləri ilə birgə Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə dahi şəxsiyyət görkəmli siyasətçi Heydər Əliyev hörmətlə yad edilib, onun həyat fəaliyyətindən danışılıb. Sinif şagirdləri müxtəlif illəri əhatə edən çıxışlar hazırlayıb, təqdimatların məktəb rəhbərliyi və müəllim kollektivinə təqdim ediblər. Fənn müəllimi dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə aid müxtəlif suallarla viktorina hazırlayıb və şagirdlərlə qruplar arasında rəqabətli yarışma keçirilib. Qalib qrup şagirdləri müəllim tərəfindən dəyərləndirilib. Məktəbimizin direktoru Nazəni Məmmədova şagirdlərimizin çıxışlarını çox yüksək dəyərləndirib, şagird heyətinə, bu tədbirin hazırlanmasında kömək və dəstəyinə görə fənn müəlliminə öz təşəkkürünü bildirib.

Ətraflı

Heydər ili adlı rəsm müsabiqəsiBugün Bakı Gənclər Mərkəzinin qarşısında yerləşən istirahət parkında Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı, Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü il "Heydər Əliyev İli" ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayon məktəbliləri arasında “Azərbaycan mənim ürəyimdir!” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Rəsm müsabiqəsinin məqsədi yetişməkdə olan gənc nəslin nümayəndələrinə Heydər Əliyev irsini, məfkurəsini aşılamaq, mübarizliyi, əzmkarlığı, uzaqgörənliyi gənc rəssamlarımızın düşüncəsində, baxışlarında, təfəkküründə və ürəklərində necə gördüklərini nümayiş etdirib sərgiləməkdir.

Ətraflı

İntiharın profilaktikası28.04.2023 tarixdə məktəb psixoloqu 8-ci siniflərdə "İntiharın profilaktikası" mövzusunda psixoprofilaktik və maarifləndirici görüş keçirib. Söhbətin aparılmasında məqsəd şəxsiyyəti intihara gətirən səbəbləri tapıb aradan qaldırmaq, sağlam cəmiyyətdə sağlam şəxsiyyət formalaşdırmaqdır. Görüşdə sinif müəllimləri, UBT rəhbəri də iştirak edib və şagirdlərə tövsiyələrini verib.

Ətraflı

Təhsilin keyfiyyətinin artırılması ilə əlaqədar görüşMəktəbimizdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılmış monitorinq nəticələrinin müzakirəsi ilə bağlı növbəti görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi tərəfindən Agentliyin dərsdinləmələrlə bağlı çərçivə sənədinin meyarları müzakirə olunub və dərslərdə öyrənmənin keyfiyyətinin artırılması ilə bağlı təlimatlar verilib.

Ətraflı

Zakir Bəhmənov hörmət və ehtiramla anırıqBu gün 7-ci sinif şagirdlərinin və məktəb rəhbərliyinin iştirakı ilə məktəbimizin adını daşıyan I Qarabağ müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zakir Bəhmənovun anım gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib. İlk öncə tarix müəllimi Lalə Babayeva şəhidimizin döyüş şücaətindən, qəhrəmanlığından danışıb, sonra şagirdlər mövzu ətrafında fikirlərini bölüşüblər, şeirlər səsləndiriblər. Şəhidin xatirəsi hörmətlə anılıb.

Ətraflı

İbtidai siniflərdə monitorinqFəaliyyət planına uyğun olaraq II- IV siniflərdə tədris dili və riyaziyyat fənni üzrə monitorinqlər keçirilib . Şagird nailiyyətinin yaxşılaşdırılması, həmin fənlər üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqlərin əsas məqsədlərindəndir. IV siniflərdə suallar cavab kartları ilə birlikdə şagirdlərə təqdim edilib. Monitorinqlərin keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

MonitorinqMəktəbin fəaliyyət planına uyğun olaraq rus bölməsinin 4-9-cu siniflərində Azərbaycan dili fənni üzrə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsinə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib.

Ətraflı

Feilin zamanları18.04.2023-cü il tarixində fənn aylığı çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Şərifziyanova Nailə tərəfindən 3b sinfində rus dili fənnindən "Feilin zamanları" mövzusunda açıq dərs keçirilib. Dərsin əsas məqsədi feilləri müəyyənləşdirib zamanlara görə qruplaşdırmaq olub. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və ibtidai sinif müəllimləri də iştirak ediblər.

Ətraflı

Gələcək peşəmPeşə koordinatoru Günay Həşimova, UBT rəhbəri Aynur Piriyeva və IX sinif şagirdləri Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində təşkil olunan "Açıq qapı" günündə iştirak ediblər. Tədbirdə şagirdlərə məktəbdəki peşə sinifləri və qəbul qaydaları haqqında geniş məlumat verilib. Mütəxəssislər düzgün peşə seçimi, uğurlu karyera barədə biliklərini şagirdlərlə bölüşüb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

Heydər ƏliyevUBT rəhbəri Aynur Piriyeva və Azərbaycan dili müəllimi Məlahət Nəcəfova 6 A sinif şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Ətraflı

İdman yarışıMəktəbimizin 10-11-ci sinif şagirdləri 10 aprel tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş idman yarışında fəal iştirak ediblər. Qalib şagirdlərimizə diplomlar təqdim edilib.

Ətraflı

Rus dili olimpiadasıMəktəbimizin rus bölməsi üzrə 8 və 9 cu sinif şagirdləri qeydiyyatdan keçərək 74 nömrəli tam orta məktəbdə keçirilən rus dili olimpiadasında iştirak ediblər. Qeyd edək şagirdlərimizin müxtəlif məzmunlu olimpiadalarda iştirakı daim məktəb rəhbərliyinin diqqətindədir. Mütəmadi olaraq məktəbimizdə olimpiadalarda iştirakla bağlı sinif rəhbərləri və müəllimlər tərəfindən təbliğat aparılır. Şagirdlərimizə uğurlu nəticələr arzu edirik.

Ətraflı

Zoopark ekskursiyasıMəktəbimizin rus bölməsi üzrə 3 b sinif şagirdləri Bakı zooparkında ekskursiya ediblər. Ekskursiya şagirdlərin böyük marağına səbəb olub.

Ətraflı

2, 5, 6 siniflərində Mülki müdafiə  04 aprel 2023 tarixində əsas tədbirlər planına əsasən  2 A, 5 A, 6 A siniflərində Mülki müdafiə qərargahının rəisi Şəbnəm Mirzəliyeva, Hərbi rəhbər Səfxan Bayramov, UBT rəhbəri Aynur Piriyeva, sinif rəhbərləri və müəllimlərin iştirakı ilə şagirdlər arasında Mülki Müdafiənin əhəmiyyəti və məqsədləri barədə söhbətlər aparılıb, şagirdlər arasında sorğu keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğınlar, qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olub. Sinif jurnallarında keçirilən tədbirlərin qeydiyyatları müvafiq qaydada aparılıb, şagirdlərin Mülki Müdafiə barədə bilikləri qənaətbəxş hesab edilib.

Ətraflı

Buraxılış vərəqələri paylandıBu gün məktəb rəhbərliyi tərəfindən 9-cu sinif şagirdlərinə imtahana buraxılış vərəqələri paylanılıb. Məktəbin direktoru Nazəni Məmmədova və direktor müavini Şəbnəm Mirzəliyeva şagirdlərə imtahanda uğurlar arzu edib.

Ətraflı

I-IV siniflərdə monitorinqMəktəbin illik fəaliyyət planına uyğun olaraq sürətli oxu texnikasının və oxuyub - anlama bacarıqlarının yoxlanılması məqsədilə I-IV siniflərdə monitorinqlər təşkil edilib. Monitorinqlər məktəbin direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən aparırlıb.

Ətraflı

Aprel döyüşləriUBT rəhbəri Aynur Piriyevanın və Kiçik Akademiya rəhbəri Nigar Abasovanın birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: böyük Zəfər" mövzusunda "Dəyirmi masa" keçirilib. Məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova çıxış zamanı qeyd edilib ki,  Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. UBT rəhbəri vurğulayıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib. Şagirdlər öz şeirləri və mahnıları ilə çıxış ediblər. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

İmtahan həyəcanı və qaydalarBugün məktəbimizdə 9-cu sinif şagirdləri ilə "İmtahan öncəsi həyəcan və imtahanda davranış və cavabların kodlaşdırılması" haqqında seminar keçirilib. Seminar məktəbin psixoloqu Günay Həşimova və Kiçik Akademiya rəhbəri, nəzarətçi müəllim Nigar Abasova tərəfindən aparılıb. Psixoloq imtahan həyəcanının minimuma endirilməsi və onun aradan qaldırması ilə bağlı şagirdlərə məlumat verib. Nəzarətçi müəllim Nigar Abasova da şagirdlərə imtahanda davranış qaydaları, cavabların kodlaşdırılması haqqında ətraflı məlumat verib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb. Seminarda UBT rəhbəri, sinif rəhbərləri və məktəb müdiriyyəti də iştirak edib.

Ətraflı

31 Mart soyqırımı31 Mart Soyqırımına həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” adlı görüş keçirilib. Görüş dövlət himnimizin ifası və faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan dili müəllimi Gülzar İsmayılova şagirdlərə soyqırımla bağlı geniş məlumat verib. Sonra UBT rəhbəri Aynur Piriyeva vurğulayıb ki, hər il Azərbaycan xalqı 31 mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırım qurbanlarının xatirəsini ehtiramla anır."

Ətraflı

Şəhid ailələrinə ziyarətUBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində şəhid Ibrahimli Məhəmmədəli və İlkin Quliyevin ailələri ziyarət edilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Ətraflı

Novruz bayramı tədbiri“Novruz bayramı” ilə bağlı geniş tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verib. Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzləri əks edilən nümunələr, səhnəciklər nümayiş etdirilib. Xüsusilə məktəbin 5-ci sinif şagirdlərinin söylədikləri Novruz şeirləri, 1-ci sinif şagirdlərinin rəqsləri tədbir iştirakçılarında böyük maraq yaradıb.

Ətraflı

Novruz bayramıMəktəbimizdə xalqımızın milli bayramı olan Novruz bayramı qeyd olunub. Müxtəlif yaş qrupları üzrə şagirdlər həvəslə bayram tədbirində iştirak ediblər.

Ətraflı

Nümunəvi dərsMəktəbin fəaliyyət planına uyğun olaraq 4c sinifində ingilis dili müəllimi Rüstəmova Həcər tərəfindən "What time is it? Every day" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi vaxtın ingilis dilində düzgün deyilməsini təqdim etmək və günün müxtəlif saatlarında nə etdiklərini müəyyənləşdirməkdir. Şagirdlər kollektivlə və fərdi işləyərək təlim nəticələrinə uyğun bilik və bacarıqlarını nümayiş etdiriblər. Dərsdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və psixoloq Günay Həşimova da iştirak ediblər.

Ətraflı

Olimpiada qalibiRus bölməsinin məktəbəqədər qrupunda təhsil alan məktəbimizin şagirdi Məmmədova Leyla 5-6 yaşlılar arasında keçirilmiş "Pixidoku" Beynəlxalq Olimpiadasında 3-cü yerə layiq görülmüşdür. Şagirdimizi nailiyyətinə görə təbrik edirik.

Ətraflı

Birincilər ilə işBu gün məktəb psixoloqu fəaliyyət planına uyğun olaraq "Mənim ailəm" testin keçirib. Testin keçirilməsində məqsəd şagirdlərin ailədaxili münasibətlərini şagirdin gözü ilə görüb, narahatlıq mənbələrini təyin etməkdir. Test I sinif şagirdləri ilə keçirilib.

Ətraflı

EkskursiyaMəktəbimizin rus bölməsi üzrə 2 b sinif şagirdləri Gilan çörək hazırlama sexinə ekskursiya ediblər. Qeyd edək ki, sexdə çörəklər insan əli dəymədən xüsusi qurğularla hazırlanır. Ekskursiya şagirdlərin böyük marağına səbəb olub.

Ətraflı

Növbəti monitorinqlər keçirilib06.03.2023-cü il tarixində IX siniflərdə BŞTİ tərəfindən göndərilmiş monitorinq 4 təşkil edilib. Məqsəd 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına yekun hazırlığını müəyyənləşdirməkdir. Monitorinqin keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

Rəsm müsabiqəsiMəktəbimizdə idman həftəsinə həsr olunmuş rəsm sərgisi müsabiqəsi keçirilib. Sərgidə 5, 6, 7, 8-ci siniflərin şagirdləri iştirak ediblər. Uşaqlar idmanı öz gözləri ilə necə görüb təsəvvür etdiklərini rəsmlərdə göstəriblər. 1-ci yer: Novruzova Laura 2-ci yer: Səlimov Ədalət 3-cü yer: Kərimova Zəhra və Əzimov İbrahim.

Ətraflı

Bədən tərbiyəsi və İdman Günü5-mart Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş 7-ci sinif şagirdləri arasında ən yaxşı esse, ən yaxşı təqdimat və ən yaxşı rəsm müsabiqəsi keçirilib. Müsabiqə sonunda şagirdlər diplomlarla mükafatlandırılıb.

Ətraflı

Yol hərəkəti qaydaları şagirdlərin gözü iləMəktəbimizin 10 A sinif şagirdi Ərəbxanlı Selcan "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində keçirilən " Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı rəsm müsabiqəsində fərqləndiyinə görə təşəkkürnamə ilə təltif edilib. Şagirdimizi təbrik edir və uğurlar arzu edirik.

Ətraflı

Şahmat turniri5 mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş siniflər arası şahmat turniri keçirilib. Yarışda 4-9-cu sinif şagirdləri iştirak edib. Qalib 9 "A" sinif şagirdi Göyçayev Nizami qalib olub.

Ətraflı

Gigiyena və sağlamlıqBu gün 8-9-cu siniflərində "Reproduktiv sağlamlıq" layihəsi ilə bağlı tədbirlər planına uyğun olaraq məktəb psixoloqu Günay Həşimova 9-cu siniflərdə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda profilaktik söhbət aparılıb. Şagirdlərə sağlam həyat tərzi, gigiyena qaydaları və düzgün qidalanma haqqında məlumat verilib. Sonda şagirdlərə mövzu ilə əlaqədar anket sorğu təqdim olunub və sualları cavablandırılıb.

Ətraflı

İdman həftəsi5 mart - Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq idman həftəsi çərçivəsində şagirdlərlə səhər gimnastikası keçirilib. Şagirdlərimiz böyük həvəslə gimnastika hərəkətləri edərək dərslərə yüksək əhval ruhiyyə ilə davam ediblər.

Ətraflı

Mülki Müdafiə Günü1 mart - Beynəlxalq Mülki Müdafiə Günü məqsədilə məktəbimizdə yuxarı sinif şagirdləri ilə praktik fəaliyyətlər icra edilib. Hərbi rəhbər Səfxan Bayramovun başçılığı ilə şagirdlərimiz müvafiq alətlərlə iş bacarıqlarına yiyələniblər.

Ətraflı

Nümunəvi dərs "Vitaminlər"Fənn aylığı çərçivəsində məktəbimizin biologiya müəllimi Eyubova Esmira tərəfindən 8b sinifində "Vitaminlər" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi sağlam qidalanmanın qaydalarını müəyyən etmək və qida maddələrinin hansı vitaminlərlə zəngin olduğunu müəyyən etməkdir. Şagirdlər qruplarda fəal işləyərək, müxtəlif araşdırmalar aparmaqla dərsin məqsədini mənimsədilər. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva iştirak edib.

Ətraflı

Şahmat yarışı5 mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş məktəblər arası şahmat yarışı keçirilib. Yarış idman müəllimi Həcər Nəsibova tərəfindən təşkil olunub. Yarışda155 və 68 nömrəli tam orta məktəblərin 4-9-cu sinifləri iştirak edib. Qalib komanda 68 nömrəli tam orta məktəbin şagirdləri olub.

Ətraflı

Mənim gələcək peşəm28.02.2023-cü il tarixdə 9a sinfində sinif rəhbəri və peşə koordinatorunun təşkilatçılığı, şagirdlərin iştirakı ilə "Mənim gələcək peşəm" mövzusunda seminar keçirilib. Peşə koordinatoru şagirdlərə peşə seçimində diqqət edəcəkləri məqamlar haqqında məlumatlar verib. Sinif rəhbəri də öz növbəsində peşə bacarıqları ilə bağlı tövsiyələrini şagirdlərlə bölüşüb. Belə profilaktik tədbirlərin, seminarların keçirilməsində məqsəd buraxılış sinif şagirdlərinin peşə bacarıqlarını aşkarlamaq, onların peşə sahələri üzrə maraq ve meyillərini düzgün istiqamətləndirməkdir. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.

Ətraflı

Yarışlar5 mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş məktəblər arası müxtəlif yarışlar keçirilib. Yarışlarda 155 və 68 nömrəli tam orta məktəbin 8 və 9-cu sinifləri iştirak edib.

Ətraflı

Muzeyə ekskursiyaMəktəbimizin rus us bölməsi üzrə 3, 4 və 5-ci sinif şagirdləri "Suraxanı Gəmi Muzeyin" də ekskursiyada olublar. Ekskursiya zamanı bələdçilər tərəfindən muzeyin tarixi haqqında ətraflı məlumatlar verilib. Şagirdlərimizin dünyagörüşünün inkişafı məqsədi ilə bu kimi tədbirlərin davamlı təşkili məktəb rəhbərliyinin diqqətindədir.

Ətraflı

Voleybol yarışı5 mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş siniflər arası voleybol yarışı keçirilib. Yarışda 8-9-cu sinif şagirdləri iştirak edib. Yarışda 9 "A" sinfi qalib gəlib.

Ətraflı

Xocalı soyqırımı : xalqa qarşı zorakılıq haqqında dərsAzərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsinin erməni qəsbkarları tərəfindən törədilməsindən 31 il keçir. Bu qanlı tarixi unutmamaq və gənc nəslin unutmaması üçün məktəbimizdə silsilə fəaliyyətlər təşkil olunub. Məktəbin ibtidai siniflərində faciənin ildönümü ilə əlaqədar xüsusi dərslər keçirilib.

Ətraflı

Xocalı soyqırımı haqqında xüsusi dərslərXocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən V-IX siniflərdə sinif rəhbərləri tərəfindən "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" adlı xüsusi dərslər keçirilmişdir. Xüsusi dərslərin keçirilməsinin əsas məqsədi şagirdlərə Xocalı faciəsinin həqiqətlərini çatdırmaqdan, tariximizi yaşatmaqdan, məktəblilərdə vətənpərvərlik hissini formalaşdırmaqdan ibarət olub.

Ətraflı

Xocalı soyqırımı haqqında seminarBu gün Kiçik Akademiya rəhbəri Nigar Abasova və psixoloq Günay Həşimova tərəfindən akademiya üzvləri arasında tariximizin qanlı faciəsi "Xocalı soyqırımı" na həsr olunmuş seminar keçirilib. Seminarda Kiçik Akademiya rəhbəri şagirdlərə bildirdi ki, bu faciəni unutmamalı, ondan dərs alıb hər zaman irəli getməliyik. İnsanlığa qarşı baş vermiş bu cür soyqırımlar qarşısında susmamalıyıq. Xocalı faciəsini hər zaman xatırlamalı və xatırlatmalıyıq. Məktəb psixoloqu da şagirdlərə faciə və müharibələrin insan sağlamlığı ilə yanaşı psixoloji cəhətdən insanlara vurduğu ziyanlarından danışıb. Sonda şagirdlərin fikirləri dinlənilib.

Ətraflı

Xocalı soyqırımı : xalqa qarşı zorakılıq4a sinfində sinif rəhbəri Maya Sultanzadə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş " Xocalı soyqırımı : xalqa qarşı zorakılıq" mövzusunda dərs keçirilib. Dərsdə şagirdlər "zorakılıq", "soyqırımı", "faciə" kimi sözlərin mənasını izah ediblər. Xalqımızın tarix boyu dəfələrlə soyqırıma məruz qalmağına öz münasibətlərini bildirib, şeirlər səsləndiriblər. Şagirdlər kiçik qruplarla işləyərək mövzuya uyğun qrup işini yerinə yetiriblər. Sonda Xocalı müsibətinin təzahürünü nümayiş etdirmək üçün "Dondurulmuş səhnə" ni canlandırıblar. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Xocalı soyqırımı haqqında xüsusi dərslərBu gün BŞTİ-nin əmrinə əsasən tarix müəllimi Lalə Babayeva və sinif rəhbərləri tərəfindən V-IX sininiflərdə "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" mövzusunda xüsusi dərslər keçirilmişdir. Dərslərin keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

Tariximizin qanlı faciəsi Xocalı soyqırımıXocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Kiçik Akademiya rəhbəri Nigar Abasova tərəfindən akademiya üzvləri arasında "Tariximizin qanlı faciəsi Xocalı soyqırımı" mövzusunda rəsm müsabiqəsi keçirilib. Şagirdlərin rəsmlərində daha çox Xocalı soyqırımında xalqa qarşı törədilmiş zorakılıqlar öz əksini tapıb. Məktəb rəhbərliyi və müəllimlərdən ibarət münsiflər heyəti 5b sinif şagirdi Səlimov Ədalətin "Ağla Xocalım" adlı rəsmini qalib seçib.

Ətraflı

Tariximizin soyqırımı zəncirində Xocalı faciəsiXocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizin rus bölməsi siniflərində UBT rəhbəri Aynur Piriyeva və Kiçik Akademiya rəhbəri Nigar Abasova tərəfindən "Tariximizin soyqırımı zəncirində Xocalı faciəsi" mövzusunda dərslər keçirilib.

Ətraflı

Xocalı soyqırımı haqqında növbəti dərs23.02.2023-cü il tarixində məktəbin 7 "B" sinfində sinif rəhbəri Gülnarə Bağırovanın təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən Xocalı soyqırımı ilə əlaqədar xüsusi dərs keçirilib. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir. Dərsdə məktəbin UBT rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova və məktəb psixoloqu Günay Həşimova da iştirak edib. Şagirdlər Xocalıya aid şeirlər söyləyib, topladıqları məlumatları səsləndiriblər.

Ətraflı

Xocalı soyqırımı haqqında dərsXocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar tarix müəllimi Lalə Babayeva və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə BŞTİ-nin göndərdiyi əmrə əsasən "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" adlı nümunəvi dərs keçirilib. Dərs zamanı şagirdlər qruplara ayrılaraq verilmiş mövzulara uyğun hazırladıqları təqdimatları, rəsmləri, inşa yazıları müzakirə ediblər. Sonda tariximizin qan yaddaşı olan Xocalı faciəsinə həsr olunmuş videoçarx izlənilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Fizikadan nümunəvi dərsFənn aylığı çərçivəsində məktəbimizin fizika müəllimi Bağırova Gülnarə tərəfindən 7b sinifində "Arximed qanunu" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi Arximed qanunun mahiyyətini izah etmək və Arximed qüvvəsi ilə ağırlıq qüvvəsinin fərqlərini müəyyənləşdirməkdir. Müxtəlif təcrübələr əsasında təlim nəticəsi şagirdlər tərəfindən mənimsənilib. Dərsdə direktor müavini Mirzəliyeva Şəbnəm və psixoloq Həşimova Günay iştirak edibdir.

Ətraflı

"Ana dilimizi qoruyaq" adlı tədbir21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Bununla bağlı Kiçik Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Günel Zeynalova və Kiçik Akademiya rəhbəri Nigar Abasovanın təşkilatçılığı ilə akademiya üzvləri arasında "Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur" adı altında tədbir təşkil olunub. Tədbirdə dilimizdə işlənən alınma sözlərin qarşılığı olaraq milli sözlərimizdən istifadəyə önəm verilməsi ilə bağlı şüarlar səsləndirilib. Milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə gənc nəslə ötürmək hamımızın borcudur.

Ətraflı

İnsan üçün təhlükəli olan qurd xəstəlikləriBu gün 7 "A" sinfində biologiya kafedrasının müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə "İnsan üçün təhlükəli olan qurd xəstəlikləri" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin məqsədi parazit qurdların insan orqanizmində törətdiyi xəstəliklər və onların əlamətlərini araşdırmaq olub. Cütlər ilə aparılan iş zamanı şagirdlər parazit qurdlardan qorunmaq üçün mübarizə tədbirlərini öyrəniblər. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

II Bakı Elm OlimpiadasıMəktəbimizin şagirdləri 18 fevral tarixində 18 N-li tam orta məktəbdə keçirilən II Bakı Elm Olimpiadasının I mərhələsində iştirak ediblər. Qeyd edək ki, Olimpiada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə təşkil olunubdur. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Sağlam həyat tərziMəktəb psixoloqu V sinif şagirdləri ilə "Sağlam həyat tərzi" haqqında anket sorğu aparıb.Daha sonra sonra sorğunun nəticələrinə əsasən məktəb psixoloqu sağlamlıq anlayışı, gigiyena qaydaları, sağlamlığa təsir edən amillər və onlardan qorunma yolları haqqında şagirdlərə məlumat verib və onların suallarını cavablandırıb

Ətraflı

Ən yaxşı təqdimatBu gün məktəbimizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu keçirilmişdir.

Ətraflı

Əhməd Cavad - 130 illiyi mükafatlandırmaFevralın 14-ü 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu " adlı keçirilmiş intellektual müsabiqənin təltifetmə mərasimi baş tutub. Mərasimdə məktəbimizin direktoru Nazəni Məmmədova , qalıb şagirdləri və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib10.02.2023-cü il tarixində məktəbimizdə növbəti Pedoqoji Şura iclası keçirildi. İclasda növbəti tədris ilində məktəbli formasının təsdiq edilməsi haqqında, həmçinin monitorinqlərin təşkili və təhlili barədə müzakirələr aparılıb.

Ətraflı

Məişət zorakılığı10.02.2023 - ci il tarixdə 6b sinfində sinif rəhbəri və məktəb psixoloqu şagirdlərlə birgə "Məişət zorakılığı" mövzusunda seminar təşkil edib. Seminarda çıxış edən sinif rəhbəri sinifdaxili münasibətlərin nizamlanması, şagirdlərin nizam-intizam qaydaları haqqında müzakirələr aparıb. Daha sonra məktəb psixoloqu da şagirdlərə öz tövsiyələrini verib. Şagirdlər arasında bullinq yarada biləcək səbəbləri müzakirə edib. Şagirdlərlə belə mövzularda aparılan söhbətlərin məqsədi zorakılıqla çox bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması yönündə maarifləndirmə işinin daha da gücləndirilməsidir.

Ətraflı

Qarabağı tanıtMəktəbimizin 7-ci və 8-ci sinif şagirdləri Bağırov Nurlan və Həşimova Fidan "Qarabağı tanıt" adlı təqdimat müsabiqəsində iştirak etdiyi üçün BŞTİ tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Rəsm müsabiqəsiSabunçu rayon Gənclər və İdman İdarəsinin Sabunçu rayon məktəbləri arasında təşkil etdiyi "2 Fevral-Gənclər Günü"nə həsr olunmuş rəsm müsabiqəsində məktəbimizin 5b sinif şagirdi Səlimov Ədalət iştirak edib və təşəkkürnamə ilə təltif olunub. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!

Ətraflı

Növbəti monitorinqlər keçirilibBŞTİ tərəfindən göndərilən monitorinq bu gün VIII və IX siniflər arasında keçirilib. Keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə təlim dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə 30 sual təqdim olunub. Monitorinqə məktəb rəhbərliyi nəzarət edib.

Ətraflı

Fiziki və kimyəvi hadisələrFənn aylığı çərçivəsində 7a sinifində Kiçik Akademiyanın kimya kafedrasının müəllimi Hüseynova Şəfəq tərəfindən "Fiziki və kimyəvi hadisələr. Kimyəvi reaksiyaların əlamətləri" mövzusunda praktiki dərs keçirilib. Dərsin əsas məqsədi fiziki və kimyəvi hadisələrə aid sadə kimyəvi təcrübələr, müşahidələr aparmaq və eyni zamanda fiziki və kimyəvi hadisələri, kimyəvi reaksiyaların əlamətlərini, baş vermə səbəblərini izah etməkdir. Şagirdlər sadə təcrübələr aparmaqla kimyəvi reaksiyaların əlamətlərini müşahidə ediblər. Sonunda dərsin məqsədi tam reallaşıb. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib.

Ətraflı

Valideynlərlə görüş03.02.2023-ci il tarixdə 5a sinfində sinif rəhbəri Elnurə Rzayevanın təşkilatçılığı ilə valideyn iclası təşkil edilib. İclasda ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə sinif müəllimləri çıxış edib. Direktor müavini və UBT rəhbəri şagirdlərin davamiyyəti haqqında valideynləri məlumatlandırıb. İclasda çıxış edən məktəb psixoloqu valideynlərə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara düzgün yanaşma metodları haqqında tövsiyələr verib. Sonda valideynlərin sualları cavablandırılıb.

Ətraflı

Valideyn iclası7a sinifində 03.02.2023-ci il tarixində İbrahimova Xatirənin təşkilatçılığı ilə valideyn iclası keçirilib. Monitorinqlərin təhlili aparılıb. I yarım il üzrə nəticələr üzərində müzakirələr aparırlıb. Gündəlik məsələlər barəsində danışılıb. İclasda məktəb rəhbərliyi iştirak edib.

Ətraflı

Karyera GünüUNEC-də gənclər üçün Karyera Günü təşkil olunub. 50-dən çox yerli və xarici şirkətin təmsil olunduğu Karyera Günündə 1000-dən çox vakansiya və 1500 gənc üçün nəzərdə tutulmuş təcrübə proqramı təqdim olunub. Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən dəvət olunan məktəbimizin 9-cu sinif şagirdləri, UTB rəhbəri Aynur Piriyeva və texnologiya müəllimi Almas Əzimova da tədbirdə iştirak ediblər.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib30.01.2023-cü il tarixdə məktəbimizdə 2022/2023-cü tədris ilinin I yarımilinin yekunlarına dair Pedaqoji şura iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazəni Məmmədova ilk olaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib, I yarımilin yekunları, II yarımildə qarşıda duran məsələlər barədə məlumat verib. İclasda məktəbdaxili qiymətləndirmənin nəticələri, sinif rəhbərlərinin hesabatları, dərsə davamiyyət , 9-cu siniflərdə keçirilən monitorinqlərin təhlili və digər mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda DİM-nin keçirdiyi imtahanlarda nəzarətçi kimi fərqlənən müəllimlərə təşəkkürnamələr təqdim olunub.

Ətraflı

Qızlar STEM-dəQızlar hələ STEM sahəsində yollarına təzə başlayarkən bir çox maneələrlə qarşılaşırlar. Çox vaxt onları bu sahə üçün yetərli görmədikləri və bu sahənin yalnız oğlanlar və kişilər üçün olduğuna inandırırlar. Bu maneələri aradan qaldırmaq və qızların və qadınların bu sahədə möhtəşəm işlər görə biləcəyini göstərmək üçün BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi "Qadınlar STEM-də" (Women in STEAM) kampaniyasını başladıb. Dünya elmə, elm isə qızlara və qadınlara ehtiyac duyur. Bu ehtiyac isə yalnız birgə iş nəticəsində qarşılana bilər.

Ətraflı

20 Yanvar "Ümumxalq Hüzn Günü"Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə “Şəhidlər Ölməz” adlı 20 Yanvara həsr olunmuş tədbir keçirilib. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva çıxışında Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırıb. Şagirdlər öz çıxışlarında bu günün hüzn günü olsa da, 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqində idilər. Onlar o, qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər.

Ətraflı

20 YanvarMəktəbimizdə 20 Yanvar faciəsinin 33 - cü il dönümü ilə əlaqədar " Vətən şəhidləri unutmayacaq", "Tarixin şanlı səhifəsi" "Qərənfil-Şəhid qanı" mövzularında Dəyirmi masa, seminar, rəsm və inşa müsabiqələri keçirilib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan fəaliyyətlərdə şagirdlərə bu günün mahiyyəti və tarixdə tutduğu yer haqqında ətraflı məlumat verilib.

Ətraflı

20 Yanvar "Hüzn Günü" inşa yazı19.01.2023-cü il tarixində UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə məktəbdə milli istiqlal tariximizə qanla, ancaq bununla bərabər böyük şərəflə yazılmış 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə məktəbin 7-8 ci sinif şagirdləri arasında "Qərənfil-Şəhid qanı" adlı inşa müsabiqəsi keçirildi. İnşa müsabiqəsinin bütün iştirakçıları böyük vətənpərvərlik hissilə tarixin unudulmaz salnaməsini şərh etdilər.

Ətraflı

20 Yanvar "Hüzn Günü" bir daha anılıbUBT rəhbəri Aynur Piriyeva və sinif rəhbəri Elnurə Rzayevanın təşkilatçılığı ilə 5-8-ci sinif şagirdləri ilə birgə 18.01.2023-cü il tarixində "20 Yanvar" faciəsinin 33-cü il dönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin ruhu 1dəqiqəlik sükutla anılıb, məzarları üstə qərənfil dəstələri qoyulub. Şagirdlər şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.

Ətraflı

20 Yanvar "Hüzn Günü""20 Yanvar faciəsi”nə həsr olunmuş növbəti sinif təşkilat saatı keçirilib. 8a sinif rəhbəri Cavadlı Ülkər qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Sonra UBT rəhbəri Aynur Piriyeva şagirdlərlə bərabər divar qəzetinin hazırlanmasında öz tövsiyyələrini verib.

Ətraflı

Reproduktiv sağlamlıq17.01.2023-cü il tarixdə məktəb psixoloqu Günay Həşimova, tibb bacısı Könül Seyfullayeva UBT rəhbəri Aynur Piriyeva və biologiya müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə 6-7-ci siniflərdə "Reproduktiv sağlamlıq və cinsi tərbiyə" mövzusunda profilaktik tədbir keçirilib. Tədbirdə çıxış edən məktəb psixoloqu mövzusunun əhəmiyyəti haqqında şagirdləri məlumatlandırıb. Sonra tibb bacısı və biologiya müəllimi də çıxış edərək öz tövsiyələrini verib. Bu mövzularda tədbir və seminarların keçirilməsində məqsəd mövzunun əhəmiyyətini şagirdlərə doğru şəkildə aşılamaqdır. Sonda mövzu ilə əlaqəli şagirdlərin sualları cavablandırılıb və fikirləri dinlənilib.

Ətraflı

Layihə dərsiFənn aylığı çərçivəsində Kiçik Akademiyanın informatika kafedrasının müəllimi Xatirə İbrahimova tərəfindən layihə dərsi keçirilib. Dərsdə şagirdlər hazırladıqları təqdimatları nümayiş etdiriblər. Şagirdlər tərəfindən aşağıdakı mövzular təqdim edilib. 1. İkilik say sistemləri 2. Sosial şəbəkələrin həyatımızda rolu 3. İnformasiyanın kodlaşdırılması 4. Multimedia qurğuları Dərsdə məktəb rəhbərliyi və Kiçik Akademiya rəhbəri də iştirak edib.

Ətraflı

Metodbirləşmə iclasıBu gün məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın başçılığı ilə metodbirləşmənin növbəti iclası təşkil edilib. İclasda metodbirləşmə sədrləri iştirak edib. İclasda BSQ testlərinin standartlara uyğunluğu müzakirə edilib, əlavə və dəyişikliklərin edilməsi tövsiyyə olunub. Qiymətləndirmə təlimatına uyğun olaraq (20%,30%,30%,20%) hazırlanması, çətinlik dərəcəsinin ballara uyğun olması bildirib.

Ətraflı

Mikayıl Müşfiq13.01.2023-cü il tarixində məktəbin şagirdləri ilə birgə Mikayıl Müşfiqin 115 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Məktəbin kitabxana müdiri Almas Cəfərova M.Müşfiqin nakam həyatı haqqında, ədəbiyyat müəllimi Məlahət Rəhmanlı şairin yaradıcılığı haqqında məlumat verib. Şagirdlər M.Müşfiqin yaradıcılığından şeirlər söyləyiblər. Məktəbin müəllimi Səfxan Bayramov isə M.Müşfiqin represiya qurbanı olduğunu və ölümündən sonra bəraət aldığını qeyd edib.

Ətraflı

Bulinqə qarşı mübarizə13.01.2023_cü il tarixində 8 a sinfində "Bulinqə qarşı mübarizə" mövzusunda profilaktik söhbət aparılıb. Söhbətdə məktəb psixoloqu, UBT rəhbəri və sinif rəhbəri iştirak ediblər. Seminarda çıxış edən məktəb psixoloqu şagirdlərə zorakılığın növləri, onları yarada biləcək səbəblər haqqında məlumat verib. Belə profilaktik söhbətlərin aparılmasında məqsəd şagirdlərin zorakılıq hallarından qorunması, sağlam, mənəvi-psixoloji mühitin təmin edilməsi istiqamətində işin düzgün təşkilidir. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.

Ətraflı

Maddələr və qarışıqlarBu gün Kiçik Akademiyanın Fizika kafedrasının müəllimi Gülnarə Bağırova şagirdlərlə "Maddələrin suda həll olması və qarışıqların ayrılması" mövzusunda praktiki dərs aparıb. Dərsin məqsədi maddələri hansı üsulla, necə ayırmaq və hansı maddələri suda həll etmək olar onları təcrübələrlə izah etmək olub. Apardıqları təcrübələr şagirdlərin böyük marağına səbəb olub.

Ətraflı

Valideynlərlə növbəti görüşBu gün təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və təşkilatçı müavin Asiman Paşayevin təşkilatçılığı ilə 9-cu siniflərin valideynləri ilə iclas təşkil edilib. İclasda birinci yarımil ərzində keçirilmiş monitorinqlərin nəticələri təhlil edilib. Şagirdlərin dərsə davamiyyəti valideynlərlə birlikdə müzakirə olunub. Məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək bildirib ki, buraxılış siniflərdə monitorinqlərin keçirilməsi davam edəcək və nəticələrin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ətraflı

Həmrəylik Günü    IX-XI sinif şagirdləri ilə birlikdə Həmrəylik Gününə həsr olunmuş "Həmrəy olaq-bir olaq" adlı görüş təşkil olunub. Məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək qeyd edib ki, 31 Dekabr artıq 31 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Məktəbin T.İ.Ü müavin Asiman Paşayev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan dövlət bayramı Həmrəylik Günü olaraq bayram edilir. Tədbirdə məktəb rəhbəri, müəllim heyətidə iştirak ediblər.

Ətraflı

İntellektual yarış    29.12.2022-ci il tarixdə 170 nömrəli məktəbin təşkilatçılığı ilə IV siniflər üzrə məktəblərarası intellektual bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd xüsusi qabiliyyəti olan şagirdlərin bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsidir. Yarışda məktəblər  Erudit-107, Şahinlər-215, Xarı Bülbül-155, Zəngəzur-68, Zəfərin fidanları-307, Turan-170  komandaları ilə iştirak ediblər. Yarışın sonunda iştirak edən komandalar təşəkkürnamələrlə təltif olunublar və xatirə şəkili çəkilib.

Ətraflı

İntellektual yarış "Əhməd Cavad"Dekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olunub. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilib. Müsabiqədə Kiçik Akademiya rəhbəri Nigar Abasova və məktəbin "Al bayraq" adlı komandası da iştirak edib.

Ətraflı

Növbəti monitorinqlər keçirilib    7-ci və 9-cu siniflərdə buraxılış fənləri üzrə növbəti  monitorinqlər təşkil olunub. Məqsəd 7-ci siniflərdə mövcud vəziyyəti, 9-cu siniflərdə isə 7-ci sinif səviyyəsində olan mövcud problemləri müəyyənləşdirməkdir. Monitorinqlər Azərbaycan və rus bölməsi üzrə təşkil olunub. Məktəb rəhbərliyi monitorinqlərə nəzarət edib.

Ətraflı

İclasMəktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə üzrə direktor müavini Şəbnəm Mirzəliyevanın təşkilatçılığı ilə tədris dili, ingilis dili və riyaziyyat fənn müəllimləri ilə iclas təşkil edilib. İclasın əsas məqsədi məktəbdaxili və BŞTİ tərəfindən keçirilmiş monitorinqinlərin nəticələrini təhlil etmək və şagirdlərin bu fənlər üzrə nailiyyətlərini yüksəltmək üçün strateji planlar təqdim etməkdir.

Ətraflı

Nümunəvi dərs - Çoxhədlilər    Fənn aylığı çərçivəsində 7b sinifində məktəbin riyaziyyat müəllimi Ağalarova Türkan tərəfindən "Çoxhədlinin toplanması və çıxılması" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi çoxhədlinin toplanması və çıxılmasına aid tapşırıqları həll etməkdir. Şagirdlər kiçik qruplarda fəal işləyərək təqdim olunmuş tapşırıqları yerinə yetiriblər. Dərsin sonunda qarışıya qoyulmuş təlim nəticəsi tam reallaşdı. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və məktəbin psixoloqu Günay Həşimova da iştirak edib.

Ətraflı

Ətraf mühitin mühafizəsi    Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktəbimizdə 9-11-ci sinif şagirdləri ilə seminar keçirilib. Seminarda şagirdlərə aşağıdakı mövzular haqqında məlumatlar verilib. 1. Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təməlidir. 2. Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti.     Sonda şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Gənclərin peşə maraqlarıƏmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolunu nəzərə alaraq texnologiya müəllimi Almas Əzimova 9c sinif şagirdlərinin əl işləri sərgilənən sinif təşkilat saatı keçirib. Sinif təşkilat saatının keçirilməsində məqsəd şagirdlərin peşə bacarıqları və qabiliyyətlərini inkişaf etdirmək və üzə çıxarmaqdır. Sinif təşkilat saatında UBT rəhbəri Aynur Piriyeva və peşəyönümü koordinatoru Günay Həşimova da iştirak edib.

Ətraflı

Şagirdlərin yaş xüsusiyyətləri19.12.2022 tarixdə 6b sinfində sinif təşkilat saatı keçirilib. İclasda məktəb psixoloqu Günay Həşimova da iştirak edib. Sinif təşkilat saatında şagirdlərin yaş xüsusiyyətləri, davranış, nizam-intizam qaydaları ilə bağlı söhbətlər aparılıb. Təşkilat saatında iştirak edən məktəb psixoloqu dövrün mühüm və aktual problemlərindən olan zərərli vərdişlər və onların cəmiyyətə mənfi təsirləri haqqında məlumat verib. Sonda sağlam gələcəyimiz üçün sağlam həyat tərzinin vacibliyi vurğulanıb və şagirdlərin fikirləri dinlənilib.

Ətraflı

Bir link - Bir məktəb son təlimMəktəbimizdə qalib olduğumuz "Bir Link - Bir məktəb" layihəsinin bağlanış mərasimi keçirilib. 3 ay ərzində keçirilən layihədə pedaqoji heyət tərəfindən yaradılan fənn resurs bazası və ümumi baza təqdim olunub.

Ətraflı

7-ci və 9-cu siniflərdə monitorinqVII və IX siniflərdə buraxılış fənləri üzrə növbəti monitorinqlər təşkil olundu. Məqsəd VII siniflərdə mövcud vəziyyəti, IX siniflərdə isə V-VII sinif səviyyəsində olan mövcud problemləri müəyyənləşdirməkdir. Monitorinqlər Azərbaycan və rus bölməsi üzrə təşkil olunub. Məktəb rəhbərliyi monitorinqlərə nəzarət edib.

Ətraflı

4-cü siniflərdə monitorinqMəktəbin fəaliyyət planına uyğun olaraq IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd həmin fənlər üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, vaxt bölgüsünün düzgün bölüşdürülməsidir. Monitorinqlərə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən nəzarət edilib.

Ətraflı

Nümunəvi dərsBu gün fənn aylığı çərçivəsində 5 "A" sinfində Zeynalova Günel tərəfindən Azərbaycan dili fənnindən nümunəvi dərs təşkil olunub. Mövzu dostluqdan bəhs olunan " Bilirdim ki, gələcəksən" mətni olub. Dərs zamanı məzmun və təhlillərlə bağlı standartlar reallaşdırılıb. Vətən müharibəsinə həsr olunmuş mətnlə əlaqədar oĺaraq şagirdlər 44 günlük müharibədə döyüşçü dostlarla bağlı faktlara yer verərək öz təəssüratlarını da bölüşüblər, dostluq əlaqələrinin nə qədər önəmli olduğu vurğulanıb. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Nümunəvi dərs "Qarabağ Azərbaycan"Fənn aylığı çərçivəsində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcəfova Məlahət tərəfindən 6 A sinfində ədəbiyyat fənnindən "Qarabağ Azərbaycan" mövzusunda nümunəvi dərs keçirilib. İlk növbədə böyük Zəfər müharibəsində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dərsdə şagirdlər tərəfindən Qarabağın tarixi şəhərlərinə həsr olunmuş şeirlər təqdim olunub. Dərsdə məktəb rəhbərliyi iştirak edib.

Ətraflı

Risk qrupları4-12 dekabr tarixlərində məktəb psixoloqu Həşimova Günay fəaliyyət planına uyğun olaraq risk qrupuna daxilolma ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi məqsədilə VII siniflərdə anket sorğu keçirib. Sorğunun keçirilməsində məqsəd şagirdlərin emosional durumunu öyrənmək və bu sahədə inkişafetdirici işi düzgün təşkil etməkdir. Sonda şagirdlərlə profilaktik söhbət aparılıb.

Ətraflı

Heydər Əliyev12.12.2022-ci il tarixində Asiman Paşayevin təşkilatçılığı ilə təşkil olunmuş "Heydər Əliyev-Ulu öndərimiz" mövzusunda sinifdaxili söhbət aparıb. Çıxış edən Asiman Paşayev Ümummilli Lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

Ətraflı

Anım Gününə həsr olunmuş dama yarışıMəktəbimizdə Ulu öndər Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş siniflər arası dama yarışı keçirilib. Yarış 7-8 ci sinif şagirdləri arasında baş tutub. Yarışın qalibi 8 A sinfi olub.

Ətraflı

Dahi şəxsiyyət "Heydər Əliyev"Bu gün "Ulu öndər Heydər Əliyev"in vəfatından 19-il keçir. "Anım Günü" ilə əlaqədar məktəbin UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Heydər Əliyev-Tarix Yaradan Dahi Şəxsiyyət" adlı inşa yazı müsabiqəsi keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ana dili və ədəbiyyatı müəllimi Gülzar İsmayılova Ulu öndərin ədəbi-bədii yaradıcılığından bəhs edib. Sonra şagirdlər dahi şəxsiyyətlə bağlı inşalarını hazırlayıb münsiflər heyətinə təqdim ediblər. Müsabiqədə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Ulu öndərBu gün məktəbimizdə Ulu öndərin "Anım Günü" ilə əlaqədar 9-cu sinif şagirdləri, məktəb rəhbərliyinin iştirakı ilə "Xarici siyasət strategiyasında Heydər Əliyev dəst-xətti" mövzusunda Dəyirmi masa keçirilib. İlk öncə mövzu ətrafında məktəbin tarix müəllimi Lalə Babayeva məruzə edib. Sonra şagirdlərin çıxışları dinlənilib. Sonda əsası Ulu öndər tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət edildiyi vurğulanıb.

Ətraflı

İnsan alverinə yox!08.12.2022-ci il tarixdə məktəb psixoloqu Həşimova Günay və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "İnsan alveri"nə yox! mövzusunda maarifləndirici profilaktik Dəyirmi masa keçirilib. Seminarda çıxış edən məktəb psixoloqu şagirdlərə ümumbəşəri problem olan "İnsan alveri"nin insanların, xüsusən də yetişməkdə olan nəslin həyatına vurduğu mənəvi-psixoloji zərbələrindən, ondan qorunma yollarından bu sahədə maarifləndirmə işlərinin vacibliyindən danışıb. Tədbirdə iştirak edən UBT rəhbəri də bu sahədə olan qanunvericilik bazası haqda şagirdləri maarifləndirib. Tədbirdə məktəb rəhbərliyi və sinif müəllimləri də iştirak edib. Sonda şagirdlər hazırladıqları təqdimatlar nümayiş etdirib və sualları cavablandırılıb.

Ətraflı

Mənim gündəliyimBŞTİ-nin müvafiq əmrinə əsasən ümumtəhsil məktəblərində həyata keçirilən "Mənim gündəliyim" layihəsində şagirdlərimiz fəal iştirak edərək təşəkkürnamələr ilə təltif olunublar. Şagirdlərimizə növbəti layihələrdə uğurlar arzu edirik.

Ətraflı

Zoologiya muzeyinə ekskursiyaŞagirdlərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədi ilə 3 B sinif müəllimi Nailə Şərifziyanova öz şagirdlərini Zoologiya muzeyinə aparıb. Şagirdlər orada sərgilənən 1703 eksponat ilə tanış olub, bələdçinin onlar haqqında verdiyi məlumatları dinləyiblər.

Ətraflı

Peşə maraqları06.12.22-ci il tarixdə 8b sinfində texnologiya müəllimi Əzimova Almas, peşə koordinatoru Həşimova Günay və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Peşə maraqları" mövzusunda maarifləndirici söhbət aparılıb. Söhbətin aparılmasında məqsəd şagirdlərin peşə bacarıqlarını və maraqlarını üzə çıxarmaq və şagirdləri müxtəlif peşə sahələri ilə tanış etməkdir. Sonda şagirdlərin sualları cavablandırıb və fikirləri dinlənilib.

Ətraflı

Tarixi Zəfərimiz02.12.2022- ci il tarixdə 170 nomrəli tam orta məktəbdə "Tarixi Zəfərimiz" adlı konfrans təşkil edilib. Konfransda Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin mudiri Ədalət Teymurov, Zəfər tarixi dərsliyinin həmmüəllifləri Talıb Talıblı, Ramil Tanrıverdi, 107 nomrəli tam orta məktəbin dirəktor əvəzi Səidə Əhmədova, məktəblərin 9-cu sinif şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ülviyyə Aslanova giriş sözü ilə konfransı açıq elan edərək onun məqsədi, proqramı haqqında məlumat verib. İki hissədən ibarət olan konfransın birinci hissəsi müəlliflərin çıxışları və şagirdlərin diskusiyası ilə davam edib. Şagirdlərin maraqlı təklifləri dinlənilib, müzakirələr aparılıb. Dərsliyin müəllifləri şagirdləri maraqlandıran sualları cavablandırıblar. Konfransın ikinci hissəsi şagirdlərin hazırladıqları musiqili proqramla başa çatıb.

Ətraflı

"Barbarlar və Vandallar" nümunəvi dərsMəktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Gülzar tərəfindən "Barbarlar və Vandallar" mövzusunda nümunəvi dərs keçirilib. Dərsdə məqsəd Vandallar və vandalizm haqqında tarixə əsaslanan məlumatları çatdırmaq olub. Şagirdlər tərəfindən ermənilərin vandal hərəkətlərini əks etdirən təqdimatlar nümayiş olunub. Bu təqdimatlarda ermənilərin Azərbaycanın tarixi abidələrinin, məzarların, məscidlərin dağıdılmasını əks etdirən fotolar yer alıb. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Məktəb motivasiyanın diaqnostikası01.12.2022 -ci il tarixində məktəb psixoloqu Həşimova Günay V sinif şagirdləri ilə "Məktəb motivasiyanın diaqnostikası" adlı test-sorğu keçirib. Sorğunun keçirilməsində məqsəd şagirdlərin məktəbə adaptasiyası, şagird-müəllim münasibətlərinin öyrənilməsi və düzgün istiqamətlənməsidir. Sonda nəticələrə uyğun şagirdlərlə profilaktik söhbət aparılıb.

Ətraflı

QİÇS-lə mübarizə tədbirləri01.12.2022-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü" nə həsr olunmuş gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə UBT rəhbəri Aynur Piriyeva, psixoloq Günay Həşimova və 8-9 sinif şagirdləri iştirak edib. Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici açıqcalar paylanılıb.

Ətraflı

QİÇS-lə mübarizə tədbiri30.11.2022-ci il tarixində təşkilati işlər üzrə direktor müavini Asiman Paşayevin təşkilatçılığı ilə X sinif şagirdləri ilə "Ümumdünya QİÇS-lə Mübarizə Günü" nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən təşkilati işlər üzrə direktor müavini Asiman Paşayev şagirdlərə QİÇS haqqında ətraflı məlumat verib. Tədbirdə iştirak edən məktəb psixoloqu Həşimova Günay xəstəliyə yoluxmanın insanın zərərli vərdişlərə aludəçiliyi nəticəsində yarandığını və çox ciddi problemlərdən biri olduğunu bildirib. Daha sonra gənclərə sağlam həyat tərzini formalaşdırmaq üçün maarifləndirmə tədbirlərinin vacibliyi vurğulanıb. Sonda şagirdlərə onlayn sorğu təqdim olunub və sualları cavablandırılıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Davranış qaydaları29.11.2022-ci il tarixində V-VI siniflərdə məktəb psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyeva "Şagirdin davranış qaydaları" mövzusunda maarifləndirici profilaktik söhbət aparıb. Söhbətin aparılmasında məqsəd məktəbdə şagirdlərin davranış qaydaları, nizam-intizamının vacibliyini onların diqqətinə çatdırmaqdır.

Ətraflı

Dama turniriMəktəbimizdə siniflər arası dama turniri keçirildi. Yarışda 2010-2012 təvəllüdlü şagirdlər iştirak etdi. Oğlanlarda 1 yer: Ələsgərov Amin 5b, 2 yer: Alxanov Amin 6b, 3 yer: Əzimov Fazil; qızlardan 1 yer: Yatsuxno Evelina 5b, 2 yer: Zamanzadə Nuray 6b, 3 yer: İsmayılova Svetlana 5b.

Ətraflı

"Açıq qapı" günü26.11.2022-ci il tarixində sinif rəhbəri Esmira Eyubovanın təşkilatçılığı ilə XI sinif şagirdləri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialının təşkil etdiyi "Açıq qapı" günündə iştirak ediblər. Tədbirdə şagirdlərə universitetə qəbul qaydaları haqqında geniş məlumat verilib, pulsuz vəsaitlər təqdim olunub. Daha sonra müəllim və şagirdlər şəhərdən kənarda yerləşən kampusun maketi ilə tanış olublar, hansı ki, orda tələbələrə istirahət və təhsili ilə bağlı yaradılan şərait nümayiş olunub.

Ətraflı

Monitorinq    24.11.2022 - ćü il tarixində VI və IX siniflərdə BŞTİ tərəfindən göndərilmiş monitorinq 1 təşkil olundu. Məqsəd VI sinif şagirdlərinin mövcud vəziyyətini, IX sinif şagirdlərində  isə V-VI sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir. Monitorinq sualları Azərbaycan və rus bölməsi üzrə iki variantda təqdim olundu.

Ətraflı

"Zəfər" olimpiadası26.11.2022-ci il tarixində BŞTİ-nin əmri əsasında "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasının məktəb turu keçirilib. Olimpiadada məktəbin 8-10-cu sinif şagirdləri iştirak edib. Olimpiadanın şəffaf keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.

Ətraflı

Teatr ekskursiyasıMəktəbin 2 b sinif şagirdləri sinif müəllimləri ilə birgə Rus dram teatrında "Nağılı tap 5" tamaşasını izləyiblər. Tamaşa şagirdlərin marağına səbəb olub. Qeyd edək ki, şagirdlərin dərsdən sonrakı vaxtlarının səmərəli təşkili daim məktəb rəhbərliyinin diqqətindədir.

Ətraflı

VI-VII siniflərdə olimpiada23.11.2022 tarixində 6-7 ci siniflərdə olimpiadanın məktəb turu keçirilib. Şagirdlər riyaziyyat və məntiqdən təqdim olunmuş test suallarını cavablandırıblar.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib18.11.2022 ci il tarixində məktəbin direktoru Nazəni Məmmədova tərəfindən Pedoqoji şuranın növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə olunub : 1.Şagirdlərin dərsə davamiyyəti 2.IX siniflərdə monitorinqlərin keçirilməsi və valideynlərlə mütəmadi görüşlər. 3.Olimpiadada iştirak edəcək şagirdlərlə əlavə məşğələlərin təşkil olunması. Sonda təlim - tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva dərsin effektiv təşkilinin əsas xüsusiyyətlərini müəyyənləşdirmək üçün dərs icmalının yazılmasının yeni qaydaları haqqında müəllimlərə məlumat verib.

Ətraflı

Yüksək nəticə göstərmiş məzmunlarAli Təhsil Ocaqlarına yüksək ballar toplamış gənclərimizlə Gənclər evində görüş keçirilib. Görüşdə məktəbimizin yüksək nəticə əldə etmiş məzunları da iştirak edib. Əziz dostlar, Sizlər bizim gələcəyimiz, beyin məhsulumuzsuz.

Ətraflı

Bir link - Bir məktəb növbəti təlimMəktəbdə həyata keçirilən " Bir Link - Bir məktəb" layihəsi uğurla davam edir. 18.11.2022-ci il tarixdə layihənin 2 qrupda ümumilikdə 30 saatlıq təlimləri başa çatmışdır. Qeyd edək ki, təlim ərzində pedoqoji heyət üzvləri layihənin təlim proqramına uyğun olaraq MS Onedrive, Onenote, Forms kimi alətlərdə iş bacarıqlarını təkmilləşdirərək məktəbin ümumi onlayn bazasının yaradılmasında iştirak edəcəklər. Layihə sonuna qədər bu bazanın yaradılması işləri davam edəcək. 15 dekabr tarixində layihənin bağlanış mərasimində bazanın təqdim olunması nəzərdə tutulub.

Ətraflı

Yaradıcı müəllim müsabiqəsi    Yaradıcı müəllim müsabiqəsində iştirak edəcək müəllimlər üçün məktəb turu keçirilib. Tur nəticəsində seçilən müəllimlərin dərsləri müsabiqədə iştirak etmək üçün göndərilib .

Ətraflı

Uşaq hüquqları"Uşaq hüquqları" aylığı çərçivəsində 11.11.2022-ci il tarixində məktəb psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyeva ibtidai siniflərdə "Dəyirmi masa" keçirib. Tədbirdə çıxış edən məktəb psixoloqu və UBT rəhbəri şagirdlərə uşaq hüquqları konvensiyası, uşaqlarla düzgün rəftar və davranış qaydaları haqqında məlumat verib. Tədbirin keçirilməsində məqsəd uşaqların sağlam-psixoloji mühitdə formalaşıb yaşamaq hüququnu təmin edən məqamlar haqqında şagirdləri məlumatlandırmaqdır. Sonda şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və şagirdlərin çəkdikləri rəsmlər nümayiş olunub.

Ətraflı

Nümunəvi dərsMəktəbin coğrafiya müəllimi Ülkər Cavadlı-Kərimova tərəfindən "Böyük Şəhərlərin Böyük problemləri" mövzusunda nümunəvi dərs keçirilib. Dərsdə şəhərlərin çətin ekoloji mühitin yaranması, ətraf aləmin çirklənməsinə və bunun insanın təsərrüfat fəaliyyəti ilə bağlı olması müzakirə olunub. Dərs ziqzaq üsulu ilə bölünmüş ekspert və doğma qrupların aktiv fəaliyyəti nəticəsində aktiv şəraitdə həyata keçirilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Fövqəladə hallar uşaqların gözü iləAzərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən 2010-cu il 18 noyabr tarixindən etibarən hər il “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqənin məktəb turu nəticəsinə görə 4 a sinif şagirdləri İbrahimli Səadət və Həsənzadə Sevilin çəkdikləri rəsm şəhər mərhələsinə göndərilib.

Ətraflı

Qarabağ Azərbaycandır!Bu gün məktəbin UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Zəfər Günü"nün ikinci ildönümü münasibətilə “Qarabağ Azərbaycandır!” adlı inşa yazı müsabiqəsi keçirilib.

Ətraflı

8 Noyabr "Zəfər Günü"8 Noyabr " Zəfər Günü" ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər davam edir. Bu gün məktəbin 1-ci və 2-ci sinifləri Zəfər Günü ilə əlaqədar yaradılan guşə ilə tanış olublar. Vətən müharibəsində canlarından keçmiş şəhidlərimiz anılıb. Sonda şagirdlər hazırladıqları şeirləri təqdim ediblər.

Ətraflı

Bizim böyük Qələbəmiz adlı layihə dərsiBu gün tarix kafedrasının müəllimi Lalə Babayeva və Kiçik Akademiyanın rəhbəri Nigar Abasova tərəfindən akademiya üzvləri ilə "Zəfər Günü"nə həsr olunmuş layihə dərsi keçirilib. Dərs şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Lalə Babayeva bildirib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sonra şagirdlər hazırladıqları təqdimatlar ilə çıxış edib. Sonda Kiçik Akademiya rəhbəri çıxış edərək bildirib ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik.

Ətraflı

"İkinci Fəxri Xiyabana" ziyarətMəktəbin UBT rəhbəri Aynur Piriyeva və psixoloqu Günay Həşimovanın təşkilatçılığı ilə 6-cı və 7-ci sinif şagirdləri ilə birlikdə "İkinci Fəxri Xiyabana" ziyarət təşkil olunub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları ziyarət olunub. Şagirdlər məzarların üzərinə güllər qoyub, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediliblər.

Ətraflı

"Sənə Zəfər Yaraşır Azərbaycan!"Bugün məktəbin UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Zəfər Günü"nün ikinci ildönümü münasibətilə “Sənə Zəfər Yaraşır Azərbaycan!” adlı tədbir təşkil etdi. Tədbirdə ibtidai sinif şagirdləri, müəllimlər və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şagirdlər tarixi qələbəmizi əks etdirən şeirlər və mahnılar səsləndirilib.

Ətraflı

Bir link - Bir məktəb növbəti təlim"Bir Link - Bir məktəb" layihəsi üzrə növbəti təlim keçirilib. Təlimçi Asiman Paşayev iştirakçılara növbəti proqramlar barədə məlumatlar verib.

Ətraflı

Erkən nigaha yox deyək03.11.2022-ci il tarixdə məktəb psixoloqu Günay Həşimova 8-ci sinif şagirdləri ilə "Erkən nigah və onun fəsadları" mövzusunda maarifləndirici görüş keçirib. Məktəb psixoloqu Günay Həşimova şagirdlərə erkən nigah, zərərləri, fəsadları və insan taleyinə təsirləri haqqında məlumat verib. Sonra UBT rəhbəri Aynur Piriyeva şagirdlərə erkən nigahın hüquqi tərəfləri haqda geniş məlumat verib. Sonda şagirdlərin fikirləri dinlənilib, mövzu ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub.

Ətraflı

İçərişəhər Tarix Memarlıq Qoruğuna ekskursiyaTəhsil Nazirliyinin İçərişəhər Tarix Memarlıq Qoruğuna bu gün ekskursiya təşkil olunub. Ekskursiyada məktəbin 60 şagirdi və 3 müəllimi iştirak edib. Bələdçi Şirvanşahlar sarayı, Qız qalası və bir çox tarixi yerlər haqqında şagirdlərə məlumat verib və onların suallarını cavablandırıb.

Ətraflı

Müstəqil dövlətçiliyin bərpasıŞagirdlərin bilik və bacarıqlarının formalaşmasına, təlim-tərbiyənin keyfiyyətcə yüksəldilməsinə, yeniliklərin tətbiq edilməsinə yönəlmiş nümunəvi dərslər məktəbimizdə fənn aylığı çərçivəsində məktəb rəhbərliyi və müəllimlərin birgə əməkdaşlığı əsnasında mütəmadi olaraq həyata keçirilir. Belə nümunəvi dərslərdən biri bu gün 7a sinfində "Müstəqil dövlətçiliyin bərpası" mövzusunda tarix müəllimi Lalə Babayevanın rəhbərliyi ilə keçirilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Mənim bayrağım01.11.2022-ci il tarixdə 9 Noyabr - "Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqədə məktəbimizin 7b sinif şagirdi Fidan Həşimova diplomla təltif edilib. Şagirdimizə uğurlar arzulayırıq.

Ətraflı

Bir link - Bir məktəb növbəti təlimBu gün Bir Link Bir Məktəb layihəsi çərçivəsində növbəti təlim baş tutub. Təlim zamanı müəllimlərə MS OneNote proqramının imkanları haqda məlumat verilib. Qeyd edək ki, bu proqramda fənlər üzrə resurs bazası yaradılacaq.

Ətraflı

Kiçik Akademiya üzvləri ilə görüşBu gün "Kiçik Akademiya"nın prezidenti Nigar Abasova tərəfindən akademiya üzvləri ilə görüş keçirilib. Görüşdə akademiyanın rəhbəri Nigar Abasova "Kiçik Akademiya"nın strukturu, məqsədləri, istedadlı şagirdlərin üzə çıxarılması haqqında təqdim edilən təqdimatda şagirdlərə geniş formatda danışıb. Görüşdə informatika kafedrası, kimya kafedrası müəllimləri və məktəb rəhbərliyi də iştirak edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

"Müasir dövrün qlobal ekoloji problemləri"    Kimya kafedrasının müəllimi Şəbnəm Mirzəliyeva və Kiçik Akademiyanın rəhbəri Nigar Abasovanın rəhbərliyi ilə 9-cu siniflərdə "Müasir dövrün qlobal ekoloji problemləri" mövzusunda layihə dərsi keçirilib. Dərsin əsas məqsədi şagirdləri qlobal ekoloji problemlərin həlli yolunda maarifləndirməkdir. Şagirdlər aşağıdakı mövzular üzrə hazırladıqları layihələri təqdim ediblər: 1."Tullantıların ikinci həyatı" 2."Qlobal ekoloji problemlərin həlli yolları"  3."Atmosferə antropogen təsir"  4."Torpağa antropogen təsir və onun qarşısını alınma yolları"      Layihələr böyük maraqla qarşılanıb. Dərsdə fənn müəllimləri və məktəb rəhbərliyi də iştirak ediblər.

Ətraflı

Fənn olimpiadalarının məktəb turu29.10.2022-ci il tarixdə Respublika Fənn Olimpiadasının məktəb turu keçirilib. Azərbaycan dili, riyaziyyat, kimya, fizika, coğrafiya, biologiya, tarix fənnləri üzrə tapşırıqlar şagirdlər tərəfindən cavablandırılıb. Şagirdlər olimpiadada fəal iştirak ediblər.

Ətraflı

Elmi-praktiki konfransOktyabrın 27-si 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedraları üzrə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirildi. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca "Zəfər Tariximiz"in şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq konfransın mahiyyəti haqqında məlumat verdi. Ardınca şagirdlər öz təqdimatları ilə çıxış etdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktik konfrans haqqında yekun fikirlərini söylədi. Sonda 307 nömrəli tam orta məktəbin Texniki bölməsinin hazırladığı videoçarxa baxış oldu. Elmi-praktiki konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, İnkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak etdilər.

Ətraflı

Uşaq hüquqları20 oktyabr - 20 noyabr tarixlərində "Uşaq hüquqları" aylığı çərçivəsində UBT rəhbəri Aynur Piriyeva və məktəb psixoloqu Günay Həşimova məktəbin V- IX siniflərində "Uşaq hüquqları" mövzusunda maarifləndirici görüş keçiriblər. Görüş zamanı şagirdlərə qanunun maddələri izah edilib, hüquq və vəzifələri onlara çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.

Ətraflı

"Bir link - Bir məktəb" ilk təlimBu gün "Bir Link - Bir məktəb" layihəsi çərçivəsində ilk təlim baş tutub. Təlim ərzində təlimçi tərəfindən proqrama uyğun olaraq Onedrive proqramının imkanları haqda məlumat verilib. Proqramın tədrisə tətbiqi ilə bağlı imkanlar nümayiş olunub.

Ətraflı

Zorakılıq mövzusunda söhbət24.10.2022-ci il tarixində məktəb psixoloqu Günay Həşimova 8 a sinfində "Zorakılıq" mövzusunda maarifləndirici profilaktik söhbət aparıb. Məktəb psixoloqu Günay Həşimova şagirdlərə zorakılıq, növləri və onları yarada biləcək səbəblər haqqında məlumat verib. Söhbətin aparılmasında məqsəd böhran dövrü sayılan yeniyetməlik dövründə şagirdlərlərin doğru nizam-intizam qaydaları, yoldaşları ilə münasibətlərinin səmərəli təşkili və onlar üçün sağlam, sosial-emosional mühitin yaradılmasıdır. Tədbirdə iştirak edən UBT rəhbəri Aynur Piriyeva və Kiçik Akademiya rəhbəri Nigar Abasova da öz növbəsində şagirdlərə öz tövsiyələrini verib. Sonda şagirdləri maraqlandıran suallar cavablanıb.

Ətraflı

Valideyn iclası    24.10.2022-ci ildə 8 a sinfində valideyn iclası keçirilib. İclasda sinif rəhbəri Cavadlı Kərimova Ülkər, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və təşkilati işlər üzrə müavin Asiman Paşayev iştirak edib. İclasda yeni dərs ilinin başlaması ilə əlaqədar məsələlər, şagirdlərin diaqnostik nəticələri müzakirə olunub. Psixoloq Həşimova Günay tərəfindən şagirdlərin yetkinlik yaşı ilə əlaqədar valideynlərin övladlarına qarşı daha səbirli daha diqqətli davranmaları tövsiyyə olunub.

Ətraflı

9-cu sinif valideynləri ilə görüş    Məktəb rəhbərliyi tərəfindən keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələrinin təhlili aparılaraq 9-cu siniflərdə valideyn iclası keçirilib. Nəticələr barədə direktor müavini Şəbnəm Mirzəliyeva valideynlərə ətraflı məlumat verib. İclasda sinif rəhbərləri, tədris dili, riyaziyyat və ingilis dili müəllimləri iştirak edərək nəticələr və qarşıda duran vəzifələr barədə valideynlərlə müzakirələr aparıblar. Təşkilatçı müavin Asiman Paşayev çıxış edərək davranış səviyyələrinə görə şagirdlərə tətbiq ediləcək inzibati tədbirlər haqqında məlumat verib. Sonda məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək bildirib ki, buraxılış siniflərdə monitorinqlərin keçirilməsi davam edəcək və nəticələrin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ətraflı

I siniflərdə test    21.10.2022-ci il tarixində məktəbin psixoloqu Günay Həşimova fəaliyyət planına uyğun olaraq I siniflərdə şagirdlərin hazırlıq səviyyəsini yoxlamaq üçün "Kern-Yerask" testi keçirib. Testin keçirilməsində məqsəd şagirdlərin məktəb təliminə hazırlıq səviyyəsini yoxlamaq olub.

Ətraflı

Beynəlxalq Məktəb Kitabxanası Günü    22 Oktyabr - "Beynəlxalq Məktəb Kitabxanası Günü"dür. Bu münasibətlə bugün kitabxana fəalları ilə görüş keçirilib. Məktəbin kitabxana müdiri Almaz Cəfərova şagirdlərin həyatında məktəb kitabxanasının mühüm rolundan danışıb. Təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva təhsilin məktəb kitabxanasının ayrılmaz bir hissəsi olduğunu bildirib. UBT rəhbəri Aynur Piriyeva şagirdlərin şəxsiyyət kimi formalaşmasında məktəb kitabxanasının işindən danışıb.

Ətraflı

Videoçarx müsabiqəsi    18 oktyabr - "Dövlət Müstəqilliyinin Bərpası Günü” nə həsr olunmuş Sabunçu rayon orta məktəb şagirdləri arasında  videoçarx müsabiqəsi keçirilib. Məktəbimizin 7 b sinif şagirdi Həşimova Fidan III yerə layiq görülüb.

Ətraflı

18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü"    Bu gün BŞTİ-nin F-300 nömrəli əmrinə əsasən "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində Şaronina Tatyana tarix dərsində 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" münasibətilə şagirdlərə məlumat verib. Məktəbin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva da müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs ediblər. Təşkilatçı müavin Asiman Paşayev qeyd edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb.

Ətraflı

Zərərli vərdişlər    Bu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova və UBT - rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə 7 a sinif şagirdləri ilə "Zərərli vərdişlər" mövzusunda profilaktik tədbir keçirilib. İlk öncə məktəbin psixoloqu Günay Həşimova şagirdlərə zərərli vərdişlər və ondan qorunma yolları haqqında məlumat verib. Tədbirdə fəal iştirak edən şagirdlər "Zərərli vərdişlər" haqqında fikirlərini şəkil və essələrlə tamamlayıblar. UBT rəhbəri Aynur Piriyeva mövzu haqqında şagirdlərə öz tövsiyələrini  verib. Şagirdlərin çəkdikləri rəsmlər və essələrdən guşə yaradılıb. Sonda şagirdlərin sualları cavablandırılıb. Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslin bu kimi pis vərdişlərdən qorunması və məlumatlanmasıdır.

Ətraflı

Layihə dərsi "Ürək modelinin hazırlanması"   Bu gün Kiçik Akademiyanın Fizika kafedrasının müəllimi Səadət Ağayevanın təqdimatında 5 "A" sinfində təbiət fənnindən "Ürək modelinin hazırlanması" mövzusunda layihə dərsi keçirilib. Dərsin məqsədi orqanizmin necə qidalanması, qan dövranı və ürəyin qanı damarlara vurma mexanizmini  uşaqlara daha dərindən öyrətmək olub. Şagirdlər əyani vasitələrlə ürəyin qan dövranı mexanizmini nümayiş etdiriblər. Dərsdə Kiçik Akademiyanın rəhbəri Nigar Abasova və məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Yeniyetmələrlə profilaktik söhbətBu gün məktəbimizin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyeva VII sinif şagirdləri ilə "Şagirdlərin psixoloji sağlamlığı" mövzusunda profilaktik söhbət aparılıblar. Şagirdlərlə belə mövzularda söhbətlərin aparılmasında məqsəd şagirdlərin mənəvi-psixoloji sağlamlığı üçün təhlükəsiz şəraitin yaradılması və şagirdlərin fiziki, psixoloji zorakılıq hallarından qorunması sahəsində məlumatlandırmaq olub. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

Kiçik Akademiyanın I iclasıBu gün məktəbdə “Kiçik Akademiya” üzvlərinin iştirakı ilə akademiyanın I iclası keçirilib. İclasda Kiçik Akademiyanın rəhbəri Nigar Abasova və UBT rəhbəri Aynur Piriyeva iştirak edib. “Kiçik Akademiya”nın rəhbəri Nigar Abasova üzvlərə akademiyanın əsas iş prinsipindən bəhs edib. Tədris ili ərzində görüləcək işlər barədə məlumatlar verib. İclasda həmçinin yeni tədris ili üçün akademiyanın prezident və vitse prezidentləri yenidən seçilib. Akademiyanın fəaliyyətinin genişləndirilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi vacib məsələ kimi qarşıya qoyulub.

Ətraflı

Bir link - Bir məktəb10 oktyabr 2022-ci il tarixində məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olmuş "Bir link - Bir məktəb" layihəsinin açılış mərasimi keçirilib. Açılışda digər məktəblərdən dəvət olunmuş rəhbər işçilər, ekspert və məktəbin pedoqoji heyəti iştirak edib. Açılış mərasimini giriş sözü ilə layihə rəhbəri və məktəbimizin direktoru Nazəni Məmmədova açıb. O, qonaqları salamlayaraq layihənin icra müddəti, layihə çərçivəsində qurulacaq əməkdaşlıq və layihə ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı ətraflı məlumat verib. Layihənin icrasına digər məsul şəxs, məktəbin təşkilati işlər üzrə direktor müavini Asiman Paşayev layihə ilə bağlı qonaqların verdiyi sualları cavablandırıb. Sonda qonaqlara söz verilib. Tədbirdə iştirak edən 155 N-li tam orta məktəbin direktoru Ruhiyyə İbrahimova layihə çərçivəsində daim əməkdaşlığa hazır olduqlarını bildirib. Yekun olaraq layihənin aylıq iş planı da iştirakçıların diqqətinə çatdırılıb.

Ətraflı

Kitab sərgisiOktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. UBT rəhbəri Aynur Piriyeva, Kiçik Akademiya rəhbəri Nigar Abasova, müəllim Elnurə Rzayeva və məktəbimizin VI, VII, IX sinif şagirdləri sərgidə iştirak ediblər. Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak ediblər. Şagirdlər sərgidə nümayiş olunan kitablara böyük maraq göstəriblər.

Ətraflı

Məktəbəqədər hazırlıq qrupumuzun ilk dərs günü    Bu gün məktəbəqədər hazırlıq qrupumuzun ilk dərs günü olub. Fəaliyyət göstərəcək hazırlıq qrupumuzun əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qrupumuzda təcrübəli, bacarıqlı müəllim fəaliyyət göstərir. Məktəb rəhbərliyi ilk dərs günlərində balaca fidanları təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Ətraflı

Kiçik Akademiya rəhbəri ilə görüşBu gün Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə "Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev bakuka.az saytının işlənilməsi, 2022/2023-cü tədris ili üzrə Fəaliyyət planının tərtibi, KA strukturunun təşkili, olimpiada mərkəzinin yaradılması, SKA TV-nin təşkili, ustad dərslərin təşkili və cari məsələlər haqqında danışıb. Görüşdə məktəbimizin Kiçik Akademiya rəhbəri Nigar Abasova da iştirak edib. Sonda Kiçik Akademiya rəhbərləri tərəfindən irəli sürülən əlavə təkliflər dinlənilib, suallar cavablandırılıb.

Ətraflı

Narkomaniyaya yox!!!Bu gün məktəbimizin 9-cu siniflərində məktəbin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə "Narkomaniyaya yox!!!" mövzusunda maarifləndirici profilaktik seminar təşkil olunub. Seminarda məktəbin müəllimləri də iştirak edib. Məktəbin psixoloqu Günay Həşimova şagirdlərə narkotiklərin cəmiyyətimizə, xüsusilə də yeniyetmələrin həyatına vurduğu psixoloji və fizioloji zərərlərindən, əsrin "ağ ölümü" sayılan narkotik vasitələrdən uzaq durmağın yollarından danışıb. Sonra UBT rəhbəri Aynur Piriyeva sağlam həyat tərzinin faydaları haqqında məlumat verib. Seminarda iştirak edən müəllimlər mövzu ilə əlaqəli təbliğat xarakterli çıxışlar edib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırıb.

Ətraflı

Dəyirmi masa - Anım GünüMəktəbimizin müəllimi Məlahət Nəcəfovanın təşkilatçılığı ilə 27 sentyabr "Anım Günü" ilə əlaqədar dəyirmi masa keçirilib. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər şeirlər söyləyiblər. Məlahət müəllimə çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız canı, qanı bahasına vətən torpağını düşmən tapdağından təmizlədilər və həmin müharibədə xalqımız birlik göstərərək bir yumruq olub qələbə çaldı. Xalqımız hər zaman əmindir ki, onun müzəffər Ali Baş Komandanı İlham Əliyev daim daha böyük qələbələrə imza atacaq. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Günel Zeynalova, UBT rəhbəri Aynur Piriyeva və məktəbin psixoloqu Günay Həşimova çıxış edərək şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

Ətraflı

Anım Günü tədbiriUBT rəhbəri Aynur Piriyevanın rəhbərliyi ilə məktəbin foyesində Anım Günü tədbiri keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.    Tədbiri giriş sözü ilə açan ibtidai sinif müəllimi Validə Mehdiyeva bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində ötən ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq şanlı 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Sonda şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Ətraflı

27 sentyabr - "Anım Günü"Bu gün Azərbaycanın 30 ildən artıq Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması üçün başlanan Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin Anım Günüdür. Artıq ikinci ildir ki, sentyabrın 27-si respublikamızda "Anım Günü" kimi qeyd olunur. BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbimizdə "Anım Günü" ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə 1dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi anılıb. Məktəbin hərbi rəhbəri Sərxan Bayramov və tarix müəllimi Lalə Babayeva çıxış edərək, şagirdlərə Vətən müharibəsindən, torpaq uğrunda canlarından keçmiş qəhrəmanlarımızdan danışıb, onları dərin hörmət və ehtiramla anıblar.

Ətraflı

Əhməd Cavad - 130 illiyiBu gün məktəbimizdə direktor müavini Asiman Paşayevin təşkilatçılığı ilə öz şeirləri ilə xalqı milli azadlığa səsləyən nəğməkar şair Əhməd Cavadın 130 illiyi ilə əlaqədar seminar keçirilib. Əvvəlcə sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ana dili və ədəbiyyat müəllimi Günel Zeynalova böyük şairimiz Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək həm ədəbi mühitdə və geniş ictimaiyyətdə, həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii-siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: Seminarda məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Valideyn iclasıBu gün məktəbimizdə 5a sinfində valideyn iclası keçirilib. İclasda sinif rəhbəri çıxış edərək valideynlərə sinifin təşkili, sinif kollektivi haqqında məlumat verib. Yeni tədris ili ərzində qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb. İclasda məktəbin psixoloqu Günay Həşimova da iştirak edib. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq onlarda güvən, inam hissinin formalaşdırılması sahəsində görüləcək işlər barəsində tövsiyyələr verib. Sonda psixoloq tərəfindən valideynlərə anket sorğu təqdim olunub. Valideynlərin sualları cavablandırılıb.

Ətraflı

Yeniyetməlik dövründə konfliktlərin yaranma səbəbləri və həlli yolları    Məktəbin psixoloqu Günay Həşimova 8a sinif şagirdləri ilə yaş xüsusiyyətlərinə uyğun "Yeniyetməlik dövründə konfliktlərin yaranma səbəbləri və həlli yolları" mövzusunda profilaktik söhbət aparıb. Söhbətin aparılmasında məqsəd şagirdlərin münasibətlərinin sağlam qurulması yönündə tövsiyələrin verilməsidir. Daha sonra şagirdlərin məktəbdə davranış qaydaları, hüquq və vəzifələri, bir-birinə olan münasibətləri haqqında müzakirələr aparılıb. UBT rəhbəri Aynur Piriyeva şagirdlərə öz tövsiyələrini verib. Sonda şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.

Ətraflı

Beynəlxalq Sülh Günü    "Sülh aylığı” çərçivəsində UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə  21 sentyabr - “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş şagirdlərlə asfalt üzərində rəsmlər çəkilib. Balaca fidanlarımız öz istəkləri ilə Qarabağa aid rəsmlər çəkiblər.

Ətraflı

Metodbirləşmə iclası    2022-2023-cü tədris ilinin ilk Metodbirləşmə iclası keçirilib. İclasda metodbirləşmə sədrləri və məktəb rəhbərliyi iştirak edib. Metodbirləşmə şurasının illik  fəaliyyət planı çərçivəsində qarşıda duran əsas məsələlər müzakirə edilib.

Ətraflı

Profilaktik söhbət    Bu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova məktəbin 1-ci sinif şagirdləri ilə adaptasiya olunmasının yoxlanılması məqsədilə psixoprofilaktik söhbət aparıb. Söhbətin aparılmasında məqsəd şagirdlərin adaptasiya prosesini müəyyən etmək və bu yöndə valideyn və müəllimlərə tövsiyyələr verməkdir.

Ətraflı

Diaqnostik qiymətləndirmə    2022-2023-cü tədris ilində şagirdlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirilmə keçirilib. Qiymətləndirməyə məktəb rəhbərliyi nəzarət edib.

Ətraflı

İlk dərs - Qarabağ Azərbaycandır    Bugün 2022/2023-cü tədris ilinə start verilib. İlk dərs günündə məktəbimizin bütün siniflərində ilk dərslər vətən uğrunda canlarından keçmiş şəhidlərimizə həsr olunub.

Ətraflı

Valideynlərlə görüş2022-2023-cu tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbimizdə valideynlərlə görüşlər keçirilib. Yeni tədris ilində qarşıda duran hədəflərlə bağlı müzakirələr aparılıb. Məktəb-icma münasibətlərinin daha da səmərəli təşkil olunması istiqamətində Təhsil Nazirliyi və BŞTİ-nin təlimatları onların diqqətinə çatdırılıb. Təlim tərbiyə prosesinin daha effektiv həyata keçirilməsində məktəb-valideyn münasibətlərinin səmərəli qurulmasının vacib olduğu vurğulanıb.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib13.09.2022-ci il tarixdə məktəbin Pedaqoji şurasının ilk iclası keçirilib. Pedaqoji şura 12.09.2022- ci il tarixdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məktəbin direktoru Nazəni Məmmədova iclası açıq elan edərək gündəlikdəki məsələləri elan edib. Pedaqoji şura özünün illik fəaliyyət planını, məktəbin iş rejimini müzakirə və təsdiq edib. Sonda məktəb rəhbərliyi tərəfindən ötən tədris ilində səmərəli fəaliyyətlərinə görə fərqlənən pedaqoji heyət üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Ətraflı

İməcilik    09.09.2022-ci il tarixdə Sabunçu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş Sabunçu məktəbliləri arasında Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında iməcilik təşkil olunub. Məktəbimizin UBT rəhbəri və 5 şagirdimizdə iməcilikdə iştirak ediblər.

Ətraflı

"Bir Link - Bir məktəb" layihəsiAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqənin builki nəticələri açıqlanıb. Müsabiqənin qaliblərinin arasında məktəbimizin direktoru Nazəni Məmmədova fərdi layihələr kateqoriyası üzrə "Bir Link - Bir məktəb" layihəsi ilə qalib olub. Qeyd edək ki, layihənin icrasına növbəti tədris ilindən başlanacaqdır. Bütün qalibləri təbrik edirik. Təhsilimiz üçün xeyirli olsun!

Ətraflı

Onlayn mahnı müsabiqəsiSabunçu rayon Gənclər və İdman İdarəsində, Sabunçu rayon gəncləri arasında keçirilmiş "Vətənim Azərbaycandır!" vətənpərvərlik mövzusunda onlayn mahnı müsabiqəsi keçirilib. Məktəbimizin şagirdləri Xıdırov Elmin və Nağıyeva Nəzrin diploma layiq görülüblər.

Ətraflı

Yay məktəbi "Steam" dərsləriAzərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022 il tarixli F-371 nömrəli əmrinə əsasən "Yay məktəbi" çərçivəsində STEAM dərsləri keçirilməyə davam edir. Şagirdlər bu gün 26 iyun "Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü"nə həsr edilmiş 3 D qələmlə əl işləri hazırlayıblar.

Ətraflı

Yay məktəbi "Kiçik Akademiya"    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-371 nömrəli əmrinə əsasən təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə Kiçik Akademiya rəhbəri Nigar Abasova tərəfindən yay məktəbində iştirak edən akademiya üzvlərinə layihə işlərinin hazırlanması üçün ofis proqramları çərçivəsində işləmək, layihələr hazırlamaq haqqında seminar keçirilib.

Ətraflı

Təbiətdən incəsənətə    Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-371 nömrəli əmrinə əsasən təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə açıq havada "Təbiətdən incəsənətə" mövzusunda asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Yay məktəbində iştirak edən şagirdlər müxtəlif şəkillər çəkib, rəssamlığın sirlərini öyrəniblər.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilibMəktəbin fəaliyyət planına uyğun olaraq 2021-2022-ci tədris ilinin yekununa həsr olunmuş növbəti Pedoqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edib. İclasda aşağıdakı məsələlər müzakirə olunub : Sinif rəhbərlərinin illik hesabatları. Yay məktəbinin təşkili 9 və 11-ci siniflərin nəticələrinin təhlili. Cari ildə qarşıda duran əsas məsələlər.

Ətraflı

Yay məktəbi ekskursiyaMəktəbimizdə yay məktəbi dərsləri uğurla davam etdirilir. Yay məktəbi çərçivəsində şagirdlər Qız Qalasına, İçərişəhər muzey mərkəzinə tarixi coğrafi ekskursiyaya aparılıb. Ekskursiyanın məqsədi İçərişəhər Muzey Mərkəzinin qədim tarixə malik İçərişəhərdə yerləşən memarlığını, məişətini, mədəniyyətini, siyasi, tarixi əlaqələrini öyrənmək, qədim dövrlərə aid maddi-mədəniyyət abidələrinə aid məlumat toplamaqdır.

Ətraflı

Son zəngBu gün məktəbimizdə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Sabunçu Rayon İcra və Sabunçu Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, Vətən müharibəsi iştirakçıları olan keçmiş məzunlar, valideynlər və müəllimlər iştirak edib. Tədbiri məktəbin direktoru Nazəni Məmmədova açıq elan edərək Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlətimizin rəmzi olan Bayrağımız meydana gətirib. Qonaqlar və müəllimlər valideynləri, məzunları təbrik ediblər. 11-cilər və birinci sinif şagirdləri hazırladıqları bir-birindən maraqlı ifaları səsləndirib. Milli rəqslərimiz tədbirimizə xüsusi rəng qatıb. Həqiqətən, bütün tədbir iştirakçıları bu anları yüksək əhval-ruhiyyə ilə, gözəl hisslərlə yaşayıblar. Bir daha məzunlarımızı təbrik edirik, onlara həyatda uğurlu gələcək, Vətənimizin layiqli övladları olmağı arzulayırıq.

Ətraflı

"Romeo və Cülyetta"Bu gün məktəbimizdə rus dili və ədəbiyyatı müəllimi Mariya Yakovleva tərəfindən VIII və IX sinif şagirdləri ilə Şekspirin "Romeo və Cülyetta" əsəri səhnələşdirilib. İngilis ədəbiyyatının klassiklərindən biri olan əsər, müəllifin ən məşhur pyeslərindən biridir. Əsər bir-birini sevən iki düşmən ailənin gənclərinin sevgi hekayəsindən bəhs edir. Səhnəcik müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

"Zərərli vərdişlərə yox" deyək layihə dərsiBu gün 8b sinfində biologiya dərsində məktəbin psixoloqu Günay Həşimova və biologiya müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək" mövzusunda təqdimat dərsi keçirilib. Şagirdlər aşağıdakı təqdimatları təqdim ediblər: 1.Zərərli vərdişlərə yox deyək. 2.Ətraf mühiti qoruyaq. 3.Ətraf mühit və orqanizm. Sonda məktəbin psixoloqu Günay Həşimova şagirdlərə zərərli vərdişlərin insan həyatına vurduğu həm psixi, həm də fiziki zərərlərindən danışıb, ondan qorunma yolları haqqında məlumat verib.

Ətraflı

IV siniflərdə monitorinqBu gün 4 cü siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin həmin fənlər üzrə bilik və bacarıqlarının yoxlanılması, vaxt bölgüsünün düzgün bölüşdürülməsini, cavab kartlarında işləmə bacarığını inkişaf etdirməkdir. Monitorinqlərə rəhbərlik tərəfindən nəzarət edilib.

Ətraflı

Teknofest Azərbaycan" festivalı    26-29 may tarixində Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin birgə layihəsi olan "Teknofest Azərbaycan" festivalı keçirilib. Bu festivalda məktəbimizin müəllim heyyəti işçi kollektivi və şagirdləri iştirak ediblər. Şagirdlər qalib komandaların layihə və texniki işlərinə baxıblar. Festival öz maraqlı proqramı ilə hamıda təəssürat yaradıb.

Ətraflı

"Zəfər tarixi" adlı konfransBu gün məktəbimizdə BŞTİ -nin 18.04.2022 tarixli F-146 nömrəli əmrinə əsasən "Zəfər tarixi" adlı konfrans keçirilib. Konfransda məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Konfransın gündəliyinə uyğun olaraq çıxışçılar dinlənilib və müzakirələr aparılıbdır. Konfransın gündəliyində ki, əsas məsələlər : 1. "44 günlük vətən müharibəsi"-ndə qazanılan qələbənin əhəmiyyətinin öyrənilməsi və təbliğ edilməsi. 2. Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin həyat yolunun öyrənilməsi Konfransın sonunda aşağıda təkliflər irəli sürülmüşdür: 1. Növbəti tədris ilində vətən müharibəsi qaziləri ilə tez-tez görüşlərin keçirilməsi 2. Şəhidlərin ev muzeylərinə səfərlərin təşkil olunması 3. Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Şəhidlər xiyabanı, Fəxri xiyaban, Qənimətlər parkına ekskursiyaların təşkili

Ətraflı

Şən startlar1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Şən startlar" keçirilib. Yarış Nailə Şərifziyanova və Solmaz Haqverdiyeva və hakim Yasin Abdullayevin rəhbərliyi tərəfindən baş tutub. Yarış nəticəsində uşaqlar öz komanda ruhunu, güvən, çeviklik, əyilgənlik qabiliyyətlərini göstəriblər

Ətraflı

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Nardaran Mədəniyyət Mərkəzinin qarşısında ümumrayon tədbiri keçirilib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev, UBT rəhbəri Aynur Piriyeva, psixoloq Günay Həşimova, musiqi müəllimi Elnurə Rzayeva və V,VI,VII,VIII sinif şagirdləri ilə birgə bu tədbirdə iştirak edib. Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Uşaqlar gülsün deyə" adlı keçirilən tədbirdə şagirdlərimiz milli geyimdə rəqs, idman, rəsm işləri təqdim ediblər.

Ətraflı

eTwinning layihəsi "Pul vahidləri"Məktəbimizin müəllimi Maya Sultanzadə və 78 nömrəli tam orta məktəbin müəllimi Lalə İbadovanın birgə layihəsi olan " Pul vahidləri-Currencies " layihəsi uğurla tamamlanıbdır. Layihəyə qoşulan şagirdlər öz milli və beynəlxalq pul vahidlərini, puldan istifadə qaydalarını, dövlət və ailə büdcəsi, qənaət və israf anlayışlarını öyrənib, şagirdlərdə pul vahidləri, ailə büdcəsi, həftəlik pul planlaması və s. barədə müsbət keyfiyyətlər formalaşdırılıb və vərdişə çevrilibdir. Layihə boyu şagirdlər əylənərək öyrənməyə sövq edilib, Zoom platforması ilə digər məktəblərin müəllim və şagirdləri ilə tanış olub ,ortaq fəaliyyətlər göstəriblər. Educaplay ve Cram və s web2.0 alətləri ile hem əylənib həm də öyrəniblər.

Ətraflı

Növbəti eTwinning layihəsiMəktəbimizin müəllimi Maya Sultanzadə və şagirdlərin "eTwinning " layihələri çərçivəsində növbəti layihəsi yekunlaşmışdır. " İklim için g(ö)revdeyiz " adlı növbəti layihə 12- 15 yaş qrupu şagirdləri üçün nəzərdə tutulmuşdur. Layihədə məqsəd iqlim dəyişikliyi və qlobal istiləşməyə yönəlmişdir.Quraqlıq, sel, ətraf mühitin çirklənməsi kimi Yer kürəsini mənfi təsir altına alan qlobal problemlərə diqqət çəkərək ,bu mövzuda daha məlumatlı vətəndaşlar yetişdirmək hədəflənmişdir. Layihədə şagirdlər öyrənərkən əylənərək ,Türkiyənin ortaq məktəbləri ilə əlaqə quraraq daha da sosyallaşmışlar. Layihə çərçivəsində şagirdlər müxtəlif Web2 alətlərindən və Google proqramlarından istifadə etmişlər.

Ətraflı

eTwinning layihəsiMəktəbimizin müəllimi Maya Sultanzadə və şagirdlərin "eTwinning " layihələri çərçivəsində " A Livable world In The Shade Of Green, Blue and Brown" adlı layihdə iştirak ediblər. Layihədə şagirdlər həyat üçün əvəzolunmaz olan ətraf mühit, onun insanlar və inkişaf edən texnologiya tərəfindən şüursuz şəkildə məhv edilməsinə diqqəti yönəldiblər. Şagirdlər Türkiyənin ayrı-ayrı məktəblərindən olan şagirdlərlə ekoloji problemlərin həlli yolunda fikir mübadiləsi aparıb, ətraf mühitə və təbiətə diqqət çəkib, maarifləniblər. Layihə çərçivəsində şagirdlər müxtəlif Web2 alətlərindən və Google proqramlarından istifadə ediblər.

Ətraflı

4a sinfi "Ailəm və məktəbim"4a sinfində sinif rəhbəri Bahar Məhərrəmova tərəfindən valideyn iclası keçirilib.İclasda direktor müavini Şəbnəm Mirzəyeva da çıxış edib.İclasda evvelki ayda keçirilmiş monitorinq nəticələri müzakirə edilib və növbəti ayda 4a siniflərində keçiriləcək monitorinq mövzusunda ətraflı danışılıb.Sonda valideynlər arasında şagirdlərdə son zamanlar baş vermiş dəyişiklər ilə əlaqəli sorğu keçirilib.

Ətraflı

3b sinfi "Ailəm və məktəbim"Bu gün 3b sinfində “Ailəm və məktəbim” layihəsi çərçivəsində valideyin iclası keçirilib.İclasda ailə-məktəb işbirliyinin önəmi,şagirdlərlə davranış qaydaları haqqında təqdimat nümayiş olunub və valideynləri maraqlandıran digər mövzular üzrə söhbət aparılıb.Sonda şagird və valideynlər təqdim olunmuş vərəqlərdə sualları cavablandırıblar.Övladını daha yaxından tanıyan valideynlərə təşəkkürnamələr təqdim olunub.

Ətraflı

Xatirə gecəsiÖmrü xatirələrdə, gözəl mahnılarında qalan bəstəkar, Əməkdar İncəsənət xadimi Nailə Mirməmmədliyə həsr olunmuş "Xatirə gecəsi" keçirilib. Gecədə məktəbimizin musiqi müəllimi Elnurə Rzayeva və "Xor kollektivi" də iştirak edib. Gecədə şagirdlərdən ibarət xor kollektivi tərəfindən bəstəkarın mahnıları səsləndirilib. Sonda diplomlar və təşəkkürnamələr təqdim olunub.

Ətraflı

28 May "Respublika Günü"   Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən "Respublika Günü" dövlət bayramı kimi qeyd edilir. UBT rəhbəri Aynur Piriyevanın və məktəbin musiqi müəllimi Elnurə Rzayevanın təşkilatçılığı ilə 28 May - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbir dövlət himni ilə açıq elan olunub. Şagirdlər Azərbaycan haqqında mahnılar, şeirlər səsləndirilib, rəqs nümunələri , səhnəciklər göstəriblər.    Sonda söz məktəbin direktoru Nazəni Məmmədovaya verilib. O bildirib ki, "Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və daim irəlidə olsun."

Ətraflı

"Zəfər zəngi" adlı bilik yarışı    Keyfiyyətli təhsilin təməli ibtidai sinifdən qoyulur. 20.05.2022- ci il tarixdə 170 nömrəli tam orta məktəbdə 4- cü siniflər üzrə Şuşa ilinə həsr edilmiş "Zəfər zəngi" adlı məktəblərarası bilik yarışı keçirilib. Yarış 5 turda ibarət olaraq Azərbaycan dili, riyaziyyat və məntiq, həyat bilgisi, ingilis dili, Qarabağ tarixini əhatə edirdi. Yarışın məqsədi məktəblər arasında dostluq münasibəti yaratmaq, şagirdlərin intellektual səviyyələrini inkişaf etdirmək olub. Yarışda məktəbimizin "Zirva "komandası da fəal iştirak edib.

Ətraflı

"Ekologiyanı qoruyaq"Bu gün məktəbimizin fizika kafedrasının müəllimi Gülnarə Bağırova V-X sinif şagirdləriylə birlikdə "Ekologiya Günü"nə aid "Ekologiyanı qoruyaq" adlı tədbir hazırlayıblar. Tədbirdə şagirdlər tərəfindən "Yaşıllıqları və ekologiyanı qoruyaq" adlı səhnəcik göstərilib, ekologiyaya aid şeirlər söylənilib. Dərsin sonunda şagirdlər "Təmiz ekologiya, təmiz qida deməkdir" devizini səsləndiriliblər. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Şuşa ilinə həsr olunmuş "Bilik yarışı"Şuşa ili çərçivəsində IV siniflər arasında "Bilik yarışı" keçirilib. Yarışmada 6 komanda iştirak edib: Şuşa, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam komandası. Yarış 2 mərhələdən ibarət olub. Komandalar yarışda fəal iştirak edib. Qalibi müəyyənləşdirmək üçün əlavə suallardan istifadə olunub. Nəticədə adları qeyd olunan komandalar qalib elan olunub: Zəngilan, Qubadlı, Kəlbəcər komandası. Yarışmada münsiflər heyəti kimi məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edib. Komandalar diplom və fərqlənmələrlə təltif olunub.

Ətraflı

Peşə ixtisasları haqqında maarifləndirici söhbət    Məktəbimizdə IX sinif şagirdlərinin valideynləri ilə buraxılış imtahanlarının nəticələrinin müzakirəsi məqsədilə seminar təşkil olunub. Direktor müavinləri nəticələrlə bağlı valideynlərə ətraflı məlumat verib və qarşıda duran vəzifələr müzakirə edilib. İclasda məktəbin peşəyönümü koordinatoru Günay Həşimova da iştirak edib. Peşəyönümü koordinatoru valideynlərə peşə maraqlarının və qabiliyyətlərinin öyrənilməsi və düzgün yönləndirilməsi haqda məlumatlar verib. Seminarda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzinin nümayəndəsi də iştirak edib.  Valideynlərlə Peşə ixtisasları və ixtisas seçimi ilə bağlı maarifləndirici söhbət aparıb. Peşə məktəblərinə yönləndirilmə və təhsilin könüllü olması haqda da valideynlər təlimatlandırılıb. Sonda valideynlərin sualları cavablandırıb.

Ətraflı

"Əməllər sırası"    Bu gün 3a sinfində ibtidai sinif müəllimi Maya Süleymanzadə tərəfindən riyaziyyat fənnindən "Əməllər sırası" mövzusunda nüməvi dərs keçirib. Dərsin əsas məqsədi mötərizəli ifadələrdə əməllər sırasını müəyyənləşdirmək və hesablamaları düzgün yerinə yetirmək olub. Dərsdə şagirdlər cütlərlə işləyiblər. Sonda rollu oyun təqdim olunub. Məktəb rəhbərliyi də dərsdə iştirak edib.

Ətraflı

"Torpağın quruluşu və xüsusiyyətləri"    Bu gün məktəbin coğrafiya kafedrasının müəllimi Cavadlı Kərimova Ülkər 7a sinifinin şagirdləri ilə "Torpağın quruluşu və xüsusiyyətləri" mövzusunda açıq havada təcrübə dərsi keçirib. Şagirdlər keçirdikləri təcrübələr onların tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıb. Aparılan təcrübələrin nəticələri ümumiləşdirilərək  dəftərlərə yazılıb. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya18 may "Muzey Günü " ilə əlaqədar olaraq məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova və peşəyönümü koordinatoru Günay Həşimova akademiyanın üzvü olan şagirdlərlə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyaya gediblər. Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzeydir. Şagirdlər muzeydə nümayiş edilən xalça və eksponatlar haqqında ətraflı məlumatlar alıblar. Muzey rəhbərliyi bildirib ki, muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları". Bununla yanaşı həmçinin şagirdlərə xalçaçılıq, dulusçuluq, rəssamlıq peşələri və onların sirrləri haqda məlumatlar da verilib.

Ətraflı

"Böyük Zəfər" adlı sənədli film    Məktəbimizdə "Şuşa ili" çərçivəsində tədbirlər davam etdirilir. Şagirdlərin daim vətənpərvər ruhda tərbiyəsi daim məktəb rəhbərliyinin diqqətindədir. Bu gün V-VI sinif şagirdləri "Böyük Zəfər" adlı sənədli filmini izləyiblər. Film şagirdlərdə xüsusi təəssüratlar yaradıb. Şagirdlərə təəssüratlarla bağlı esse yazmaq da tapşırılıb.

Ətraflı

Elektron jurnalElektron jurnal platformasının işlənməsi ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən iş bölgüsü aparılmışdır.

Ətraflı

PİSA Beynəlxalq yarışı12.05.2022 ci il tarixində məktəbimizdən 24 nəfər şagird PİSA Beynəlxalq qiymətləndirmədə iştirak ediblər. İmtahan 129 nömrəli tam orta məktəbdə keçirilib.

Ətraflı

Çörək zavoduna ekskursiyaMəktəbin ibtidai sinif müəllimi Nailə Şərifziyanova sinfi ilə birlikdə 1 saylı çörək zavoduna ekskursiya təşkil edib. Ekskursiyada şagirdlərə çörək və bulkaların bişirilməsi və istehsalı göstərilib. Onlara ətraflı məlumatlar verilib. Sonda şagirdlərə çörək və bulkalar hədiyyə edilib.

Ətraflı

Heydər Əliyev və müasir Azərbaycan!    Sabunçu rayon Gənclər və İdman İdarəsində  Sabunçu  rayon tam orta məktəb şagirdləri arasında keçirilmiş Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 99 illiynə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan!" mövzusunda  inşa yazı  müsabiqəsinin mükafatlandırılması keçirilib. Yaş qrupları üzrə I-II-III yerləri tutmuş iştirakçılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. Şagirdimiz Nəzrin Nağıyeva I yerə layiq görülüb. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

Ətraflı

Böyük qayıdış    "Şuşa ili" çərçivəsində məktəbimizdə silsilə tədbirlər təşkil edilir. Bununla əlaqədar olaraq məktəbin Kiçik Akademiya rəhbəri Nigar Abasova akademiyanın üzvləri olan şagirdlərlə "Bizim böyük Qələbəmiz" və "Böyük qayıdış" adlı təşkilat saatı təşkil edib. Tarixi qələbəmizdən bəhs edən akademiya rəhbəri şagirdlərlə söhbət aparılıb. Onları şanlı qələbəmizdən bəhs edən kitablarla tanış edib. Sonda şagirdlər mövzu haqqında esselər yazıb və şəkillər çəkiblər.

Ətraflı

Müəllim şagird münasibətləri    Bu gün məktəbin 8a sinifində "Şagird-müəllim münasibətləri" mövzusunda sinif təşkilat saatı keçirilib. Sinif rəhbəri Gülər Mustafayeva şagirdlər arası münasibətlərin düzgün qurulması istiqamətində müzakirələr edib. Məktəbin psixoloqu Günay Həşimova şagirdlərə yeniyetməlik yaş böhranı dövrünün psixoloji xüsusiyyətləri barədə məlumat verib. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

Heydər Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar məktəbimizdə siniflər arasında rəsm, divar qəzetləri və əl işlərindən ibarət stend yaradılıb.

Ətraflı

Ümummilli liderə həsr olunmuş idman yarışları    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar məktəbimizdə idman yarışları keçirilib. Məktəbin VI-IX sinifləri arasında mini futbol, həndbol, şahmat yarışları keçirilib.

Ətraflı

Ümumilli lider Heydər ƏliyevBu gün Bakı Olimpiya stadionunun arxasında olan, Böyük Şor bulvarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar geniş miqyaslı rayon tədbiri keçirilib. Bu münasibətlə məktəbimizin müəllimi və şagird kollektivi tədbirdə iştirak ediblər.

Ətraflı

Ulu öndər Heydər Əliyev    Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın memarı, bütün həyatını vətəninin çiçəklənməsinə həsr etmiş ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibəti ilə  ümummilli liderin əziz xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. UBT rəhbəri Aynur Piriyeva, sinif rəhbəri Xatirə İbrahimova və musiqi müəllimi Elnurə Rzayeva  maraqlı və məzmunlu  yaddaqalan tədbir təşkil ediblər. Məktəbin direktoru Nazəni Məmmədova söz açaraq son günlər ölkəmizin hər yerində keçirilən anım tədbirlərini böyük öndərə ümumxalq məhəbbətinin təzahürü kimi dəyərləndirib. Azərbaycanlı olması ilə həmişə fəxr edən ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı, onun qüdrətinin artması, dövlətçiliyimizin möhkəmlənməsi və hər zaman xalqa yaxın olduğunu vurğulayıb.

Ətraflı

Yeniyetmələrlə profilaktik söhbətMəktəbin psixoloqu Günay Həşimova VII-VIII sinif şagirdləri ilə "Yeniyetmələrdə intihar və aradan qaldırılması" mövzusunda maarifləndirici proflaktik söhbət aparıb. Söhbətin aparılmasında əsas məqsəd intihara gətirəcək səbəbləri aşkarlamaq və aradan qaldırılması sahəsində maarifləndirmə işlərinin görülməsidir. Seminarda məktəbin UBT rəhbəri, tibb bacısı və sinif rəhbərləri iştirak ediblər.

Ətraflı

Zooparka növbəti ekskursiya    Məktəbimizin 4a sinif şagirdləri  BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində sinif rəhbəri Bahar Məhərrəmovanın rəhbərliyi ilə Zooparka ekskursiya təşkil ediblər. Ekskursiyanın məqsədi  uşaqlara şəkillərdə gördükləri heyvanları canlı olaraq göstərmək və onlar haqqında məlumatlandırmaq olub.

Ətraflı

"Anım günü" ilə əlaqədar görüşÜmummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar olaraq məktəb rəhbərliyi və sinif rəhbərlərinin görüşü keçirilib. Görüşdə məktəbin direktoru Nazəni Məmmədova "Anım günü" ilə əlaqədar olaraq görüləcək işlərlə bağlı təlimat və göstərişlərini verib. Tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev "Anım günü" ilə əlaqədar keçiriləcək sərgiyə hazırlıqla bağlı təlimatlarını çatdırıb.

Ətraflı

Zooparka daha bir ekskursiyaMəktəbimizin 4a sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində sinif rəhbəri Bahar Məhərrəmovanın rəhbərliyi ilə Zooparka ekskursiya təşkil ediblər. Ekskursiyanın məqsədi uşaqlara şəkillərdə gördükləri heyvanları canlı olaraq göstərmək və onlar haqqında məlumatlandırmaq olub.

Ətraflı

"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində layihə dərsi    Məktəbimizin IX sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində layihə dərsi keçirilib. Dərsdə aşağıda qeyd olunan mövzular müzakirə olunub. 1. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı proqramlar. 2. Məişət tullantılarının təkrar istifadəsi. 3. Antropogen faktorların doğma diyarımızın ətraf mühitinə təsiri. 4. Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi. 5. Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilən nadir və mühafizəyə ehtiyacı olan bitki və heyvanların öyrənilməsi mövzusunda 9a sinfinin  layihələrinin  təqdimatı 

Ətraflı

"Məktəblinin bostanı" yaradılıb    Bu gün məktəbin 10 A sinfində BŞTİ-nin F-138 əmrinə əsasən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində "Məktəblinin bostanı" yaradılıb. Bostanın yaradılmasında şagirdlər fəal iştirak ediblər. Bundan əlavə sinifdə ekoloji guşə yaradıblar. 

Ətraflı

Zoopark ekskursiyası    Məktəbimizin VIII sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində sinif rəhbərləri Təranə İbrahimova və Gülər Mustafayevanın rəhbərliyi ilə Zooparka elmi ekskursiya təşkil ediblər. Ekskursiyanın məqsədi zoologiya fənnində öyrəndikləri heyvanları əyani müşahidə etmək onların yaşayış mühiti ilə tanış olmaq olub. Şagirdlər Azərbaycanın Qırmızı kitabına salınmış gördükləri  heyvanlar haqqında məlumatlar alıblar. Eyni zamanda xarici turistlərlə də ingilis dilində təəssüratlarını bölüşüblər.

Ətraflı

Qobustan ekskursiyasıMəktəbimizin V-X sinif şagirdləri BŞTİ nin F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində Qobustan milli qoruğuna ekskursiya təşkil ediblər. Sinif rəhbərləri Marina Surkova və tarix müəllimi Tatyana Şaronina uşaqları palçıq vulkanları ilə tanış ediblər. Ekskursiyada şagirdlər fəal iştirak ediblər. Şagirdlərimizin sağlam təhsil mühitində təhsili eyni zamanda milli mənəvi dəyərlərinin zənginləşdirilməsi daim məktəb rəhbərliyinin diqqətindədir.

Ətraflı

Şəhidlərin ev muzeyinə ziyarət    Şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məhz aşağı sinifdən başlayır. Bu məqsədlə məktəbimizin 6 A sinfinin rəhbəri Xatirə İbrahimovanın təşkilatçılığıla T.T.İ.üzrə d/m Şəbnəm Mirzəliyeva və UBT rəhbəri Aynur Piriyeva ilə birlikdə şagirdlərimiz Şəhid Cəfərzadə İsrayıl və şəhid Mehdiyev Talehin ev muzeylərini ziyarət ediblər. Tədbirlər Planına əsasən məktəblilərin Şəhid ev muzeylərinə gedişini təşkil etmək böyük əhəmiyyət daşıyır. Müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etməyi özlərinə borc bildilər. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

Ətraflı

Ailəm və məktəbim layihəsi    29.04.2022 tarixində 7a sinifində "Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti valideyn iclası keçirilib.Tədbirdə 24 valideyn iştirak edib. İclas sinif rəhbəri Cavadlı Kərimova Ülkərin çıxışı ilə başlanılıb. Elektron lövhədə şagirdlərin son monitorinq göstəriciləri nümayiş etdirilərək müzakirə olunub. Daha sonra fənn müəllimləri və psixoloq Günay Həşimova öz çıxışları ilə iclası davam etdirib. Şagirdlərin psixoloji emosianal vəziyyətləri valideynlər ilə müzakirə edilib. Psixoloq şagirdlərin sağlam şəxsiyyət kimi formalaşmasında sağlam ailə mühitinin vacibliyi haqda məlumat verib. Sonda valideynlərə övladları ilə bağlı sorğu vərəqələri paylanılıb.

Ətraflı

Peşə təhsil mərkəzində "Açıq qapı" günüBu gün məktəbimizdə məktəbin psixoloqu və peşəyönümü koordinatoru Günay Həşimova, direktor müavini Asiman Paşayev və sinif rəhbərləri Abahət Məhərrəmova, Yasin Abdullayev IX sinif şagirdləri Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində peşə seçiminə dəstək və mərkəzlə tanışlıq məqsədilə "Açıq qapı" gününə dəvət olunublar. Tədbirdə şagirdlərə məktəbdə olan peşələr haqqında ətraflı məlumatlar verilib. Şagirdlərimiz təşkil olunmuş sərgi və master klasslarda iştirak ediblər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb

Ətraflı

Ailəm və məktəbim layihəsi8a sinfində "Ailəm və məktəbim" layihəsi çərçivəsində növbəti valideyn iclası təşkil olunub. Şagirdlərin tədris-tərbiyə vəziyyəti haqqında valideynlər məlumatlandırılıb. Məktəbin fəaliyyət planına uyğun olaraq valideyn-məktəb əməkdaşlığının səmərəli qurulması istiqamətində söhbət aparılıb və sorğu keçirilib. İclasda məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak edib.

Ətraflı

Nümunəvi dərs "Feilin zamanları"İbtidai siniflərdə fənn aylığı davam edir. Növbəti nümunəvi dərs 3c sinifində ibtidai sinif müəllimi İbrahimova Naina tərəfindən Rus dili fənnindən "Felin keçmiş zaman formasının şəxslərə görə dəyişməsi" mövzusunda təqdim olundu. Dərsin əsas məqsədi şagirdlərə felin keçmiş zaman forması ilə tanış etmək, yazı və orfoqrafiya bacarıqlarını daha da möhkəmləndirmək olub. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Nümunəvi dərs "Təbiətdəki əlaqələr"    Bugün ibtidai siniflərin fənn aylığı çərçivəsində 4a sinif müəllimi Məhərrəmova Bahar tərəfindən həyat bilgisi fənnindən "təbiətdəki əlaqələr" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi təbiətdə canlı və cansız varlıqlar arasındakı əlaqələri uşaqlara çatdırmaq olub. Dərsi direktor müavini Şəbnəm Mirzəliyeva və digər ibtidai sinif müəllimləri dinləyib.

Ətraflı

Nümunəvi dərs "Два товарища"İbtidai siniflərin fənn aylığı çərçivəsində 1b sinfində ibtidai sinif müəllimi İsmayılova Gülnarə tərəfindən rus dili fənnindən "Два товарища" mövzusunda növbəti nümunəvi dərs keçirilib. Dərsin məqsədi kiçik mətnləri oxuyub anlamaq, sözləri düzgün tələffüz etmək olub. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edib.

Ətraflı

Qələbəyə aparan yolBugün 3b sinfində “Bizim böyük qələbəmiz” adlı təşkilat saatı təşkil edilib. Şagirdlərə “Qələbəyə aparan yol” haqqında Power Point nümunəsi göstərilib. Eyni zamanda şagirdlər “Bizim böyük qələbəmiz” kitabı ilə tanış olublar.

Ətraflı

Mülki Müdafiə Günü tədbiri“20” aprel 2022-ci il tarixində məktəbimizdə Mülki Müdafiə Günü keçirilib. Keçirilən “Mülki Müdafiə Günü”nə məktəbin rəhbər, hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis və şəxsi heyəti, habelə MM qüvvələrinə cəlb olunmayan işçilər, o cümlədəndə, bütün şagirdlər cəlb olunub. Keçirilən dərslərin plan-konspektləri hazırlanıb. Bu tədbirin keçirilməsində əsas məqsəd məktəbin bütün şəxsi heyyətinin MM üzrə nəzəri biliklərinin və əməli vərdişlərinin artırılması olub. Müəssisənin bazasında MM avadanlıqları olmadığı üçün onların əməli nümayişi mümkün olmasa da həmin avadanlıqlar və onların rolu barədə məlumat verilib. Keçirilən tədbirlərdə yüksək təşkilatçılıq göstərənlər təşviq edilib, aşkar olunan çatışmamazlıq aradan qaldırmaq üçün tapşırıqlar verilib. Tədbir zamanı həmçinin MM planının reallığı dəqiqləşdirilib. Keçirilən tədbir dövrü qarşıya qoyulan məqsədə nail olunub, keçirilən tədbir “qənaətbəxş”hesab olunub.

Ətraflı

Dünya dinləri    Bugün məktəbin 3b sinfində fənn aylığl çərçivəsində ibtidai sinif müəlliməsi Gülxanım Hacıyeva tərəfindən həyat bilgisi fənnindən “Dünya dinləri” mövzusunda nümunəvi dərs keçirilib. Dərsin məqsədi əsas dinlərin təbliğ etdiyi ümumi dəyərləri və onlar haqqında düşüncələrini şərh etmək olub. Dərs məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva və ibtidai sinif müəllimələri tərəfindən dinlənilib.

Ətraflı

Zakir Bəhmənov "Hörmət və ehtiramla anırıq"    Məktəbimizin adını daşıyan şəhid Zakir Bəhmanovun "Anım Günü" ilə əlaqədar olaraq UBT rəhbəri Aynur Piriyeva tərəfindən məktəbimizdə tədbir keçirilib. Məktəbin T.T.İ.Ü.d/m Asiman Paşayev I Vətən müharibəsi şəhidi Zakir Bəhmənov haqqında məlumat verib. Şagirdlərimiz şeirlər söyləyiblər. Tədbirdən sonra şəhidin II fəxri xiyabanda məzarı ziyarət olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ətraflı

"Сказка о глупом мышонке"Bu gün 2b sinifi "Oxu günü" ilə əlaqədar tədbirlər çərçivəsində "Сказка о глупом мышонке" adlı tamaşa nümayiş etdirib.

Ətraflı

Kitabları sevirik22.04.22 tarixində 3b sinfində "Oxu günü" ilə bağlı F-147 nömrəli əmrinin icrası ilə əlaqədar “Kitabları sevirik” adlı kiçik tədbir keçirilib. Tədbirdə şagirdlərlə Səməd Behrənginin "Balaca Qara Balıq" əsəri haqqında söhbətlər aparıblar. ”Kitabları sevirik” mütaliə guşəsi hazırlanıb.

Ətraflı

Oxu günü ekskursiyası"Oxu günü" ilə əlaqədar tədbirlər planı çərçivəsində məktəbin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasına ekskursiya olunub. Ekskursiyaya V-VI sinif şagirdləri cəlb olunub. Ekskursiya zamanı şagirdlərə kitabxana rəhbərliyi tərəfindən ətraflı məlumat verilib. Sonda şagirdlər kitabxanadakı kitablarla tanış olublar.

Ətraflı

Şəhid ailələrinə ziyarət    Şəhid ailələrinə sayğı və qayğı ilə yanaşmaq hər birimizin müqəddəs vəzifəmizdir. Çünki onlar şəhidlərimizin bizə etibar etdikləri əmanətdirlər. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə məktəbimizin UBT rəhbəri Aynur Piriyeva 8 B sinif rəhbəri Təranə İbrahimova və şagirdlər şəhid İbrahimli Məhəmməd Əlinin ev muzeyini ziyarət ediblər. 

Ətraflı

Ailəm və məktəbim21.04.2022 tarixdə 5b sinif rəhbəri Rüstəmova Həcər tərəfindən valideyn iclası təşkil olunub. Sinif rəhbəri tərəfindən " Дети наше будущее"("Uşaqlar bizim gələcəyimizdi") mövzusunda Power Pointdə təqdimat nümayiş olunub. Valideynlərə övladları ilə dahada güvvənli münasibət qurmaları üçün tövsiyələr verilib. İclasda məktəbin psixoloqu Günay Həşimovada iştirak edib. Psixoloq valideynlərlə şagirdlərin psixoloji sağlamlığı, məktəb-ailə münasibətlərinin düzgün formalaşması haqda maarifləndirici proflaktik söhbət aparıb. İclasın sonunda valideynlər üçün hazırlanmış sorğu vərəqəsi təqdim olunub. İclasda həmçinin şagirdlərin akademik göstəriciləri, sinifdə davranış qaydaları haqqında valideynlərə məlumat verilib. Sonda valideynlərin sualları cavablandırılıb.

Ətraflı

İbtidai siniflərdə fənn aylığı    İbtidai siniflərin fənn aylığı çərçivəsində 4c sinif müəllimi Solmaz Haqverdiyeva riyaziyyat fənnindən "Деление на трехзначное число" mövzusunda nüməvi dərs keçirib. Dərsin məqsədi şagirdlərin vurma və bölmə arasında əlaqəni tətbiq etmək olub. Dərsdə təlim məqsədi tam reallaşdırılıb. Dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib. İbtidai siniflərin fənn aylığı çərçivəsində 4c sinif müəllimi Solmaz Haqverdiyeva riyaziyyat fənnindən "Деление на трехзначное число" mövzusunda nüməvi dərs keçirib. Dərsin məqsədi şagirdlərin vurma və bölmə arasında əlaqəni tətbiq etmək olub. Dərsdə təlim məqsədi tam reallaşdırılıb. Dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib.

Ətraflı

Növbəti monitorinq keçirilib    Rus bölməsində 9 və 11 ci siniflərdə Azərbaycan dilindən (dövlət dili kimi) növbəti monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin imtahandan əvvəl Azərbaycan dili fənnindən biliklərinin yoxlanılması olub.

Ətraflı

"Имя прилагательное" mövzusunda nümunəvi dərs    Məktəbin 2 b sinfində rus dili fənnindən "Имя прилагательное" mövzusunda nümunəvi dərs keçirilib. Dərs 2b sinfinin rəhbəri Nailə Şərifziyanova tərəfindən keçirilib. Dərs məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib. 

Ətraflı

Rus dili və ədəbiyyatı üzrə XIII olimpiada    Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Rossotrudniçestvo" nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiadanın VII-IX sinif şagirdləri arasında məktəb turu keçirilib. Şagirdlər Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın həyat və yaradıcılığına aid test suallarını işləyiblər. Ən yüksək bal yığan 2 şagird olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Ətraflı

Bizim böyük Qələbəmiz"Şuşa ili" çərçivəsində məktəbimizdə silsilə dərslər təşkil edilir. Bu gün 4a sinfində "Bizim böyük Qələbəmiz" adlı təşkilat saatı təşkil olunmuşdur. Qeyd edək ki, bu tip dərslər "Şuşa ili" ərzində mütəmadi təşkil olunacaqdır.

Ətraflı

Bakı Elm Olimpiadası    "Bakı Elm Olimpiadası"nın əsasnaməsinə uyğun olaraq təşkilat komitəsi tərəfindən məktəbimizdə 8-10-cu sinif şagirdləri arasında olimpiadanın iştirakçılarını müəyyənləşdirmək üçün məktəb turu keçirilib. Ən çox bal toplayan 3 şagirdimiz "Bakı Elm Olimpiadası"nda iştirak etmək hüququ qazanıb.

Ətraflı

İbtidai sinif müəllimləri ilə iclasBu gün məktəbin direktoru Nazəni Məmmədova və təlim tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva ibtidai sinif müəllimləri ilə iclas keçirib. İclasda ibtidai sinif müəllimlərinin qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edildi. İl ərzində keçirilmiş monitorinqlərin nəticələri müəllimlərə elan edilib. Şagirdlərin oxu texnikasının, yazı vərdişlərinin, hesablama vərdişlərinin oxuyub- analama bacarıqlarının inkişaf etdirilməsi üçün müəllimlərə tövsiyyələr verilib.

Ətraflı

Yüksək nəticə göstərmiş şagirdlərimiz  İmtahanda yüksək nəticə göstərmiş şagirdlərimizin siyahısı. 1. Yunusova Aynur Əfqan qızı - 282 bal 2. Süleymanzadə Aytac Taleh qızı - 274 bal 3. Xalıqzadə Rəşad Anar oğlu - 259 bal 4. Kərimova Aidə Azad qızı - 240 bal 5. Qasımlı Esmiralda Xurram qızı - 235 bal 6. Cəfərov İbrahim Valeh oğlu - 229 bal 7. Məmmədov Süleyman Nazim oğlu - 219 bal 8. Ağayev Yusif Azər oğlu - 215 bal 9. Nəsibova Fidan Natiq qızı - 208 bal 10. Mahmudov Toğrul Hafiz oğlu - 205 bal.     Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Şagirdlərin imtahana hazırlığıBugün məktəbimizdə IX sinif şagirdləri ilə imtahan həyəcanı və imtahan qaydaları haqqında seminar keçirilib. Seminar məktəbin psixoloqu Günay Həşimova və Kiçik Akademiya rəhbəri, nəzarətçi müəllim Nigar Abasova Cəfərova tərəfindən aparılıb. Psixoloq imtahan həyəcanı və onun aradan qaldırması ilə bağlı şagirdlərə məlumat verib. Həyəcanın aradan qaldırılması haqqında videoçarx nümayiş etdirilib. Daha sonra akademiya rəhbəri imtahanda davranış qaydaları, sualların düzgün kodlaşdırılması haqqında danışaraq şagirdləri məlumatlandırıb. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

Mənim gündəliyim    BŞTİ-nin F-61 nömrəli əmrinə uyğun olaraq "Mənim gundəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsində iştirak edən şagirdlərlə görüş keçirilib. Məktəbin kitabxana müdiri Almaz Cəfərova, təşkilatçı müavin Asiman Paşayev gündəliklərin daha da yaradıcı hazırlanması istiqamətində tövsiyyə və təkliflərini veriblər. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin mütaliə və yaradıcılıq bacarıqlarını daha da inkişaf etdirməkdir.

Ətraflı

Peşə bacarıqlarıBugün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova və məktəbin müəllimi Gülər Mustafayeva peşə seçimində düzgün istiqamət vermək məqsədilə əşyalara toxunaraq öyrənmək mövzusunda şagirdlərlə steam dərsində praktik işlər aparıblar.

Ətraflı

“Şahin” hərbi idman oyunları    05.04.2022-ci il tarixdə Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən 28 nömrəli tam orta məktəbdə “Şahin” hərbi idman oyunlarının Sabunçu rayon birinciliyi keçirilib. Yarışdan əvvəl çıxış edən Sabunçu r-n İH rəsmi nümayəndələri yarış barəsində fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb və şahinlərə uğurlar arzulayıblar. Məktəbimizin 10 A və 8 B sinif şagirdlərindən ibarət komandası bu yarışlarda fəal iştirak edərək ilk 10 komanda sırasına daxil olub. Məktəbin GÇQH üzrə rəhbəri Səfxan Bayramov yarışlarda münsif kimi təmsil olunub. Hərbi Vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə saxlanması məqsədilə məktəbimizdə müxtəlif tədbirlərin keçirilməsi davam etdirilir.

Ətraflı

Aprel döyüşləri    Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbacan tarixinə "Aprel döyüşləri - Zəfərə gedən yol" adı ilə düşüb.     Bu günlə əlaqədar məktəbimizdə "Dəyirmi masa" keçirilib. İlk öncə məktəbin tarix müəllimi Lalə Babayeva döyüşlərin tarixi barədə geniş məruzə edib. Sonra Aprel döyüşlərini canlandıran videoçarx izlənilib, məktəbin hərbi rəhbəri Səfxan Bayramov və şagirdlərin məruzələri dinlənilib. Tədbirdə məktəb rəhbərliyi də işritak edib.

Ətraflı

Növbəti monitorinq    16 aprel 2022-ci il tarixdə rayonumuzun IX siniflərində buraxılış imtahanı keçiriləcək. Bu səbəbdən məktəb olaraq bu imtahanlara hazırlaşmaq üçün səylə çalışmışıq. 1 aprel 2022-ci il tarixdə məktəbimizin IX siniflərində buraxılış fənlərinin son monitorinqi aparılıb. Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə baş tutub. Bu son monitorinqin imtahan öncəsi şagirdlərin diqqətini toplamağa xidmət edəcəyinə ümid edir, hər bir şagirdimizə imtahanlarda uğurlar arzu edirik.

Ətraflı

Reproduktiv sağlamlıq    Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini  Asiman Paşayev məktəbin VII və VIII siniflərinin oğlanları ilə Reproduktiv sağlamlıq mövusunda söhbət aparıb. Görüş məlumat xarakterli keçirilib.

Ətraflı

Reproduktiv sağlamlıqBu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova və UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə VI-VII siniflərdə "Reproduktiv sağlamlıq və onun əhəmiyyəti" mövzusunda seminar təşkil edilib. Seminarda məktəbin psixoloqu çıxış edərək "Reproduktiv sağlamlıq, onun əhəmiyyəti və zərərləri barədə danışıb. Sonra tibb bacısı və biologiya müəllimi də çıxış edərək şagirdlərə öz tövsiyələrini verib. Seminarın keçirilməsində məqsəd Reproduktiv sağlamlığın əhəmiyyətini şagirdlərə düzgün şəkildə aşılamaq olub. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

31 Mart soyqırımıMəktəbimizin azərbaycan dili müəllimi Məlahət Nəcəfovanın təşkilatçılığıyla 31 Mart - Azərbaycanlıların  Soyqırımına həsr edilmiş nümunəvi dərs keçirilib. Öncə  faciə qurbanlarının xatirəsi bir  dəqiqəlik  sükutla yad edilib. Məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva qeyd edib ki, 1918-ci ilin martında ermənilər minlərlə vətəndaşımızı qanına qəltan edib, şəhər, rayon  və kəndlərimizi xarabazara çeviriblər. Ən dəhşətlisi o idi ki,  uşaq, yeniyetmə və gənclərimiz  milli mənsubiyyətlərinə  görə  qətlə yetirildilər. UTB rəhbəri Aynur Piriyeva çıxış edərək  ermənilərin məkrli  siyasətlərini, erməni vəhşiliklərinin törətdiyi cinayətlər pisləyib. Şagirdlər rəsmi mənbələrə əsasən 31 Mart Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü öz hazırladıqları bukletlərdə fikirlərini izah ediblər.

Ətraflı

31 Mart soyqırımı "Dəyirmi masa"30.03.2022-ci il tarixində məktəbin UBT rəhbəri və məktəbimizin cografiya müəllimi Ülkər Cavadlı tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəb rəhbərliyi və məktəbin VII sinif şagirdləri də iştirak edib. Tədbirdə soyqırımı əks etdirən fotoşəkilləri və 31 Mart Soyqırımından bəhs edən məlumat xarakterli film nümayiş olunub. Filmdə ermənilərin azərbaycanlıların başına gətirdikləri fələkətlərdən bəhs edilirdi.

Ətraflı

M.F.Axundzadə    M.F.Axundzadə böyük yazıçı, filosof, Azərbaycanda və ümumiyyətlə, islam şərqində realist dramaturgiyanın banisi idi, ədəbi tənqidi fikrimizin inkişafı ən əvvəl onun adı ilə bağlıdır. 30 Mart tarixində X A sinfində M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi-nabatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərinin üzərində iş aparılıb. Müəllim Məlahət Rəhmanlı bu əsər əsasında film nümayiş etdirib və üzərində müzakirələr aparılıb.

Ətraflı

Gigiyena və düzgün qidalanma    Bu gün məktəbin psixoloqu Günay Həşimova və biologiya müəllimi Gülər Mustafayevanın təşkilatçılığı ilə VI a sinifində "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda proflaktik söhbət aparılıb. Söhbətin aparılmasında məqsəd şagirdlərə gigiyena qaydaları haqda ətraflı məlumat verib, qaydaların insan sağlamlığındakı rolu haqda şagirdləri məlumatlandırmaqdır. Sonda şagirdlərin fikri dinlənilib, sualları cavablandırılıb.

Ətraflı

Nümunəvi dərs "Sifətin dərəcələri"    Mart ayın 16-sı 5b sinifində İngilis dili müəllimi Rüstəmova Həcər tərəfindən "Comparatives of short adjectives"(Qısa sifətlərin müqayisə dərəcəsi) mövzusunda nümunəvi dərs keçirilib. Dərs zamanı müzakirə, sual-cavab və viktorina üsullardan istifadə edərək mövzu şagirdlərə izah olundu. Dərsdə video material istifadə olunaraq, şagirdlərin mövzunun mənimsənilməsi yoxlanılıb. Dərsdə  PowerPoint, video material, dərs vəsaiti istifadə olunub. Şagirdlər tərəfindən müzakirə zamanı aktivlik nümayiş olunub.

Ətraflı

Təhsildə İnnovativ TexnologiyalarMəktəbimizin direktor müavini Asiman Paşayev "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil mərkəzi tərəfindən TN-nin təşkilatçılığı ilə 2021-ci ildə təşkil olunan distant təlimlərdəki uğurlu əməkdaşlığa görə təşəkkürnamə və diplomla təltif olunub.

Ətraflı

Şəhid ailələrinə ziyarətŞəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə hörmət və ehtiramla, fəal şagirdlərilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə ziyarətə gedilib. Görüşdə şəhidlərin ailə üzvlərilə söhbət aparılaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

Ətraflı

"Bahar çələngi" tədbiriElimizin, xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə günü-gündən gözəlləşən, müasirləşən məktəbimizdə Novruz şənliyi keçirilib.Tədbir UBT rəhbəri Aynur Piriyeva və musiqi müəllimi Elnurə Rzayevanın təşkilatçılığıilə təşkil edilib. Novruz adətlərini yaşatmaq, təbliğ və tərənnüm etmək uğrunda zəngin və rəngarəng milli adət ənənələrimizi özündə əks etdirən əl işləri sərgisində məktəbimiz hər zaman olduğu kimi yüksək fəallıq göstərib, təhsildə olduğu kimi ictimai işlərdə də zəngin, böyük potensiala malik olduğunu bir daha sübut edib. Məktəbimiz tərəfindən sərgidə təqdim olunan əsrarəngiz əl işlərində Novruz bayramının rəmzi olan bütün atributlar öz yerini alıb. Novruz mətbəxinə aid şirniyyat nümunələri, bayram iştirakçılarına təqdim olunan səmənili xonçalarda boyanmış yumurta, müxtəlif şirniyyatlar, çərəzlər bayram əhvalına xüsusi dad qatıb. Milli paltarda şənlik iştirakçılarını və qonaqları salamlayan, onları öz mahnı, şeir sovqatı ilə feyziyab edən şagirdlərimizin çıxışları hər kəsdə xoş, pozitiv əhval ruhiyyə yaratmaqla yanaşı müəllimlərimizin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilib. Son olaraq, bir daha bütün xalqımızı məktəbimizin pedaqoji kollektivi adından Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə bol ruzi-bərəkət, möhkəm can sağlığı, uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Hər gələn ilimiz, ötən ilimizdən daha maraqlı, daha uğurlu olsun.

Ətraflı

Bahar çələngi divar qəzetləriMəlumdur ki, sinif şagirdlərinin özünüifadə vasitəsi olaraq divar qəzetlərinin əhəmiyyəti böyükdür. Mart ayı ərzində də şagirdlərimizin Novruz bayramına həsr etdikləri divar qəzetləri rəngarəngliyi ilə bir-birindən fərqlənib. Gələcəyimiz olan şagirdlərimiz milli-mənəvi dəyərlərimizin qəzet üzərində əks olunmasına böyük maraq göstəriblər. Hər sinfin kollektivi öz divar qazet və rəsmlərində daha məzmunlu və rəngarəng hazırlanmasına çalışıb. Onlar bir-birindən maraqlı məqalələr yazıb, Novruz adətlərinə uyğun rəsmlər çəkiblər. Məqalə və çəkilən rəsmlər bir-birini tamamladığından şagirdlərin zövqünü oxşayır, könlünü açır. Şagirdlərimiz divar qəzetinin həm formasına, həm də məzmununa böyük diqqət ayırıblar. Çalışıblar ki, qəzetlərin həm forması, həm də məzmunu rəngarəng olsun.

Ətraflı

Yazı bacarıqlarının yoxlanılması2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 sentyabr 2021-ci il F-450 əmrinin 3.1.1 bəndini rəhbər tutaraq I-IV siniflərdə yazı bacarıqlarının yoxlanılması məqsədilə yoxlama yazı işləri təşkil edilib.

Ətraflı

Valideynlərlə görüşBu gün məktəbimizdə VI və VIII siniflərində valideyn iclası keçirilib. İclasda sinif rəhbərləri, fənn müəllimləri və məktəbin psixoloqu iştirak edib. İclasda şagirdlərin dərsə davamiyyəti, nizam-intizamı və digər məsələlər haqqında danışılıb. Sonra məktəbin psixoloqu Günay Həşimova şagirdlərin sağlam şəxsiyyət kimi formalaşmasında sağlam ailə mühiti və məktəbin rolunun vacibliyi haqqında söhbət aparıb. Sonda valideynlərin sualları cavablandırıb.

Ətraflı

Səfxan Bayramov12 mart Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 30 illik yubileyi münasibəti ilə məktəbin çağırışa qədərki hazırlıq rəhbəri Səfxan Bayramov fəxri fərmanla mükafatlandırılıb.

Ətraflı

VI Qrant müsabiqəBakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə VI Qrant Müsabiqəsi ilə bağlı görüş keçirilib. Teams platformasında təşkil olunan görüşdə məktəbin direktoru Nazəni Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev, coğrafiya müəllimi Ülkər Cavadlı və ibtidai sinif müəllimi Bahar Məhərrəmova iştirak edib. Həmkarlarımıza qalib olmağı arzu edirik !

Ətraflı

Nümunəvi dərs "Alkenkərin kimyəvi xassələri"    Məktəbimizin kimya müəllimi Abışova Validə 10B sinfində kimya - biologiya fənn aylığı çərçivəsində kimya fənnindən "Alkenkərin kimyəvi xassələri" mövzusunda nümunəvi dərs təqdim edib. Müxtəlif iş üsullarından istifadə etməklə təlim nəticəsi tam reallaşıb.Dərsdə məktəbin direktor müavinləri Mirzəliyeva Şəbnəm, Paşayev Asiman və metodbirləşmə sədri iştirak edib.

Ətraflı

İrəvan Müəllimlər Seminariyası 140    İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamına əsasən bu il Seminariyanın 140 illiyinin keçirilməsi ilə müxtəlif tədbirlər keçirilir.     Məktəbimizdə də tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev  X-XI sinif şagirdləri ilə keçirilən görüşdə seminariyanın yaranması və fəaliyyəti ilə bağlı söhbət aparıb. Qarşıdakı müddətdə seminariyanın fəaliyyətinin araşdırılması ilə bağlı şagirdlərə tapşırıqlar verib.

Ətraflı

Profilaktik söhbətBu gün 8a sinifində sinif təşkilat saatı keçirilib. Sinif rəhbəri Mustafayeva Gülər şagirdlərə nizam-intizam qaydaları, şagirdlərin dərsə davamiyyəti haqqında söhbət aparıb. Məktəbin psixoloqu Günay Həşimova böhran dövründə şagirdlərlə "Aqressiv davranış və həlli yolları", sinifə adaptasiya istiqamətində maarifləndirici praflaktik söhbət aparıb. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

5 Mart Bədən tərbiyəsi və İdman GünüHər il 5 Mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir. Bu münasibətlə 28 fevral - 4 mart məktəbimizdə idman həftəsi elan edilib. Bununla bağlı həftə ərzində esse, rəsm müsabiqəsi və VI, VII və VIII siniflər arasında viktorina keçirilib. Bu gün isə "Şən startlar" adlı tədbir həyata keçirildi. Tədbirdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova və məktəb rəhbərliyi də iştirak edib. Dövlət himnimizin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan olunub. Məktəbimizin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə təşkil olunan yarışmalar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sonda qalib komandalar təşəkkürnamə və diplomlarla təltif olunublar.

Ətraflı

Nəzrin Nağıyeva"Xocalı Soyqırımı Tanıtma" birliyinin sədri Şamil Sabiroğlun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedoqoji Universtetində "Xocalı soyqırımı"na həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbimizin şagirdi, Kiçik Akademiyanın qabaqcıl üzvlərindən olan Nəzrin Nağıyeva da iştirak edib. Şəhid Təhməzov Cavidin bacısı oğlu Ülvi Kərimzadə ilə birgə hazırladıqları kompazisiyanı qonaqlara təqdim ediblər.

Ətraflı

Pedaqoji təcrübəçilərBakı Şəhər üzrə Təhsil İdarəsinin məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2021/2022-ci tədris ilində "Texnologiya müəllimliyi", "Fiziki tərbiyə müəllimliyi", "Təsviri incəsənət müəllimliyi" ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri pedaqoji təcrübə keçmək üçün məktəbimizə gönderilib. Məktəbin direktoru Nazəni Məmmədova kollecin tələbə və müəllim heyətin qəbul edərək məktəbdə onların pedaqoji təcrübə keçmələri üçün lazımı şərait yaradılacağını bildirərək tələbələrə uğurlar arzulayıb.

Ətraflı

İdman həftəsi açıq elan olunub    "5 mart Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş idman həftəsi açıq elan olunub. Məktəbin idman kafedrasının müəllimləri Həcər Nəsibova və Yasin Abdullayevin rəhbərliyi ilə həftə səhər gimnastikası ilə start götürüb. Siniflərarası futzal turniri keçirilib. Siniflərdə şagirdlərlə psixoloji söhbətlər aparılıb. Məktəbin psixoloqu Günay Həşimova siniflərdə sağlamlıq  vərdişləri və idman sahəsində uğur və nailiyyət qazanmaq üçün motivasiya edici  söhbətlər edib.

Ətraflı

VII-IX siniflərində psixoloji testlər aparılıbBu gün məktəbin psixoloqu Günay Həşimova tərəfindən, məktəbin VII-IX siniflərində, risk qrupuna daxil olan şagirdləri müəyyən edib onlarla psixoprofilaktik, psixokorreksiyaedici və psixokonsultativ iş aparmaq məqsədilə, "Psixi vəziyyətin qiymətləndirilməsi" testi keçiririlib.

Ətraflı

"Beynəlxalq Mülki Müdafiə Günü"    1 mart "Beynəlxalq Mülki Müdafiə Günü" münasibətilə məktəbimizdə müxtəlif tədbirlər keçirilib. Məktəbin hərbi rəhbəri Səfxan Bayramov və qərargah rəisi siniflərdə söhbətlər aparıb və əyani olaraq yanğından müdafiə və digər alətlərlə davranış qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat veriblər.

Ətraflı

Nümunəvi dərsKimya biologiya fənn aylığı çərçivəsində biologiya müəllimi Eyyubova Esmira 10 B sinifdə "Təkamülü isbat edən embroloji dəlillər" mövzusunda nümunəvi dərs keçirilib. Dərs şagirdlər tərəfindən çox maraqla qarşılanıb. Dərsdə məktəbi direktoru Məmmədova Nazəni, direktor müavinləri Mirzəliyeva Şəbnəm, Paşayev Asiman, metodbirləşmə sədri və fənn müəllimləri iştirak edib.

Ətraflı

Xocalı soyqırımı şagirdlərin gözü iləXocalı-30...Bir qərinə yaşı oldu bu faciənin...Ağrısı-acısı isə heç azalmadı, dünən olubmuş kimi. Millətin yaddaşına hopub, ürəklərdə iz salıb. 1992-ci ildə hələ doğulmamış körpələr belə o dəhşəti yaşayıblarmış kimi öz rəsmlərində əks etdirirlər o günləri. Rənglər və duyğular haray qoparır...

Ətraflı

İdman həftəsiMəktəbimizdə 28 fevral - 4 mart tarixlərində keçiriləcək idman həftəsinə hazırlıq məqsədilə məktəbin təşkilatçı müavini Asiman Paşayev və fiziki tərbiyəsi müəllimləri Həcər Nəsibova və Yasin Abdullayev görüş keçirərək həftə ərzində keçiriləcək tədbirlərin ssenarisini tərtib ediblər.

Ətraflı

Peşəyönümü təlimiAzərbaycan Respublikasının təhsil nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinə əsasən "Ümumi təhsil müəssisələrində peşyönümü xidmətinin təşkili"ni həyata keçirən peşəyönümü koordinatorları üçün II mərhələ üzrə təlim təşkil olub. Təlimdə peşəyönümü xidmətinin təşkili ilə bağlı birinci yarımildə görülən işlər müzakirə olunub, hesabatlar dinlənilib və lazimi tövsiyələr verilib.Sonda təlimdə iştirak edən koordinatorlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən peşə və peşə sahələri üzrə avadanlıqlarla tanış olub.

Ətraflı

Xocalını unutmaBugün məktəbimizdə"Xocalı soyqırımı" faciəsinin 30 -cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət himnimizin səslənməsindən və Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Tədbirdə məktəbimizin 4 a sinif şagirdləri həmin məktəbin müəllimi Bahar Məhərrəmovanın təşkilatçılığı ilə öz şeir ve təqdimatlarını söyləyiblər. Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev de öz fikirlərini söyləyib.

Ətraflı

Xocalı soyqırımı haqqında layihə dərsiPrezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncamına əsasən Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi bizim məktəbimizdə də "Anım Günü" ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə biri məktəbin tarix kafedrasının rəhbəri Lalə Babayeva tərəfindən təşkil edilib. Kiçik Akademiyanın üzvləri olan şagirdlərimizin iştirakı ilə layihə dərs təşkil edilib. Əsasən araşdırma nəticələri və qarşılıqlı müzakirə ilə keçirilən dərsdə şagirdlər müxtəlif təqdimatlarla çıxış ediblər. Layihə dərsin keçirilməsində əsas məqsəd xalqımızın tarixinə qanlı hərflərlə yazılan Xocalı soyqırımı haqda onlarda dəqiq təsəvvür yaratmaq olub. Şagirdlər Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bir daha təsdiq ediblər.

Ətraflı

Xocalı soyqırımını unutma!23.02.2022-ci il tarixdə "Xocalı soyqırımını unutma!" mövzusunda Sabunçu rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırılması olub. Məktəbimizin 8 B sinif şagirdi Zeynalova Nuray II yerə layiq görülüb.

Ətraflı

Azərbaycan dili monitorinqiTəhsil Nazirliyinin 2021-ci il 21 sentyabr da imzaladığı F-450 əmrinin 3.7 bəndinə (tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi) əsasən bu gün məktəbimizdə 5-8-ci siniflərdə BŞTİ nin təqdim etdiyi Azərbaycan dövlət dili kimi monitorinqlər keçirilib. Monitorinqlər ədalətli şəkildə, rəhbərliyin nəzarəti altında baş tutub.

Ətraflı

"Ən yaxşı təqdimat" müsabiqəsiMəktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu kecirilib

Ətraflı

Beynəlxalq Ana Dili GünüBeynəlxalq Ana Dili Günü YNESKO-nun 1999 cu il noyabr tarixində keçrilən baş konfransının 30-cu sesssiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Bugün məktəbin UTB-rəhbəri Aynur Piriyevanın təşkilatçılığıyla məktəbin kitabxanasında Kiçik Akademiyanın rəhbəri Nigar Abasova və akademiyanın üzvləri arasında "Dəyirmi masa" təşkil olunub. Dəyirmi masada kitabxana müdiri Almaz Cəfərova da çıxış edərək bu günün önəmindən bəhs edib. VIII sinif şagirdi Aysun Novruzova çıxışında "Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır."

Ətraflı

Heyvanların qidalanmasıBu gün Kiçik Akademiyanın biologiya kafedrasının rəhbəri Gülər Mustafayeva "Heyvanların qidalanması" mövzusunda şagirdlərlə təqdimat keçirib. Şagirdlər heterotrof qidalanma üsulu, həzm sisteminin quruluşu, heyvanların qidalanmasının xüsusiyyətlərini, qida əldə etmək üsullarına görə heyvan qruplarını öyrənib, öz fikirlərini əks etdirən təqdimatlar hazırlayıblar.

Ətraflı

Zərərli qazlar və tullantılarSon dövrlərin qlobal ekoloji problemləri və "İstixana effektinin" artması hər kəsi narahat edir. Bu problemlərin artma səbəblərindən biri də istilik mühərriklərinin işləməsi zamanı ətrafa Atmosferə atılan zərərli qazlar və tullantılardır. Bu mövzu ilə bağlı məktəbin Kiçik Akademiyasının Fizika bölməsində 8-B sinfi şagirdləri öz tədqiqat işlərini və bu mühərriklər haqqında geniş məlumatlar hazırlamışdılar. Fizika müəllimi Səadət Ağayeva Kiçik Akademiyanın rəhbəri Nigar Abasova ilə birgə təqdimatlara baxış keçirib.

Ətraflı

V-VI siniflərdə monitorinq2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 sentyabr 2021-ci il F-450 əmrinin 3.10. bəndini (“Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparılması”) rəhbər tutaraq məktəbin V-VI siniflərində təhsil alan şagirdlərin ingilis dili fənni üzrə oxuyub-anlama bacarıqlarının yoxlanması məqsədilə monitorinq keçirilmişdir. Monitorinqin gedişatına rəhbərlik nəzarət edib.

Ətraflı

IX siniflərdə qiymətləndirməBu gün məktəbin IX siniflərində növbəti sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmə tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə olub. Qiymətləndirmə üçün şagirdlərə 3 saat vaxt verilib. Monitorinqin mütəşəkkil və obyektiv qaydada keçirilməsinə məktəb rəhbərliyi nəzarət edib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib    Bu gün məktəbin direktoru Nazəni Məmmədova tərəfindən növbəti "Pedaqoji şura"nın iclası keçirilib. İclas Microsoft Teams proqramı üzərindən həyata keçirilib. İclasda I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr müzkirə olunub. İclasda sinif rəhbərlərinin siniflər üzrə hesabatları dinlənilib. Hər bir sinifin keyfiyyət faizləri müzakirə olunub. Eyni zamanda I yarımildə məktəbimizdə keçirilən monitorinqlərin nəticələri müzakirə edilib. Sonda şagirdlərin nizam intizamı ilə bağlı pedoqoji kollektivlə müzakirələr aparılıb. Sinif rəhbərlərinə tapşırıqlar verilib.

Ətraflı

2 fevral "Gənclər Günü"    Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla 2 fevral "Gənclər Günü" kimi qeyd olunur. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən gənc müəllimlərimizlə, eləcə də fəal şagirdlərlə görüş keçirilib. Məktəbimizin direktoru Nazəni Məmmədova onları "Gənclər Günü" münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə həmdə "Düşünən oxucu" layihəsinin məktəb turunda fərqlənən şagirdlərə " Təşəkkürnamə"lər təqdim olunub.

Ətraflı

Aprel döyüşləri mövzusunda nümunəvi dərs    Təhsil nazirliyinin F-450 nömrəli əmrinin 3.8 bəndinə uyğun olaraq IX siniflərdə "Zəfər tarixi" kursunun yüksək səviyyədə tədris olunması və tədrisə nəzarət məktəbimizdə davamlı şəkildə həyata keçirilir.     28.01.2022-ci il tarixdə 9A və 9B siniflərinin iştirakı ilə keçirilən nümunəvi dərs şagirdlərin milli mənlik şüurunun, vətənpərvərlik hissinin tərbiyəsi, onlarda ölkə vətən sevgisinin formalaşması istiqamətində aparılan təlim siyasətinin bariz nümunəsidir. Dərs tarix müəllimi Lalə Babayeva tərəfindən keçirilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

Erkən nigaha yox deyək    Bu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova, UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə " Erkən Nikaha Yox Deyək!" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin psixoloqu  "erkən nikahın" insanlarda xüsusən də qızlarda yaratdığı bir çox psixoloji və fizioloji fəsadları, təhsildən yayınma kimi mənfi halları barədə şagirdləri məlumatlandırıb. Sonra UBT rəhbəri erkən nikahın digər hüquqi pozuntuları haqda şagirdlərə məlumat verib. Sonda şagirdlərə mövzu ilə bağlı  videoçarx nümayiş etdirilib.

Ətraflı

Diffuziya - nümuvəvi dərs    Bu gün məktəbimizin 6b sinifində fizika müəllimi Gülnarə Bağırova tərəfindən "Diffuziya" adlı nümunəvi dərs keçirilib. Dərs zamanı şagirdlər maraqlı tədqiqatlar aparıblar. Diffuziyanın ətrafa necə yayıldığını tədqiqat zamanı daha ətraflı təqdim ediblər. Dərsdə məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyev da iştirak ediblər. 

Ətraflı

BSQ-lərə start verilib    24.01.2022 tarixindən "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimat" ın bəndlərinə uyğun olaraq məktəbimizdə Böyük Summativ Qiymətləndirmə prosesinə başlanılıb.

Ətraflı

Onlayn sorğu    Bu gün məktəbimizin 8-9 Sinif şagirdləri ilə peşə marağının müəyyənləşdirilməsi məqsədilə onlayn sorğu keçirilib. Sorğudan alınan nəticəyə əsasən şagirdlərin böyük faizi zamanın tələblərinə uyğun İKT (kompüter texnologiyaları) peşəsinə üstünlük verib.

Ətraflı

Düşünən oxucu    17.01.2021 tarixdə Təhsil Nazirliyinin F-597 əmrinin icrasına əsasən "Düşünən oxucu" müsabiqəsinin məktəb turu keçirilib. Münsiflər heyəti qiymətləndirmə meyarlarına əsasən qiymətləndirmə aparmış və qaliblər müəyyənləşdirilib. Ən çox bal toplamış şagirdlərin videotəqdimatları Bakı şəhər mərhələsində iştirak etmək üçün təqdim olunacaqdır. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Dəyirmi masa - 20 Yanvar    Bu gün məktəbin tarix müəllimi Lalə Babayevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Şagirdlərlə  20 Yanvar faciəsinə həsr olunmuş mövzular haqqında geniş diskursiya edilib, film nümayiş olunub. Məktəbin T.T.İ.Ü.D.müavini Asiman Paşayev şagirdlərə 20 Yanvar haqqında məlumatları çatdırıb. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər də  iştirak ediblər.

Ətraflı

20 Yanvar "Hüzn Günü" bir daha anıldı    Bu gün məktəbimizdə " 20 Yanvar" faciəsinin 32-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Dövlət himnimizin səslənməsidən və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan olunub. Müxtəlif yaş qrupu üzrə tədbirdə iştirak edən şagirdlərimiz məktəbimizin UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə hazırladıqları kompozisiyaları təqdim ediblər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak edib. Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev bu kimi tədbirlərin şagirdlərin vətənpərvər ruhda böyüməsindəki rolundan danışıb. Müstəqilliyimizin qazanılmasında bu günün vacibliyini xüsusi qeyd edib.

Ətraflı

20 Yanvar "Hüzn Günü"    12.01.2022-ci il tarixində 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “ 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq  salnaməsidir! ” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib. Qalib seçilən şagirdimiz Sabunçu rayon orta ümumtəhsil məktəblərinin  şagirdləri  arasında keçirilmiş inşa yazı  müsabiqəsinə göndərilib.  Mükafatlandırmada Məktəbimizin 10 b sinif şagirdi İdrisova Elza fəxri fərmana layiq görülüb.

Ətraflı

XI siniflərdə monitorinqlər      Bu gün məktəbimizdə XI sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması, həmçinin buraxılış imtahanlarına hazırlıq məqsədi ilə növbəti sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin XI sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

IX siniflərdə növbəti monitorinqlər    Bu gün məktəbin IX siniflərində tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmə üçün şagirdlərə 3 saat vaxt verilib. Monitorinqin mütəşəkkil və obyektiv qaydada keçirilib.

Ətraflı

Növbəti monitorinqlər keçirilib    İbtidai siniflərdə monitorinqlər davam edir. Təhsil Nazirliyinin F-450 əmrinin 3.11 bəndini rəhbər tutaraq ibtidai siniflərdə oxuyub-anlama və riyazi hesablama bacarıqlarını yoxlamaq məqsədilə monitorinqlər keçirilib.

Ətraflı

Metodbirləşmə iclası    Bu gün məktəbimizdə metodbirləşmə iclası keçirilib. İclasda məktəb rəhbərliyi və metodbirləşmə sədrləri iştirak edib. İclasda BSQ-lərin standartlara uyğunluğu müzakirə edilib, əlavə və dəyişikliklərin edilməsi tövsiyyə olunub.  Qiymətləndirmə təlimatına uyğun olaraq (20%, 30%, 30%, 20%) hazırlanması, çətinlik dərəcəsinin ballara uyğun olması bildirlib.

Ətraflı

Böhran dövründə şagirdlərə dəstək    Bu gün 6 "A" sinifində sinif təşkilat saatı keçirilib. Sinif rəhbəri İbrahimova Xatirə şagirdlərə nizam-intizam qaydaları, şagirdlərin dərsə davamiyyəti haqqında söhbət aparıb. Məktəbin psixoloqu Günay Həşimova böhran dövründə şagirdlərə sinifə adaptasiya istiqamətində maarifləndirici psixopraflaktik söhbət aparıb. UBT rəhbəri Aynur Piriyeva da şagirdlərə öz tövsiyələrini verib. Sonda şagirdlərin sualları cavablandırıb.

Ətraflı

İntellektual yarış    Məktəbimizin VIII sinif şagirdləri arasında "Dünya azərbaycanlılarının həmrəylik günü" münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 4 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri  “Qarabağ” komandası, ikinci yeri “Zəfər” komandası, üçüncü yeri isə “Qartal” komandası qazanıb. Qalib komandalar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Ətraflı

Layihə dərsi    Bu gün məktəbimizin 8 a sinfində riyaziyyat müəllimi Asiman Paşayev tərəfindən "Dördbucaqlılar həyatımızda" adlı layihə dərsi keçirilib. Dərs müddəti şagirdlərin həftə boyunca apardıqları araşdırmaların təqdimatı müzakirə edilib, müxtəlif veb alətlərin tətbiqi ilə onların bilik və bacarıqları qiymətləndirilib. Təlim nəticələrinin reallaşmasına uyğun olaraq müəllim tərəfindən müzakirələr aparılıb və araşdırmaların davam ilə bağlı təlimatlar verilib.

Ətraflı

"Ən yaxşı təqdimat" müsabiqəsi    Kiçik Akademiyanın I yarımil üzrə fəaliyyət planına əsasən Kiçik Akademiya rəhbəri Nigar Abasovanın təşkilatçılığı ilə akademiyanın üzvləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin direktoru Nazəni Məmmədova və direktor müavinləri Şəbnəm Mirzəliyeva, Asiman Paşayev və müəllimlərdən ibarət münsiflər heyəti iştirak edib. Şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirib. Müsabiqənin keçirilməsində məqsəd fənnlərə maraq yaratmaq və şagirdlərin bilik və bacarıqlarını artırmaq olub. Müsabiqənin sonunda münsiflər heyəti şagirdləri dəyərləndirib. Sonda məktəb rəhbərliyi tərəfindən şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Ətraflı

İbtidai siniflərdə monitorinq    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 sentyabr  2021-ci il F450 nömrəli əmrinin 3.7 bəndini  (tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin- dövlət dili kimi tədrisinə  nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin keçirilməsi ) rəhbər tutaraq məktəbimizin 2-4-cü siniflərində monitorinqlər aparılıb.

Ətraflı

Nümunəvi dərs "Romb və kvadrat"    Məktəbimizdə riyaziyyatdan fənn aylığı çərçivəsində 8 "B" sinfində Abahət Məhərrəmovanın rəhbərliyi ilə"Romb və kvadrat" mövzusunda nümunəvi dərs keçirilib. Təlim nəticəsinə uyğun olaraq müxtəlif iş üsul və forumlarından istifadə olunub. Dərs pandemiya şəraitinə uyğun olaraq keçilib. Dərsdə məktəbin direktoru Nazəni Məmmədova, direktor müavinləri Şəbnəm Mirzəliyeva, Asiman Paşayev və fənn müəllimləri iştirak edib.

Ətraflı

Mütaliyə Günü    Məktəbin  kitabxana müdiri Almas Cəfərovanın təşkilatçılığıyla “Mütaliyə Günü” adlı deskusiya keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri A. Cəfərova mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat verib. O, öz çıxışında qeyd edib ki, bu və ya bu kimi tədbirlərin keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan maraqını artırmaqdı. Az yaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədi daşır. Balaca oxucular daha çox nağıl kitablarına yeni nəşrlərə üstünlük veriblər. Mütaliəyə gününün keçirilməsində məqsəd ədəbiyyata marağı olan hər kəsi kitab oxumağa cəlb etməkdi. Bu gün kitab həvəskarlarına kitab bayramı abu-havası yaşadacaq. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Eyni zamanda belə tədbirlər yeni nəşir olunmuş ədəbiyyatı oxuculara nümayiş etmək məqsədi daşıyır. Bundan sonrada belə tədbirlərin daha çox keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

"Sinifdaxili münasibətilər" mövzusunda proflaktik söhbət    Bu gün məktəbimizdə məktəbin psixoloqu Günay Həşimova 9 "A" sinif şagirdləri ilə "Sinifdaxili münasibətilər" mövzusunda proflaktik söhbət aparıb. Söhbətin aparılmasında əsas məqsəd yeniyetmə yaşlı şagirdlərin sinif yoldaşları və müəllimlərlə  qarşılıqlı münasibətləri və ünsiyyət problemlərinin həllinə yönəlmişdir.

Ətraflı

Nümunəvi dərs "Dördbucaqlılar"    Bu gün məktəbimizin 8 "C" sinfində riyaziyyat aylığı çərçivəsində "Dördbucaqlılar" mövzusunda növbəti nümunəvi dərs keçirilib. Fənn müəllimi Türkan Ağalarova müxtəlif iş üsullarından və resurslarından istifadə edərək tələb olunan təlim nəticəsini reallaşdırıb. Dərs şagirdlər tərəfindən maraqla qarşılanıb. Dərsdə direktor müavinləri və metodbirləşmə sədri də iştirak edib. 

Ətraflı

Növbəti monitorinqlər keçirilib        Məktəbimizin rus bölməsinin siniflərində dövlət dilimiz olan Azərbaycan dilindən monitorinqlər aparılıb. Monitorinqlər məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilmək məqsədi ilə bu gün məktəbin V-IX sinifləri arasında aparılıb. 

Ətraflı

Mütaliəyə Günü    Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimimiz Gülzar İsmayılovanın rəhbərliyi "Mütaliə Günü" ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Müəllim öz  çıxışında bildirib ki, sosial şəbəkə, ətraf mühit, informasiya bolluğu, mütaliəyə marağın az olduğu  dövrü fikirləşərək şagirdləri bu tədbirimizdə az da olsa əlimizdən gəldiyi qədər məlumatlandırmaq, onlarda mütaliəyə, kitablara həvəs yaradacaq söhbətlər etməyi, onları təlimatlandırmağı özümüzə borc bildik. Şagirdlər gözlədiyimizdən də həvəslə, ürəklə bu tədbirdə iştirak ediblər.     Hər bir şagird öz balaca, şəxsi "kitabxanasından" oxuduqları kitabları gətirməklə yanaşı, onların məzmunu haqqında da geniş məlumata malik olduqlarını göstəriblər. Onların mütaliəsi onların nitqinə və dünyagörüşünə yansımışdır. Tədbirdə iştirak edən şagirdlərin müxtəlif janrlı əsərlər, tarixi faktlar, klassik dünya ədəbiyyatından xəbərdar olmaları bizi sevindirib və qürurlandırıb.

Ətraflı

Növbəti monitorinqlər keçirilib    IX siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədilə növbəti monitorinqlər keçirilib. Monitorinq Azərbaycan dili, riyaziyyat, ingilis dili fənnlərindən ibarət olub. Monitorinqlər pandemiya şəraitinə uyğun həyata keçirilib.

Ətraflı

Anım günü ilə bağlı divar qəzetləri    Tədbirlər planına uyğun olaraq məktəbimizdə növbəti silsilə tədbirlər keçirilib. Anım günü ilə əlaqədar keçirilən tədbirlərdə VIII-XI siniflər iştirak edib. Şagirdlər arasında inşa yazı müsabiqəsi və divar qəzetlərinin hazırlanması təşkil olunub. İnşa müsabiqəsində 10 "A" sinif  şagirdi Əlizadə Aytac qalib gələrək I yerə layiq görülüb.

Ətraflı

Heydər Əliyevə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual yarış    Heydər Əliyevin " Anım Günü" ilə əlaqədar Sabunçu rayon Bakı Gənclər Mərkəzinin təşkilatçılığıyla yarış keçirilib. Məktəblilərimiz Ulu Öndərin həyat və siyasi fəaliyyətilə tanış olublar. Daha sonra Heydər Əliyevə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual yarışması keçirilib. Yarışda məktəbimizin şagirdləri II yerə layiq görülüb və medallarla təltif olunublar.

Ətraflı

Ümumilli Lider Heydər Əliyevin "Anım Günü"    9 dekabr 2021-cu il tarixdə Ümumilli Lider Heydər Əliyevin "Anım Günü" ilə əlaqədar məktəbin UBT rəhbəri  A.Piriyevanın təşkilatçılığıyla "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" adlı tədbir keçirilib.Tədbirdə V-VII sinif şagirdləri iştirak edib, şeirlər söylənilib. VII sinif şagirdi Dəniz Məmmədova hazırladığı məruzədə bildirdi ki,"Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi."

Ətraflı

Valideynlərlə görüş    Bu gün 6 "A" sinfində sinif rəhbəri Xatirə İbrahimova tərəfindən valideynlərlə görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, fənn müəllimləri və məktəb psixoloqu da iştirak edib. Görüş zamanı aşağıda qeyd olunan məsələlər müzakirə olunub. 1. Şagirdlərin dərsə davamiyyəti 2. Summativ qiymətləndirmələrin təhlili 3. Şagirdlərin nizam-intizam qaydaları 4. Şagirdlərin yaş xüsusiyyətləri     Görüşdə məktəbin psixoloqu Günay Həşimova çıxış edərək, şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq onlarda güvən və inam hissinin formalaşdırılması sahəsində görüləcək işlər barədə tövsiyyələr verib və valideynləri maraqlandıran sualları cavablandırıb.

Ətraflı

Zərərli vərdişlər    Bu gün məktəbimizdə məktəbin  psixoloqu Günay Həşimova, UBT rəhbəri Aynur Piriyeva və direktor müavini Asiman Paşayev tərəfindən "Zərərli vərdişlər" mövzusunda seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan psixoloq Günay Həşimova zərərli vərdişlərin insan həyatına  vurduğu həm psixi, həm də fiziki zərərlərindən danışıb. Seminarda iştirak edən direktor müavini Asiman Paşayev və UBT rəhbəri Aynur Piriyeva da mövzu ilə bağlı fikirlərini bildirib. Sonda şagirdlərə mövzu ilə bağlı video slaydlar göstərilib və  sualları cavablandırıb.

Ətraflı

Peşəyönümü xidməti    Bu gun məktəbin psixoloqu gələcək nəslin peşə seçiminə kömək məqsədilə şagirdlər arasında inşa yazı işi təşkil edib. Məqsəd şagirdlərdə ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadə etmə bacarığını formalaşdırmaqdır.

Ətraflı

"Nə? Harada? Nə zaman?" intellektual yarış    Məktəbimizin rus bölməsinin şagirdlərindən ibarət intellektual yarışlarda iştirak edən komandası Təhsil Nazirliyi və Kapital bankın dəstəyi ilə keçirilən  "Nə? Harada? Nə zaman?" intellektual yarışmasının Bakı birinciliyində uğurla iştirak edib. Yarışmanın birinci mərhələsi onlayn şəkildə baş tutub.  80 komanda arasında ilk 20-liyə düşən komandamız Landmark oteldə keçirilən 2-ci mərhələdə iştirak edib. Yarışda fəallıq göstərən komandamıza digər yarışlarda da uğurlar arzu edirik.

Ətraflı

Psixoloji söhbət    Məktəbin psixoloqu Günay Həşimova 3 "B" sinif şagirdləri ilə diqqətin inkişafı mövzusunda psixoloji söhbət aparıb. Söhbətin əsas məqsədi dərs zamanı diqqətin vacibliyi və inkişaf etdirilməsi olub.

Ətraflı

Beynəlxalq Əlillər Günü    "1992-ci ildə BMT-nin Baş Məclisi 3 dekabr tarixini "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib. Bu günün məqsədi cəmiyyətin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Bugün məktəbin ibtidai sinif müəllimi Maya Sultanzadənin təşkilatçılığıilə 3 A sinfinin tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək, dövlətin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb, bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzindədir.

Ətraflı

Uşaq hüquqları ibtidai siniflərdə    “Uşaq hüquqları aylığı” çərçivəsində UBT rəhbəri Aynur Piriyeva, məktəbin psixoloqu Günay Həşimova tərəfindən ibtidai siniflərdə “Uşaqların mənəvi inkişafı mövzusunda maarifləndirici söhbətlər aparılıb. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması, təmin edilməsi və uşaq problemlərinin ardıcıl həlli yollarıdır. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

STEAM dərslər davam edirMəktəbimizdə STEAM dərsləri uğurla davam etdirilir. Şagirdlərimizin müəllimlərin keçdiyi dərslər əsasında TİNKERCAD proqramında öz işlərini hazırlayıblar.

Ətraflı

QİÇS-lə mübarizə tədbiri"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın 6.5.1-ci (Təhsil müəssisələrində İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi), 6.5.2-ci (İİV-lə mübarizəyə dair maarifləndirmə işinin aparılması, çap materiallarının hazırlanması və yayılması) bəndləri üzrə 01 dekabr 2021-ci il tarixində məktəbimizdə “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı Dəyirmi masa keçirilib. Tədbiri məktəbin psixoloqu Günay Həşimova açıb. O, QİÇS-lə mübarizənin qeyd olunmasının əhəmiyyəti haqqında şagirdlərə məlumat verib. Daha sonra məktəbin biologiya müəllimi Gülər Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev və UBT rəhbəri Aynur Piriyeva  şagirdləri mövzu barədə maarifləndirib və şagirdlərin suallarını cavablandırıb. Tədbirin keçirilməsində əsas məqsəd insanın immun çatışmazlığı virusunun törətdiyi HIV infeksiyası,  Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi barədə, QİÇS-ə yoluxma, QİÇS-dən qorunma yolları barədə şagirdlərə məlumat vermək olub. Sonda şagirdlər hazırladıqları təqdimatları məruzə ediblər.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib    26.11.2021 tarixdə növbəti Pedoqoji şura iclası keçirilib. Şuranın gündəliyindəki əsas məsələ BŞTİ-nin F-277 nömrəli əmrinin müzakirəsi olub. Məktəbin direktoru Nazəni Məmmədova bu əmrin icrasından irəli gələn məqamları pedoqoji kollektivə ətraflı çatdırıb. Şura iclasında əmrin icrasını təmini ilə bağlı müzakirələr aparılıb və bu məqsədlə keçiriləcək növbəti seminarların vaxtı müəyyənləşdirilib.

Ətraflı

IX sinif valideynləri ilə görüşMəktəb rəhbərliyi tərəfindən BŞTİ-nin göndərdiyi suallar əsasında 9-cu siniflərdə keçirilən monitorinq nəticələrinin təhlili aparılaraq valideynlərlə görüş keçirilib. Nəticələr barədə direktor müavini Asiman Paşayev valideynlərə ətraflı məlumat verib. Görüşdə sinif rəhbərləri və  tədris dili, riyaziyyat və ingilis dili müəllimləri də iştirak edərək nəticələr və qarşıda duran vəzifələr barədə valideynlərlə fikir mübadiləsi aparıblar. Məktəbin psixoloqu Günay Həşimova 9-cu sinif şagirdlərinin valideynlərinə şagirdlərin xarakter və yaş xüsusiyyətləri mövzusunda aparılan diaqnostik işlərin nəticələri barədə məlumat verib. Sonda məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək bildirib ki, buraxılış siniflərində monitorinqlər keçirilməyə davam edəcək və nəticələrinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ətraflı

"Məktəb Psixoloqu" layihəsiAAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində  29-30 noyabr tarixlərində "Məktəb Psixoloqu" layihəsi üzrə Azərbaycan Respublikası Təhsil İnstitunda təlim təşkil edilib. Təlim zamanı məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına bilik və bacarıqlarının artırılması məqsədilə zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla, intihara cəhd etmiş uşaqlarla işin təşkili, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılması məsələləri müzakirə edilib.Təlimdə fəal iştirakına görə məktəbimizin psixoloqu Günay Həşimovaya sertifikat təqdim olunub.

Ətraflı

Uşaq hüquqları    23 noyabr tarixində 8-11-ci  sinif şagirdlərilə “Uşaq Hüquqları”  haqqında  tədbir  keçirilib. Tədbirdə məktəb rəhbərliyi, UBT rəhbəri və psixoloq iştirak edib. "Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında qanunu ilə əlaqədar keçirilən təlim və tədbirlər zamanı şagirdlərə qanunun maddələri izah edilib, uşaqların  hüquqları və vəzifələri onlara çatdırılıb, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifə onlara izah edilib. Uşaqlarla keçirilən tədbirlər  zamanı “Uşaq Hüquqları" haqqında  Azərbaycan Respublikasının qanununun maddələri ayrı-ayrı izah edilib, “Uşaq hüquqları  Konvensiyası”nda təsbit edilib uşaq hüquqları barədə maddələrdən söhbət açılıb, uşaqların suallarına cavab verilib.

Ətraflı

Sinif nümayəndələri ilə görüş         Noyabrın 24-də təhsil göstəriciləri ilə yanaşı, liderlik xüsusiyyətləri də nəzərə alınmaqla sinif iclaslarında seçilmiş sinif nümayəndələri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə məktəbin direktor müavini  Asiman Paşayev sinifdə şəxsiyyətlərarası münasibətlərin və bu münasibətlərin məqsədyönlü formalaşmasında, idarə olunmasında sinif nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıb, məktəb rəhbərliyi ilə sıx əlaqəli işləmələrinin vacibliyini vurğulayıb. Sinif nümayəndəsi şagirdlərin müntəzəm davamiyyətinə, növbətçiliyinə və təmizlik işlərinə nəzarət etməli, sinifdaxili təlim-tərbiyə işlərinin təşkilində sinif rəhbərinə yaxından köməklik göstərməlidir. Görüşdə çıxış edən UBT rəhbəri Aynur Piriyeva və məktəbin praktik psixoloqu Günay Həşimova  məktəbdaxili nizam-intizam qaydalarının hər bir şagird tərəfindən yerinə yetirilməsinə ciddi nəzarət etməyi sinif nümayəndələrinə tövsiyə ediblər. Məktəbdə idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sinif kollektivi ilə razılaşdırılmış təkliflərini, işgüzar, yaradıcı, tənqidi fikirlərini ümumiləşdirərək məktəb rəhbərliyinə çatdırmalarını söyləyiblər.       Sonra sinif nümayəndələri rəhbərlik etdikləri sinif haqqında ətraflı məlumat veriblər.

Ətraflı

Mini futbol turniri    17.11.2021-ci ildə 74 №-li tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəhid İbrahimli Məhəmmədəlinin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. Yarışda Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, şəhidin atası İbrahimli Mütəllim, şəhidin qardaşı İbrahimli Məhəmməd, Azərbaycan milli futbol komandasının və Qarabağ klubunun futbolçusu Qara Qarayevdə iştirak edib. Yarışda məktəbimizin komandası uğurla iştirak edib.

Ətraflı

Şəhid Arəstə Baxışovanın əziz xatirəsinə həsr edilmiş yarış    Şəhid Arəstə Baxışovanın əziz xatirəsinə həsr edilmiş məktəbli qızlar arasında mütəhərrik oyunlar üzrə yarış keçirilib. Yarışda məktəbimizin qızlardan ibarət komandası da iştirak edib. Yarışda uğur qazanan şagirdlərimiz diplomlarla təltif olunub. Yaşasın Azərbaycan! 

Ətraflı

Nümunəvi dərs "Rusiya Xəzər dənizi hövzəsinə yürüşə hazırlaşır"    "Rusiya Xəzər dənizi hövzəsinə yürüşə hazırlaşır" mövzusuna həsr olunmuş nümunəvi dərs 8 B sinfində tarix müəllimi Lalə Babayevanın rəhbərliyi altında keçirilib. Dərsdə məktəb rəhbərliyi də iştirak edib. 

Ətraflı

Şagirdlərin peşə sahələrinə marağı    Məktəbimizdə Peşə istiqamətləri üzrə  marağın müəyyənləşdirilməsi üçün VIII-IX siniflər arasında onlayn sorğu keçirilib. Şagirdlər arasında keçirilmiş sorğu nəticəsində şagirdlərimizin hansı peşələrə marağı olduğu yoxlanılıb.

Ətraflı

STEAM dərsləri    Məlumdur ki, müasir dövrün mühüm hədəflərindən biri ölkənin rəqabət qabiliyyətini gücləndirən, yüksək intellektli, bacarıqlı mütəxəssislər yetişdirməkdir. Ölkəmizdə uğurla tətbiq olunan "STEAM" layihəsi bu çağırışlara cavab verir. Bu tədris ilindən məktəbimizdə də bu dərslər tətbiq olunmağa başlayıb. Həmin dərslərdən şagirdlərimiz əl işlərini hazırlayıb. 

Ətraflı

İbtidai siniflərdə psixodiaqnostik testlər    Bu gün məktəbin praktik psixoloqu Günay Həşimova ibtidai siniflərdə psixodiaqnostik testlər keçirib. Bu testlər vasitəsilə şagirdlərin psixoloji və emosional vəziyyətini müəyyən edib və sinif rəhbərlərini məlumatlandırıb.

Ətraflı

Zəfər GünüBu gün məktəbimizdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyn və şagirdlər iştirak edib. Dövlət himnimizin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan edilib. Məktəbimizin hərbi rəhbəri Səfxan Bayramov giriş sözüylə bu günün önəmi , tariximizdə tutduğu yeri barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra söz şagirdlərə verilib. Müxtəlif yaş qrupundan olan şagirdlərimizin hazırladıqları şeir və kompozisiyalar tədbirə böyük maraq qatıb. Məktəbimizin direktoru Nazəni Məmmədova çıxışında şagirdlərin vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əhəmiyyətindən danışaraq onlara uğurlar arzuladı. Tədbirimiz işğaldan azad olunmuş rayonlarımızın adına ağacların əkilməsi ilə başa çatıb. Bayramın mübarək vətən. Qarabağ Azərbaycandır !

Ətraflı

Zəfər bayramımız bu günümüzdə    44 günlük hərbi döyüşdə xalqımızın 30 illik həsrətinə son qoyan rəşadətli ordumuz 8 Noyabr 2020 -ci il  tarixində qələbə qazanaraq bizlərə milli qürur hissi  yaşadıb. Bu gün münasibətilə ölkəmizdə  müxtəlif tədbirlər silsiləsi keçirilməkdədir. Bununla əlaqədar bu gün məktəbimizdə 10- cu  sinif şagirdləri arasında " Zəfər bayramımız  bu günümüzdə" adlı inşa yazı müsabiqəsi  təşkil olunub. Müsabiqədə  yer tutmuş şagirdimiz Eyvazov Eldar diplomla təltif olunub.

Ətraflı

Zəfər Günü rəsm müsabiqəsi    02 noyabr 2021-ci  il tarixdə Sabunçu rayon, Bakixanov qəsəbəsi Heydər Əliyev parkında “8 noyabr Zəfər günü”nə həsr olunmuş Sabunçu rayon orta ümumtəhsil məktəb şagirdləri arasında arasında rəsm müsabiqəsinin sərgisi  keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak ediblər. Münsiflərin rəyi nəticəsində müsabiqə qaliblərinə diplomlar təqdim edilib. Müsabiqədə məktəbimizin 10 B sinif şagirdi Kərimova Aişə də diplom mükafatına layiq görülüb.

Ətraflı

Fənn olimpiadalarının məktəb turu keçirildi     Məktəbimizdə 30 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim edilmiş suallara əsasən fənn olimpiyadalarının məktəb turu təşkil olunub. Olimpiada saat 10:00 da başlayıb. Şagirdlər onlara təqdim olunmuş tapşırıqları yerinə yetiriblər. Nəticələr metodbirləşmə iclasında müzakirə olunaraq məktəb turundan uğur qazanmış şagirdlər növbəti mərhələdə iştirak edəcəkdir.

Ətraflı

Yol hərəkəti qaydaları    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-170 nömrəli əmrinin icrasından irəli gələn "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" ilə əlaqədar "Yol hərəkəti qaydalarına əməl etməliyik" mövzusunda tədbir təşkil olunub. Şagirdlərə "Yol hərəkət qaydaları və yol nişanları" haqqında məlumat verilib. Şagirdlərimiz tərəfindən hazırlanmış səhnəciklər və söylədikləri şeirlər çox maraqla qarşılanıb. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.

Ətraflı

“Səyyahlar, tədqiqatçılar,turistlər”    Bu gün məktəbin coğrafiya müəlliməsi Surkova Marina tərəfindən 6 B sinfində “Səyyahlar, tədqiqatçılar,turistlər” mövzusunda nümunəvi dərs keçirilib. Uşaqlar kiçik qruplara bölünərək kontur xəritəsində məşhur səyahətçilərin marşurutlarını göstəriblər, keçilmiş mövzuya uyğun krossvord həll ediblər . Nümunəvi dərsdə məktəb rəhbərliyi  və metodbirləşmə sədri də iştirak edib. 

Ətraflı

Mini futbol turniri    27 oktyabr tarixində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. Turnirdə bizim məktəbimiz 22 nömrəli məktəblə üz-üzə meydanda görüşüb. Oyunun nəticəsində "Canavarlar" komandamız  3:1 hesabı ilə qalib gəlib. Əhsən. Şagirdlərimizə uğurlar arzulayırıq.

Ətraflı

Nümunəvi dərs "Planetlərin qruplaşdırılması"    Bu gün məktəbin coğrafiya müəlliməsi Cavadlı Kərimova Ülkər tərəfindən 7 A sinfində “Planetlərin qruplaşdırılması” mövzusunda nümunəvi dərs keçirilib. Uşaqlar kiçik qruplara bölünərək əməkdaşlıq, dinləmə qabiliyətlərini nümayiş etdirərək həmdə mövzunu mükəmməl mənimsəyiblər. Nümunəvi dərsdə məktəb rəhbərliyi  və metodbirləşmə sədri də iştirak edib. 

Ətraflı

Aşıq Ələsgər şeir müsabiqəsi     27 oktyabr 2021- ci ildə məktəbimizin akt zalında Aşıq Ələsgərin 200 illiyi yubleyi ilə əlaqədar olaraq şeir müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların bədii –estetik zövqünü formalışdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.  Müsabiqədə VII,VIII,IX sinif şagirdləri iştirak etmişdir. Aşıq yaradıcılığının müxtəlif janrlarına müraciət edərək nümunələr söyləmişlər. Müsabiqə nəticəsində I,II və III yerlər müəyyənləşdirilmişdir. Birinci yerin qalibi 8 B sinif şagirdi Nağıyeva Nəzrin, şəhər müsabiqəsinə göndərilməyə layiq görülmüşdür.

Ətraflı

"Qədim Misir dövləti"    Tarix müəllimi Tatyana Şaronina 6 "B" sinfində nümunəvi dərs keçirib. Dərsin mövzusu "Qədim Misir dövləti" olub. Dərsdə Misir dövlətinin əhalisindən, ərazisindən, inanclarından bəhs olunub. Məktəb rəhbərliyindən direktor müavini Şəbnəm Mirzəliyeva, metodbirləşmə sədri Lalə Babayeva nümunəvi dərsdə iştirak ediblər. Sonda dərs haqqında fikirlərini səsləndiriblər. 

Ətraflı

 STEAM layihəsi    STEAM layihəsi çərçivəsində 07.10.2021-12.10.2021-ci il tarixlərində təşkil edilmiş STEAM təlimində məktəbimizin rəhbəri heyəti və müəllimlərimiz də iştirak edib. Təlimin keçirilməsində  məqsəd layihənin incəliklərini izah etmək və müəllimləri bu haqda maarifləndirmək olub. Təlimdə iştirak edən müəllimlərimiz təlimləri uğurla başa vurub.

Ətraflı

Yaradıcı müəllim    "Yaradıcı müəllim" müsabiqəsinə hazırlıq məqsədilə MS Teams proqramında müsabiqədə iştirak edəcək müəllimlərlə müzakirə xarakterli görüş təşkil olunub. Direktor müavini Asiman Paşayevin təşkil etdiyi görüşdə müsabiqəyə göndəriləcək dərs nümunəsi, nümunədə istifadə olunacaq internet resurslar haqqında müzakirələr aparılıb. Ümid edirik ki, məktəbimiz bu müsabiqədə qaliblər sırasında olacaqdır.

Ətraflı

Onlayn videoçarx müsabiqəsi    19.10.2021 -ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsində "18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü" adlı onlayn videoçarx müsabiqəsinin mükafatlandırılması keçirilib. Sabunçu rayon məktəblərinin şagirdləri arasında keçirilən onlayn videoçarxın hazırlanması müsabiqəsində məktəbimizin 8 "B" sinif şagirdi Nağıyeva Nəzrin II yeri tutduğuna görə təltif edilib. Şagirdimizə uğurlar arzulayırıq.

Ətraflı

Onlayn sorğu    Məktəb rəhbərliyi tərəfindən sinif rəhbərləri ilə sinif portfoliolarının hazırlanmasının ilkin vəziyyəti ilə bağlı onlayn sorğu keçirilib. Sorğu nəticələrinə əsasən sinif portfoliolarının hazırlanma vəziyyəti öyrənilib,  lazımi tapşırıq və tövsiyyələr verilib. Direktor müavini  Asiman Paşayev bildirib ki, işin keyfiyyətinin yüksəldilməsi üçün bu tip sorğular il ərzində mütəmadi keçiriləcəkdir.

Ətraflı

II Fəxri Xiyabana ziyarət    44 günlük Vətən müharibəsində zəfər çalmağımız xeyrin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Azərbaycan ordusunun cəsur əsgər və zabitləri də canı-qanı hesabına torpaqlarımızı düşmən tapdağından azad etdi. Şəhirdlərimizin xatirəsini anmaq üçün məktəbimizin rəhbərliyi şagird kontingenti ilə birgə II Fəxri Xiyabanda oldu. Şəhidlərin ruhuna dualar oxundu, məzarları önünə gül dəstələri qoyuldu.      Bu qürurverici qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir onlara Allahdan rəhmət diləyirik.

Ətraflı

"Azərbaycan müstəqillik yollarında"    Bu gün Azərbaycan tarixinin ən mühim günlərindən biri olan - 18 oktyabr - "Müstəqilliyin Bərpası Günü" və 17 oktyabr Fizulinin azad edilməsi edilməsinin il dönümü münasibətilə məktəbimizdə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin tarix müəlliməsi Lalə Babayeva açıq elan edib. Sonra şagirdlər mövzu ilə əlaqədar çıxışlar, məruzələr ediblər, şeirlər dinlənilib. Tədbirdə iştirak edən məktəb rəhbərliyi çıxış edərək öz fikirlərini bölüşüblər. Onlar şagirdlərə vətənpərvər ruhda böyüyüb şəhidlərimizin qanı, canı hesabına əldə olunmuş azadlığımızı möhkəm qorumağı, vətən yolunda bütün çətinliklərə sinə gərərək mərd olmaqlarını tövsiyə ediblər.     Sonda "Azərbaycan müstəqillik yollarında" adlı videoçarx izlənilib.

Ətraflı

Qəhrəmanlıq salnaməsi    Bu gün məktəbimizdə Vətən müharibəsinə həsr olunmuş Dəyirmi masa keçirilib. Məktəbimizin azərbaycan dili müəllimi Zərif Əhmədova çıxış edərək bildirib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun,  tarixi ədalət zəfər çalsın və buna nail olduq. Daha sonra söz şagirdlərin çıxışlarına verilib. Dəyirmi masada məktəb rəhbərliyi də iştirak ediblər.

Ətraflı

Profilaktik söhbətBu gün məktəbin psixoloqu Günay Həşimova, UBTR rəhbəri Aynur Piriyeva və tibb bacısı Könül Seyfullayeva V-XI siniflərlə pandemiya və virus, ondan qorunma yolları haqqında söhbət aparıb, sağlamlığın insan həyatındakı vacib məqamları haqqında məlumat veriblər.

Ətraflı

İnşa müsabiqəsiTəhsil nazirinin "Ümumi təhsil müəssisələrinin şagirdləri arasında " Zəfər yolu" inşa müsabiqəsinin keçirilməsi haqqında" 2021 ci il 24 sentyabr tarixli F-455 nömrəli əmrinə əsasən 8 0ktyabr 2021 - ci ildə məktəbimizin VI - VIII-XI sinif şagirdləri arasında inşa müsabiqəsi keçirildi. Müsabiqə iştirakçıları onlara təqdim olunan inşa adlarına uyğun yazı yazmaqla öz bacarıqlarını nümayiş etdirdilər. Yazılan inşalar arasından mövzu və məzmun baxımından ən çox fərqlənən seçilərək Təhsil Nazirliyinə göndərildi

Ətraflı

Virtual məktəb - Təşəkkürnamə     Məktəbimizin direktor müavini Paşayev Asiman Təhsil Nazirliyi Təhsil Sistemininn İnformasiyalaşdırılması İdarəsi tərəfindən " Virtual Məktəb" layihəsinin həyata keçirilməsindəki səmərəli fəaliyyətinə görə " Təşəkkürnamə" ilə təltif olunub.

Ətraflı

Sertifikat mükafatlandırma     Azərbaycan və Koreya Hökumətləri arasında həyata keçirilən "Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub. Sevindirici haldır ki, həmkarımız və məktəbimizin direktor müavini Asiman Paşayev təltif olunanlar sırasında olub.

Ətraflı

Qəhrəman müəllimlərimizlə qürur duyuruq5 oktyabr - "Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə "Qəhrəman müəllimlərimizlə qürur duyuruq" adlı layihə çərçivəsində Vətən müharibəsində şanlı zəfərin qazanılmasında iştirak etmiş məktəbimizin hərbi rəhbəri Səfxan Bayramov Fəxri Fərmanla təltif olunub.

Ətraflı

"5 oktyabr - Beynəlxalq Müəllimlər günü" nə həsr olunmuş mükafatlandırma    4 oktyabr tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsində "5 oktyabr - Beynəlxalq Müəllimlər günü" nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə pandemiya dövründə İdarə ilə mütamadi olaraq onlayn keçirilən tədbirlərdə fəal iştirak edən UBT rəhbərlərinin fəaliyyəti mükafatlandırılıb. Mükafatlandırılma mərasimində məktəbimizin UBT rəhbərləri Aynur Piriyeva da iştirak edərək mükafata layiq görülüb. 

Ətraflı

Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib. Görüşdə  məktəbimizin hərbi rəhbəri, müharibə veteranı Səfxan Bayramov da yer alıb. Görüş zamanı gənclərin hərbi vətənpərvərlik tərbiyəsində 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin təbliğ və təşvik olunmasının vacibliyi qeyd olunub. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə döyüşçü və veteran müəllimləri təbrik edib.

Ətraflı

Məktəbə hazırlıq1 oktyabr 2021-2022 –ci tədris ilində məktəbimizdə 5 yaşlıların məktəbə hazırlıq qruplarının fəaliyyətinə start verilib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır.

Ətraflı

Dəyirmi masa    44 günlük Vətən müharibəsi, "Dəmir Yumruq" əməliyyatı - Azərbaycan Ordusunun qalibiyyətli qələbəsi Zəfər tariximizin ən uca mərhələsidir. Bu günlərə həsr olunmuş silsilə tədbirlərimizin davamı olaraq məktəbimizdə Cəbrayıl rayonunun azad olunması günü qeyd olunub.     Dəyirmi masa ətrafında keçirilən tədbiri məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan edərək mövzu ətrafında məruzə edib. Sonra məktəbin hərbi rəhbəri Səfxan Babayev müharibənin ağır itkilərindən söhbət açıb. Məktəbin praktik psixoloqu Günay Həşimova erməni vandalizminin yaşatmış olduğu ağır psixoloji sarsıntı və stress haqqında çıxış edib. Tədbirdə məktəb rəhbərləri və şagirdlər də çıxış edərək öz tarixi biliklərini bölüşüblər. 

Ətraflı

Sinif rəhbərləri iclası    Bu gün məktəb rəhbərliyi tərəfindən sinif müəllimləri və metodbirləşmə sədrləri ilə iclas keçirilib. Direktor müavinləri Asiman Paşayev və Şəbnəm Mirzəliyeva sinif portfolioları və metodbirləşmə jurnallarının tərtibi ilə bağlı çıxış edərək müəllimlərə tövsiyyə və göstərişlərini verib. 

Ətraflı

Hərbi Qənimətlər Parkına ziyarət"27 sentyabr - "Anım Günü" ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, paytaxtın rayon Gənclər və İdman İdarələri və Azərbaycan İdman Könüllüləri Ictimai Birliyinin birgə təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına şəhid və qazi ailələrindən olan yeniyetmə və gənclərin ziyarəti təşkil olunub. Tədbir iştirakçıları Azərbaycan ordusunun düşmən hərbi texnikasını necə darmadağın etdiklərini maraqla izləyiblər. Burada düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Şəhid və qazi ailələrinin üzvləri bildiriblər ki, gördükləri mənzərə onlar üçün qürur mənbəyidir. Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan yeniyetmə və gənclər, Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” siyasətilə qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu vurğulayıblar. Hərbi Qənimətlər Parkına səfər yeniyetmə və gənclərin məlumatlandırılması və xatirə fotolarının çəkilməsi ilə davam edib.

Ətraflı

Yeniyetməlik yaş dövrü böhranı və intiharın profilaktikası mövzusunda seminarBu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova Sabunçu rayon məktəblərinin VI-XI siniflərin rəhbərləri üçün "Yeniyetməlik yaş böhranı və intiharın profilaktikası" mövsusunda seminar keçirilib. Seminarda intihar riskini dəyərləndirərkən diqqət yetiriləcək amillər, qarşısını almaq üçün qoruyucu təsirlər, intihar ərəfəsində diqqət çəkəcək məqamlar, istifadə edilən ifadələr barədə maarifləndirici məlumatlar və tövsiyələr verililib. Seminarda məktəbin psixoloqu Günay Həşimova və VI-XI siniflərin rəhbərləri da iştirak edib.

Ətraflı

27 sentyabr - "Anım Günü"    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 2020-ci il 02 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd edilməsini qərara alıb. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 27 sentyabr "Anım Günü" məktəbimizdə yüksək səviyyədə qeyd olunub. Bu günə həsr olunmuş tədbirimizi giriş sözü ilə məktəbin direktoru Nazəni Məmmədova açıq elan edib. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ətrafında məruzələr, çıxışlar, şeirlər dinlənilib. 44 günlük Vətən müharibəsindən çəkilmiş döyüş səhnələri izlənilib. Tədbirə dəvət olunmuş müharibə iştirakçıları, qazilər çıxış edərək döyüş təsüratlarını bölüşüblər. Sonda onlara təşəkkür əlaməti olaraq məktəbimiz tərəfindən fəxri fərmanlar, hədiyyələr təqdim olunub.

Ətraflı

İlk dərs - Qarabağ AzərbaycandırBu gün I-IV siniflərdə yeni tədris ilinin ilk dərs günü olub. İlk dərs İkinci Qarabağ mühəribəsinə həsr olunub. "Qarabağ Azərbaycandır" adlı ilk dərsdə müəllimlər şagirdlərə 44 günlük vətən müharibəsindən bəhs edib. Şagirdlərə zəfərə gedən yolla bağlı videoçarxlar təqdim edilib. Qəhrəman əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz hörmət və ehtiramla anılıb.

Ətraflı

İlk dərs günüBu gün Azərbaycan Respublikası üzrə I-IV siniflər üzrə ilk dərs günü keçirilib. Məktəbimizdə ilk dərs günü Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətən müharibəsində şəhid olmuş qəhraman əsgərlərimiz 1 dəqiqəlik sükutla yad edilib. İlk zəng çalınaraq şagirdlər siniflərə daxil olub. Daha sonra məktəbin direktoru Nazəni Məmmədova birinciləri ilk dəsr günü münasibəti ilə təbrik edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin I siniflər üçün göndərdiyi dərs ləvazimatları ilə şagirdləri tanış edib.

Ətraflı

Müzəffər ordumuzun zəfər yürüşüSabunçu rayon Gənclər və İdman İdarəsi "27 sentyabr - Anım günü" ilə əlaqədar olaraq "Müzəffər ordumuzun zəfər yürüşü" movzusunda Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirib. Müsabiqədə məktəbimizin 10 "A" sinif şagirdi Əlizadə Aytac da İştirak edib. 21 sentyabr tarixində müsabiqə qaliblərinin mükafatlandırılması həyata keçilib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilibYeni dərs ilinin ilk Pedoqoji iclası keçirilib. İclasda məktəbin direktoru Nazəni Məmmədova aşağıdakı məsələr haqqında çıxış edib. İclas pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilib. 1. Yeni tədris ilində həyata keçiriləcək məsələlər 2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarına əsasən məktəbdaxili qiymətləndirmənin təşkili 3. Dərs bölgüsü və dərs cədvəli

Ətraflı

Milli Musiqi Günü    17.09.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Üzeyir Hacıbəyovun 136-cı il dönümü münasibətilə "Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans keçirilib. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək konfrans haqqında ümumi məlumat verib. Konfransın gündəliyinə əsasən çıxış üçün ilk söz Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kinoşünaslıq və bədii yaradıcılıq kafedrasının müdiri, professor Əli Əmirliyə verilib. Ə.Əmirli Ü.Hacıbəyovun dramaturgiyası, yaradıcılığı, ev muzeyi,  büstünün Şuşada Ali Baş Komandan tərəfindən yenidən təmir olunaraq qoyulması haqqında ətraflı məlumat verib.     Elmi-praktiki konfransda 150-ə yaxın şəxs iştirak edib İştirak edən şəxslər arasında məktəbimizin KA rəhbəri, müəllimləri və şagirdləri olub.

Ətraflı

Növbəti iclas keçirilib    Bu gün məktəbin direktoru Nazəni Məmmədova yeni tədris ili ilə əlaqədar ibtidai sinif müəllimləri ilə iclas təşkil edib. İclas pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilib. İclasda yeni tədris ilində həyata keçiriləcək məsələlər müzakirə olunub. İlk olaraq məktəbin direktoru N.Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarına əsasən məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyyələrlə müəllimləri tanış edib. Daha sonra yeni tədris ili üçün dərs cədvəli və diaqnostik qiymətləndirmələrin keçirilməsi ilə bağlı müəllimlərə məlumat verib. İllik fəaliyyət planları müzakirə olunub.     Sonda yeni tədris ili ilə əlaqədar müəllimlərin sual və təklifləri dinlənilib.

Ətraflı

EkskursiyaBakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir qrup fəal gəncin iştirakı ilə Şamaxı rayonuna ekskursiyası təşkil edilmişdir. Ekskursiyada Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunub. Ekskursiyanın təşkilində məqsəd tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub. Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsinin gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar. Ekskursiyada məktəbimizin şagirdləri də iştirak edib.

Ətraflı

Nizami Gəncəvi irsini öyrənirik07 iyul 2021-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihənin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, layihə rəhbərləri və fəal gənclər iştirak etmişdir. Layihədə iştirak edərək fəallıq göstərən Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Suraxanı, Səbail, Yasamal rayonlarının fəal gəncləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olunmuşdur. Sabunçu rayonu - Aynur Piriyeva, Aysel Məmmədli, Mehriban Həsənli, Səbinə Həsənli. Gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Ətraflı

Mahnı festivalı02.07.2021-ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsində rayon gəncləri arasında onlayn vətənpərvərlik mövzusunda keçirilmiş mahnı festivalının mükafatlandırılma mərasimi həyata keçirilib. Müsabiqədə məktəbimizin 4 b sinif şagirdi Mirşah Növrəsli diplomla təltif olunub. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Yay məktəbinə əlvidaBu gün İyul ayının 16-dan start verilən “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər səsləndirib və oyunlar oynanılıb.

Ətraflı

Yekun mükafatlandırmalar2020-2021-ci tədris ilinin yekunu ilə əlaqədar il ərzində distant və əyani formada keçirilən müsabiqə və layihələrdə aktiv iştiraklarına görə məktəbin direktor Nazəni Məmmədova və UBT rəhbəri Aynur Piriyeva tərəfindən şagirdlər Diplomlarla təltif edilib.Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Yay məktəbi ekskursiya    “Yay məktəbi” çərçivəsində məktəb rəhbərliyi tərəfindən şagirdlərinə ekskursiyalar təşkil edilib. 113 nömrəli tam orta məktəbə ekskursiyamızdan şagirdlərimiz xoş təəssüratla qayıdıblar. Şagirdlər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaq olub. Ekskursiyamız çərçivəsində göstərdikləri qonaqpərvərliyə görə 113 nömrəli tam orta məktəbin direktoru xanım Gültəkin Rüstəmovaya və məktəbin bütün kollektivinə təşəkkür edirik.

Ətraflı

Valideynlərlə görüş    Məktəb rəhbərliyi tərəfindən IX siniflərin valideynləri ilə növbəti onlayn görüş keçirilib. Görüşdə məktəbin direktoru Nazəni Məmmədova şagirdlərin imtahan nəticələri barədə valideynləri məlumatlandırıb. Daha sonra şagirdlərin nəticələri müzakirə olunub. 

Ətraflı

Yol hərəkəti qaydaları    Bu gün məktəbimizdə təşkil edilən "Yay məktəbi" layihəsində UBT rəhbəri Aynur Piriyeva və məktəbin 5 "B" sinif şagirdləri sinif müəllimləri Gülnarə Bağırova ilə "Yol hərəkəti qaydaları"adlı tədbir keçirib. Tədbirdə bir sıra müəllimlər də iştirak ediblər. Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd məktəblilərin  təhlükəsizliyi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Tədbirlərdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb.

Ətraflı

Hesabat konfransı    Bu gün Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfransda məktəbimizin Kiçik Akademiya rəhbəri, vitse-prezidentləri və şagirdləri də iştirak edib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Konfrans 15 iyun  - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.     Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək,2020/2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış edib. Ardınca məktəbimizin şagirdi Könül Mustafayevanın və bir sıra məktəblərin şagirdlərinin "Qurtuluşdan Zəfərə", "Ağıllı kənd" , "Nizami dünyası", "My success story", "Atom bombası" , "Zəncirvari nüvə reaksiyası" , " Ana dilimiz" , "Rus dilinin inkişaf aspektləri", " Səs və onun insan həyatında rolu " və.s mövzularına toxunaraq araşdırma işlərini təqdim ediblər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə , işin məqsəd və vəzifələri,  və xülasələlərə toxunularaq hazırlanıb.     Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs iştirak edib.

Ətraflı

"Son zəng" tədbiri keçirildi    Bütün ümumi təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də "Son zəng" tədbiri keçirilib. Tədbir məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində, XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə təşkil olunub. Məktəb rəhbərliyi və müəllim kollektivi məzunları təbrik edib. Tədbirdə "Vətən müharibəsi" şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Ətraflı

Summativ qiymətləndirmə    Bu həftə məktəbimizdə şagirdlərin biliklərini  qiymətləndirmək məqsədilə summativ qiymətləndirmələr start keçirilib. Summativ qiymətləndirmələr pandemiya şəraitinə uyğun aparılıb.

Ətraflı

Sınaq qiymətləndirmə    31.05.2021-ci il tarixdə BŞTİ-nin ümumtəhsil sektorunun tapşırığına müvafiq olaraq məktəbin IV və VIII siniflərində tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmə sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub. Qiymətləndirmə üçün şagirdlərə 3 saat vaxt verilib. Monitorinqin mütəşəkkil və obyektiv qaydada keçirilib.

Ətraflı

28 May    Bu gün "28 May-Respublika Günü"nə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş Azərbaycan Dövlət Himninin sözlərindən ibarət şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Münsiflər heyətinin rəyinə əsasən  məktəbimizin VII sinif şagirdi Nağıyeva Nəzrin I yerə layiq görülərək, Diplom ilə təltif edilib. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

Yaşa Azərbaycan    Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına əməl etməklə ,UBTR -in tədbirlər planına əsasən 28 May Respublika Günü ilə əlaqədar "Yaşa Azərbaycan"adlı  şeir müsabiqəsi təşkil olunub. Şagirdlər arasında keçirilən müsabiqədə məktəb üzrə Nəzrin Nağıyeva seçilərək Sabunçu Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş şeir müsabiqəsində iştirak edərək I yer tutub. Şagirdimizi təbrik edir,  uğurlarının davamını arzulayırıq.

Ətraflı

Türk dünyasına baxış    Sabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olub. Nəticələrə əsasən məktəbimizin IX sinif şagirdi Həsənli Səbinə fərqlənmə Diplomu ilə təltif edilib. Şagirdimizi təbrik edir, uğur və müvəffəqiyyət arzulayırıq.

Ətraflı

Pandemiya şəraitində müəllim-şagird münasibətləri    Məktəbin psixoloqu Günay Həşimova və UBTR rəhbəri Aynur Piriyeva "pandemiya şəraitində müəllim-şagird münasibətləri" mövzusunda maarifləndirici-praflaktik söhbət aparıb. Söhbətin əsas məqsədi pandemiya şəraitində yenidən məktəbə qayıdan şagirdlərin tədrisə, doğma məktəblərinə, dostlarına, müəllimlərinə adaptasiyasına yardım etmək olub.

Ətraflı

Mükafatlandırma    08.05.2021-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri 21.05.2021-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb. Müsabiqədə iştirak edən məktəbimizin V "B" sinif şagirdi Fidan Həşimova münsiflər heyətinin rəyinlərinə əsasən  I yerə layiq görülərək, Diplom və hədiyyə ilə təltif olunub. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Ətraflı

"Nizami dünyası" adlı intellektual yarış    Azərbaycanda 2021-ci il "Nizami ili" elan edilib. Dahi sənətkarın 880 illik yubileyi ölkəmizin hər bir yerində geniş miqyasda qeyd olunmaqdadır. Bununla əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-56 nömrəli əmri ilə ümum təhsil müəssisələrində "Nizami dünyası" adlı intellektual yarış keçirilib.    Bu gün məktəbimizdə də Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş növbəti tədbirə "Nizami dünyası"  adlı intellekt yarışı təşkil olunub. Yarışda 10-cu sinif şagirdi Qənizadə Şəhla qalib gələrək növbəti tura keçib.      Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi həmişə Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, dahi sənətkar tərəfindən müəyyən olunmuş demokratik və humanizim prinsipləri tək ölkəmizdə deyil, Qərb ədəbiyyatında da bu meyillər geniş vüsət almışdır. Neçə əsr keçərsə, keçsin, Nizami yaradıcılığı hər zaman Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılacaq.

Ətraflı

Ümumilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi   Ümummilli lider Heydər Əliyevin anada olmasının 98 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə 10 may tarixində ZOOM Platforması üzərindən “Heydər Əliyev Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.     Tədbirdə idarə rəhbərləri və hər rayon, şəhər ictimai fəal gənclər, həmçinin məktəbimizin UBT rəhbəri Aynur Piriyeva da iştirak edib. Sonda "Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda filim izlənilib.

Ətraflı

Heydər Əliyev və Zəfər tariximiz    08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya” üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.    Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verib.    Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.      Konfransın gündəliyinə əsasən çıxışlar dinlənilib.  Konfransda məktəbimizin müəllim və şagird kollektivi də iştirak edib.

Ətraflı

Məktəbimizin ağır itkisi    Bakı şəhəri Z.Bəhmənov adına 68 nömrəli tam orta məktəbin kollektivi çox acı və üzücü bir xəbər aldı. Kollektivimizin, şagirdlərimizin, valideynlərimizin sevimlisi, dəyərli müəllim, gülərüz, mehriban bir insan olan, 25 ildən çox məktəbimizdə tarix müəllimi və direktor müavini kimi fəaliyyət göstərən Əmiraslanov Hüseyn Adıgözəl oğlu uzun çəkən xəstəlikdən sonra bu gün dünyasını dəyişdi.      Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı veririk və səbr diləyirik. Hüseyn müəllimin bu vaxtsız gedişi hər birimizi çox sarsıtdı. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.  Allah rəhmət eləsin! Nur içində yatsın, bizim dəyərli Hüseyn müəllimimiz!!!

Ətraflı

Layihə müsabiqəsi    Sabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsinin nəticələri bəlli olub.     Müsabiqədə 100-ə yaxın şəxs iştirak edib. Layihələr yaradılmış komissiya tərəfindən müəyyən edilmiş meyarlar əsasında yoxlanılıb. Layihədə məktəbimizin şagirdi Nəzrin Nağıyeva da iştirak edib.

Ətraflı

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi"    Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilib. Konfransda 100 - ə yaxın müəllim, şagird, gənclər iştirak edib. İştirakçılar arasında məktəbimizin müəllimlərindən Gülər Mustafayeva və şagirdlərindən Fəridə Muxtarzadə də iştirak edib. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başlayıb. Daha sonra şəgirdlərin hazırladıqları videoçarxlar izlənilib. Mövzu ətrafında müzakirələr aparılıb.

Ətraflı

Nizami Gəncəvi iliPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Zeynalova 6a və 8a siniflərində onlayn tədbir təşkil edib.

Ətraflı

Sağlamlıq vərdişləri    Məktəbin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva  "Sağlamlıq vərdişləri" mövzusunda məktəbin V sinif şagirdləri ilə psixopraflaktik söhbət və maarifləndirmə işləri aparıblar. Söhbətin aparılmasında əsas məqsədi sağlamlığın insan həyatı üçün psixi və fizioloji vacibliyi haqqında şagirdləri məlumatlandırmaq olub.

Ətraflı

Regional iclas    30.03.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclas baş tutub. İclasda 44 məktəbdən direktorlar, direktor müavinləri, KA rəhbərləri iştirak edib. İclasda məktəbimiz KA rəhbəri Nigar Abasova da iştirak edib.  Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək Aprel-İyun ayları ərzində görüləcək işlər barədə aşağıda göstərilən formada qeyd etmişdir : 1. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans; 2. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi; 3. "Nizami Gəncəvi İli" ilə bağlı təqdimat müsabiqəsi; 4. "Nizami Gəncəvi İli" ilə bağlı intellektual müsabiqə; 5. "Nizami Gəncəvi İli" ilə bağlı elmi-praktiki konfrans; 6. "Nizami Gəncəvi İli" ilə bağlı əsərlərin STEAM layihəsində inteqrasiyası; 7. "Zəfər Tariximiz və milli ruh" adlı elmi-praktiki konfrans; 8. "Kiçik Akademiya" prezidentləri, vitse-prezidentləri, bölmə rəhbərləri, kafedra müdirləri üçün təlimlər. İclasında sonunda suallara cavablar verilib.

Ətraflı

31 Mart soyqırımı    31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı siniflərdə seminarlar keçirilib. Seminar soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. UTB rəhbəri Aynur Piriyeva şagirdlərə soyqırım haqqında məlumat verib. 5 "A" sinif şagirdlərindən Əhməd İbrahimov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb. Sonda məktəbin psixoloqu Günay Həşimova  Azərbaycanın əldə etdiyi uğurlar haqqında məlumat verib, videoçarx izlənilib.

Ətraflı

İntihar çıxış yolu deyilMəktəbin psixoloqu Günay Həşimova, UBT rəhbəri Aynur Piriyeva  məktəbin IX sinif şagirdləri ilə "İntihar çıxış yolu deyil" mövzusunda maarifləndirici, psixopraflaktik söhbət aparıb. "İntihar çıxış yolu deyil " mövzusunda maarifləndirmə işinin keçirilməsində əsas məqsəd  intihara gətirəcək səbəbləri aşkarlayıb aradan qaldırılmaq üçün maarifləndirmə işlərinin aparılmasına cəmiyyətdə ehtiyacın olması olub.

Ətraflı

IX siniflərdə qiymətləndirmə    IX siniflərdə növbəti sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmə üç fənn üzrə aparılıb: tədris dili, riyaziyyat, ingilis dili. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları verəcəkləri imtahanlara hazırlamaqdı.

Ətraflı

"Söz dünyasının günəşi"Azərbaycan Respulikası Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Söz dünyasının günəşi" onlayn respublika yaradıcılıq müsabiqəsində 10-15 yaş qrupu üzrə məktəbimizin şagirdi Nəzrin Nağıyeva iştirak edib. Müsabiqədə fəal iştirak edən şagirdimiz diplomla mükafatlandırılıb.

Ətraflı

"Vətən müharibəsi və böyük qayıdış!"Sabunçu rayon Gənclər və İdman İdarəsi 4 mart və 12 mart 2021-ci il tarixlərində  "Vətən müharibəsi və böyük qayıdış!" adlı mövzuda onlayn inşa yazı və rəsm müsabiqəsi keçirib. Müsabiqədə məktəbimizin şagirdləri də iştirak edib. Keçirilən onlayn inşa yazı  və rəsm müsabiqələrinin mükafatlandırılmasını bu gün baş tutub. Rəsm müsabiqəsində şagirdlərimizdən Aişə Kərimova fərqlənmə diplomuna, inşa yazı müsabiqəsində Aysel Məmmədova III yerə layiq görülüb. Şagirdlərimizi təbrik edir, uğularının davamını diləyirik.

Ətraflı

"Yaşıl ay" həftəsi    Məktəbimizin şagirdləri sinif müəllimləri Maya Sultanzadənin təşəbbüsü ilə Türkiyə məktəbliləri arasında təşkil olunmuş "Yaşıl ay" həftəsi çərçivəsində onlayn toplantıda iştirak ediblər. Toplantıda şagirdlərimiz zərərli vərdişlərlə bağlı çəkdikləri rəsmləri nümayiş etdirib, topladıqları məlumatları təqdim ediblər. Onların çıxışı Psixoloq Danışman Muhammed Gürgen tərəfindən rəğbətlə qarşılanıb.

Ətraflı

Bədən tərbiyəsi və İdman Günü    Azərbaycan gənclik, gözəllik və sağlamlıq bayramını çox təəsüf ki, bu gün pandemiyadan dolayı idman zallarının bağlı olması ilə əlaqədar yüksək ruhla qeyd edə bilmirlər. Buna baxmayaraq Azərbaycanın bayrağını hər zaman yüksələrə ucaldan dövlət himni Azərbaycandan kənarda qalibiyyəti qazanıb səsləndirən idmançıların və məşqçilərin əməyi danılmazdır.

Ətraflı

IX siniflərdə qiymətləndirməBu gün məktəbimizdə IX sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması məqsədi ilə növbəti sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin IX sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

Beynəlxalq Mülki Müdafiə Günü    1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə məktəbimizdə "Fövqəladə hallarda insanların və maddi sərvətlərin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi" mövzusunda mülki müdafiə tədbirləri keçirilib. Tədbirdə məktəbin hərbi rəhbəri Səfxan Bayramov çıxış edib. Tədbirin keçirilməsində əsas məqsəd, şagirdlərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmini vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətmək olub.

Ətraflı

Məişət zorakılığı    Məktəbin psixoloqu Günay Həşimova məktəbin IX sinif şagirdləri ilə "Məişət zorakılığı" mövzusunda onlayn maarifləndirici psixopraflaktik söhbət aparıb. "Məişət zorakılığı" mövzusunda maarifləndirmə işinin həyata keçirilməsində əsas məqsəd zorakılığın səbəb olduğu problemləri aşkarlayıb aradan qaldırmaq üçün maarifləndirmə işlərinin aparılmasına cəmiyyətdə ehtiyacın olmasıdır.

Ətraflı

Xocalı faciəsiBu gün məktəbimizin V-IX sinif şagirdləri arasında "Xocalı faciəsi"nə həsr olunmuş rəsm sərgisi təşkil olunub.  

Ətraflı

Uğurumuz - Həsənova Dilarə    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Vətənin qəhrəman oğulları" adlı videotəqdimat müsabiqəsinin qalibləri müəyyənləşib.   BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında təşkil olunub. Yarışın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, xüsusi istedada malik şagirdləri üzə çıxarıb onların yaradıcı təfəkkürünün inkişafına dəstək olmaq olub.     Yarışda məktəbimizin IX "A" sinif şagirdi Həsənova Dilarə də uğur qazanıb. O, BŞTİ tərəfindən "Tərifnamə" ilə təltif olunub.  Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

Ətraflı

Xocalını unutma    Bu gün Sabunçu Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Xocalını unutma" mövzusunda onlayn konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə "Xocalı faciəsi"nin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra sözü Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev alaraq tədbiri açıq elan edib. Tədbirdə həmçinin məktəbimizin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva və şagirdlərimiz də iştirak edib. Tədbirdə söz alan məktəbimizin psixoloqu Günay Həşimova Xocalı soyqırımının dəhşətlərini,  dinc əhalinin başına gələn faciələrin onların həyatında maddi mənəvi və psixoloji zərərlərindən danışıb. Bu insanlara psixoloji dəstəyin vacibliyindən, cəmiyyətə adaptasiyası üçün işlərin aparılmasının vacibliyini qeyd edib. Tədbirdə həmçinin 44 günlük "Vətən müharibəsi" nəticəsində düşməndən qisas alaraq torpaqlarımızı azad edən qəhrəman  oğullarımız anılıb.

Ətraflı

Covid-19 haqqında söhbət    Məktəbin psixoloqu Günay Həşimova UBTR rəhbəri Aynur Piriyeva və tibb bacısı Könül Seyfullayeva şagirdlərlə COVİD-19 və təhlükəli virusların yayılmasının qarşısını almaq məqsədilə məktəbin V-IX siniflərində söhbət aparmış, gigiyena qaydalarına əməl etməyin sağlamlıq və sağlamlığın insan həyatında vacib rolları haqda məlumat verdilər.

Ətraflı

Mənim Ana dilim    Sabunçu rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin I yarım ili üçün təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq "Mənim Ana dilim" mövzusunda Sabunçu rayon tam orta məktəb şagirdlərinin arasında onlayn inşa yazı müsabiqəsi keçirilib. Məktəbimizin IX A sinif şagirdi Həsənli Səbinə fərqlənmə diplomu ilə təltif edilib. Uğurlarımız davamlı olsun.

Ətraflı

İbtidai siniflərdə psixodiaqnostik testlər    Məktəbimizin psixoloqu Günay Həşimova fəaliyyət planına uyğun olaraq ibtidai siniflərdə psixodiaqnostik testlər aparıb. Bu testlər vasitəsilə şagirdlərin hissi-emosional və psixoloji vəziyyətini müəyyən edib. Nəticələri qeydə alaraq sinif rəhbərlərinə məlumat verib.

Ətraflı

Zəfər formuSabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi / Sabunchu Youth House və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfər” Gənclər Forumu həyata keçirilib. “Zəfər” Gənclər Forumu Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərə və “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr edilib. 3 gün davam edən forum 30 illik həsrətdən sonra öz doğma yurdlarına qovuşan, müharibənin ağır nəticələrinə baxmayaraq əzmi, iradəsi hesabına öz sahələrində uğur qazanmaqla gənc nəslə örnək olan, ön və arxa cəbhədə savaşaraq qəhrəmanlıq göstərən vətənpərvər gənclərimizin iştirakı ilə onlayn şəkildə baş tutub. Forumda məktəbimizin şagirdləri də iştirak edib.

Ətraflı

2 fevral - Gənclər Günü    2 fevral - Gənclər Günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi.Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Bu gözəl gün münasibətilə bütün gəncləri təbrik edirik.

Ətraflı

Mükafatlandırma    20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsi və rəsm sərgisi həyata keçirilib. Müsabiqədə məktəbimizin şagirdlərindən Kərimova Aişə rəsm, Qəmbərova Ülviyyə inşa müsabiqəsinin nəticələrinə görə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub. 

Ətraflı

"Zəfər tariximiz" adlı forum keçirilib    2 fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş "Zəfər tariximiz" adlı "zoom" tədbiqi vasitəsilə forum keçirilib. Forum Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə rəhbər işçilərin,  Vətən müharibəsi qazisinin və gənclərin çıxışları dinlənilib.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib    Bu gün Pedaqoji şuranın növbəti iclası keçirilib. İclas Microsoft Teams proqramı vasitəsilə videokonfrans halında baş tutub. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edib. İclasda aşağıdakı mövzular müzakirə olunub.  1. I yarımilin yekunu, qiymətləndirmə  2. I yarımilin hesabatları  3. II yarımildə qarşıda duran məsələlər      Mövzular ətrafında müzakirələr aparılıb.

Ətraflı

20 Yanvar "Hüzn Günü" bir daha anıldıAzərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021 – ci il tarixli, F – 05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 – cı bəndini rəhbər tutaraq məktəbin UTB rəhbəri Aynur Piriyeva və psixoloqu Günay Həşimova "Qanlı 20 Yanvar gecəsi " adlı onlayn görüş keçirilib. Görüşdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Görüşdə məktəbin V-IX sinif şagirdləri iştirak edib.

Ətraflı

20 Yanvar "Hüzn Günü" rəsm sərgisi    Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli,  F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 19 yanvar 2021-ci il tarixdə tədbirlər planına müvafiq olaraq milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş foto və rəsm sərgisi məktəbimiz tərəfindən onlayn həyata keçirilib.

Ətraflı

Evdə qal, dərsdən qalma Virtual Məktəb layihəsi    Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Peşəkarlar İttifaqı tərəfindən məktəbimizin müəllimlərindən Reyhan Məmmədova və Ülkər Cavadlı-Kərimovaya təşəkkürnamə verilib. "Evdə qal, dərsdən qalma" Virtual Məktəb layihəsinin həyata keçirilməsində fəal iştirakına görə Sabunçu Rayon Həmkarlar Komitəsinin Sədri Alı Məmmədov tərəfindən məktəbimizin müəllimləri təşəkkürnamə və hədiyyələrlə təltif olunub.

Ətraflı

Fənn olimpiadası   Bu gün Respublika Fənn Olimpiadasının məktəb turu keçirilib. Olimpiada Microsoft Teams platforması üzərindən həyata keçirilib. Olimpiadada məktəbimizin bir çox şagirdi iştirak edib. Olimpiada Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, İngilis dili, Coğrafiya, Biologiya, Kimya, Fizika, Tarix, İnformatika fənnləri üzrə keçirilib. Olimpiada canlı olaraq obyektiv bir şəkildə həyata keçirilib. Qalib şagirdlər müəyyən edilərək rayon turuna göndərilib.

Ətraflı

20 Yanvar    Sabunçu rayonunun  67, 68, 75, 81, 90, 112, 128, 142, 148, 155, 188, 198, 255, 295, 311 nömrəli tam orta məktəblərinin VIII sinif şagirdləri arasında "20 YANVAR- AZƏRBAYCAN XALQININ MİLLİ AZADLIQ MÜBARİZƏSİNDƏ QANLI BİR SƏHİFƏDİR" adlı Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə intellektual yarışma keçirilib. Yarışda nəticələrə əsasən 311 nömrəli tam orta məktəbin komandası I Yerin, 295  və 142 nömrəli tam orta məktəbin komandası II Yerin, 67, 68, 198 nömrəli tam orta məktəbin komandası III Yerin sahibi olublar. Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik.

Ətraflı

20 Yanvar "Hüzn Günü"    20 Yanvar "Hüzn Günü"ndə məktəbimiz üzrə bütün siniflərdə ilk dərs bu günə həsr olunub. Bunlardan biri də 2 "A" sinfidir. Sinif rəhbəri Maya Sultanzadə şagirdlərlə  20 Yanvar "Hüzn Günü" münasibətilə onlayn dərs keçib. Onlara bu günün önəmindən bəhs edib. Şagirdlər "Qanlı Yanvar "a həsr etdikləri rəsmləri nümayiş etdirib, şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Ətraflı

Qazilərimizlə növbəti görüş    II Qarabağ müharibəsində yaralanmış və qazi adını qazanmış igid oğullarla növbəti görüş keçirilib. Görüşün keçirilməsində məqsəd "Vətən müharibəsi"ndə yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub. Məktəbimizin UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə baş tutan görüşdə  28, 155, 215, 108 nömrəli tam orta məktəblərin UTB rəhbərləri və şagird kollektivi də iştirak edib. Görüşdə iştirak edən qazilərimiz Məmmədov Muğan və Nuruzadə Ağaqasım şagirdlərə müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər.

Ətraflı

     "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə"     "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı onlayn görüş keçirilib. Görüş məktəbimizin UTB rəhbəri Aynur Piriyevanın Rəhbərliyində baş tutub. Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək olub. Şagirdlər piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırıb. UTB rəhbəri Aynur Piriyeva şagirdlərə ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verib. Sonda şagirdlər hazırladıqları "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə"adlı onlayn videoçarxı təqdim ediblər.

Ətraflı

“İnsan alverinə qarşı birlikdə mübarizə!”    Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnsan alverinə qarşı birlikdə mübarizə!” vebinarı baş tutub. Vebinarda məktəbimizin UTB rəhbəri və şagirdlərimiz də iştirak edib. Ümidli gələcək sosial təşəbbüsləri ictimai birliyinin Psixoloq Aynur Məmmədova və Sosial işçi Elmir Musazadə vebinarda olub. Vebinar çərçivəsində  1. İnsan alveri anlayışı 2. «İstismar» deyəndə nə başa düşülür? 3. Kimlər vasitəsilə insan alverinin qurbanına çevrilirik? 4. Quldarlıq və insan alverinə qarşı ilkin təşəbbüsləri haqqında mövzulara toxunulub.

Ətraflı

Həmrəylik Günü    Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün münasibətilə məktəbimizin şagirdləri və 28 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə onlayn görüş keçirilib. Görüşdə hər iki məktəbin UTB rəhbəri və müəllim heyətindən şəxslər də yer alıb. Toplantı zamanı şagirdlər bu il qazanılmış tarixi qələbədən və həmrəyliyimizdən bəhs edən mövzularda çıxışlar ediblər.

Ətraflı

Ad gününüz mübarək, Cənab Prezident    24 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Məktəbimizin kollektivi və şagirdlərimiz adından Cənab Prezidentimizi təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. Bu münasibətlə şagirdlərimiz arasında prezidentə "Təşəkkür məktubu" adlı layihə keçirilib. Şagirdlər öz təbriklərini və təşəkkürlərini Cənab Prezidentə yazıblar. Həmçinin hazırladıqları videoçarxla da prezidentimizi doğum günü münasibəti ilə təbrik ediblər.

Ətraflı

"Zəfərə gedən yol" adlı qazilərlə görüş    Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı qazilərlə görüş keçirilib. Görüşdə qazi Elnur Əkbərov və Elvin Natiqoğlu iştirak edib. Qazilər şagirdlərə vətən müharibəsindəki döyüş yollarından danışıblar. Görüşdə məktəbimizin UTB rəhbəri Aynur Piriyeva və məktəbimizin şagirdləri də iştirak edib.

Ətraflı

İxtiraların yaranması    Sabahın alimləri layihəsi çərçivəsində Samir Orucov şagirdlərlə onlayn görüş keçirib. Toplantıda məktəbimizin 10 "A" sinif şagirdi Aidə Kərimova da iştirak edib. Samir Orucov ixtiraların yaranması haqqında şagirdlərə məlumat verib, onların fikirlərini dinləyib.

Ətraflı

Bakı şəhər zona toplantısı    “Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində keçirilən Bakı şəhər zona toplantısı keçirilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq konfrans onlayn formatda keçirilib.       Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirliyində gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisəsi həkim Pərvin Quliyeva və 500 nəfərə yaxın gənc iştirak edib. Gənclər arasında məktəbimizin şagirləri də yer alıb.     Toplantı Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Toplantıda 44 günlük müharibədən, əsgərlərimizin, zabitlərimizin şücaətindən, həmçinin qazilərimiz haqqında danışılıb.     Gənclər siyasətinin uğurlu həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərin müsbət qiymətləndirən Bakı şəhər gənclərin zona toplantısında səsləndirilən məruzə və çıxışlar, həmçinin paytaxt gənclərinin təklifləri nəzərə alınaraq qətnamə qəbul edilib.      Qətnaməyə əsasən 27 sentyabr “Anım günü” və 8 noybar “Zəfər günü” ilə əlaqədar sərəncam rəhbər tutularaq gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələrini geniş əhatə edən silsilə tədbirlər təşkil olunacaq. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən internet portalının yaradılması qətnamədə nəzərdə tutulub.

Ətraflı

Məktəbimizin fəxri      Məzunlarımızdan Yunusova Fidan Əfqan qızının uğuru məktəbimizi qürurlandırıb. 670 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbi məktəbimizin rəhbər heyəti və müəllim kollektivinə həmin məzunun belə uğurlu nəticə göstərməsinə görə təşəkkür məktubu göndərib.

Ətraflı

Qayıdışınla tarix yazdın    142 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə ulu öndərin xatirəsinə həsr olunmuş "Qayıdışınla tarix yazdın" mövzusunda Sabunçu rayonu məktəblilərinin VIII sinif şagirdləri arasında tarix fənni üzrə bilik yarışı keçirilib. Onlayn təşkil edilmiş yarışda məktəbimizin şagirdləri də fəal iştirak edib.

Ətraflı

"Zəfərim" adlı onlayn təqdimat müsabiqəsi    Şagirdlərimiz arasında vətən müharibəsində qələbə qazanmış şanlı ordumuzun zəfərə gedən yolundan bəhs edən "Zəfərim" adlı onlayn təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə bütün siniflər fəal iştirak edib. Torpaq - uğrunda ölən varsa Vətəndir! Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq. Onlayn təqdimatlardan bəziləri aşağıdakı linklərdə öz əksini tapıb.  https://youtu.be/pfTACwOpbHI  https://youtu.be/mJKiRVokq38 https://youtu.be/-skXmefKgJM https://youtu.be/iQnzMU_TYSM

Ətraflı

Ulu öndər Heydər Əliyevi hörmət və ehtiramla anırıqBu gün məktəbimizin şagirdləri ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbirdə şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında  məlumat verilib. Şagirdlər ümummilli liderin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti, həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə məlumatlandırılıblar. Tədbirdə şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər.  Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevi hörmət və ehtiramla anırıq.

Ətraflı

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi    Azərbaycan Respublikası Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" 11 avqust 2020-ci il tarixli Sərəncamı və  Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli F-435 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə UTB rəhbəri və Azərbaycan dili, ədəbiyyat müəllimi Günel Zeynalova şagirdlərlə onlayn video görüş keçirib. Görüşdə Əhmədiyyə Cəbrayrlovun həyat və fəaliyyətindən bəhs olunub. Şagirdlər hazırladıqları videoçarxı nümayiş etdiriliblər.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib    Bu gün Pedaqoji şuranın növbəti iclası keçirilib. İclas Microsoft Teams proqramı vasitəsilə videokonfrans halında baş tutub. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edib. İclasda aşağıdakı mövzular müzakirə olunub. 1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli əmri 2. Bakı Şəhər Təhsil İdarəsinin F-233 nömrəli əmri 3. "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" fəaliyyət planı.     Mövzular ətrafında müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib.

Ətraflı

Qələbən mübarək AzərbaycanZəfər bizimlədi dedik, inandıq və budur!!! Biz Qalibik. Biz sənə qovuşmağı qeyd edirik Qarabağımız! Qələbələrin mübarək Azərbaycan

Ətraflı

Əsgərə məktub    Sabunçu Rayon İcra Hakimiyyəti və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən"Azərpoçt" MMC-nin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə"Salam əsgər!" adlı aksiya keçirib. Aksiyada məktəbimizin şagirdləri də iştirak edib.

Ətraflı

Fərqlənmə attestatı    2019/2020-ci tədris ilində fəallıq göstərərək yüksək nəticə əldə edən şagirdimiz fərqlənmə attestatı ilə təltif olunub. IX "A" sinif şagirdi Yunusova Aynur Əfqan qızı illik qiymətləri "əla", buraxılış fənlərindən topladığı ballar 100 bal olduğu üçün fərqlənmə attestatına layiq görülüb. Fərqlənmə attestatını məktəbin direktoru Nazəni Məmmədova təqdim edib. Şagirdimizə təhsil həyatlarında uğurlar arzulayırıq.

Ətraflı

Beynəlxalq Sülh Günü    21 sentyabr "Beynəlxalq Sülh Günü"dür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk Sülh Günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Bu gün online qaydada məktəbimizin şagirdləri tərəfindən də təşkil edilib. Onlar hazırladıqları videoçarxla "Beynəlxalq Sülh Günü"nü qeyd ediblər.

Ətraflı

Milli Musiqi Günü    18 sentyabr - "Milli Musiqi Günü"dür. Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü "Milli Musiqi Günü" kimi qeyd edir. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın "Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınıb.

Ətraflı

Psixoloqun profilaktik söhbəti    Bu gün məktəbin psixoloqu Günay Həşimova ilk olaraq pandemiyadan sonra yeni tədris ilində şagirdləri 15 sentyabr "Bilik Günü" münasibəti ilə təbrik edib və I-IV siniflərdə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq profilaktik söhbətlər aparıb. Son dövrlərdə dünyanı bürüyən qlobal pandemiyanın təsiri ilə insanlarda yaranan pandemik stress və onun aradan qaldırılması yolları haqqında şagirdləri maarifləndirib və pandemiyanın qarşısını alacaq profilaktik tədbirlərin həyata keçirilməsi haqqında şagirdləri məlumatlandırıb.

Ətraflı

15 sentyabr - "Bilik Günü"    Bu gün 15 sentyabr - "Bilik Günü"dür. Yeni tədris ili məktəbimizdə də yeni qaydalara əsasən başlanılıb. Şagirdlər siniflərdə ara məsafəsi gözlənilərək yerləşdirib. Hər bir müəllim öz şagidlərini "Bilik Günü" münasibəti ilə təbrik edib. İlk dərs günlərində şagirdlərə pandemiya şəraitində əməl edilməli olan gigiyena qaydalarından danışılıb. Şagirdləri maarifləndirmək məqsədi ilə gigiyena qaydalarının əks olunduğu əl elanları onlara təqdim edilib. 

Ətraflı

İntellektual yarışGEOC təşkilatı dəstəyi və Legendary Team Grupun təşkilatçılığı ilə 08.09.2020-ci il tarixində "Mən Azərbaycanlıyam" adlı online intellektual yarış keçirilib. Yarışda məktəbimizin şagirdi Nəzrin Nağıyeva da iştirak edib.

Ətraflı

Fərqlənmə attestatları şagirdlərə təqdim edilib    2019/2020-ci tədris ilində fəallıq göstərərək yüksək nəticə əldə edən şagirdlərimiz fərqlənmə attestatı ilə təltif olunub. IX "A" sinif şagirdi Kərimova Aidə Azad qızı illik qiymətləri "əla", buraxılış fənlərindən topladığı ballar 75 baldan yüksək olduğu üçün fərqlənmə attestatına layiq görülüb. XI "A" sinif şagirdləri Yunusova Fidan Əfqan qızı və Əsgərova Fidan Nazim qızı illik qiymətləri "əla", buraxılış fənlərindən topladıqları ballar 90 baldan yüksək olduğu üçün fərqlənmə attestatına layiq görülüblər. Fərqlənmə attestatlarını məzunlara məktəbin direktoru Nazəni Məmmədova təqdim edib. Məzunlarımıza gələcəkdəki təhsil həyatlarında uğurlar arzulayırıq.

Ətraflı

 Sabunçu rayon Gənclər və İdman İdarəsi şagirdləri mükafatlandırıb   Sabunçu rayon Gənclər və İdman İdarəsi "Covid-19" pandemiyası ilə mübarizə məqsədi ilə həkimlərin, polis işçilərinin, könüllülərin fədakarlığını əks etdirən rəsm işləri müsabiqəsi və "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa müsabiqəsindən fəal iştirak etmiş şagirdləri diplom və hədiyyələrlə mükafatlandırıb. Musabiqələrdə məktəbimizi şagirdlərimiz Fatimə Heydərli, Elmin Xıdırov və Nəzrin Nağıyeva təmsil edib.

Ətraflı

"Kiçik Akademiya"ların online I Yay Məktəbi    04.08.2020-24.08.2020 tarixlərində təşkil olunmuş Sabunçu rayonu üzrə "Kiçik Akademiya"ların online I Yay Məktəbində filologiya üzrə fəlsəfə dokturu Dürdanə Vəkilova  "Xarici dillər bizə nə qazandırır", YAP Sabunçu rayonu Gənclər Birliyinin sədri Qüdrət Əlipənahov, Samir Mehralıyev, Sərxan Şahverdiyev, İlahə Abdullazadə "Müasir Azərbaycan gəncliyi", Əli Əmirli "Müasir ədəbiyyatın cəmiyyət həyatına təsiri", Şahin Rəcəbov "Müasir dövrdə valideyn-şagird-müəllim münasibətləri necə tənzimlənməlidir?", Rəvanə Həşimova "Müasir Azərbaycan gənclərinin inkişafı və karyerası" mövzusunda vebinarlar keçiblər. Vebinarda məktəbimizi "Kiçik Akademiya"mızın fəal üzvlərindən Kərimova Aidə təmsil edib.

Ətraflı

"Gənclərdə vətənpərvərlik ruhunun aşılanması" adlı vebinar21 iyul tarixində İnvincibleTeam platformasının təşkilatçılığı ilə həyata keçirilən "Gənclərdə vətənpərvərlik ruhunun aşılanması" adlı vebinar keçirilib. Vebinarda məktəbin UBT rəhbəri Aynur Piriyeva da istirak edib. Vebinarda gənclərə vətənpərvərlik ruhunun aşılanması mövzusunda geniş söhbətlər aparılıb. Sonda iştirakçılara sertifikalar təqdim edilib.

Ətraflı

"Ìnsan tanıma sənəti"Məktəbimizin praktik psixoloqu Günay Həşimova, İN ACADEMY və Milli Mənəvi İnkişaf və Həmrəylik ictimai birliyinin dəstəyi ilə, peşəkar təlimçilər və təşlilatçılar tərəfindən keçirilən "Ìnsan tanıma sənəti" adlı elmi-metodiki vebinarda iştirak edib. Vebinarda insan şəxsiyyətinin xarakter, temperament, qabiliyyəti, fərdi-psixoloji xassələri, psixi xassələri və bunların insana təsiri kimi mövzular, insan-cəmiyyət, obyekt-subyekt, subyekt-subyekt münasibətləri təhlil olunub və bu mövzuda kollektivdə aktual olan məsələlər barədə təlim aparılıb. Təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim olunub.

Ətraflı

Ümummilli lider Heydər Əliyev"…Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir…” Dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla anırıq.

Ətraflı

 Ümummilli lider Heydər Əliyevin 97 illik yubileyinə həsr olunmuş seminar    Ümummilli lider Heydər Əliyevin 97 illik yubileyinə həsr olunmuş seminar keçirilib. Seminarda Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Tural Hətəmov, əməkdar incəsənət xadimi, bəstəkar, Bəstəkarlar İttifaqının üzvü, ADPU-nun dosenti, BDU-nin Mədəniyyət və yaradıcılıq mərkəzinin direktoru Nailə Mirməmmədli  və daha 50 iştirakçı olub. Keçirilən bu seminarda məktəbimizin direktoru Nazəni məmmədova da iştirak edib. Seminarda aşağıdakı mövzular müzakirə edilib. 1. Tədris prosesinində Heydər Əliyev irsinin şagirdlərə mənimsədilməsi yolları 2. Ümummilli lider Heyder Əliyevin fəaliyyəti haqqında təqdimatlar Seminarda bəstəkar Nailə Mirməmmədli pianoda öz çıxışı ilə iştirak edib.

Ətraflı

Virtual ekskursiyaCOVİD-19 pandemiyası ilə əlaqədar olaraq, ölkəmiz karantin rejimində olduğundan, Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində virtual ekskursiyanın keçirilməsi baş tutub. Layihəyə canlı olaraq UTB rəhbəri Aynur Piriyeva, məktəbin psixoloqu Günay Həşimova və məktəbimizin şagirdləri də qoşulub.

Ətraflı

"Fibonacci" intellektual yarışı Məktəblilər arasında "Fibonacci" intellektual yarışı keçirilib. Onlayn həyata keçirilən yarışda hər bir komandanın şagirdləri öz məktəblərini təmsil edib. İntellektual yarışda VIII-XI siniflər şagirdləri (komanda daxilində fərqli yaşlar, fərqli sinif və ya eyni sinif şagirdləri də ola bilər) iştirak edib. Yarış parallel olaraq 2 dildə aparılıb, suallar iki dildə səsləndirilib (Azərbaycan və rus), bunu nəzərə alaraq hətta bir komanda daxilində oyunçular fərqli sektorlardan da təşkil edilib. Komandada oyunçuların sayı 6-8 nəfər arası olub. Məktəbimizi bu yarışda daha öncələr də intellektual yarışlarda fəal iştirak edən "Cəsurlar" komandamız təmsil edib. Yaxşı nəticə göstərən komandamız növbəti mərhələyə haqq qazanıb.

Ətraflı

Onlayn konfrans    Məktəbə gedə bilmədiyimiz bu günlərdə şagirdlərimizin fəaliyyətini nəzarətdə saxlamaq məqsədi ilə müəllimlərlə məktəbin direktoru Nazəni Məmmədova tərəfindən müxtəlif üsullarla (internet üzərindən) keçirilən iclaslardan biri daha baş tutub. MS teams və Zoom proqramları ilə keçirilən iclaslarda məktəb rəhbərliyi və pedoqoji heyət iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova müəllimlərlə  IX sinif şagirdlərinin imtahan nəticələrini müzakirə edib. İclasda həmçinin IX siniflərdə buraxılış imtahanının II mərhələsinə hazırlıqla bağlı müzakirələr də aparılıb.

Ətraflı

Zakir Bəhmənovun "Anım Günü"Bu gün məktəbimizin adını daşıyan Zakir Yusif oğlu Bəhmənovun "Anım Günü"dür. 1962-ci il 8 iyunda Qərbi Azərbaycanın Toxluca kəndində anadan olan Zakir Bəhmənov 1993-cü ilin noyabrında könüllü olaraq torpaqlarımızı erməni təcavüzündən qorumaq üçün vətənin müdafiəsinə yollanıb. Ağdam rayonunun Güllücə, İlxıcı, Cavahirat kəndlərində gedən döyüşlərdə qəhramanlıq göstərib. 1994-cü il 25 apreldə Ağdam rayonunun Baş Qərvənd kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalan Zakir Bəhmənov II Fəxri xiyabanda dəfn olunub. Şagirdlərimiz qəhrəman şəhidimizi hazırladıqları videoçarxla yad ediblər.

Ətraflı

Pedoqoji şurasının növbəti iclası keçirilib    Bu gün məktəbin Pedoqoji şurasının növbəti iclası keçirilib. Evdən online təşkil edilmiş iclasda məktəb rəhbərliyi və pedoqoji heyət iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova müəllimlərlə "Virtual məktəb" və IX sinif şagirdlərinin imtahan nəticələri barədə danışıb. Müəllimlərdən keçirilən online dərslər və teledərslərin izlənməsi haqqında məlumat alan N. Məmmədova sinif rəhbərlərini şagirdləri teledərslərə baxmağa cəlb etmək üçün bir daha təlimatlandırıb.

Ətraflı

#evdəqal #dərsdənqalma    Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan #evdəqal #dərsdənqalma sosial çağırışlarına məktəbimiz də müəllim və şagird kollektivi olaraq dəstək verib. Şagirdlərimiz teledərslərdə və müəllimlərin təşkil etdiyi onlayn dərslərdə fəal iştirak ediblər.

Ətraflı

"Ümumdünya Mülki Müdafiə günü"    Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. Azərbaycan Respublikasında 1995-ci ildə bu təşkilatın üzüvliyinə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 1995-ci ildən etibarən, hər il olduğu kimi bu ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının tövsiyyəsi ilə Respublikamızda 1 mart Ümumdünya mülki müdafiə gününün yaranma tarixinə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq məktəbimizdə Ümumdünya mülki müdafiə gününün yaranma tarixinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə məktəb rəhbərliyi, məktəbin hərbi rəhbəri, tibb bacısı da iştirak edib.

Ətraflı

Gənc fiziklərBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-52 nömrəli əmrinə əsasən məktəbimizdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib. Müsabiqənin rayon mərhələsində məktəbimizin şagirdləri də iştirak edib.

Ətraflı

Valideynlərlə iclas keçirib    Bu həftə 8 "A" sinfinin sinif rəhbəri Elnurə Rzayeva valideynlərlə iclas keçirib. İclasda məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak edib. Valideynlərə övladlarının bilikləri və I yarım ilin yekununda göstərdikləri nəticələr haqqında məlumatlar verilib. Fənn müəllimləri hər bir şagird haqqında valideynlərə məlumatlar verərək onların suallarını cavablandırıblar.

Ətraflı

V siniflərdə sınaq qiymətləndirmə    Bu gün məktəbimizdə V sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması məqsədi ilə sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin V sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

Xocalı faciə ilə bağlı tədbir    Bu gün məktəbimizdə Xocalı faciə ilə bağlı tədbir keçirilib. UTB-rəhbəri Aynur Piriyeva və məktəbimizin Azərbaycan dili müəllimi Xəzəngül Mehdiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsi şagirdlər tərəfindən anılıb. Faciə qurbanları 1 dəqiqlik sükutla yad edilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən şagirdlər bildiriblər ki, "Xocalı soyqırımı xalqımızın yaddaşında dərin iz buraxan bir faciədir. Erməni faşistlərinin azərbaycanlılara qarşı olan bu cinayətini unutmaq olmaz. Qoca, cavan, körpə demədən, onlara acımadan divan tutan erməni faşistləri bu hərəkətləri ilə dünyaya necə bir şiddət, işgəncə düşüncəsinə, istəyinə sahib olduqlarını göstərdilər". Tədbirin sonunda foyedə Xocalı soyqırı ilə bağlı hazırlanmış stendlərə baxılıb.

Ətraflı

"XX əsrin ən dəhşətli faciəsi - Xocalı"    "Xocalı soyqırımı"nın 28-ci il dönümü ilə əlaqədar "XX əsrin ən dəhşətli faciəsi - Xocalı" mövzusunda Dəyirmi masa keçirilib. Mövzu ətrafında məktəbin tarix müəllimi Lalə Babayeva geniş məruzə edib. Sonra şagirdlər faciəni əks etdirən videoçarx izləyərək mövzu ətrafında fikirlərini bölüşüblər. Sonda şagirdlər belə nəticəyə gəliblər ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ermənilər tərəfindən insanlığa sığmayan törətdiyi faciədir və bu erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi.

Ətraflı

"Xocalı soyqırımını unutma"26 Fevral - Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" mövzusunda rəsm və inşa yazı müsabiqəsi keçirilib. Sabunçu rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqələrdə şagirdlərimiz də iştirak edib. Şagirdlərimizdən Diana  Məmmədova rəsm müsabiqəsində III yerə layiq görülüb.

Ətraflı

Ana Dili Günü    21 Fevral - Ana Dili Günüdür. Bu gün münasibətilə məktəbimizdə Azərbaycan dili  və ədəbiyyat müəllimi Günel Zeynalova və ibtidai sinif müəllimi Maya Sultanzadə müəllimənin təşəbbüsü ilə "Mənim dilim" adlı ədəbi-bədii tədbir keçirilib. Əsərlərdən mövzu ilə bağlı nümunələr səhnələşdirilərək auditoriyaya təqdim olunub. Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün də aktual və qiymətli olduğu, bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşadığı hafizələrdə bir daha yenilənib. Müəllim Günel Zeynalova bildirib ki, tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və mükəmməl şəkildə gələcək nəsillərə ötürməliyik. Bir Azərbaycan vətəndaşı və Azərbaycan dilini tədris edən müəllim kimi bu vəzifəni şərəf və qürurla yerinə yetirməyə çalışıram. Gəlin dilimizi qoruyaq!

Ətraflı

"Xocalım" inşa müsabiqəsi    Bu gün "Xocalım" adlı inşa müsabiqəsi keçrilib. Müsabiqə VII-VIII siniflər arasında keçirilib. Şagirdlərimiz Xocalı haqqında topladığı məlumatları sətirlərə düzüblər.

Ətraflı

Heyvanların qidalanması" mövzusunda nümunəvi dərs    Bu gün biologiya aylığı ilə əlaqədar məktəbimizin biologiya müəllimi Gülər Mustafayeva 6 "B" sinfində nümunəvi dərs keçib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs "Heyvanların qidalanması" mövzusunda keçirilib. Dərsin keçirilməsində məqsəd şagirdlərin heterotrof orqanizmlərin quruluşunu, heyvanlarda həzm prosesinin xüsusiyyətlərini, canlıların arasındakı qida əlaqələrinin öyrənilməsi olub. Qruplar üzrə iş aparıblar. Qruplar otyeyən heyvanların, yırtıcıların əhəmiyyətini, parazitlərin ziyanını, hərşeyyeyənlərin qidalanma tərzini əldə edilməsi üçün hansı uyğunlaşmalar qazandığını öyrəniblər.

Ətraflı

"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilibBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-52 nömrəli əmrinə əsasən məktəbimizdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib. Müsabiqənin məktəb mərhələsi IX-XI sinif şagirdləri arasında olub. 

Ətraflı

Peşəyönümü sahəsi üzrə mütəxəssislərlə görüş    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyinə müraciət edərək gənclərin təhsildən əmək bazarına inteqrasiyasını asanlaşdırmaq, karyera və məsləhət xidmətlərinin müyəssərliyini təmin etmək məqsədi ilə Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü sahəsi üzrə mütəxəssislər, peşəkar psixoloqlar və elm xadimləri cəlb olunmaqla ümumi təhsil müəssisələrində şagirdlər və onların valideynləri üçün mütəmadi olaraq peşəyönümü tədbirlərin həyata keçirilməsinə şərait yaradılmasını xahiş edib. Bu məqsədlə məktəbimizdə VIII-IX sinif şagirdləri ilə tədbir keçirilib. Tədbirdə məsləhətçi şagirdlərə peşəyönümü sahəsində faydalı məsləhətlər verib. Şagirdlərin sualları cavablandırılıb. 

Ətraflı

"Vitaminlər" mövzusunda nümunəvi dərs    Bu gün məktəbimizdə fənn aylığı ilə əlaqədar biologiya müəllimi Validə Abışova tərəfindən nümunəvi dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs "Vitaminlər" mövzusuna həsr olunub. Dərsin keçirilməsində məqsəd vitaminləri öyrənərək sağlam qidalanmaq və sağlamlığımızı qorumaq qaydalarını bilmək olub. Şagirdlər vitaminlərin sayı üzrə 5 qrupa bölünərək qruplar üzrə iş aparıblar. Şagirdlər o nəticəyə gəliblər ki, qidanın tərkibində mütləq vitaminlər olmalıdır və vitamin həyatdır.

Ətraflı

Şəhid Mübariz İbrahimov    Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə şəhid Mübariz İbrahimovun anadan olması münasibətilə tədbir keçrilib. Tədbirdə məktəb rəhbərliyimiz və şagird kollektivimiz iştirak də edib. Şəhidin məzarına ziyarət olunub. Yüzlərlə insan öz qəhrəman şəhidini məzarı başında anıb. Tədbirdə Mübariz İbrahimova dərs keçən  müəllimlər də iştirak ediblər. Onlar Mübarizin necə ağıllı şagird olduğundan, onun vətəninə və torpağına olan sevgisindən bəhs ediblər. 

Ətraflı

Valideynlərlə psixoloji söhbət    Bu həftə V-VII sinif şagirdlərinin valideynləri ilə iclas keçirilib. İclasda məktəbin psixoloqu Günay Həşimova valideynləri övladlarının yaş dövrü xüsusiyyətlərindən, onlarla ünsiyyət qurmaq yolları, valideyn-övlad münasibətləri haqqında maarifləndirici məlumatlar verib. Uşaqların sağlam ailə mühitində böyüməsi üçün valideynlərə tövsiyyələr verib. 

Ətraflı

Divar qazetlərinin hazırlanması    Bugün şagirdlərimizlə birgə məktəbimizin rəsm müəlliməsi Səbirə Məmmədova və UTB rəhbəri Aynur Piriyeva 26 fevral - "Xocalı soyqırımı" faciəsi ilə əlaqədar divar qazetlərinin hazırlanmasına başlayıblar.

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirilib        Bu gün məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəb rəhbərliyi və məktəbin bütün pedaqoji kollektivi iştirak edib. İclasda aşağıda göstərilən mövzular müzakirə olunub.  1. Birinci yarımilin yekunu və böyük summativ qiymətləndirmələrin nəticələri. 2. Birinci yarımil üzrə hesabat. 3. Məktəbdaxili nizam – intizam qaydalarına nəzarət və şagirdlərin dərsə davamiyyəti. 4. Sinif jurnallarının qaydalara uyğun işlənməsi. 5. Digər cari məsələlər müzakirə olunub.         İclasda məktəbin direktoru Nazəni Məmmədova sadalanan mövzularda bağlı fikirlərini bildirib. 

Ətraflı

Fənn olimpiadası    Rusiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan təhsil müəssisələrinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasında məktəbimizin altı şagirdi iştirak edərək sertifikat alıblar.

Ətraflı

Həzi Aslanov 110-cu il dönümü    Bu gün məktəbimizdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110-cu il dönümünə hərs olunmuş "Dəyirmi masa" keçirilib. Tarix müəlliməsi Lalə Babayeva qəhrəmanın həyat fəaliyyəti, döyüş şücaəti qələbələri haqqında ətraflı məlumat verib. Sonra şagirdlər videoçarx izləyərək general haqqında fikirlərini bölüşüblər.

Ətraflı

"Breyn-rinq" bilik yarışı    Sabunçu rayon  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıxanovda yerləşən 72 nömrəli tam orta məktəbdə IX, X, XI siniflər arasında "Breyn-rinq" bilik yarışı keçirilib. Yarış Sabunçu rayonunun 14 məktəbi arasında keçirilib. Yarışda məktəbimizin şagird kollektivindən ibarət olan komandası iştirak edib. 

Ətraflı

20 yanvar faciəsinə həsr olunmuş nümunəvi dərs    20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş növbəti nümunəvi dərslərdən biri 8 "A" sinfində tarix müəllimi Lalə Babayevanın rəhbərliyi ilə "20 yanvar faciəsi-xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir" mövzusunda keçirilib. Dərsdə məktəb rəhbərliyi, müəllimlər də iştirak edib. Motivasiya olaraq şagirdlər həmin qanlı gecəyə həsr olunmuş video çarxı izləyərək mövzu ətrafinda müzakirə apararaq fikir bildiriblər. Sonda şagirdlər belə nəticəyə gəldilər ki, 1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadliq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin qanlı gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Ətraflı

 1 "A" sinfində 20 Yanvar faciəsi anıldı    1 "A" sinfində 20 Yanvar faciəsinin  30-cu il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə sinif rəhbəri  Maya Sultanzadə  20 Yanvar hadisələrini əks etdirən videoçarx  nümayiş etdirərək şagirdlərə məlumat verib. O bildirib ki, xalqımızın başına gətirilən faciələrdən biri də qanlı 20 Yanvar faciəsidi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Daha sonra şagirdlər  20 Yanvar faciəsinə  həsr olunmuş  şeirlər söyləyiblər.

Ətraflı

BSQ-lərə start verilib    Məktəbimizində birinci yarımilin yekunu ilə bağlı böyük summativ qiymətləndirmələrə start verilib. Summativlərin keçirilməsində məqsəd şagirdlərin birinci yarımil ərzində öyrəndikləri bilikləri müəyyənləşdirmək və qiymətləndirmək olub.

Ətraflı

"Dünya 20 Yanvardan necə xəbər tutdu"    20 Yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu silsilə tədbirlər məktəbimizdə də keçirilir. Bunlardan biri də 7 "A" sinifində Günel Zeynalovanın rəhbərliyi ilə mövzuyla bağlı "Dünya 20 Yanvardan necə xəbər tutdu" adlı nümunəivi dərs olub. Dərsdə məktəb rəhbərliyi və valideynlər də iştirak ediblər. O müdhiş gecə bir daha xatırlanıb və şahidlərimizin ruhu yad edilib. Günel Zeynalova bildirib ki, 20 Yanvar gecəsi... O müdhiş gecə... 30 il keçsə də, unutmarıq o qanlı yaddaşı. 20 Yanvar faciəsi əbədi olaraq qan yaddaşımızda yaşayacaq.

Ətraflı

"Ədəbiyyat biliciləri"    Bu gün məktəbimizdə "Ədəbiyyat biliciləri" adlı "Dəyirmi masa" keçirilib. Keçirilən söhbət zamanı mütaliənin vacibliyi xüsusi vurğulanıb. Çünki yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanmaq mümkündür. Qeyd edildi ki, əslində kitabxanalar istirahət guşələrindən biri sayılır. Şagirdlərlə mütaliələri ilə bağlı diskussiya aparılıb. Azərbaycan və və xarici ədəbiyyata aid mütaliələrinin təhlili dinlənildi. 

Ətraflı

20 Yanvar faciəsinə həsr olunmuş konfrans    Bu gün məkətbimizdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə məktəbin direktoru Nazəni Məmmədova açıb. Məktəbin tarix müəllimi Lalə Babayeva qanlı yanvar hadisələrinə aid geniş məruzə ilə çıxış edib. Məktəbin hərbi rəhbəri Səfxan Bayramov bu dəhşətli faciənin səbəblərindən, Azərbaycan xalqının məğlubedilməzliyindən danışıb. Həcər Nəsibova 20 Yanvar qırğınının canlı şahidi olaraq çıxış edib.

Ətraflı

"Şəhidlər Xiyabanı"na ziyarətQanlı 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar məktəb rəhbərliyi "Şəhidlər Xiyabanı"na ziyarət təşkil edib. 

Ətraflı

"Dəyirmi masa" - Qanlı yanvar    Qanlı 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş "Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi" mövzusunda "Dəyirmi masa" keçirilib. Tarix müəllimi Lalə Babayeva açıq elan edərək mövzu ətrafında məruzə edib. Sonra məktəbin ana dili-ədəbiyyat müəllimi Məlahət Nəcəfova həmin dövrün canlı şahidi kimi öz fikirlərini bölüşdü. Şagirdlər də mövzu ətrafında çıxış ediblər və sonda bildiriblər ki, həmin gecədə həlak olan vətən oğulları, qızları Azərbaycan tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. 

Ətraflı

Standartlar ilə əlaqədar seminar        Bu gün məktəbimizdə sinif müəllimlərinə biliklərini daha da təkminləşdirmək məqsədi ilə standartlarla əlaqədar seminar keçirilib. Müəllimlərin mövzu ilə əlaqədar məlumatları dinlənilib, aydın olmayan məlumatlar izah edilərək onların sualları cavablandırıb. Böyük summativ qiymətləndimə ilə bağlı standartlara uyğun test nümunələri tərtib edilib. 

Ətraflı

Seminar        Bu gün məkəbimizdə məktəbin direktoru Nazəni Məmmədovanın rəhbərliyi ilə ibtidai sinif müəllimlərinə biliklərini daha da təkminləşdirmək məqsədi ilə standartlarla əlaqədar seminar keçirilib. Müəllimlərin mövzu ilə əlaqədar məlumatları dinlənilib, aydın olmayan məlumatlar izah edilərək onların sualları cavablandırıb. 

Ətraflı

"Xalqın qan yaddaşı"    Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "20 yanvar" faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq 148 nömrəli tam orta məktəbdə "Xalqın qan yaddaşı" adlı inşa yazı və şeir müsabiqəsi keçirilib. Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev də iştirak edib. Müsabiqədə məktəbimizin şagirdləri də iştirak edib. Sonda şagirdlər diplomlarla təltif olunub.

Ətraflı

IX sinif valideynləri ilə növbəti görüş keçirilib        Bu gün IX sinif valideynləri ilə görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbəri Ağayeva Səadət və fənn müəllimləri iştirak ediblər. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri 2019-2020-ci tədris ilində IX siniflərdə keçirilən məktəbdaxili monitorinqlərin nəticələri ilə tanış edib. O bildirib ki, bu monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları qarşıdan gələn buraxılış imtahanlarına hazırlamaqdır. Hər bir  fənn müəllimi şagirdlərin imtahana hazırlıq səviyyəsi haqqında valideynlərə və məktəb rəhbərliyinə məruzə edib.

Ətraflı

Şagirdimizin uğuru - İsmayılov Əli    31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən yarışda şagirdimiz İsmayılov Əli DİN-nin İdman Cəmiyyətinin kikboksinq üzrə açıq birinciliyində 60 kq çəki dərəcəsində I yerə layiq görülüb. Şagirdimizə gələk oyunlarında uğurlar arzu edirik.

Ətraflı

"20 Yanvar" hadisələrinə həsr olunmuş inşa yazı müsabiqəsi        Məktəbdə xalqımızın yaddaşına insanlığın faciəsi kimi həkk olunan "20 Yanvar" hadisəsinin 30 illiyi münasibəti ilə anım gününə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə IX və X sinif şagirdləri iştirak edib. Bu müsabiqələrin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və vətənpərvərlik hissinin aşılanmasında böyük rolu olacağına əminik. Xalqımızın tarixinə qanla yazılmış bu səhifələri heç vaxt unutmayacaq!

Ətraflı

5 "A" sinfində Yeni il şənliyi keçirib        Məktəbimizin 5 "A" sinif şagirdləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şənlik keçirib. Tədbir sinif rəhbəri Xatirə İbrahimova və UBT rəhbəri Aynur Piriyeva tərəfindən təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Daha sonra tədbirə Şaxta baba və Qar qız  dəvət olunub. Şaxta baba və Qar qız uşaqlar  tərəfindən sevincələ qarşılanıb. Uşaqlar şaxta babaya şeirlər və mahnılar oxuyub, rəqslər ediblər. 

Ətraflı

Yeni il münasibəti ilə şənlik keçirib    Bu gün məktəbimizin 1 "A" sinfi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şənlik keçirib. Tədbirdə sinif rəhbəri Maya Sultanzadə uşaqları təbrik edərək bildirib ki,  Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin  dağıdılması ilə qoyulub.      Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Tədbirdə şagirdlərlə vətən, birlik və yeni il şeirləri səsləndirərək, əyləncəli rəqslər nümayiş etdiriblər. Məktəbin direktoru Nazəni Məmmədova uşaqları təbrik  edib, onları hər zaman çalışqan olmağa, birliyə səsləyib.

Ətraflı

IX siniflərdə növbəti sınaq qiymətləndirmə    Bu gün məktəbimizdə IX sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması məqsədi ilə növbəti sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin IX sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

"Həmrəyliyimiz əbədidir" mövzusunda nümunəvi dərs    8 "A" sinfində 26 dekabr tarixində Məlahət Nəcəfovanın rəhbərliyi ilə "Həmrəyliyimiz əbədidir" mövzusunda nümunəvi dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edib. Şagirdlər dərsdə fəal çıxış ediblər. Həmrəyliyin tək Azərbaycan xalqı üçün, hətta bütün xalqlar üçün vacib olduğunu əsaslandırıblar. Tarixin müəyyən mərhələlərində baş vermiş azadlıq hərəkatlarına nümunələr söyləyiblər. Fikirlərini aforizm və sitatlardan nümunələr gətirməklə izah ediblər.

Ətraflı

"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" bilik yarışı    Bu gün 213 nömrəli məktəb-liseydə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı bilik yarışması keçirilib. Bilik yarışmasında məktəbimizi VI, VII, VIII, IX sinif şagirdlərindən ibarət "Liderlər" komandası təmsil edib. I mərhələnin qalibi olan komandamız sonda fəal iştiraaklarına görə diplomla təltif olunublar. 

Ətraflı

UBT rəhbərlərinin yekun hesabat iclası    Sabunçu Gənclər Evində, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 dekabr tarixində 2018/2019-cu tədris ilində gənc nəslin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlərdə idarə və fəal əməkdaşlıq edən tərbiyyə işləri üzrə direktor müavinləri (təşkilatçılar) UBT rəhbərlərinin yekun hesabat iclası və mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə fərqlənmiş nümayəndələr Bakı Şəhər Gənclər Evi və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatlandırılanlar arasında məktəbimizin UBT rəhbərləri  Aynur Piriyeva da olub. 

Ətraflı

Şokolad fabrikinə ekskursiya    Məktəbin 4 "B" sinif şagirdləri sinif müəllimləri Nailə Şərifziyanova ilə birgə istirahət günlərini səmərəli keçirib. Müəllimə onları "Ulduz" şokolad fabrikinə ekskursiyaya aparıb. Uşaqlar orada şokolad konfetlərinin hazırlanma texlonologiyaları ilə tanış olub, yeni məlumatlar öyrəniblər. Sonda müəssisə tərəfindən konfetlər təqdim edilib və uşaqlar onların dadına baxıblar.

Ətraflı

İntellektual olimpiada        31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş intellektual olimpiadanın I turu 20 dekabr 2019-cu il tarixdə 170 nömrəli tam orta məktəbdə keçirilib. Olimpiada BŞTİ-nin, Sabunçu rayonu üzrə Regional Akademiyanın, Sabunçu Gənclər Evinin,112 nömrəli tam orta məktəbin, ADMİU TGT-nın, 4 nömrəli VMA-nın, Grata təhsil mərkəzinin təşkilatçılığı ilə baş tutub. Olimpiadada 40-dan çox məktəb iştirak edib. İştirakçı məktəblər arasında bizim məktəb də iştirak edib. Məktəbin "Kiçik Akademiya"sının üzvlərindən ibarət olan komandamız yarışda fəal iştiirak edib.

Ətraflı

Yeni il hazırlıqları        Bu gün məktəbimizdə "Yeni il" əhval-ruhiyyəsi vardı. Şagirdlər qarşıdan gələn təzə ilə hazırlıqlar görürdülər. Onlar UTB rəhbəri Aynur Piriyeva ilə birgə müxtəlif bəzək əşyaları ilə məktəbi bəzəyərək, yolka qurdular. Şagirdlərimiz yeni il üçün bir-birindən gözəl rəsmlər və divar qəzetləri hazırlayıblar. Uşaqların bayram sevinci gördükləri işlərdə öz əksini tapmışdı.

Ətraflı

Nümunəvi dərs    Bu gün məktəbin 11 "A" sinfində ana dili və ədəbiyyatdan fənn aylığı çərçivəsində nümunəvi dərs keçirilib. Fənn müəllimi Məlahət Rəhmanlının təşkilatçılığı ilə Şəhriyarın "Türkün dili" adlı şeirinə həsr olunmuş dərsdə şairin həyat və yaradıcılığından bəhs olunub. Şeirlərindən bəstələnən musiqilər dinlənib, videoçarxa baxılıb. 

Ətraflı

X-XI  siniflərdə "Bullinq və zorakılığa son"        Bu həftə məktəbimizdə məktəbin praktik psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə X-XI  siniflərdə "Bullinq və zorakılığa son" mövzusunda seminar keçirilib. Seminarda məktəbin psixoloqu şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq onlara bullinq və zorakılıq haqqında məlumat verib. Bullinqi yarada biləcək səbəblər haqqında, Bullinq və zorakılığın növlərindən danışıb. Şagirdlər tərəfindən bullinqə son qoyacaq fikirlər müzakirə edilib.         Məktəbdə sağlam sosial-emosional mühitin yaradılması, ailə-cəmiyyət və məktəb münasibətilərinin yaxşılaşdırılması şagirdlərin psixi və fiziki zorakılıq hallarından qorunması üçün görüləcək işlər haqqında geniş məlumatlar verilib.

Ətraflı

"Kinqboks" üzrə dünya kuboku     Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə 14 dekabr tarixində "Kinqboks" üzrə dünya kuboku yarışı keçirilib. Yarışda məktəbmizin X "A" sinif şagirdi Əli İsmayılov da iştirak edib. 62 kq çəki dərəcəsində yarışan Əli İsmayılov yarışı uğurla başa vuraraq I yerlə təltif olunub. "Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti" döyüş klubunun istedadlı tələbəsi olan şagirdimizə gələcək yarışlarında uğurlarının arzulayırıq.

Ətraflı

IX siniflərdə növbəti sınaq qiymətləndirmə      Bu gün məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması məqsədi ilə növbəti sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin IX sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

"Sabahın bünövrəsini birlikdə quraq”        Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş 155 nömrəli tam orta məktəbin "Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyimiz də şagirdlərimizlə birgə iştirak edib. Səhnədə layihə çərçivəsində iştirak edən 5 məktəbin şagirdləri canlı olaraq robot dəstləri ilə işləyərək müxtəlif modellər hazırlayıblar ki, bu da tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb olub. Tədbirin sonunda layihə çərçivəsində göstərdiyi dəstək və köməyə görə məktəb direktorlarına təşəkkürnamələr verilib, xatirə şəkli çəkilib.

Ətraflı

Ulu Öndər Heydər Əliyev        Bu gün Ulu Öndər Heydər Əliyevin anım günü məktəbimiz tərəfindən qeyd olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Tədbirdə dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışılıb. Bildirilib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Tədbirdə şagirdlər Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bir-birindən gözəl şeirlər səsləndiriblər. Sonda Ümummilli liderin haqqında videoçarx nümayiş olunub.

Ətraflı

"Azərbaycanı dünyaya tanıdan lider"    Bu gün məktəbimizdə "Azərbaycanı dünyaya tanıdan lider" adlı minifutbol yarışı keçirilib. Yarış məktəbin fiziki tərbiyə müəllimləri Həcər Nəsibova və Yasin Abdullayev tərəfindən Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə təşkil olunub. Yarışda məktəbin VII və VIII sinif şagirdləri iştirak ediblər. Şagirdlərimizin böyük maraq göstərdiyi yarış 8 "B" sinfinin qələbəsi ilə başa çatıb.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin elmi-tədqiqat işləri    Bu gün məktəbin "Kiçik Akademiya" üzvlərinin tədris ilinin I yarısında gördükləri elmi-tədqiqat işlərinə baxılıb. Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova, "Kiçik Akademiya"nın rəhbəri Nigar Abasova, "Kiçik Akademiya"da fəaliyyət göstərən kafedraların müəllimləri və akademiyanın üzvləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərin elm sahələrinə marağının artırılmasına təsir göstərə bilmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq olub. Şagirdlər hazırladıqları təqdimatları tədbir iştirakçılarına təqdim ediblər. Sonda məktəbin direktoru şagirdlərə təşəkkür edərək bildirib ki, "Kiçik Akademiya" şagirdləri elmin zirvəsinə doğru istiqamətləndirən mayakdır.

Ətraflı

"Gəlin tanış olaq" müsabiqəsi        Bu gün məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin əmrinə əsasən "Gəlin tanış olaq" müsabiqəsinin ilkin mərhələsi keçirilib. Müsabiqədə məktəbimizin VIII-X sinif şagirdləri iştirak edib. Məktəbin tarix müəllimi Lalə Babayeva bildirib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin yaşadıqları ərazinin quruluşu, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırma, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmə bacarığının formalaşdırılmasıdır. Şagirdlərin hazırladıqları videoçarxlara baxış keçirildikdən sonra VIII "A" sinif şagirdi Məhəmməd Həsənovun hazırladığı material məqsədə uyğun görülərək müsabiqənin rayon mərhələsinə seçilib.

Ətraflı

"Dahi şəxsiyyət" adlı divar qəzeti müsabiqəsi        Bu məktəbimizdə Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə 5 "A" sinif şagirdləri arasında "Dahi şəxsiyyət" adlı divar qəzeti müsabiqəsi keçirilib. Şagirdlər böyük həvəslə divar qəzetləri hazırlayaraq nümayiş etdiriblər. Bu işdə onlara UTB rəhbəri Aynur Piriyeva köməklik edib.

Ətraflı

"Kiçik tədqiqatçılar" müsabiqəsi        Bu gün məktəbimizdə ibtidai siniflər arasında tədqiqatçılıq bacarığını inkişaf etdirmək, onların "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə "Kiçik tədqiqatçılar" müsabiqəsi təşkil olunub. Müsabiqə üç mərhələdən təşkil olunub. Birinci mərhələsi məktəb turundan ibarət olan müsabiqəyə bizim məktəbimiz də qatılaraq məktəb mərhələsini təşkil edib. Bu mərhələdə II-IV sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib. Komandalar tədqiqatlar apararaq öz işlərini təqdim ediblər. Qalib komanda seçilərək rayon turuna göndərilib. 

Ətraflı

Uğurlu qələbə - İsmayılov Əli        31 dekabr - Azərbaycan Respublikasının Həmrəylik Günü münasibəti ilə keçirilən "Kinqboks" üzrə yarışda məktəbimizin 10 "A" sinif şagirdi İsmayılov Əli iştirak edib. Yarışda fəal iştirak edən şagirdimiz uğurlu nəticə göstərərək yarışı birinciliklə başa vurub. Şagirdimizə gələcək yarışlarında uğurlar arzu edirik.

Ətraflı

Yazıçı Elxan Elatlı ilə görüş        “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və “AzərKitab”-Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə yazıçı Elxan Elatlı ilə görüş və imza günü keçirilib. Görüşdə məktəbimizin şagirdləri də iştirak edib. Yazı ilə görüşən şagirdlərimiz oxuduqları kitabları müəllifə imzaladıblar.

Ətraflı

"Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilib. Layihə iştirakçılarına fizika üzrə fəlsəfə doktoru, "Sabahın alimləri" Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov təlimlər keçib. Təlimlərdə məktəbimizin "Kiçik Akademiya" rəhbəri Nigar Abasova da iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətini daha da gücləndirmək, "Kiçik Akademiya" rəhbərlərini düzgün təlimatlandırmaq, Bakı şəhəri üzrə "Kiçik Akademiya" rəhbərləri arasında əməkdaşlıq yaratmaq, şagirdlərdə "Kiçik Akademiya"lara üzv olmağa maraq yaratmaq, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdi. "Kiçik Akademiya" yaradıcılığı və elmi potensialı ilə seçilən şagirdlərin könüllü birliyidir.

Ətraflı

IX siniflərdə növbəti sınaq qiymətləndirmə      Bu gün məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması məqsədi ilə ümumtəhsil məktəblərinə göndərilən sınaq qiymətləndirmənin I mərhələsinə uyğun açıq tipli suallardan ibarət növbəti sınaq qiymətləndirmə keçirilib. Keçirilən bu sınaq qiymətləndirmədə məktəbin IX sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

"Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə"        Bu gün məktəbimizdə Təhsil Nazirliyi, Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılğı ilə "Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" adlı layihə təşkil edilib. Layihə inşa yazı müsabiqəsi olub. Layihədə X-XI sinif şagirdləri iştirak edib. Şagirdlər müəyyən edilmiş mövzular üzrə inşa yazı yazıblar.

Ətraflı

IX sinif valideynləri ilə növbəti görüş keçirilib.Bu gün IX sinif valideynləri ilə görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbəri Ağayeva Səadət və fənn müəllimləri iştirak ediblər. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri 2019-2020-ci tədris ilində IX siniflərdə keçirilən məktəbdaxili monitorinqlərin nəticələri ilə tanış edib. O bildirib ki, bu monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları qarşıdan gələn buraxılış imtahanlarına hazırlamaqdır. Hər bir fənn müəllimi şagirdlərin imtahana hazırlıq səviyyəsi haqqında valideynlərə və məktəb rəhbərliyinə məruzə edib. Sinif rəhbəri valideynlərin şagirdlərə nəzarətinin zəif olduğunu bildirərək valideynləri şagirdlərin daha yaxşı nəticə göstərməsi üçün nəzarəti artırmaqlarını xahiş edib. Müəllimlər valideynləri maraqlandıran suallarını cavablandırıblar. Sonda məktəbin psixoloqu Günay Həşimova valideynlərə övladlarının yaş dövrü xüsusiyyətlərindən, onlarla ünsiyyət qurmaq yollarından və son dövrün böyük problemlərindən biri olan "Bullinq və zorakılıq" haqqında məlumatlandırıb. Uşaqlara ailə və cəmiyyətdə sağlam-sosial emosianal mühit yaratmaq yönündə valideynlərə tövsiyyələr verib.

Ətraflı

"Yer üzünün rahatlıq tapması"        Bu gün Məlahət Nəcəfovanın təşkilatçılığı ilə "Yer üzünün rahatlıq tapması" mövzusunda "Dəyirmi masa" keçirilib. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. 8 "A" sinif şagirdi Məhəmməd Həsənov səs-küy çirklənməsi barədə geniş çıxış edib. Sonda UBT rəhbəri şagirdlərlə ekoloji problemlər haqqında söhbət aparıb.

Ətraflı

Bakı şəhəri üzrə dama yarışı keçirilib        Bu gün Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nəsimi rayonu 4 nömrəli şahmat məktəbində Bakı şəhəri üzrə dama yarışı keçirilib. Yarışda Sabunçu rayonunu məktəbimizin şagirdləri təmsil edib. Keçirilən yarışda fəal iştirak edən şagirdlərimiz V yerə layiq görülüb.

Ətraflı

"Xalqa bağışlanan ömür" adlı müsabiqə        Bu gün məktəbimiz və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığıyla Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə "Xalqa bağışlanan ömür" adlı şeir və inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər Ulu öndər haqqında şeirlər səsləndiriblər. Sonda müsabiqənin qalibləri diplomlarla mükafatlandırılıb.

Ətraflı

"Kiçik Akademiyanın üzvləri arasında tədqiqatçılıq müsabiqəsi"    Bu gün məktəbin VIII-X sinif şagirdləri arasında "Kiçik Akademiyanın üzvləri arasında tədqiqatçılıq müsabiqəsi"nin məktəb mərhələsi keçirildi. Müsabiqənin məqsədi istedadlı şagirdləri aşkarlayaraq elmi-tətqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri üzə çıxarıb, elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdi. 

Ətraflı

İnşa müsabiqəsi    Bugün məktəbimizdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bagışlanan ömür" adlı inşa yazı müsabiqəsinin məktəb mərhələsi keçirilib. Müsabiqədə VII-IX sinif şagirdləri iştirak ediblər.

Ətraflı

3 dekabr - Beynəlxalq Əlillər Günü    3 dekabr - Beynəlxalq Əlillər Günüdür. Bu gün münasibəti ilə məktəbin ibtidai sinif müəllimi Maya Sultanzadənin təşkilatçılığı ilə 1"A" sinifində əlillər gününə həsr edilmiş  tədbir keçirilib. Tədbirdə Maya müəllimə şagirdlərə əlillərə hər zaman dayaq durmaq, yardımlar etmək barəsində ətraflı məlumat verib. Balaca şagirdlər Maya müəllimənin köməyi ilə əlil arabası düzəldiblər.

Ətraflı

1 dekabr - QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü     1 dekabr - QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Bu münasibətlə məktəbin X-XI sinif şagirdləri ilə bərabər "Dəyirmi masa" ətrafında müzakirələr aparılıb. Mehdi Abbaslı və Ayşən Axundova öz məruzələrində bildiriblər ki, QİÇS-qazanılmış immunçatışmazlığı sindromu deməkdir. Dünyanı bu geniş miqyas almış xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün mübarizənin tək yolu özünü qorumaqdır.

Ətraflı

"Vulkanlar" mövzusunda nümunəvi dərs        Bu gün məktəbimizin coğrafiya müəllimi Ülkər Kərimova 6 "B" sinfində "Vulkanlar" mövzusunda nümunəvi dərs keçirib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edib. Dərs zamanı şagirdlər müəllimin suallarını cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Onlar əyani vəsaitlərdən istifadə edərək vulkan püskürməsini təcrübə olaraq həyata keçiriblər.

Ətraflı

 "Bullinq və zorakılığa son"        Bu həftə məktəbimizdə məktəbin praktik psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə V-IX  siniflərdə "Bullinq və zorakılığa son" mövzusunda seminar keçirilib. Seminarda məktəbin psixoloqu şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq onlara bullinq və zorakılıq haqqında məlumat verib. Bullinqi yarada biləcək səbəblər haqqında, Bullinq və zorakılığın növlərindən danışıb. Şagirdlər tərəfindən bullinqə son qoyacaq fikirlər müzakirə edilib. Məktəbdə sağlam sosial-emosional mühitin yaradılması, ailə-cəmiyyət və məktəb münasibətilərinin yaxşılaşdırılması şagirdlərin psixi və fiziki zorakılıq hallarından qorunması üçün görüləcək işlər haqqında geniş məlumatlar verilib.

Ətraflı

5 "A" sinfində valideyn iclası      Bu gün 5 "A" sinfində sinif rəhbəri Xatirə İbrahimova tərəfindən valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi də iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri Təhsil Nazirliyi tərəfindən göndərilmiş monitorinqin nəticələri ilə tanış edib. Şagirdlərin nəticələri ilə bağlı təkliflər və iradlar müzakirə olunub. Daha sonra məktəbin psixoloqu Günay Həşimova valideynlərə yeniyetməlik yaş dövrü xüsusiyyətlərindən, onlarla ünsiyyət qurmaq yollarından və son dövrün böyük problemlərindən biri olan "Bullinq və zorakılıq" haqqında məlumat verib. Sonda sinif rəhbəri və fənn müəllimləri şagirdlərin bilik və bacarıqları haqqında valideynləri məlumatlandıraraq onların suallarını cavablandırıb.

Ətraflı

"Tullantıların idarə olunması"    Bu gün SOCAR-ın Ekolojiya İdarəsinin əməkdaşları məktəbimizin qonağı olub. İdarənin əməkdaşı  Əbülfəs Allahverdiyev "Tullantıların idarə olunması" mövzusunda ekoloji təqdimatla çıxış edib. Təqdimatın məqsədi məktəblilər arasında ekoloji maarifləndirmə mövzusunu işıqlandırmaqdır.

Ətraflı

"Dəyirmi masa"    Bu gün məktəbimizdə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş vermiş vertolyot qəzası anılıb. Məktəbin Uşaq birliyi təşkilatı rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə VI-IX sinif şagirdlərindən ibarət "Dəyirmi masa" keçirilib. Şagirdlərdən Nəzrin Nağıyeva, Aysu Seyidova və Dilarə Həsənova topladıqları məlumatları məruzə şəklində təqdim etdilər. Şagirdlər öz çıxışlarında bildirilr ki, təyyarə qəzası nəticəsində Azərbaycanın bir çox dövlət xadimi və jurnalistləri həlak olublar.

Ətraflı

Yarımçıq bitən müəllim ömrü    Məktəbimizin kollektivində ağır itki üz vermişdir. Yenə də yarımçıq bitən bir müəllim ömrü...     2000-ci ildən məktəbimizdə coğrafiya fənnini tədris edən Xatirə Əmənova uzun sürən ağır xəstəlikdən 17 noyabr 2019-cu ildə dünyasını dəyişdi. Zəhmətkeş, savadlı, sözün əsl mənasında gözəl pedaqoq olan müəllimənin aramızdan vaxtsız getməsi bizi çox sarsıtdı. O bizim qəlbimizdə həmişə yaşayacaq! Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun!

Ətraflı

Pedaqoji şuranın növbəti iclası keçirildi        Bu gün məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi və məktəbin bütün pedaqoji kollektivi iştirak edirdi. İclasda aşağıda göstərilən mövzular müzakirə olundu.  1. Təhsil Nazirinin F – 531 nömrəli əmrindən irəli gələn məsələlərin məktəbin fəaliyyətində əks olunması. 2. Sinif rəhbərləri haqqında əsasnamənin müzakirəsi. 3. Məktəbdaxili nizam – intizam qaydalarına nəzarət.  4. Şagirdlərin dərsə davamiyyəti. 5. Məktəbdə növbətçilik və sinif jurnalları 6. ”Məktəblərdə bullinq” 7. IX siniflərdə monitorinqlər və şagirdlərin nəticələri 8. Digər cari məsələlər müzakirə olundu.         İclasda məktəbin direktoru Nazəni Məmmədova və direktor müavini Hüseyn Əmiraslanov sadalanan mövzularda bağlı fikirlərini bildirib. Məktəbin psixoloqu Günay Həşimova ”Məktəblərdə bullinq” mövzusunda məruzə edib. Mövzu ilə bağlı Təhsil nazirliyi tərəfindən hazırlanan videoçarx müəllimlərə nümayiş etdirilib.

Ətraflı

Respublika Fənn Olimpiadalarının məktəb turu        Məktəbimizdə 19 noyabr tarixində IX – XI sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadalarının məktəb turu Azərbaycan dili, fizika, riyaziyyat, coğrafiya, tarix, biologiya, ingilis dili  fənnləri üzrə keçirilib. Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlər arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, növbəti rayon turuna keçən şagirdlərin müəyyənləşdirilməsidir.

Ətraflı

"Milli Dirçəliş Günü" nə həsr olunmuş tədbir        Bu gün məktəbin illik Fəaliyyət Planının 1.3.12-ci bəndinə uyğun olaraq 17 noyabr - "Milli Dirçəliş Günü" nə həsr olunmuş tədbir keçirildi. Tədbir şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə təşkil edilmişdi. Şagirdlər hazırladıqları şeir, mahnı və rəqslərini tədbir iştirakçılarına nümayiş etdirdilər.

Ətraflı

Sabunçu rayon məktəbliləri arasında keçirlən "Dama yarışı"      Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 72 nömrəli məktəb-liseydə Sabunçu rayon məktəbliləri arasında keçirlən "Dama yarışı" keçirildi. 2008/2009-cu il təvəllüdlü şagirdlər arasında keçirilən yarışda məktəbimizin şagirdləri də idman müəllimləri Nəsibova Həcərin başçılığı ilə iştirak edirdi. Yarışda yüksək səviyyədə iştirak edən şagirdlərimiz qalib gələrək Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən I yerə layiq görülmüşdürlər.

Ətraflı

17 noyabr - "Milli Dirçəliş Günü"        17 noyabr - "Milli Dirçəliş Günü"dür. Məktəbimizdə bu tarixi günlə əlaqədar VII-IX sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələri ilə bağlıdır.   

Ətraflı

12 noyabr - "Konstitusiya Günü"        Bu gün 12 noyabr - "Konstitusiya Günü"nə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Tarix müəllimi Lalə Babayeva Ali Qanunumuz - Konstitusiya haqqında ətraflı məlumat verdi. Sonra şagirdlərin məruzələri dinlənildi, mövzu ətrafında sual-cavab, diskusiyalar aparılaraq şagirdlərin bilikləri möhkəmləndirildi. 

Ətraflı

Birinci siniflər arasında psixodiaqnostik testlər        Məktəbimizin praktik psixoloqu Həşimova Günay birinci siniflər arasında fəaliyyət planına uyğun olaraq psixodiaqnostik testlər aparmış və şagirdlərin hissi-emosional, idrak proseslərinin bu testlər vasitəsi ilə ölçülməsi işini həyata keçirmişdir.

Ətraflı

"Dövlət Bayrağı Günü" ilə əlaqədar veloyürüş     Azərbaycanda 9 noyabr - "Dövlət Bayrağı Günü" qeyd edilir. Bu əlamətdar gün ilə əlaqədar bu gün Sabunçu rayonu Nardaran qəsəbəsində veloyürüş keçirildi. Şagirdlərin iştirakı ilə rəsmi keçid oldu. Bu yürüşdə məktəbimizin də şagird və müəllim kollektivi iştirak edib. Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. Bu gün ölkəmizin bütün güşələrində dalğalanan, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi vardır.

Ətraflı

9 noyabr Azərbaycanda "Dövlət Bayrağı Günü" kimi qeyd edilir    Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda "Dövlət Bayrağı Günü" kimi qeyd edilir. Bu gün məktəbimizdə də "Dövlət Bayrağı Günü" ilə əlaqədar siniflərdə tədbirlər keçirilib. Bu tədbirlərdən biri də 4 "A" sinfində sinif müəllimi Reyhan Məmmədovanın rəhbərliyi ilə keçirildi. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Ətraflı

"Dövlət Bayrağı Günü" qeyd olunur    Bu gün məktəbimizdə "Dövlət Bayrağı Günü" qeyd olunur. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasının "Dövlət Bayrağı Günü" elan olunub. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Məktəbin 3 "A" sinif şagirdləri sinif müəllimləri Cəbrayılova Nazilənin rəhbərliyi ilə bayraq gününü qeyd etdilər. Şagirdlər hazırladıqları musiqi, şeir və rəqslərini izləyənlərə təqdim etdilər. Sonda məktəbin direktoru Nazəni Məmmədova şagirdlərə təşəkkürünü bildirdi. 

Ətraflı

"Mənim bayrağım" adlı inşa yazı müsabiqəsi    Bugün məktəbimizdə Vll-X siniflər arasında "Mənim bayrağım" adlı inşa yazı müsabiqəsi keçirildi. Məktəbin direktoru Nazəni Məmmədova "Dövlət Bayrağı Günü" münasibəti ilə keçirilən müsabiqələr haqqında məlumat verərək bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə, yeniyetmə və gənclər arasında dövlət atributlarının təbliğinə nail olmaqdır. Digər bir məqdəs isə istedadlı şagirdlərimizin şeir və inşa yazısı sahələrində bacarıqlarını müəyyənləşdirmək və onlara şərait yaratmaqdır. Şagirdlərimizin bu müsabiqəyə böyük həvəs göstərməsi ölkəmizdə yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənlərin yetişdiyinin sübutudur.

Ətraflı

"Altıncı Bayraq Festivalı"        Noyabrın 4-ü Hilton Baku otelində 9 noyabr - "Dövlət Bayrağı Günü" münasibəti ilə "Altıncı Bayraq Festivalı" keçirildi. Tədbir Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və 300 nəfər fəal gəncin iştirakı ilə tədbir baş tutmuşdur. Tədbirdə məktəbimizin IX "B" sinif şagirdi, Sabunçu Gənclər Evinin fəal könüllüsü Xalıqzadə Rəşad iştirak edirdi.

Ətraflı

"Azərbaycanda plastik tullantılara qarşı mübarizə"        Bu gün plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatların artırılması hamımızın üzərinə düşən öhdəlikdir. Bununla əlaqədar əlverişli yollar axtarmaq lazımdır. Məktəbimizdə "Azərbaycanda plastik tullantılara qarşı mübarizə" mövzusunda "Dəyirmi masa" keçirildi. Tədbirdə plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə əlaqədar X "A" sinif şagirdi Heydərli Fatimə öz təqdimatı ilə çıxış etdi. "Çimərlik ərazilərini də təmiz saxlayaq" şüarı altında maarifləndirici kompaniyalara qoşulmaqları şagirdlərə tövsiyə edildi.

Ətraflı

Şeir müsabiqəsi        Bu gün məktəbimizdə 9 noyabr - "Dövlət Bayrağı Günü" münasibətilə şagirdlər arasında şeir müsabiqəsi keçirildi. Məktəb turu üzrə müsabiqədə şagirdlər dövlət bayrağımıza aid birbirindən gözəl şeirlər səsləndirdilər. Seçilən 5 şagird qalib oldu. Onlardan 2 şagirdimiz rayon turuna vəsiqə qazandı.

Ətraflı

"Uşaq hüquqları"        Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-10 noyabr tarixlərində BMT-nin "Uşaq hüquqları" konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində məktəbimizdə "Uşaq hüquqları" aylığı keçirildi. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini H.Əmiraslanov şagirdlərə öz vəzifələri və hüquqları haqqında məlumat verdi və sonda məktəbin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsmlərə baxış keçirildi.

Ətraflı

29 oktyabr - "Zəngilanın işğalı günü"        Bu gün 29 oktyabr - "Zəngilanın işğalı günü"dür. Bu günlə əlaqədar məktəbimizdə "Dəyirmi masa" ətrafında tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan etdi. Daha sonra Qarabağ döyüşlərinin iştirakçısı, məktəbimizin hərbi rəhbəri Bayramov Səfxan müəlim Zəngilan uğrunda döyüşlərdə canlarından keçən milli qəhrəmanlarımızın döyüş səhnələrinin canlı şahidi kimi mövzu ətrafında geniş məlumat verdi. Şagirdlər bu günlə əlaqədar hazırladıqları məruzələri təqdim etdilər. Tədbirin sonunda Zəngilanın işğalından 26 il ötür adlı videoçarx izlənildi.

Ətraflı

“Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi        Təhsildə İnkişaf və innovasiyar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi çərçivəsində başlayan təlimin növbəti mərhələsi keçirildi. Təlimdə Bakı, Abşeron, İsmayıllı, Zaqatala, Füzuli, Ağdam, Xocavənd, Laçın məktəblərində çalışan kargüzar və laborantlar iştirak edirdi.  Təlimdə məktəbimizin kargüzarı Məmmədova Rəna və məktəbin laborantı Nigar Abasova da iştirak edib. Təlim zamanı praktik məşğələ vasitəsi ilə sənədləşdirmə işinin dərinlikləri öyrənilmiş və iştirakçılar təlim materialları ilə təmin olunmuşdu. Təlim oktyabr ayının 25-nə qədər davam edib. Keçirilən təlimdə 32 məktəbdən kargüzarlıq işinə baxan işçilər iştirak etmişdi. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı Zemfira Rüstəmovanın rəhbərliyi ilə keçirilən təlimə  böyük maraq və tələbat vardı. Təlimdə iştirakçılara sənədləşdirmə işinin təşkili , təqdimatların tərtibi, kompüter (makina ilə) rəsmi yazışma qaydaları, şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət bacarıqları kimi mövzular öyrədilib. Təlimin yekununda iştirakçılara Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbərliyi və layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olundu.

Ətraflı

"Ailədə şiddət və zorakılıq" mövzusunda tədbirBu gün 311 nömrəli tam orta məktəbdə İcra hakimiyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Ailədə şiddət və zorakılıq" mövzusunda tədbir keçirildi. Tədbirdə icra başçısının müavini Rəna Fərəcova, Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak edirdi. Sabunçu qəsəbəsində yerləşən 7 məktəb arasında keçrilən bu tədbirdə məktəbimizdə iştirak edirdi. Şagirdlərimiz mövzu üzrə hazırladıqları səhnəciyi izləyənlərə nümayiş etdirdilər. Məktəbin X "A" sinif şagirdi Heydərli Fatimə mövzu üzrə keçirilən inşa müsabiqəsində I yer tutduğu üçün Gənclər və İdman İdarəsi tərəfindən "Fəxri Fərman"la təltif olundu.

Ətraflı

"Məktəblər arasında Respublika Çempionatı" - Voleybol       Bu gün 311 nömrəli tam orta məktəbin idman zalında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Məktəbli İdman Federasiyasının dəstəyi ilə "Məktəblər arasında Respublika Çempionatı"nın Voleybol idman növü üzrə rayonun I-ci mərhələsi keçirilmişdir. Yarışda məktəbimizin qızlardan ibarət voleybol komandası da iştirak edirdi.

Ətraflı

V siniflərdə sınaq qiymətləndirmə  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən V sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədi ilə ümumtəhsil məktəblərində diaqnostik sınaq qiymətləndirilmə təşkil edilib. Bu gün məktəbimizdə də keçirilən bu sınaq qiymətləndirmədə məktəbin V sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi"        Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə bu il "Nəsimi ili" elan edilmişdir. Bu gün məktəbimizdə yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədi ilə Azərbaycan Respublikası Təhsil nazirinin F-82 nömrəli "Tədbirlər Planı" əmrinə əsasən IX-XI sinif şagirdləri arasında "Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" adlı müsabiqə keçirildi. Şagirdlər hazırladıqları təqdimatları şifahi olaraq münsiflərə təqdim etdilər. Şagirdlərimizdən Həsənov Məhəmməd - "Nəsimi yaradıcılığında humanist və ümumbəşəri ideyalar", Heydərli Fatimə - "Nəsimi lirikasının başlıca mövzusu-obyekti", Əlizadə Nəzrin - "Nəsimi yaradıcılğında təbiətin tərənnümü" adlı təqdimatlar hazırlamışdılar.

Ətraflı

Məktəblər arası Respublika çempionatı    Bu gün Sabunçu rayonu məktəbləri arasında "Respublika çempionatı" keçirildi. Çempionat 60 m və 150 m məsafələrdə qaçış, tenis topunun uzaq məsafəyə atılması üzrə atletika yarışı idi. Yarışda 2006/2008-ci il təvəlüdlü şagirdlər iştirak edirdilər. Məktəbimizin atletika üzrə komandası da bu yarışda iştirak edirdi. Şagirdlərimiz bu yarışlarda yüksək səviyyədə çıxış edərək birincilik qazanmışdır.

Ətraflı

İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə şeir müsabiqəsi     Bu gün məktəbimizdə böyük Azərbaycan şairi və  mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə şeir müsabiqəsi keçirildi. Müsabiqə VIII və IX sinif şagirdləri arasında keçirildi. Şagirdlər şairin yaradıcılığından bir sıra gözəl şeirlərə müraciət etmişdilər.

Ətraflı

"Beynəlxalq məktəb kitabxanaları günü"        Bu gün  1 "A" sinif şagirdləri sinif rəhbəri Maya Sultanzadənin rəhbərliyi ilə "Beynəlxalq məktəb kitabxanaları günü" münasibətilə məktəbin kitabxanası ilə tanış oldular. Kitabxana müdiri Cəfərova Almaz uşaqları qarşılayaraq ,onları məktəb kitabxanası ilə tanış  etdi. Almaz müəllimə uşaqlara Azərbaycanımıza aid kitablar nümayiş etdirərək, geniş məlumatlar verdi. Kitabların insan həyatındakı müsbət rolundan, kitab oxumağın faydalarından söhbət etdi. Daha sonra uşaqlar bu gün ilə bağlı rəngləmə işini yerinə yetirdilər.

Ətraflı

Dəyirmi masa - Xəlil Rza Ulutürk        Bugün məktəbin kitabxanasında məktəbin kitabxana müdiri Almaz Cəfərova və Uşaq Birliyi Təşkilatı rəhbəri Aynur Piriyevanın rəhbərliyi ilə Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürkün doğum günü münasibətilə "Dəyirmi masa" keçirildi. Şagirdlər şair haqqında apardıqları araşdırmaları, həmçinin şairin bir sıra gözəl şeirlərini səsləndirərək şairi yad etdilər.

Ətraflı

İnşa müsabiqəsi        Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilancılığı ilə 18 oktaybrda "Narkomaniyaya yox deyek !" mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin X sinif şagirdi Əlizadə Nəzrin iştirak edirdi.

Ətraflı

"Sabahın bünövrəsini birlikdə quraq" layihəsi     17.10.2019 və 18.10.2019-cu il tarixlərində məktəbimizdə "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi çərçivəsində I və II sinif şagirdləri üçün "Mənim ilk robotum" Akademiyasının təşkilatçılığı ilə "Robotiks" təlimləri təşkil olundu. Dərslər kiçik yaşlı məktəblilər tərəfindən çox maraqla qarşılandı.

Ətraflı

IX siniflərdə sınaq qiymətləndirmə        Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərinin aradan qaldırılması, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədi ilə ümumtəhsil məktəblərində diaqnostik sınaq qiymətləndirilmə təşkil edilib. Bu gün məktəbimizdə də keçirilən bu sınaq qiymətləndirmədə məktəbin IX sinif şagirdlərinin hər biri iştirak edərək, ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə hazırlanmış sualları cavablandırıblar.

Ətraflı

18 oktyabr - "Dövlət Müstəqilliyi Günü"     Bu gün məktəbimizdə 18 oktyabr - "Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi və məktəbin  VI,VII,VIII və IX sinif şagirdləri iştirak edirdi. Dəyirmi masanı giriş sözü ilə məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan edərək mövzu etrafında geniş məruzə etdi. Şagirdlər isə öz fikirlərini çıxışları və çəkdikləri rəsm əsərlərini nümayiş etdirməklə bildirdilər. Tədbirin sonunda tarix dərslərində fəallıq göstərən şagirdlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıldı.

Ətraflı

"Streetbol" yarışı    15.10.2019-16.10.2019  tarixlərində 96 nömrəli tam orta məktəbdə basketbol üzrə 2006/2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında "Streetbol" yarışı keçirildi.Yarışda məktəbimizin basketbol komandası da iştirak edirdi.

Ətraflı

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən oktyabrın 15-də Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib. Konfransda "Xoşbəxt olsun uşaqlar" lahiyəsi əsasında yaradılmış Bakı məktəblilərindən ibarət birləşmiş uşaq xor kollektivi də iştirak edib. Konfrans xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda məktəbimizin musiqi müəllimi Elnurə Rzayeva və məktəbin xor kollektivinin şagirdləri də iştirak ediblər.

Ətraflı

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi        Bu gün məktəbimiz Azərbaycanda növbəti dəfə keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etdi. Sərgidə məktəbin IX və X sinif şagirdləri, sinif müəllimləri Ağayeva Səadət və Hüseynova Şəfəq iştirak edirdilər. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə şagirdlər universitetlərin hazırladıqları stendləri gəzərək onları maraqlandıran sualları təlimçilərə ünvanladılar. Sərgi ölkəmizdə təhsil sahəsində olan bütün yeniliklər və imkanlardan xəbər verirdi.

Ətraflı

Ə.Ağaoğlunun 150 illik yubleyinə həsr olunmuş "Dəyirmi masa"        Bu gün məktəbimizdə  görkəmli şəxsiyyət Ə.Ağaoğlunun 150 illik yubleyinə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Dəyirmi masada məktəbin ana dili və ədəbiyyat müəllimi Rəhmanlı Məlahət Ə.Ağaoglu haqqında məlumat verdi. Şagidlərimiz xalqı  yolunda canını fəda edən bu vətənpərvər insanın publisistikasından fəlsəfi məzmunlu əsərlərindən, vətəni üçün, xalqı üçün göstərdiyi xidmətlərdən söhbət açdılar.Onun həyat fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün bir örnək olaraq qalacaqdır.

Ətraflı

Buraxılış siniflərində monitorinq        Məktəbimizdə buraxılış siniflərində monitorinqlər aparılır. Məktəbin illik fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7 -ci bəndlərinə uyğun olaraq buraxılış siniflərində ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin psixoloji olaraq buraxılış imtahanlarına hazırlığını təmin etmək  məqsədi ilə bu gün məktəbin IX  "A" sinfində sınaq test imtahanlarının birinci mərhələsinə uyğun monitorinq keçirildi.

Ətraflı

IX sinif valideynləri ilə görüş keçirildi        Bu gün IX sinif valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbəri Ağayeva Səadət və fənn müəllimləri iştirak edirdi. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri buraxılış imtahanları ilə bağlı məlumatlandırdı. 2019-2020-ci tədris ilində IX siniflərdə keçiriləcək məktəbdaxili monitorinqlərdən danışdı. O bildirdi ki, bu monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları qarşıdan gələn buraxılış imtahanlarına hazırlamaqdır. Daha sonra direktor müavini Hüseyn Əmiraslanov valideynlərə şagirdlərin dərsə davamiyyəti və dərs prosesində iştirakının vacibliyini vurğuladı. Hər bir  fənn müəllimi şagirdlərin imtahana hazırlıq səviyyəsi haqqında valideynlərə və məktəb rəhbərliyinə məruzə etdi. Sinif rəhbəri valideynlərin şagirdlərə nəzarətinin zəif olduğunu bildirərək valideynləri şagirdlərin daha yaxşı nəticə göstərməsi üçün birgə fəaliyyətə çağırdı. Müəllimlər valideynləri maraqlandıran suallarını cavablandırdılar. Sonda məktəbin direktoru fənn müəllimlərinə zəif nəticə gösrətərən şagirdlərin siyahılarını məktəb rəhbərliyinə verilməsini tapşırdı.

Ətraflı

Sinif nümayəndələri ilə görüşBu gün məktəbimizdə sinif nümayəndələri ilə dərs ilinin ilk iclası keçirildi. Sinif nümayəndələri illik üzərlərinə düşən öhdələliklər haqqında məlumatlandırıldı. Onlara tapşırıqlar verildi. Aşağıda göstərilən məsəllərə baxıldı.  1. Davamiyyət 2. Sinifdə gigiyenik normalar və təmizliyə riayət 3. Məktəbli forması 4. Şagirdlər arasında mehribançılıq, səmimiyyət, sinif nümayəndələrinin sinifə dəstəyi, fəal və əlaçı uşaqlar haqqında məlumat 5. UTB rəhbəri və sinif nümayəndələrinin il ərzində görüləcək işlərlə bağlı ilkin müzakirəsi.

Ətraflı

5 oktyabr “Müəllimlər Günü”        Bu gün 5 oktyabr “Müəllimlər Günü”dür. Bu əlamətdar günlə əlaqədar Nailə Şərifziyanovanın rəhbəriyi ilə 4 “B” sinifi tədbir keçirdi. Tədbiri şagirdlər məktəb rəhbərliyini təbrik edərək sözü məktəbin direktoruna verərək başladı..Məktəbin direktoru Nazəni Məmmədova bildirdi ki, “Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, müəllimlər işləyir".         Tədbirdə şagirdlər öz şeir , mahnı və rəqsləri ilə müəllimləri təbrik etdilər. Sonda müəllimlər üçün hazırlanmış videoçarx təqdim olundu.

Ətraflı

"Narkomaniya - bəşəriyyətin bəlası" adlı tədbir        Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı  narkomaniya və narkobiznesdir. Bununla əlaqədar olaraq məktəbimizdə "Narkomaniya - bəşəriyyətin bəlası" adlı tədbir keçirildi. Tədbirdə Sabunçu rayonu Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Babayev Əli, həmin bölmənin baş inspektoru Musayev  Azər, 12 nömrəli polis bölməsinin rəisi, polis mayoru  Əsgərov Yunis və məktəb rəhbərliyi iştirak edirdi.         Sabunçu rayonu Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Babayeva Əli bildirdiki,  bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Mövzuyla əlaqədar şagirdlərlə söhbət aparıldı, onların sualları cavablandırıldı.  Sonda şagirdlərə videoçarx təqdim olundu.

Ətraflı

Respublika çempionumuz Qasımzadə Raul            Məktəbimizin 9 "A"  sinif şagirdi Qasımzadə Raul Sahil oğlu hər il təşkil olunan qaydasız döyüş üzrə Respublika turnirinin II yarısında keçirilən yarışda 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışı I-liklə bitirmişdir. Çempionluğu əldə edən şagirdimiz Respublika turnirinin III yarısında keçiriləcək yarışa da lisenziya qazanmışdır. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. 

Ətraflı

Məktəbəhazırlıq qruplarına öz qapılarını açdı        Bu gün məktəbimiz məktəbəhazırlıq qruplarına öz qapılarını açdı. Sinif müəllimləri Reyhan Məmmədova və Nailə Şərifziyanova böyük sevinc hissi ilə ilk dəfə məktəbə qədəm qoyan şagirdlərini qarşıladı. Məktəbəhazırlıq qruplarında məşğələ hər il, bir qayda olaraq oktyabrın 1-də başlayır. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərinin formalaşdırılmasıdır.

Ətraflı

"Beynəlxalq Ahıllar Günü"         Bu gün tarixin yaddaşına yazılan Ahıllar günü məktəbimiz tərəfindən də qeyd olundu.  BMT-nin Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnaməsinə əsasən hər il oktyabr ayının 1-i "Beynəlxalq Ahıllar Günü" kimi qəbul edilmişdir. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda da "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur.  Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər.

Ətraflı

"Ailə münaqişəsi və ailədə zorakılıq" mövzusunda söhbət        Bu gün məktəbin VIII-XI sinif şagirdləri ilə "Ailə münaqişəsi və ailədə zorakılıq" mövzusunda söhbət aparıldı. Şagirdlərə zorakılığın böyük fəsadlarından, ən çox da cəmiyyətin bəlasına çevrilən hər kəsin "Ağ ölüm" dediyi narkomaniyaya qarşı mübarizədən danışıldı. Məktəbin  psixoloqu Günay Həşimova şagirdlərə zorakılığın  insan sağlamlığına, şəxsiyyətinə, düşüncəsinə və ən əsası psixikasına vurduğu zərərli təsirindən danışdı.

Ətraflı

Valideynlərlə görüşBu gün məktəbimizdə valideynlərlə tanışlıq məqsədi ilə valideyn iclası keçirildi. İclasda valideynlərlə tanışlıqdan sonra yeni tədris ilində qarşıda duran məsələlər müzakirə olundu. 

Ətraflı

İbtidai sinif müəllimləri ilə görüş            Bu gün məktəbimizin I və II siniflərində dərs deyən ibtidai sinif müəllimləri ilə görüş keçirildi. Görüşün əsəs məqsədi müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi olmuş "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi ilə tanış etmək, bu layihə çərçivəsində təlimlərə cəlb olunacaq müəllimlərin test üsulu ilə seçimini həyata keçirməkdir. 

Ətraflı

Sülh Günü qeyd olundu           Bugün məktəbimizdə sülh gününə aid tədbir keçirildi. Dünyaya sülh gərək! Bu bütün bəşəriyyətin arzusudur. 21 sentyabr təkcə xalqlar arasında deyil, həmçinin ailələrdə zorakılığa qarşı mübarizə əldə olunmasına aid olan bir qanundur. Müharibə olmasın! Müharibə olmasın! Bu bütün dünya analarının arzusudur,i stəyidir. Qoy məhsum körpələrimiz beşikdə rahat yatsın! Güllə səsindən səksənməsin. Sülhə gəlin ey insanlar; Yoxsa dünya məhf olar. Yer üzündə ayaq açsın "Sülh sözü"

Ətraflı

1 "A" sinfində "Milli Musiqi Günü"        Bu gün 1 "A" sinfində "Milli Musiqi Günü" qeyd olundu. Sinif rəhbəri Maya Sultanzadə  şagirdlərə bu günün önəmindən və Üzeyir Hacıbəylinin  Azərbaycan və dünya musiqisində əvəzsiz rolundan bəhs etdi. Balaca birinciləri  dövlət  himnimizin musiqisinin müəllifi olan dahi bəstəkarla və onun bəstələri ilə tanış etdi.  Şagirdlərə  eyni zamanda , musiqi alətlərinin növlərini də  izah edərək  şəkillərini nümayiş  etdirdi.

Ətraflı

"Milli Musiqi Günü"        Bu gün 18 sentyabr "Milli Musiqi Günü" , eyni zamanda dünya şöhrətli  bəstəkar, Azərbaycan xalqının ən qüdrətli sənətkarı musiqişünas, pedaqoq, dramaturq Üzeyir Hacıbəylinin doğum günüdür. Musiqi müəllimi Elnurə Rzayeva bu gün "Milli Musiqi Günü" ilə əlaqədar 9 "A" sinfində "Dəyirmi masa"  keçirdi. Bu günün mahiyətindən şagirdlərə bəhs etdi. Şagirdlər milli musiqimiz və dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında məlumatlarından danışdılar. Hazırladıqları esseləri oxudular. Sonda bəstəkarın həyat və yaradıcılığından bəhs edilən videoçarx izlənildi. 

Ətraflı

2019-2020-ci tədris ilinin ilk məşğələsi        Ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilinin ilk məşğələsi I-IV siniflərdə "İdman və sağlamlıq" , V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol" , X-XI siniflərdə  "Azərbaycan inkişaf yolunda" mövzusuna həsr olunmuşdur. Buna müvafiq olaraq məktəbimizin bütün siniflərində birinci dərslər bu mövzulara həsr olundu. Müəllimlər bu mövzular ətrafında geniş müzakirələr edərək şagirdlərlə fikir mübadiləsi apardılar.

Ətraflı

"Bilik Günü"nü qeyd olundu            Bu gün şagirdlər yeni tədris ilinə başlayaraq "Bilik Günü"nü qeyd etdilər. Məktəbin direktoru Məmmədova Nazəni yeni tədris ili münasibəti ilə şagird və müəllimləri təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. Balaca birincilərin də sevinclərinin həddi-hüdudu yox idi.  Ona görə ki, onlar birinci dəfə məktəb həyətinə qədəm qoyurlar. Kitablar, dəftərlər, xətkeşlər onların yeni həyat yolu, gələcəyi və xoşbəxtlikləridir. Bu gün balaca birincilərimizin gözləri sevinc göz yaşları ilə doludur.     

Ətraflı

Kiçik Akademiyanın ilk regional iclası        2019/2020-ci tədris ili ilə əlaqədar Kiçik Akademiyanın ilk regional iclası keçirildi. İclasa Kiçik Akademiyanın Sabunçu rayonu üzrə rəhbəri Sərxan Şahverdiyev rəhbərlik edirdi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər haqqında danışıldı. Kiçik Akademiyanın prezidentlərinin fikirləri alındı, sualları cavablandırıldı.

Ətraflı

2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi        Sabunçu rayonunda 2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, rayonun təhsil müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak edirdilər. Konfransda yüksək bal toplamış şagirdlər mükafatlandırıldı. Mükafatçılar arasında məktəbimizin məzun şagirdi Əmirov Rəsul da vardı.

Ətraflı

eTwinning portalında iş üzrə növbəti təlim        Bu gün eTwinning portalında iş üzrə növbəti təlim məktəbimiz tərəfindən təşkil edilmişdi . Təlimdə məktəbimizin və 155 nömrəli tam orta məktəbin müəllimləri iştirak edirdilər. Təlim zamanı eTwinningdə layihələrin və tədbirlərin yaradılması,Twinspace alətlərindən düzgün istifadə, səhifələrin yaradılması və əlaqələndirilməsi kimi məsələlərin vacibliyi  vurgulandı. Təlimə rəhbərlik edən təlimçi müəllim Natavan Bədəlova həmçinin onu da qeyd etdi ki, etwinning layihələri şagirdlərin və müəllimlərin birgə əməkdaşlığı üçün gözəl imkan yaradır .

Ətraflı

Yeni tədris ilinin ilk "Pedoqoji şura" iclası        Bu gün məktəbimizdə yeni tədris ilinin ilk "Pedoqoji şura" iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edirdi. Məktəbin direktoru Məmmədova Nazəni yeni tədris ili münasibəti ilə müəllimləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.  Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Əmiraslanov Hüseyn 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələr, sinif rəhbərlərinin təyini, müəllimlərin dərs yükü və iş rejimi haqqında məlumat verdi. Sonda sinif rəhbərlərinə 6 sentyabra qədər şagirdlərin kitablarla tam təmin olunması haqqında göstəriş verildi.

Ətraflı

Uğurumuz - Əmirov Rəsul        Bu gün məktəbin direktoru Məmmədova Nazəni tərəfindən  11 "B" sinif şagirdi Əmirov Rəsula  "Fərqlənmə" attestatı təqdim olundu. Topladığı 639 balla ali məktəb qəbul olan şagirdimizə gələcək həyat və fəaliyyətində uğurlar arzu edirik. Səsiniz hər zaman zirvələrdən gəlsin.

Ətraflı

Attestatlar təqdim edildi        2018-2019-cu tədris ilinin yekunu ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlərə attestatlar təqdim olundu. Sonuncu dəfə məktəbə gələn şagirdlər həm sevincli, həmdə hüzünlü idilər. Məktəbin direktoru Məmmədova Nazəni şagirdlərə gələcək həyat və fəaliyyətlərində uğurlar arzu edərək onlara attestatlarını təqdim etdi.

Ətraflı

Pedoqoji şuraBu gün məktəbimizdə Pedoqoji şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu.  1. IX-XI siniflərin imtahan nəticələri. 2. E . İbrahimovanın 65 illiyinin rəhbərlik tərəfindən qeyd edilərək, təşəkkürnamə ilə təltif edilməsi. 3. "Uşaq festivalı"nda iştirakına və göstərdiyi fəallığa görə Bakı şəhər Təhsil İdarəsi tərəfindən məktəb rəhbərliyi və məktəbin musiqi müəllimi E.Rzayevanın təşəkkürnamə ilə təltif edilməsi.

Ətraflı

Pedoqoji şuranın yekun iclası keçirildiBu gün məktəbimizdə Pedoqoji şuranın yekun iclası keçirildi.İclasda 2018-2019 - cu tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran məsələlər haqqında məktəbin direktoru N. Məmmədova çıxış etdi, o həmçinin oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən və imtahanlardan 75 baldan yuxarı toplayaraq tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı alan Əmirov Rəsul Arturoviç haqqında da danışdı. Daha sonra direktor müavini H . Əmiraslanov ümumi məktəb üzrə hesabat ilə çıxış etdi.  Məktəbdə keçirilən tədbirlər haqqında məktəbin təşkilati işlər üzrə direktor müavini V. Quliyeva hesabat məruzə ilə çıxış etdi. Sinif rəhbərləri və metodbirləşmə sədrlərinin hesabatı dinlənildi.  Bütün çıxışlar dinlənildikdən sonra pedoqoji şura görülən işləri qənaətbəxş hesab etdi.

Ətraflı

Mübariz İbrahimovÖlümünün 9-cu il dönümündə Mübariz İbrahimov şagirdlərimiz tərəfindən məzarı başında yad edildi.

Ətraflı

 Balaca IV-lərimiz ibtidai sinfə əlvida dedi        Balaca IV-lərimiz ibtidai sinfə əlvida dedi. Sinifr müəllimləri  Şirinova Karina və Sultanzadə Maya öz şagirdləri ilə vida tədbiri keçirdi. Tədbirdə şagirdlər şeirlər söylədi, mahnılar səsləndirdi, rəqslər etdilər. Şagirdlər ibtidai sinfə əyləncəli çıxışları ilə əlvida dedilər.

Ətraflı

 "Sabunçu könüllüləri"        Sabunçu rayon İcra Hakimiyyəti "Sabunçu könüllülərini" ilin yekunu ilə əlaqədar olaraq göstərdikləri fəaliyyətlərə görə diplomlarla mükafatlandırdı. Məktəbin 10 "A" sinif şagirdi Hacıməmmədzadə İbrahim Faiq oğlu da Sabunçu könüllüsüdür. Şagirdimizi göstərdiyi uğurlara görə təbrik edirik.

Ətraflı

15 iyun - "Milli Qurtuluş Günü"        15 iyun - "Milli Qurtuluş Günü" məktəbimizdə qeyd edildi. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan edərək, mövzu ətrafında məruzə etdi. Sonra şagirdlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai,  siyasi, sosial, iqtisadi, elmi mədəni həyatında beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlandığını tarixi faktlara əsaslanaraq vurğuladılar, mövzu ətrafında öz fikirlərini bölüşdülər.

Ətraflı

İsmayıl Şıxlı        Məktəbimizdə XX əsrdə yaradıcılığın iki qolunu - elmi və bədii yaradıcılığı özündə birləşdirən alim-yazıçı İsmayıl Şıxlının 100 illik yubleyi ilə əlaqədar "Dəyirmi masa" keçirildi. Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada görkəmli sənətkarın həyat və fəaliyyəti ilə bağlı maraqlı məlumatlar verildi.          Sənətkarın "Dəli kür", "Ayrılan yollar", "Cəbhə gündəlikləri", "Kerç sularında" və s əsərlərindən söhbət açıldı.       Məktəbimizin direktor müavini V. Quliyeva ADPU-da oxuduğu müddətdə müəllimi İsmayıl Şıxlı haqqında xatirələrindən söhbət açdı və bu söhbət hamı tərəfindən maraqla qarşılandı.

Ətraflı

"Hərflərin bayramı" adlı tədbir keçirildi        Bu gün məktəbin 1 "B" sinif şagirdləri sinif müəllimləri Validə Mehdiyeva ilə "Hərflərin bayramı" adlı tədbir keçirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak edirdi. Birincilər öz tədbirlərində hərflər, rəqəmlərə aid şeirlər, mahnılar söylədilər. Hərflərdən yaranan Ana, Azərbaycan, müəllimə aid , vətənpərvərlik ruhunda şeirlər, dünya xalqlarının mahnıları, rəqsləri ifa olundu. Tədbir çox maraqla qarşılandı.

Ətraflı

İnsan hüquqları aylığı        Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dək məktəbdə “İNSAN HÜQUQLARI AYLIĞI” çərçivəsində  məktəbin akt zalında məktəbin hərbi rəhbəri Səfxan Bayramovun rəhbərliyi ilə “Müasir dövrdə İnsan hüquqları daha anlayışlıdır” adlı seminar keçirildi. Seminarda məktəbin direktor müavini H.Əmiraslanov, müəllim və şagird kollektivi iştirak etdi. Eyni zamanda “İnsan hüquqları haqqında bəyannamə” mövzusunda da məktəbin direktor müavini V.Quliyevanın rəhbərliyi ilə "Dəyirmi masa" keçirildi. 

Ətraflı

IV-XI siniflərində böyük summativ qiymətləndirmələr        Məktəb rəhbərliyi tərəfindən 2018-2019-cu tədris ilinin yekunu ilə əlaqdar olaraq məktəbin IV-XI siniflərində böyük summativ qiymətləndirmələr keçirilir. 

Ətraflı

İnsan hüquqları        Sivil dövlətlərin ən önəmli məsələlərindən biri insan huqüqlarının müdafiəsi və qorunmasıdır. Azərbaycan Hüquqi Demokratik Respublika olduğundan bu məsələyə xüsusi diqqət verir. Məhz buna görə də insan hüquqlarının qorunması və müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyasında da öz  əksini tapır. Eyni zaman Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları Günü" kimi qeyd olunur.         Mövzuyla əlaqədar hər il məktəbimizdə mütamadi olaraq şagirdlərlə söhbətlər aparılır, insan hüquqlarının yaranması tarixi haqqında seminarlar, insan hüquqlarının qorunması haqqında dəyirmi masalar keçirilir.

Ətraflı

Uşaq festivalı        1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü "  münasibətilə Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirildi. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirildi.Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Festivalda məktəbimizin xor kollektivindən olan şagirdləri uşaq xorunda musiqilər ifa etdi. Bununla yanaşı festivalda məktəbin şagird və müəllim kollektivi də iştirak edirdi. Uşaqlar festivalda əyləncəli anlar yaşadılar.

Ətraflı

"Nəsimi İli" nə həsr olunmuş intellektual oyun        Bakı Şəhər Təhsil İdarəsinin № F-190 əmrinə əsasən "Nəsimi İli" nə həsr olunmuş intellektual oyun üzrə 2019- cu ildə region məktəb çempionatı keçirildi. Çempionatın məqsədi məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə haha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtının səmərəli təşkilinin təmin olunması idi. Çempionatda məktəbimizin "Zəkalar" komandası da iştirak edirdi.

Ətraflı

1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"     1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar olaraq 1 "C" sinif şagirdləri sinif müəllimləri Solmaz Haqverdiyeva ilə birgə asfalt üzərində rəsm işlədilər. 

Ətraflı

1 "C" sinfində tədbir        1 "C" sinfində I sinfə əlvida tədbiri keçirildi. Sinif müəllimi Haqverdiyeva Solmaz tərəfindən hazırlanan tədbirdə şagirdlər öz gözəl şeirləri, mahnıları və rəqsləri ilə çıxış etdilər. Tədbirin şən qonaqları şagirdləri əyləndirdilər. Sonda Solmaz müəllimi bütün şagirdləri geridə qoyduqları bu uğurlu il üçün təbrik etdi.

Ətraflı

1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"        Bu gün 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" məktəbimizdə qeyd edildi. Təşkil edilmiş Dəyirmi masada ibtidai sinif müəllimi Sultanzadə Maya şagirdlərə öz ürək sözlərini çatdırdı : "Körpə fidanlarımız sağlam, şən, gümrah böyüyün, məsum baxışlarınızdan sevinc, gülüş əksik olmasın. Qəlbinizdə kədər yuva qurmasın. Gözlərinizdən yalnız sevinc yaşları parıldasın.

Ətraflı

"Dərs prosesində qrafik vasitələrin tətbiqi" adlı seminar        27 may tarixində AMİM - in  təşkilatçılığı ilə "Dərs prosesində qrafik vasitələrin tətbiqi" adlı seminar keçirildi. Seminarda qrafik vasitələrin müəllimlər üçün faydalarından danışıldı. 3 M strategiya, böyük sual xəritəsi, iç-içə dairələr xəritəsi və s haqqında geniş məlumatlar verildi. Seminar məktəbin müəllim kollektivi də iştirak edirdi.

Ətraflı

IX siniflərdə növbəti sınaq qiymətləndirmə        Bu gün məktəbin IX sinif şagirdlərinə   ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə sınaq qiymətləndirmə keçirildi. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsindən ibarətdi.

Ətraflı

İnnovativ Təhsil konfransı keçirildi        Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 24 may 2019- cu il tarixində İnnovativ Təhsil konfransı keçirildi. Konfransda qərb və şərq təhsilindən, innovativ təhsilin keyfiyyətlərindən danışıldı. Müəllim, "nəyi bilirəm onu da öyrədirəm" fikri ilə deyil, şagirdlərin özlərinin tədqiqat yolu ilə biliklərə yiyələnməsinə şərait yaratmalıdır. "Bu cür təhsil şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına və təhsilin keyfiyyətli olmasına gətirib çıxarır" - kimi fikirlər səsləndirildi. Konfransda məktəbimizin müəllim kollektivi də iştirak edirdi. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.

Ətraflı

28 May - "Respublika Günü"   Bu gün 28 May - "Respublika Günü" məktəbimizdə qeyd olundu. May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri - respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.          Bu gün şagirdlərimiz tərəfindən yüksək əhval ruhiyyə ilə qeyd olundu. Şeirlər söyləndilər, mahnılar səsləndirdilər. 2018-2019 - cu tədris ili ərzində görülən işlərdən və keçirilən tədbirlərdən hazırlanmış videoçarx təqdim olundu.          Sonda il ərzində göstərdikləri fəallıqlara və uğurlara görə şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundu.

Ətraflı

Dəyirmi masa Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinin əmri  ilə əlaqədar olaraq məktəb rəhbərliyi tərəfindən müəllim kollektivi ilə "Dəyirmi masa" keçirildi. Dəyirmi masada Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıldı. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin №728 əmrindən irəli gələn məsələlər müzakirə olundu.

Ətraflı

"Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər        Ümumi təhsil müəssisəsində "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında "Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında aşağıda adları sadalana tədbirlər və "Dəyirmi masa"lar keçirdik. 1. "Mütaliəni həyat tərzinə çevirək" devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili. 2. Şagirdlərin konkret olaraq bacarıq və qabiliyyətlərinə görə seçilməsi və onların inkişafı üçün müvafiq tədbirlərin görülməsi. 3. İntellektual səviyyənin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüçlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması. 4. Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti. 5. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi. 6. Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə. o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri.         Keçirilən tədbirlərdə  və "Dəyirmi masa"larda məktəb rəhbərliyi və mövzularla bağlı fənn  müəllimləri də iştirak edirdilər.

Ətraflı

"31 Mart - Azərbaycanlıların Soyqırımı  Günü"        Bu gün 8 "A"  və 7 "B" siniflərində Azərbaycan tarixi dərsi "31 Mart - Azərbaycanlıların Soyqırımı  Günü"nə həsr olundu. Tarix müəllimləri Babayeva Lalə və Şaronina Tatyana mövzu ilə əlaqədar geniş məruzələr etdilər. Sonra şagirdlər tarixi faktları özündə əks etdirən videokadrları izləyərək öz fikirlərini bölüşdülər. Dərsdə məktəb rəhbərliyi də iştirak edirdi.

Ətraflı

Bakı Gənclər Mərkəzinə ekskursiya        Bu gün məktəbimizin şagirdləri ilə Bakı Gənclər Mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiyada şagirdlər yeni istifadəyə verilmiş Bakı Gənclər Mərkəzi ilə yaxından tanış oldular. Gənclər mərkəzində görülən işlər və yaradılan şərait şagirdlərin  nəzərinə çatdırıldı. Şagirdlər Heydər Əliyev muzeyi ilə də tanış oldular. Muzey şagirdlərin böyük marağına səbəb oldu. Daha sonra şagirdlər burada fəaliyyət göstərən müxtəlif kurslar, elektron kitabxana, bilik yarışlarının keçirildiyi zal , kinozal və dərnək otaqlarını  gəzdilər.  Sonda şagirdlərə "Şirvanşahlar" adlı qısametrajlı film nümayiş etdirildi.

Ətraflı

3 "B" sinfində nümunəvi dərs        İbtidai sinif aylığı çərçivəsində məktəbin 3 "B" sinfində Nailə Şərifziyanovanın rəhbərliyi ilə nümunəvi dərs keçirildi. Dərs nitq hissələrini şagirdlərə mənimsətmək məqsədi ilə təşkil olunmuşdu. Nitq hissələri ilə əlaqədar şagirdlər çox maraqlı fikirlər öyrəndilər. Təlim üsullarından olan rollu oyunlardan daha geniş istifadə olunaraq feilin ən önəmli nitq hissələrindən biri olduğunu dərk etdilər. Dərsdə məktəb rəhbərliyi və sinif  müəllimləri də iştirak etdilər.  

Ətraflı

IX siniflərdə növbəti sınaq qiymətləndirmə    Bu gün məktəbin IX siniflərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərə kömək məqsədi ilə hazırlanmış növbəti sınaq qiymətləndirmə keçirildi. Sınaq qiymətləndirmə ana dili, riyaziyyat, ingilis dili olmaqla üç fənndən təşkil edilmişdi. Şəffaflığın qorunması üçün qeyri-ixtisas müəllimlərindən ibarət nəzarətçi heyət təyin edilmişdi. Şagirdlər üç fənn üzrə doxsan sual cavablandırdılar.

Ətraflı

Dama yarışı        İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar 25.04.2019-cu il tarixdə məktəbin V-XI sinifləri arasında "Dama" yarışı keçirildi. Yarış iki mərhələdən ibarət oldu:  Seçim və final.  Yarışın qalibləri məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırıldı.

Ətraflı

4 "B" sinfində nümunəvi dərs    İbtidai siniflərdə fənn aylığı çərçivəsində məktəbin 4 "B" sinfində Şirinova Karinanın rəhbərliyi ilə nümunəvi dərs keçirildi. Dərs əsas nitq hissələrindən biri olan feilin mənsubiyyətə görə dəyişməsini öyrənmək və şagirdlərə bu nitq hissəsini mənimsətməkdən ibarət idi. Nitq hissələri ilə əlaqədar şagirdlər çox maraqlı fikirlər öyrəndilər.  Dərsdə məktəb rəhbərliyi və sinif  müəllimləri də iştirak etdilər.  

Ətraflı

3 "A" sinfində nümunəvi dərs        Bu gün 3 "A" sinfində ibtidai sinif aylığı ilə əlaqədər olaraq Məmmədova Reyhanın rəhbərliyilə Azərbaycan dili fənnindən "Tacir və dostu" mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə məktəb rəhbərliyi də iştirak edirdi. Dərsin məqsədi mətnin ideyasını müəyyən etmək, ona münasibət bildirmək, oxuduğu mətnlərlə müqayisə etmək və ümumi nəticələr çıxarmaq idi. Mövzu üzrə slaydlar göstərildi. Şagirdlər qrup şəklində öz fikirlərini ifadə etdilər. Mövzuyla əlaqədar olaraq nəticə çıxarıldi ki, əmanətə xəyanət etmək olmaz. Sonda meyarlar üzrə qruplar qiymətləndirildi.

Ətraflı

Heykəltaraşlarla ekskursiya        Bu gün məktəbin ibtidai sinif müəllimləri, şagirdlər üçün verilmiş tətildə onların əyləncəli zaman keçirmələri üçün öz şagirdləri ilə birgə heykəltəraşın atelyesinə ekskusiyaya getdilər. Onlar burada taxta yonmağı, xalça toxunmağı, gildən heykəl düzəltməyi öyrəndilər. Öz əlləri ilə işlər yaratdılar.

Ətraflı

Bio-Riyaziyyat yaz məktəbinin yekun forumu        Qərbi Kaspi Universitetində Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə təşkil olunan dörd günlük Bio-Riyaziyyat yaz məktəbinin yekun forumu keçirilib.  Forumda məktəbimizin müəllimlərindən Mustafayeva  Gülər, Şahsuvarova  Mehriban və İbrahimova Xatirə də iştirak ediblər.

Ətraflı

Məktəblərarası intellektual bilik yarışı        Bu gün Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 311 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş Sabunçu məktəbləri arasında intellektual bilik yarışı keçirildi. Bilik yarışında məktəbimizin şagirdlərindən ibarət "Mübarizlər" komandamız da iştirak edirdi. Göstərdikləri uğur nəticəsində komandamız  bilik yarışının final mərhələsinə vəsiqə qazandı. Şagirdlərimizə uğurlarının bol olmasını arzulayırıq.

Ətraflı

Estafet yarışı            Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi tamam olur. Bu münasibətlə 8 may tarixində məktəbin V sinifləri arasında  Ümummilli lider Heydər Əliyevin 96 illiyi ilə əlaqədar "Ulu öndər Heydər Əliyev" adlı estafet yarışları keçirildi. Şagirdlər öz çeviklik, sürət, sürət-güc, əyilgənlik qabiliyyətlərini sınadılar. Yarışa 5 estafet oyunu daxil idi. Yarışda V "A" və V "B"  sinifləri iştirak etdilər.  Yarışın qalibi  V "B" sinfi oldu.

Ətraflı

II-IV siniflərdə monitorinq        Bu gün məktəbin II-IV siniflərində Bakı Şəhər Təhsil İdarəsinin 1.1.2.7 Fəaliyyət planına əsasən  şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi, qiymətləndirilməsinin təşkili və şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə monitorinq keçirildi. Monitorinqlər məktəb rəhbərliyinin iştirakı ilə keçirildi.

Ətraflı

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ             08 noyabr 2018-ci il tarixində məktəbimizdə 9 noyabr – “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi. Məktəbin ibtidai sinif müəllimi Məmmədova Reyhan rəhbəri olduğu 3 "A" sinif şagirdləri ilə birlikdə təşkil etdiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Daha sonra Reyhan Məmmədova çıxış edərək vurğuladı ki, ölkə rəhbəri cənab İlham Əliyevin 17 oktyabr 2009-cu il Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən dövlət atributudur. Müqəddəs atributa çevrilən bayrağımız yüksəkliyə qaldırılarkən hansı hisslər yaşadığımız hər bir soydaşımıza məlumdur. O, bildirdi ki, bayrağımızı öz qanı hesabına ucalıqda saxlayan şəhidlərimiz bu gün də ehtiramla yad edilir.              Tədbirdə çıxış edən balaca vətənpərvərlər ümumilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur" sözlərini xatırlatdı, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzuladıqlarını, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladılar. Şagirdlərimiz Vətən, bayraq, azadlıq haqqında şeirlər söylədi, rəqslər və mahnılar ifa etdilər. Məktəb rəhbərliyi şagirdlərimizə Vətənə, Bayrağa,  Milli-mənəvi dəyərlərimizə göstərdikləri hörmət və ehtirama görə minnətdarlıqlarını bildirdi.

Ətraflı

Valideynlərlə bir gün        Bu gün məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. Görüşdə valideynlər fəal iştirak etdilər. İki hissədən ibarət olan görüşdə valideynlər ilk olaraq rəhbərlik tərəfindən məktəblə tanış oldular və dərslərdə oturaraq dərsləri müşahidə etdilər. Valideynlərə məktəbin uğurları haqqında da məlumat verildi. İl ərzində görülən işlərdən hazırlanmış videoçarx təqdim edildi.          Bədii hissədə şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Şeirlər söylədilər, mahnılar səsləndirdilər.          Doğrudan da, bu layihə müəllim - valideyn - şagird münasibətlərinin  keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.

Ətraflı

“Yurdumuza bahar gəlir”            Bu gün məktəbimizdə “Yurdumuza bahar gəlir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər də iştirak edirdi.         Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, milli atributlarımız, çərşənbələrimizin mahiyyəti haqqında çıxışlar edildi. Milli adət-ənənələrimizdən, onların  gələcək nəsillərə ötürülməsinin mahiyyətindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından da bəhs edildi. Şənlikdə Novruz bayramına aid mahnılar ifa edildi, şeirlər səsləndirildi, maraqlı səhnəciklər nümayiş edildi. Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirimizə rəng qatdı.              Şagirdlərimizin əl işlərindən və xonçalardan müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil edildi. Müsabiqə qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.             Sonda şagirdlər musiqi sədaları altında yallı gedərək baharı qarşıladı.

Ətraflı

Novruz festivalı        Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün Heydər Əliyev parkında Novruz festivalı keçirildi. Festivalda Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsi nümayəndələri və Sabunçu rayon sakinləri iştirak edirdilər. Festivalda rayon məktəblərinin Novruz adət-ənənələrinə aid hazırlanmış əl işləri, milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif tablolar nümayiş etdirildi. Xüsusi zövqlə hazırlanmış bu nümunələr  xalqımızın qədim adət-ənənəsindən, tarixindən xəbər verirdi. Buna görə də böyük maraqla qarşılanırdı. Məktəbimizin də iştirak etdiyi bu əyləncəli festival bayram konserti ilə yekunlaşdı.

Ətraflı

  Gənc fiziklərin yaradıcılıq müsabiqəsi        Gənc fiziklərin yaradıcılıq müsabiqəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqənin ilkin mərhələsini bu gün məktəbimizin fizika müəllimləri A.Səadət və B.Gülnarənin təşkilatçılığı keçirdik. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin praktik və yaradıcılıq bacarıqlarını daha da artırmaq, onların inkişaf etdirilməsinə şərait yaratmaq, bu sahədə dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

Ətraflı

Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirildi           29 aprel tarixində məktəbimizdə nəğməkar şairimiz Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi.             Yaradıcılıq gecəsində müəllimlər və şagirdlərin hazırladıqları kompozisiyalar çox maraqla izlənildi. Gecədə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Şeirlərdən parçalar səsləndi və şeirlərə bəstələnmiş mahnılar ifa olundu. Mikayıl Müşfiqə həsr olunmuş bu gecədə məktəbin direktoru tədbirin hazırlanmasında əməyi olan Məlahət Rəhmanlıya və iştirak edən müəllimlərə öz təşəkkürünü bildirdi.

Ətraflı

Müharibə veteranları ilə görüş        Bu gün məktəbimizin  şagirdlərinin müharibə veteranları ilə görüşü keçirildi. Görüşdə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülər, o cümlədən Milli qəhrənmanlarımızın gənclər arasında tanıdılması haqqında söhbət aparıldı. Görüşdə müharibə veteranları, məktəbin şagird və müəllim kollektivi, məktəb rəhbərliyi də iştirak edirdi.

Ətraflı

"Xoşbəxt olsun uşaqlar"  layihəsinin seçim turu            Bu gün məktəbimizdə Azərbaycan Dövlət Pedoqoji Universiteti və təhsil müəssisələrinin xor kollektivləri ilə birgə həyata keçirilən "Xoşbəxt olsun uşaqlar"  layihəsinin seçim turu həyata keçirildi. Seçim turunda məktəbimizin şagirdləri, 71 nömrəli tam orta məktəb və 80 nömrəli tam orta məktəbin  şagirdləri iştirak etdilər.          ADPU-nun layihə rəhbəri, pedoqoqika üzrə fəlsəfə doktoru, baş müəllim Kamilova Nərmin xanım və xor kollektivlərinin rəhbərləri tərəfindən seçilmiş şagirdlərin ifaları dinlənildi. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə istedadların müəyyən olunması və bədii yaradıcılıq qabiliyyətli şagirdlərin aşkar olunmasıdı.

Ətraflı

"Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə" tədbiri     Bu gün məktəbimizdə "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə" tədbiri keçirildi. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova və Narkotiklərlə Mübarizə İdarəsinin inspektoru polis kapitanı Pərviz Məmmədov da iştirak edirdilər. Tədbirdə  iştirak edən polislər şagirdlərlə mövzu ətrafında söhbətlər aparıb, onların suallarını cavablandırdılar.       Narkotiklə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə böyük ehtiyac vardır.      

Ətraflı

"Milli sərvətimiz-kinolarımız"     Fəaliyyət planının 1.3.19-cu bəndinə əsasən Milli-mədəni irsimizin öyrənilməsinin və qorunub saxlanmasının təbliği: Azərbaycan filmlərinin də mühüm cəhətlərindən biri  onların tərbiyəvi əhəmiyyət daşımasıdır.       Milli-mənəvi dəyərlərimizdən biri olan filmlərimizi şagirdlərimizə sevdirmək və tariximizə, ədəbiyyatımıza marağı artırmaq üçün "Milli sərvətimiz-kinolarımız" adlı layihəmizə start verdik. Bu il Nəsimi ili elan olunduğundan layihəmizə Nəsimi filmi ilə başladıq. Layihə V-XI  sinifləri əhatə edir.      Film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir .Filmi şagirdlər böyük maraqla izlədilər. Layihənin növbəti filmi şagirdlər tərəfindən səbirsizliklə gözlənilir.

Ətraflı

Mütaliə günü        Əməklə bağlı çoxlu əsərlər yazılıb. Bu əsərlərdə əməyə məhəbbət, zəhmətə çağırış var. Bu əsərlərdən biri də Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsəridir. Nizaminin əsərlərində zəhmət adamlarından hörmət və məhəbbət hissi ilə danışılır. Onun əsərlərində bir çox zəhmət adamlarının - kərpickəsənlərin, əkinçilərin, bənnaların və.s parlaq surətlərinə rast gəlirik.          Bu gün 5 "B" sinif şagirdləri ilə birgə Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsərini mütaliə etdik.

Ətraflı

9 May - "Qələbə Günü"        Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı qəhrəmanlıq göstərmişdir.          Hər il olduğu kimi bu il də Qələbə Günü ölkəmizdə qeyd olunur. Bu gün məktəb rəhbərliyi və şagirdlərimiz döyüşlərdə qəhrəmanlıq göstərmiş müharibə veteranları ilə görüşüb, müharibədə qəhramancasına həlak olmuş şəhidləri məzarları başında andılar.

Ətraflı

Asfalt üzərində rəsm   Bu gün məktəbimizdə Ümummilli lider  Heydər Əliyevin  anadan olmasının 96-cı il dönümü ilə əlaqədar asfalt üzrə rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin ibtidai sinif şagirdləri iştirak edirdi. 

Ətraflı

"Yolumuz Heydər yoludur" adlı bilik yarışı        Bakı şəhəri 170 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 11 may tarixində Ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunmuş "Yolumuz Heydər yoludur"adlı bilik yarışı keçirildi. Yarış məktəblərarasında IV sinif şagirdlərindən təşkil olunmuşdu. Yarışda məktəbimizi 4 "A" sinif şagirdləri təmsil edirdi.   

Ətraflı

"Dərviş Parisi partladır"       Fəaliyyət planının 1.3.19-cu bəndinə əsasən Milli-mədəni irsimizin öyrənilməsinin və qorunub saxlanmasının təbliği: Azərbaycan filmlərinin də mühüm cəhətlərindən biri  onların tərbiyəvi əhəmiyyət daşımasıdır.           Milli-mənəvi dəyərlərimizdən biri olan filmlərimizi şagirdlərimizə sevdirmək və tariximizə, ədəbiyyatımıza marağı artırmaq üçün "Milli sərvətimiz-kinolarımız" adlı layihəmizin növbəti filmi "Dərviş Parisi partladır"ı şagirdlərimizə nümayiş etdirdik. Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. Filmin əsas məqsədi gəncləri biliklərə yiyələnməyə dəvət etmək, İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi marağı daha da artırmaqdır.

Ətraflı

“Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın final turunda iştirak etmək haqqı qazanan şagirdlərimiz        “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turunda iştirak etmiş V və VI sinif şagirdlərimizdən 2 nəfəri yüksək balla final turunda iştirak etmək haqqı qazandılar. Onlar V "B" sinif şagirdi Eyubov Coşqun və VI "B" sinif şagirdi Şamşuddinov Ruslandır. Şagirdlərimizə final mərhələsində uğurlar arzu edirik. 

Ətraflı

  "Lütfü Zadə adına Məktəblilərarası IV məntiq olimpiyadası"        "Lütfü Zadə adına Məktəblilərarası IV məntiq olimpiyadası"nın ilk turu məktəb rəhbərliyinin nəzarəti ilə bu gün keçirildi. Ümumilikdə Azərbaycan və rus bölmələri üzrə 71 şagird olimpiyadada iştirak etdi. Olimpiyadada şagirdlərə 20 sual və 1 saat 30 dəqiqə vaxt verilmişdi. Olimpiyadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünü yoxlamaq və inkişaf etdirməkdi.

Ətraflı

V sinifdlərdə monitorinq        Bu gün məktəbin V sinif şagirdlərinə monitorinq keçirildi.. Monitorinqin əsas məqsədi şagirdlərin  bilik və bacarıqlarının  öyrənilməsindən ibarət idi.

Ətraflı

Muzeylərə ekskursiya        18 may "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar məktəbin 1 "B" sinif şagirdləri sinif müəllimləri Validə Mehdiyeva ilə birgə muzeylərə ekskursiya etdilər. Şagirdlər "İncəsənət muzeyi"  və "Şirvanşahlar sarayı"nı gəzdilər. Muzeydəki eksponatlarla tanış oldular. Muzey rəhbəri şagirdlərə maraqlı maraqlı məlumatlar verdi. Ekskursiya şagirdlərin çox xoşuna gəldi.

Ətraflı

Praktiki məşğələ        Bu gün 8 "A" sinfində texnologiya müəllimi Məmmədova Səbirənin rəhbərliyi ilə texnologiyadan nümunəvi dərs keçirdik. Dərs praktik məşğələ formasında keçirildi. Mövzu ərzaqların qışa saxlanması, ev şəraitində konsevləşdirmə idi. Mövsümi tərəvəzlər hələ tam yetişmədiyindən şagirdlər yalnız üzüm yarpağının duza qoyulmasını öyrəndi və bunu praktiki olaraq yerinə yetirdi.

Ətraflı

Aprel döyüşləri        Bu gün “Aprel döyüşləri qəhrəmanlıq salnaməmiz” başlığı altında “Açıq dərslər” və silsilə tədbirlər keçirdik. Döyüşlərdə həlak olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad edildi.          2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində Ali Baş komandan İlham Əliyevin göstərişi ilə Şanlı ordumuz aprelin 3-də Tərtər rayonunun Talışkəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olundu.         

Ətraflı

Zakir Bəhmənovun  "Anım Günü"        Məktəbin adını daşıyan, torpaqlarımız uğrunda şəhid olan Zakir Bəhmənovun  "Anım Günü" dür. Hər il  bu gün məktəbimiz tərəfindən qeyd olunur.  Zakir Bəhmənovun ölümünün 15-ci il dönümü  ilə əlaqədar bu gün "Anım Günü" tədbiri keçirildi.Tədbirdə məktəb rəhbərliyi və Zakir Bəhmənovun ailə üzvləri də iştirak edirdi. Tədbirdə şagirdlər Z.Bəhmənovun həyatı və döyüş fəaliyyəti haqqında danışıb, səhnəciklər nümayiş etdirdilər. Vətən, torpaq və şəhidlərimiz haqqında şeirlər səsləndirdilər. Sonda ailə üzvləri  Zakir Bəhmənov haqqında xatirələrindən danışdılar.         Tədbirdən sonra məktəb rəhbərliyi, şagirdlər və Zakir Bəhmənovun ailə üzvləri II Fəxri xiyabana gedərək şəhidin məzarını ziyarət etdilər.

Ətraflı

2 "B" sinfində nümunəvi dərs        Bu gün  2 "B" sinfində ibtidai sinif aylığı ilə əlaqədar İsmayılova Gülnarənin rəhbərliyilə riyaziyyat fənnindən nümunəvi dərs keçirildi. Dərsdə məktəb rəhbərliyi də iştirak edirdi. Dərsin məqsədi şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, piktoqram vasitəsilə informasiya almaq və çatdırmaq idi. Mövzu üzrə videoçarx izlənildikdən sonra şagirdlər tədqiqatlar aparıb, piktoqramlar hazırladılar. Sonda riyazi oyunlar vasitəsi ilə şagirdlərin diqqət və bacarıqları yoxlanıldı. 

Ətraflı

4a  sinfində " İbtidai siniflərdə fənn aylığı" çərçivəsində nümunəvi dərs        30.04.2019 -cu il tarixində məktəbin 4a  sinfində " İbtidai siniflərdə fənn aylığı" çərçivəsində sinif rəhbəri Sultanzadə Mayanın rəhbərliyi ilə azərbaycan  dili fənnindən "Məftunun bağa girməsi" mövzusu üzrə nümunəvi dərs keçirildi.Məktəb rəhbərliyi və müəllimlər  dərsi dinlədilər. Dərsin məqsədi mətni sürətli , ifadəli,dəqiq oxumaq , mətn üzrə faktoloji suallara cavab vermək, qəhrəmanın  xarakterinə uyğun  jest və mimikalardan istifadə etmək idi. Şagirdlər mövzunu rollar üzrə oynadılar və 4  qrupa bölünərək ,iş vərəqələrindəki tapşırıqları yerinə yetirdilər.Məlumat mübadiləsi və müzakirəsindən sonra qruplar meyarlar üzrə qiymətləndirildi.Nəticə və ümumiləşdirmə edildi ki, acgözlük və tamahkarlıq  insanı  öz köləsi edən mənfi keyfiyyətdir.

Ətraflı

"Ulu öndər Heydər Əliyev" adlı inşa yazı müsabiqəsi            Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi tamam olur. Bu  münasibətlə 7 may tarixində məktəbin şagirdləri arasında "Ulu öndər Heydər Əliyev" adlı inşa yazı müsabiqəsi keçirildi. Şagirdlər öz inşalarında həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərin həyat və fəaliyyətindən bəhs etdi.  

Ətraflı

Ümummilli lider  Heydər Əliyev haqqında tədbir        Bu gün məktəbimizdə Ümummilli lider  Heydər Əliyevin  anadan olmasının 96-cı il dönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəb  rəhbərliyi, müəllim və şagird kollektivi də iştirak edirdi. Şagirdlərimiz Ümummilli liderin keçdiyi həyat yolu haqqında çıxışlar səsləndirdilər, şeirlər söylədilər. Tədbirdə məktəbin ana dili və ədəbiyyat müəllimi İsmayılova Gülzar Ulu öndərin Azərbaycan xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etdi.

Ətraflı

 8 May - Şuşanın "Anım Günü" ilə əlaqədar "Dəyirmi masa"        8 May - Şuşanın "Anım Günü" ilə əlaqədar 8 "A" sinif şagirdləri və məktəb rəhbərliyinin iştirakı ilə "Dəyirmi masa" ətrafında  "Qarabağın dilbər güşəsi, musiqi beşiyimiz - Şuşa" mövzusunda tədbir keçirildi.         Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan edərək mövzu ətrafında geniş məruzə etdi, fikirlər söylənildi, müzakirələr aparıldı. Sonda Şuşa şəhərinin işğalını əks etdirən videoçarx izlənildi.

Ətraflı

"Gənc bioloqların yaradıcılıq müsabiqəsi" nin I mərhələsi        Bu gün  məktəbin IX-XI sinifləri arasında "Gənc bioloqların yaradıcılıq müsabiqəsi" nin I mərhələsi keçirildi. Müsabiqənin məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin biologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasıdı. Müsabiqədə "Morqan" , "Vavilov" , "Darvin" qrupları iştirak edirdi. Müsabiqədə "Morqan" qrupu qalib gəldi. Müsabiqənin qalibi olan qrup Bakı Şəhəri üzrə rayon mərhələsində iştirak edəcək. 

Ətraflı

"Dil öyrənərkən oyunların üstünlüyü" movzusunda təlim        Bu gün Azərbaycan Müəllim İnkişafı Mərkəzində "Dil öyrənərkən oyunların üstünlüyü" movzusunda təlim keçirildi. Təlimin məqsədi hər hansı bir dili öyrənərkən  dilin əsas öyrənmə bacarıqlarını, dinləmə, danışma ,oxuma, yazı vərdişlərinin oyunlar vasitəsilə inkişaf etdirmək , ünsiyyət bacarıqlarını artırmaqdan ibarət idi. Təlimdə məktəbin ingilis dili müəllimləri İbrahimova Təranə və  Şükürova İnarə iştirak etdi. 

Ətraflı
HAQQIMIZDA

68 №-li tam orta məktəb Sabunçu rayonunun Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir. Məktəb ...

BİZİM FƏXRLƏRİMİZ

Əli İsmayılov İsmixan

Elmir Hüsüzadə Emin

HAQQIMIZDA

68 №-li tam orta məktəb Sabunçu rayonunun Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir. Məktəb ...

BİZİM FƏXRLƏRİMİZ

Əli İsmayılov İsmixan

Elmir Hüsüzadə Emin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi